Ardını oxu...
Rusiyanın tanınmış təbliğatçısı Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində qışda insanların soyuqdan öldüyü İngiltərədəki “dəhşətli həyatdan” danışıb.

Sfera.az bildirir ki, Simonyanın sözlərinə görə, Böyük Britaniya sakinləri qiymətlərin baha olması səbəbindən istiliyi ödəyə bilmirlər və buna görə də evlərində donaraq ölürlər.

"Böyük Britaniyada yenə təzə statistika - minlərlə insan öz evlərində soyuqdan ölüb. Küçələrdə donub qalan evsizlər deyil. Onlar öz evlərində ölüblər"- deyə təbliğatçı bildirib.

Bundan əlavə, o, Böyük Britaniya sakinlərinin narazı olduğu iddia edilən digər xidmətləri də qeyd edib. O, tibb müəssisələrinin işindən danışıb.
"Orta hesabla mama-ginekoloqun gözləmə siyahısı bilirsinizmi? 31 gündür. Bu müddət ərzində uşaq az qala məktəbə gedəcək"- rus qadın fəxrlə qeyd edib.

Təbliğatçının sözlərinə görə, Böyük Britaniyada yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də insanlar guya aclıqdan ölür.

“Son məlumatlara görə, Britaniyada 11,5 milyon insan aclıq çəkir, yəni onların yemək yeməyə kifayət qədər pulu yoxdur”- deyə Simonyan bildirib.

Xatırladaq ki, avqustun 27-də “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan ikinci dəfədir ki, evinin yaxınlığında pilotsuz təyyarənin düşdüyünü bildirib. O, hücumu “terrorçular” təşkil etdiyini iddia edib.
Ardını oxu...
“Qarabağ ermənilərinin Azərbaycanın göndərdiyi yardımı qəbul edib-etməyəcəyi yaxın günlərdə Arayik Arutyunyanın öz yerində oturub-oturmayacağından asılıdır. Paradoksal səslənə bilər, amma hazırda nəzəri cəhətdən yalnız Arayik Arutyunyan belə bir qərar verə bilər, çünki o, digər müxalifətçilərin, revanşist qüvvələrin xidmətçisidir və bu qüvvələrin bəzi nümayəndələri artıq açıq şəkildə bəyan ediblər ki, yük maşınları Qarabağa girsə, “Azərbaycanı məhv edəcəklər””.

TEREF.AZ bildirir ki, bu fikirləri Azərbaycanın Xankəndiyə göndərdiyi humanitar yüklərlə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış erməni fəal və bloqer, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan deyib.

Azərbaycanın təşəbbüsünü böyüklük adlandıran Verdyan, yüklərin qəbul edilib-edilməməsinin bütün yaranan suallara cavab olacağını deyib.

“Təbii ki, Bakıdan humanitar yardımın göndərilməsi humanitardan tutmuş reputasiyaya qədər bir çox məsələləri həll edən parlaq addımdır. Eyni zamanda, bu hərəkət Qarabağı Azərbaycandan kənarda qoyan revanşist qüvvələrin əsl niyyətlərini ortaya qoyur. Mümkün ssenarilərdən biri də Azərbaycanın sərt reaksiyasına səbəb ola biləcək təxribatın törədilməsidir. Yəni yük maşınlarının məhv edilməsi təhlükəsi o qədər də fantasmaqorik (kabus ssenarisi) səslənmir”.

Revanşistlərin Azərbaycanın müsbət təşəbbüsünü Azərbaycan əleyhinə çevirmək üçün çalışdıqlarına diqqət çəkən Verdyan, Bakıdan son dərəcə ehtiyatlı olmağı da xahiş edir:

“Qeyd etməmək mümkün deyil ki, indi Azərbaycan ətrafında beynəlxalq konyuktura son dərəcə zəhərlidir. Dünyanın bütün mümkün siyasi tribunalarından Azərbaycana qarşı ittihamlar kəskin şəkildə artıb və bu ittihamlar tamamilə əsassız olsa da, çox səs-küylüdür. Bu ittihamların məqsədi proseslərin ssenari üzrə getdiyi təqdirdə anti-Azərbaycan qərarının qəbulu üçün lazımi fon hazırlamaqdır.

Bəli, Bakıdan gələn humanitar yardım Azərbaycanın beynəlxalq aləmdə reputasiyasını yüksəldə bilər, həm də hadisələrin inkişafı üçün radikal və son dərəcə təhlükəli ssenariyə start verəcək tətik rolunu oynaya bilər. Yenə də maksimum diqqət və dəqiqlik uğurun açarıdır. Mən həmişə demişəm ki, “Artsax” və “sülh” anlayışları antonimdir. “Artsax” müharibənin təcəssümüdür. Qafqazda sülhün hökm sürməsi üçün nə Artsax, nə də onun simvolları olmamalıdır”, - deyə Verdyan əlavə edib.
Ardını oxu...
“Əliyev İrəvan bizimdir deyəndə nağıl danışmır. O adam öz ordusunda motivasiya yaradır, çünki fəth edən əsgərin motivasiyası başqadır, ölənə qədər də döyüşə bilər”.

DİA.AZ-ın məlumatına görə, Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri müsahibəsində Ermənistan ordusunun ehtiyatda olan polkovniki Hayk Nahapetyan deyib.

“Əliyev Ermənistanın Azərbaycanın bir parçası olduğunu deyəndə öz ordusunun döyüş ruhunu yüksəldir, onları ölkəmizi fəth etməyə həvəsləndirir. Çünki azərbaycanlılar itirdiklərini geri qaytaracaqlarına inanırlar.

Türklər yüksək motivasiya ilə buraya gələcəklər. Onlar buranı ələ keçirmək üçün qurban verməyə, canı bahasına döyüşməyə hazırdır”, – polkovnik söyləyib.
Ardını oxu...
İraq və İran arasında “silahlı təşkilatların sızmasını əngəlləmək üçün anlaşma” imzalanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, razılaşma iki ölkə hökumətlərinin istəyi ilə əldə edilib.

Anlaşmaya əsasən, silahlı təşkilatların sızmalarını, hərbi düşərgələrinin ortadan qaldırılmasını təmin etmək” məqsədi əsas götürülr.

İraq hökumətinin sözcüsü Basim Avvadi rəsmi İraq Xəbər Agentliyinə (İNA) etdiyi açıqlamasında bildirim ki, iki ölkənin hökumətləri arasında əldə edilən razılaşmaya əsasən, “İran tərəfindən istənilənlərin təslim edilməsini, onlara aid hərbi düşərgələrin ortadan qaldırılmasını” da içində daşıyır.

Razılaşma artıq təsdiq edilib.

Sözcü İraq hökumətinin imzaladığı eyni razılaşmşanı yerinə yetirdiyini bildirib.

“İraqın xarici siyasətinin təməl prinsiplərindən biri qonşu ölkələrə zərər verən sahə olmamaqdır”, – deyə sözcü vurğulayıb.

İraq hökumətinin sözcüsü Basim Avvadi ölkəsinin sərhədlərinin də hücumlardan qorunması üçün təhlükəsizlik anlaşmalarının imzalanmasının gərəkli olduğunu dilə gətirib.
 
Ardını oxu...
Sentyabrda Hindistanda keçiriləcək G20 sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edə bilər.

"Report"un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modinin telefon danışığından sonra bildirilib.

Kreml öz növbəsində qeyd edib ki, Rusiya prezidenti və Hindistanın baş naziri Nyu-Dehlidə keçiriləcək G20 sammitindən əvvəl fikir mübadiləsi aparıblar.

"Kosmik sektorda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqları təsdiqləndi. BRİKS-in Yohannesburqda keçirilən 15-ci sammitinin nəticələri müzakirə edildi. Əldə olunan razılaşmaların əhəmiyyəti, onların BRİKS-in genişləndirilməsinə töhfə verəcəyi, eyni zamanda qurumun beynəlxalq məsələlərə təsiri vurğulandı”, - məlumatda deyilir.
Ardını oxu...
Avropa İttifaqı "etibarını saxlamaq" istəyirsə, 2030-cu ilə qədər genişlənməyə, yeni üzvləri qəbul etməyə hazır olmalıdır.

APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışında deyib.

"İnanıram ki, biz 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq. Bu, iddialıdır, lakin eyni zamanda zəruridir. Bu, bizim nə dərəcədə ciddi olduğumuzu göstərir", Şarl Mişel bildirib.

Aİ Şurasının Prezidenti deyib ki, bloka qoşulmaq üçün gələcək üzv dövlətlər müstəqil məhkəmə sistemini təmin etmək, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaq üçün islahatlar həyata keçirməli və xarici siyasətlərini Aİ-yə üzv dövlətlərlə uyğunlaşdırmalı olacaqlar.

O, bütün namizədləri Avropa İttifaqına daxil olmamışdan əvvəl aralarındakı ikitərəfli münaqişələri həll etməyə çağırıb.

"Siz əmin olmalısınız ki, keçmiş münaqişələr Aİ-yə idxal olunmayacaq".

Prezident Mişel əlavə edib ki, Avropa İttifaqı Şurası növbəti iclasında genişlənməni müzakirə edəcək.

Onun sözlərinə görə, Avropa Komissiyasının oktyabr ayında gözlənilən genişlənmə paketi gələcək üzvlərə bloka rəsmi üzv olmamışdan əvvəl bəzi Aİ təsisatlarında tam iştirakın faydalarını hiss etməyə imkan verə bilər.

Şarl Mişel Aİ-nin də genişlənməyə hazır olması üçün bəzi islahatlar həyata keçirməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Qərbi Balkan dövlətləri - Albaniya, Bosniya, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya bloka qoşulma prosesinin müxtəlif mərhələlərindədir. Ötən il Aİ Moldova və Ukraynaya namizəd statusu verib. Gürcüstan da sözügedən statusu almağı gözləyir.
Ardını oxu...
Polşa, Latviya, Litva və Estoniya DİN başçıları Belarus rəhbərliyinə ünvanlanan birgə bəyanatla çıxış ediblər.

Bəyanatda Belarus rəhbərliyindən “Vaqner”-in bu ölkənin ərazisindən çıxarılması tələb olunur.


Polşa DİN başçısı Mariuş Kaminskinin elan etdiyi bəyanatda bildirilir ki, əgər “Vaqner”-in iştirakı ilə hər hansı təhlükəli insident baş versə, hər 4 ölkə Belarusla sərhədləri bağlayacaq. Bu isə birmənalı olaraq, Belarusun Avropaya çıxışını tam bağlamaq deməkdir.

Bəyanatda həmçinin, Lukaşenko hakimiyyəti Belarusun özünün qərb sərhədlərinə qəsdən çoxlu sayda miqrant toplamaqda günahlandırılır. Qeyd olunur ki, Lukaşenko Afrikadan və Yaxın Şərqdən gələn miqrantları sərhədə toplamaqla həmin dövlətlərə təzyiq etməyə çalışır.
Ardını oxu...
Fransanın davranışları hamıya bəllidir. Onun BMT-də nəsə əldə edəcəyi də mümkün deyil. Sadəcə olaraq Fransa hakimiyyəti ermənilərə yaxın, həmrəy olduğunu göstərmək istəyir. Burada ayrı bir məna yoxdur. Çünki Fransanın BMT-dən Azərbaycana qarşı hansısa bir qətnaməni əldə etməsi qeyri-mümkündür.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, qətnamə olsa belə onun icra mexanizmi işləməyəcək:

“Çünki heç kəs istəməz ki, hansısa ölkənin suveren hüquqlarına BMT müdaxilə etsin. Bu qətnaməyə səs verəcək ölkələr onlara qarşı da belə bir addım atılacağı ehtimalını dəyərləndirir. Ona görə də, Fransanın bu davranışları erməni radikallarına ismarışdan başqa bir şey deyil”.

Sabiq nazir Ermənistanın müstəqillik aktı ilə bağlı Nikol Paşinyanın açıqlamasına da münasibət bildirib:

“Fakt odur ki, keçmiş Ararat respublikasının 9 min kv km ərazisi var idi. Ermənistan da özünü onun varisi hesab edirsə, həmin ərazi ona da aiddir. Ona görə də, bu məsələlər erməni tərəfini ciddi şəkildə narahat etməyə başlayıb. Qonşu ölkələrə qarşı onların ərazi iddiaları Ermənistanı çətin vəziyyətə salıb. İndi Paşinyanın dediyi kimi, Ermənistanın kadastr sənədi yoxdur”.

Politoloq hesab edir ki, Paşinyan tərəfindən dilə gətirilən mövzu gündəmdədir:

“Azərbaycanın da hüququ var ki, vaxtilə Ermənistana verilən əraziləri tələb etsin. Bu ərazilərin Azərbaycana qaytarılması üçün tarixi şərait yaranıb. Azərbaycan bundan istifadə edə bilər. İki ölkə arasında sərhədlər müəyyənləşəndə də bu məsələ gündəmdə olmalıdır. Çünki ermənilər də Azərbaycanın işğal edilmiş ərazilərini mənimsəmək istəyirdi”.
 
Ardını oxu...
“Azərbaycan müxtəlif beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddialar qaldırıb. Həmin iddialardan ən birincisi isə Ermənistanın Qarabağın işğalına görə, Azərbaycana zərər vurması ilə bağlıdır”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri İrəvan bələdiyyəsi seçkilərində “Ana Ermənistan” blokunun namizədlərindən biri Mesrop Manukyan deyib.

O bildirib ki, Bakının qaldırdığı iddada dəymiş zərər 130 milyard dollar göstərilib. “Azərbaycan iddia edir ki, Ermənistan ona 130 milyard dollar ziyan vurub. Elə məhkəmədə qaldırdığı iddialarda da bu qədər təzminat tələb edir. Həmin məhkəmələrin bu iddianı qəbul etməsi və Ermənistan əleyhinə qərar çıxarması mümkündür. Çünki Azərbaycanın hazırkı mövqeyi çox güclüdür və onlar məhkəmədə öz xeyirlərinə qərar çıxara bilərlər”.

Manukyan daha sonra qeyd edib ki, belə bir təzminat Ermənistan üçün fəlakətə bərabərdir. “Bilirsiz bu nə deməkdir? Hətta Paşinyan hakimiyyətdən getsə belə, ermənilər həmin pulu ödəmək məcburiyyətində qalacaqlar. Yəni, bu o deməkdir ki, hər bir erməni aldığı əmək haqqının yarısını Azərbaycana ödəməli olacaq”.
 

Ardını oxu...
İran Ermənistanı və Rusiyanı silahlandırmağa davam edir.

Bu barədə məlumatı “World News Portal” Teleqram kanalı paylaşıb.

Bildirilib ki, Ermənistan Rusiya və İran arasında hərbi əməkdaşlıq üçün logistik baza rolunu oynayır:

“İran Rusiyaya silah və “Şahid-136/131” kamikadze pilotsuz uçan aparatlarını müxtəlif üsullarla tədarük edir, bu yollardan biri də Ermənistan ərazisindən keçir”.

Qeyd edək ki, bu, rəsmi Tehranın İrəvana verdiyi ilk dəstək deyil. Bundan öncə də İranın Ermənistana silah tədarükü etdiyinə dair xəbərlər və görüntülər yayılıb.

Görünür, Tehran rejimi Ermənistana həm hərbi, həm də logistik dəstək verərək, düşmən ölkəni gücləndirməyə çalışır.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi beynəlxalq səviyyədə təsbit olundu:

“Nə qədər qısqanclıq olsa da, bu reallıqları xristian və Qərb dünyası qəbul etmək məcburiyyətindədirlər. Buna rəğmən, özünü müsəlman adlandıran qonşu İran hələ də gerçəyi qəbul etmir.

Çünki bu gerçəyi qəbul edən dövlətlər regionda sülhün tərəfdarı və təşəbbüskarı kimi çıxış edirlər. Bu konteksdə, Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə platformalar təşkil olunub.

Bütün bunların məqsədi odur ki, iki dövlət arasındakı münaqişə həll olmadan və sülh müqaviləsi imzalanmadan bu ölkələrə silah verilməsin. Bu, doğru olan və beynəlxalq hüquqa uyğun davranışdır”.

Politoloq vurğulayıb ki, İranın Ermənistana silah satması bizi ermənilər düşmənimiz olduğu üçün qıcıqlandırmır:

“Söhbət ondan gedir ki, sülh əldə olda olunmadan və potensial müharibə təhlükəsi mövcud olduğu bir vəziyyətdə heç bir ölkə işğalçı dövləti silahlandıra bilməz. Yəni bu məsələdə konkret qərəz var.

Bu məsələdə Hindistan istisna dövlət deyil. İran da hərbi cəhətdən ciddi şəkildə Ermənistana yardım edir. Tehran Ermənistanı hərbi cəhətdən gücləndirməklə, Azərbaycana qarşı dirənməsini artırırlar. Bu isə o deməkdir ki, regionda Azəbaycan və Ermənistan arasındakı münaqişənin tamamilə həll olunmasında qonşu İran maraqlı deyil. Məsələ bundan ibarətdir”.

Dünyapress TV

Xəbər lenti