Türkiyədəki erməni lobbisi Azərbaycana qarşı mütəşəkkil kampaniyaya qoşuldu:
Türkiyədə aralarında tanınmış yazıçı, jurnalist, siyasətçi və hüquq müdafiəçiləri olan bir qrup fəal beynəlxalq ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağa tətbiq etdiyi “blokada”nın aradan qaldırılması üçün hərəkətə keçməyə çağırıb.

Bu mətn yaxın müttəfiqimiz İsraildən sonra erməni lobbisinin digər müttəfiq ölkədə də bizə meydan oxuma cəhdi kimi görünə bilər. Mətnin dili, üslubu, toponimlərin Azərbaycanca yox, ermənicə adlarla verilməsi (Stepanakert, Qoris və sə) onun sırf erməni əsilli şəxslər tərəfindən hazırlanıb sonradan erməni lobbisinin təsirində olan şəxslərə imzalatdırıldığını göstərir.

Mətnə imza atanların tam siyahısı belədir: Abdullah Dəmirbaş, Abdülhakim Daş, Adnan Cangüder, Adnan Çelik, Ahmet Aykaç, Ahmet Konuk, Akın Atauz, Akın Birdal, Alev Er, Alex Köşkeryan, Ali Gökkaya, Ari Günter, Aslı Erdoğan, Attila Tuygan, Ayşe Hür, Ayşe Yıldırım, Ayşeq Devecioğlu, Baskin Oran, Bayram Kaya, Celal Initial, Cengiz Aktar, Cengiz Arin, Denis Dreisbusch, Doğan Özgüden, Emrah Cilasun, Erdal Doğan, Erdoğan Kahyaoğlu, Eren Keskin, Ergun Babahan, Erol Ercan, Eser Budak, Esra Mungan, Fatime Akalın, Fikret Başkaya, Garo Kaprielian, Gençay Gürsoy, Güngör Şenkal, Gürhan Ertür, Hacer Ansal, Hasan Burgucuoğlu, Hatice Yıldız, Hıdır Çelik, Hövsep Hayreni, Hüseyin Habip Taşkın, İbrahim Seven, İnan Gedik, İnci Tuğsavul, İra Tzourou, Kemal Bilget Hür, Kemal Yalçın, Kenan Yenice, Mahmut Konuk, Mehmet Ali Balta, Nafiz Özbek, Necati Abay, Nedim Kibar, Nesim Ovadya İzrail, Nesrin Nas, Nevzat Onaran, Nurcan Baysal, Nurten Kırmızıgül, Okan Küçükersan, Osman Okkan, Oya Baydar, Ömer Faruk Gergerlioğlu, Ömer Madra, Racho Donef, Ragıp Duran, Ragıp Zarakolu, Ramazan Gezgin, Recep Maraşlı, Sait Çetinoğlu, Sait Oral, Selahattin Koçak, Selay Ertem, Selma Koçiva, Serdar Koçman, Sibel Yiğittekin, Şaban İba, Şamil Al Bilgin, Şakir Bilgin , Şanar Yurdatapan, Şükriye Ercan, Taner Akçam, Ülkü Çevik, Viktoriya Çiprut, Yalçın Ergündoğan, Yasemin Gedik, Yaşar Küçükaslan, Yavuz Aydın, Yavuz Baydar, Yetvart Danzikyan, Yıldız Aydın, Yusuf Köse, Zərife Atik, Ziya Özder.

Aralarında erməni, yunan, serb əsilli şəxslər olsa da, Taner Akçam kimi azərbaycanlı saya biləcəyimiz (axıska əsillidir, üstəlik Ərdəhanda böyüyüb) radikal solçu keçmişli şəxslər, Yavuz Baydar kimi hazırda BƏƏ-yə sığınaraq “Ahval” qəzetini çıxaran, qalstuklu hizmətçi (gülənçilər), PKK tərəfdarları və b. da var.

Müəlliflər Türkiyə silahlı qüvvələrinin də Qarabağ savaşında iştirak etdiyini, “Bakı rejimini Ankara rejiminin dəstəyi ilə aylardır Dağlıq Qarabağ erməni xalqına qarşı blokada həyata keçirdiyini, soyqırımı ehtimalının olduğunu iddia edirlər: “Ermənistanla Qarabağ arasında keçidi təmin edən və humanitar yardım, fövqəladə hallar xidmətləri və sülhməramlı qüvvələr üçün açıq olmalı olan Stepanakert-Qoris yolu 2022 dekabrın 12-dən mühasirəyə alınıb və bağlanıb..."

Mətndə Azərbaycan rəhbərliyinin çağırışlara qulaq asmadığı vurğulanıb, “Hətta BMT, Avropa İttifaqı və Avropa Şurasına bağlı qurumlar Azərbaycanı Qarabağda 120 min insanın blokadasına son qoymağa çağırsalar da, Bakı rejimi aylardır bütün çağırışlara məhəl qoymur, blokadadan imtina edir və ya inkar edir. Lakin hamı bilir ki, heç bir ilkin tələbat malı Qarabağa girə bilməz, heç bir qarabağlı təcili tibbi ehtiyaclarını ödəmək üçün bölgədən çıxa bilməz”.

Bəyanatda daha sonra deyilir: “Biz türkiyəlilər beynəlxalq ictimaiyyətin hadisələrə kifayət qədər həssas olmadığını görür və vəziyyəti narahatlıqla izləyirik”.

BMT və Beynəlxalq Qızıl Xaç Təşkilatı da daxil olmaqla bütün dövlətləri, beynəlxalq təşkilatları və ictimaiyyəti fəal mövqe nümayiş etdirməyə çağıran mətndə “1948-49-cu illərdə Berlin blokadasının yarıldığı kimi, Qarabağın blokadasının hava yolu ilə yarılması və beləliklə, bu “bəşəri faciə”yə son qoyulması”na çağırış edilir .

Mətnin bu hissəsi Azərbaycana qarşı aparılan beynəlxalq kampaniyanı izləyənlər üçün tanış gəlməlidir. Belə ki, Lara Setrakian (jurnalist və Ermənistanın Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun prezidenti) və Benyamin Poqosyanın (Ermənistan-Azərbaycan Birgə Ekspert Qrupunun həmməruzəçisi və Ermənistanın Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi) politico.eu da eyni məzmunlu çağırış mətnlərinin başlığı belə idi:

“Dağlıq Qarabağı qidalandırmaq üçün hava gəmisi quraşdırın”. Yazıda iddia olunurdu ki, Azərbaycan 120 min etnik ermənini xarici aləmdən təcrid edərək Laçın dəhlizinin blokadasına başlayıb – bu, gündəlik həyat və regional sabitlik üçün dağıdıcı nəticələrə gətirib çıxarıb, eyni zamanda ölkədə uzunmüddətli sülhün qurulması üçün lazım olan etimadı itirib. İyunun ortalarından əraziyə girişinə qadağa qoyulan Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, ərzaq və dərman vasitələrinə çıxış pisləşir. Bütün bunlar 30,000 uşaq və onların ailələrinin indiki xroniki stressini artırır, yerli doğum klinikalarından biri aşağı düşmə nisbətinin üç dəfə artdığını bildirir”.

Beləliklə, erməni lobbisinin “humanitar fəlakəti və soyqırımı” önləmək üçün hava məkanımıza məkrli beynəlxalq müdaxilə planı işə salmaq və ya belə planla Azərbaycan təzyiq etmək məqsədilə sistemli, mütəşəkkil bir kampaniyadan bəhs edə bilərik. Amma bu kampaniyanın bir müsbət tərəfi də var. Erməni lobbisi bütün kartlarını ortaya qoyub, bütün qüvvələrini səfərbər edib. İndi onun hansı ölkədə hansı yuvaları, hansı gücü olduğunu müəyyən etməyimiz daha asan olacaq.
 //publika.az//
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti