Ardını oxu...
Panfarsizm, paniranizm ideologiyası təhriflərdən yoğurulub. Təəssüf ki, bu saxtakar düşüncə sistemi əsasında bir neçə nəsil formalaşıb. Bu sistemin ideoloqları və davamçıları iddia edir ki, türklər “səlcuqlarla farsların tör-töküntüsü”dür. Onların təhrifinə əsasən, türk dili (Azərbaycan türkcəsi) fars dilinin bir qoludur. Onlara görə, türklər, yəni azərbaycanlılar indi İran adlana ölkə ərazisinə gəlmədir.

Panfarsist düşüncə sistemi bu cür tarixi, elmi təhriflərlə doludur. Dilçilər, musiqiçilər fars dili və musiqinin Azərbaycan dilindən sintaksis, morfologiyasına, musiqisi isə ladına görə tamamilə fərqlənir. Düzdür, indi Azərbaycanda bəziləri fars ladı ilə türkcə mahnılar oxuyur. Belələri Azərbaycan musiqisini korlayır, savadsızcasına panfarsizmə xidmət edirlər.

Ancaq İran hakimiyyəti Güney Azərbaycanda milli-mədəni tədbirlərin keçirilməsini yasaqlayır. Azərbaycan musiqisi və rəqslərini könüllü olaraq öyrədənləri təqib edir, bu yöndə fəaliyyət göstərən məktəbləri isə bağlayır. Bu, Tehran hakimiyyətinin güney azərbaycanlılara mədəni terrorudur.

Fars mərkəzli düşüncə sisteminin nümayəndələri və ideoloqları bir əsrdən artıqdır Azərbaycan türkcəsində olan coğrafi adları ya farslaşdırır, ya da təhrif edilər. Tehran rejiminin ögey münasibət nəticəsində Azərbaycanın tarixi mədəni abidələr məhv olur.

İran hakimiyyət nümayəndələri, tutduqları vəzifədən asılı olmayaraq, bütün sahələrdə təhrif və faktları saxtaladırmaqla məşğuldurlar.

Bu günlərdə – avqustun 12-də Xəzərin qorunması günü kimi qeyd edilirdi. Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bununla bağlı “X”dəki səhifəsində paylaşım etmişdi: “Avqustun 12-i gələcəkdə suların tükənməsi və ciddi ekoloji fəlakət riski ilə üz-üzə qalan Mazandaran (Xəzər) dənizi günüdür. Bu mavi incinin sahilində yerləşən bütün 5 ölkə öz sağlamlığını, təhlükəsizliyini, iqtisadiyyatını və regionu xilas etmək üçün vəziyyət daha da pisləşmədən heç bir mülahizəsiz bir həll yolu tapmaq məcburiyyətindədir”.

Səfir Musəvinin Xəzəri “Mazandaran” adlandırması Tehran hakimiyyətinin təhrifi ilə yanaşı, həm də panfarsçı inadından irəli gəlir. Vaxtı ilə İranın keçmiş prezidenti, islam pərdəsi altında gizlənən fars şovinistlərinin aparıcılarından sayılan Məhəmməd Xatəmi belə bir təhrifə yol vermişdi.

Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Musəvidən də böyük Məhəmməd Xatəmiyə “Mazandaran” dərsi vermişdi. Həmin tarixi dərsi səfirin də bilməsini, yaxud xatırlamasını istədik. Bu hadisə 2002-ci ilin mayında Heydər Əliyevin Tehrana səfəri zamanı baş verib.

İran prezidenti Məhəmməd Xatəmi ilə görüşdə Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələ müzakirə olunurmuş. İran prezidenti danışıqlar zamanı bəlkə də bilərəkdən “Xəzər dənizinin problemləri” əvəzinə “müşkülati-dəryaçayi-Mazandaran” (“Mazandaran gölünün problemləri”) ifadəsini işlədir, söhbəti tərcümə edən Azərbaycanın Tehrandakı o vaxtkı səfiri Abbasəli Həsənov isə ifadəni avtomatik olaraq “Xəzər dənizinin problemləri” şəklində çevirir. Amma təbii ki, tez-tez “Mazandaran” kəlməsinin səslənməsi diqqətdən yayına bilməzdi. Mərhum Prezident fars dilini bir az bildiyindən xəbərdar olduğu üçün arada fasilə yarananda üzünü o vaxtkı xarici işlər naziri Vilayət Quliyevə tutaraq, deyib: “Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var?”

– Cənab prezident, iranlılar guya Xəzəri tarixən İranın daxili su hövzəsi sayır, bəzən öz aralarında ona Mazandaran gölü deyirlər.

Prezident əsəbi şəkildə Abbasəliyə irad tutur:

– Niyə dəqiq tərcümə eləmirsən?

Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Xatəmini dayandırır:

– Ağayi Xatəmi, bildiyimə görə, qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub. Hətta eşitdiyimə görə, qədim türklər ona Quzğun dənizi deyiblər. İndi necə eləyək? Siz Mazandaran gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqda?”

Bundan sonra M. Xatəminin üzrxahlıq etməkdən başqa yolu olmayıb.

Xəzərin problemlərindən danışan Musəviyə də məlumdur ki, Xəzəryanı 5 dövlətdən 3-ü türk dövlətləridir. Bundan başqa, İranda sahildə yaşayanların da çoxu türklərdir. İndi necə olsun, İran hakimiyyəti Xəzərin adını da körfəzin adının gününə salmaq istəyir? Buranı ərəb “Ərəb körfəzi”, “Bəsrə körfəzi” adlandırırlar. Tarixdə isə o yerlədə Kəngər körfəzi deyiblər. Bu sayaq adlanmada heç bir təhrif yoxdur. Ancaq Kəngər körfəzinin “Fars”, Xəzərin “Mazandaran” adlanması təhrif və coğrafi adların saxtalaşdırılmasıdır.

Xəzəryanı ölkələrin təhlükəsizliyini isə İran və Rusiya təhdid edir. Xəzərlə bağlı qəbul olunan konvensiyaya əsasən, bu su hövzəsindən hərbi məqsədlə istifadə etmək olmaz. Ancaq İran və Rusiya bu sənədin uyğun maddəsini pozub. Bu su hövzəsi vasitəsi ilə İrandan Rusiyaya hərbi texnikanın daşınmasına dair xəbərlər yayılıb. Həmin hərbi texnikadan isə Ukraynadakı müharibədə istifadə edilir. Bundan başqa, Rusiyanın Xəzər dənizindəki bazasından “İsgəndər” raketi Ukraynaya atılır.

Səfirin “Mazandaran” ifadəsi panfarsçıların ənənəvi hikkəli, inadcıl adətidir. Bu kimi məsələlərdə israr etmək heç də yaxşı hal deyil. Bu halın adını da yazardıq. Ancaq hələ yazmırıq, səfir və ya İranın başqa rəsmisinin bunu təkrarlamasını gözləyək…
Sədrəddin Soltan - Pressklub.az
 
Ardını oxu...
“Dağlıq Qarabağda humanitar vəziyyət gündən-günə daha da ağırlaşır. Əgər Azərbaycan blokadanı aradan qaldırmasa, insanlar ac qalacaqlar. Yeməkdən silah kimi istifadə olunması Roma Konvensiyasinin 7-ci maddəsinin pozulması və "insanlığa qarşı cinayət"dir”.

Ovqat.com xəbər verir ki, bu barədə ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi, Luizianadan seçilmiş senator Bill Kessedi özünün “X” səhifəsində paylaşımında bildirib.

Senator paylaşımına Fransanın “France24” nəşrinin dərc etdiyi “Dağlıq Qarabağın blokadası: “bir neçə həftədən sonra burada kütləvi aclıq başlayacaq”” sərlövhəli məqaləni də əlavə edib.

Məqalənin ilk cümlələrində vurğulanır:

“Ermənistanı Dağlıq Qarabağ anklavı ilə birləşdirən yeganə yol - Ermənistan və Azərbaycan arasında onilliklər boyu mübahisə edilən parçalanmış bölgə – iyul ayından etibarən Azərbaycan tərəfindən tamamilə bloklanıb. Yerli sakin əhalinin qida və su almaqda qarşılaşdıqları problemləri təsvir edərək, bəzi insanların blokadanın təsirindən öldüyünü bildirir.

2022 - ci ilin dekabrından Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə marşrut – Laçın dəhlizi Azərbaycan tərəfindən tədricən bloklanır.

Əsasən etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ bölgəsi Sovet İttifaqının dağılmasından bəri Ermənistan-Azərbaycan münaqişəsinin mərkəzindədir və əvvəl 1991-1994-cü illərdə, daha sonra 2020-ci ilin sonlarında iki müharibəyə səbəb oldu. Son müharibə zamanı Azərbaycan regionun böyük hissəsinə nəzarəti ələ ala bildi. Rusiyanın köməyi ilə imzalanan atəşkəs razılaşmasına görə, Laçın dəhlizi boyunca sərbəst hərəkətə zəmanət veriləcəkdi”...
Ardını oxu...
Ardını oxu...
Qısası, tamamilə ermənilərin iddialarını əks etdirən bu məqalənin ABŞ senatoru tərəfindən paylaşılması rəsmi İrəvanın Azərbaycana qarşı son zamanlar həyata keçirdiyi diplomatik həmlələrindən biridir. Sözsüz ki, ABŞ senatoru özünə və ölkəsinə aid olmayan belə bir yazını paylaşırsa, deməli, erməni lobbisi diplomatik sahədə yaxşı işləyib. Bəs, Azərbaycanın ABŞ-dakı səfirliyi və BMT-dəki Daimi Nümayəndəliyi necə, hansı sahədə tər tökməklə məşğul olub?
Ardını oxu...
Böyük ehtimalla, Daimi nümayəndə Yaşar Əliyev və səfir Xəzər İbrahim baş-başa verib Facebookun erməni seqmentində tort yeyən Qarabağ sakini axtarırlar. Təsadüfi deyil ki, səfirliyin rəsmi saytında belə, ən son yazı 24 fevral tarixində “Xocalı soyqırımı”nın anım günündə paylaşılıb. Ondan əvvəlki yazı isə 19 yanvarda yayımlanan 20 yanvar faciəsi ilə əlaqədar məqalədir.
Ardını oxu...
Nəzərə alsaq ki, Xəzər İbrahim ilk diplomatik fəaliyyətinə 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi vəzifəsi ilə başlayıb, belə anlaşılır ki, onun ən yaxşı bildiyi sahə də elə media ilə işdir. Bununla belə, Azərbaycanın ABŞ-dakı səfirliyinin rəsmi saytının hər aydan bir yenilənməsi diplomatik nümayəndəliyimizin necə fəaliyyət göstərdiyinə ən yaxşı nümunə ola bilər.
 
Ardını oxu...
Açıram “Pyatnicha” kanalını , aparıcı şef “ VAN” adlı restoranı və onun erməni rəhbərini reklam edir.
Çöndərirəm THT4-ə iki erməni aparıcı 3 qonaq dəvət edib , biri İəvandan, biri Almanaiyadan, biri də ABŞ-dan, biri də Gürcüstandan , hər üçü ermənidir.
Kuxnya TV-yə çövürürəm bir erməni arvad ( sözün əsl mənasında ) erməni milli yeməyi adına bizim əriştəni bişirir.
Rusiya media məkanını işğal edib bunlar…
Rusiyada heç kim bunun fərqində deyil ?
Yegana Hacıyeva
Teref.az
Ardını oxu...
Nikol Paşinyan bildirib ki, o, Azərbaycana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib. Bakının onlara razılıq verməsi və ümumiyyətlə, yaxın vaxtlarda sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir?

Teref.Az Konkret.az-a istinadla xəbər verir ki, politoloq Norayr Dunamalyan bildirib ki, Azərbaycanla danışıqlar prosesi gizli saxlanılır. Ona görə də Ermənistan hökumətinin təklif edə biləcəyi mövqelərdən danışmaq çox çətindir: “Biz, əlbəttə ki, güman edə bilərik ki, Ermənistan hakimiyyəti uzunmüddətli güzəştlərə hazırdır və bu güzəştlərə ilk növbədə kommunikasiya və delimitasiya, sərhədin demarkasiyası məsələləri aiddir”.

Politoloqa görə, “Laçın və Zəngəzur dəhlizi eyni əhəmiyyətə malik olduğu üçün bu məsələnin müzakirəsi danışıqlar prosesinə əlavə oluna bilər. Yəni biz Laçın və Ağdamdan keçən yolu açsaq, o zaman Ermənistan Sünikdən yolu açmalıdır. Azərbaycan tərəfi bunu “kommunikasiya problemlərinin kompleks həlli” kimi təqdim edəcək. Erməni tərəfi bunu Laçın dəhlizinin açılması və Cənubi Qafqazda kommunikasiyalar vasitəsilə kommunikasiyaya dəstək siyasətinin davam etdirilməsi baxımından təsəvvür edə bilər”.

Norayr Dunamalyan daha sonra vurğulayıb: “Rusiya, ABŞ, Aİ-nin təmsil olunduğu ölkələr yeni münaqişənin qarşısını almaq üçün daha çox Ermənistanın boyun əyməsinə səy göstərir. Azərbaycan bunu çox aydın başa düşür.

Mənə elə gəlir ki, Ermənistan hakimiyyəti də bunu başa düşür, lakin onların manevr imkanı yoxdur və ümumiyyətlə, hər addım mövqeyini daha da pisləşdirir. Əgər siz bütövlükdə danışıqlar taktikasını dəyişməsəniz və erməni elitasının davranışını dəyişməsəniz, bu, dalana dirənəcək.

Ermənistan təbii ki, əvvəllər vəd etdiyi hər hansı güzəştdən imtina edərək daha sərt mövqe tutsa, bu, böyük eskalasiyaya gətirib çıxara bilərmi? Digər sual budur ki, Ermənistan eskalasiyaya nə dərəcədə hazırdır, Azərbaycan nə dərəcədə hazırdır, dünya ictimaiyyəti buna necə reaksiya verəcək? Yəni bu, cavabı bilinməyən çoxlu sayda suallardır. Bu isə tərəflərin davranışına təsir edə bilər”.

Onun sözlərinə görə, “Erməni tərəfi çox passiv, mücərrəd rol oynayır, məsuliyyəti müxtəlif aktorların – ABŞ, Aİ, Moskvanın üzərinə atır. Amma bu aktorlar artıq getdikcə daha çox yenilənən danışıqlar prosesinin rəvayətlərinin girovuna çevrilirlər. Məsələn, 9 noyabr 2020-ci il tarixli eyni bəyanatdan demək olar ki, heç nə qalmayıb, xalqların öz müqəddəratını təyin etmə hüququndan tutmuş regionda sülhün qorunmasına qədər çoxlu sayda prinsiplər yenilənib. İndi danışıqlar platformalarında tamam başqa şeylərdən danışırlar, bəzi mövqeləri dəyişirlər, onlara yenidən baxırlar. Erməni tərəfi deyir ki, biz bütün güzəştlərə getmişik”.

Siyasi şərhçiyə görə, “Danışıqlar prosesi erməni tərəfinə təzyiq platformasına çevrilir.

Rusiya üçün, əlbəttə ki, simasını saxlamaq və hər iki tərəfi Moskvada sülh müqaviləsi bağlamağa təşviq edir. Xankəndinin də danışıqlar prosesində qəti mövqeyi yoxdur. Azərbaycan isə Dağlıq Qarabağ əhalisinin heç bir subyektivliyini ümumiyyətlə qəbul etmir və ermənilərə öz vətəndaşı kimi baxır”.
Ardını oxu...
İsraildə növbəti etiraz aksiyası keçirilir.

Axar.az xəbər verir ki, hazırda İsrail Baş naziri Benyamin Netanyahunun Qüdsdəki evi etirazçılar tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, daha öncə Netanyahu və həyat yoldaşının Təl-Əvivdə olduğu bildirilib.
 
 
Ardını oxu...
Tehran məhkəməsi 1980-ci ildə yeni qurulmuş İran İslam Respublikasına qarşı çevriliş planlaşdırdığına görə Amerika Birləşmiş Ştatlarından 330 milyon dollarlıq təzminat tələb edib.

Teref.Az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.

Təzminat işi ötən il çevriliş qurbanlarının ABŞ hakimiyyət orqanlarına qarşı məhkəməyə verdiyi şikayət əsasında açılıb.

Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. Bundan əlavə, məhkəmə 300 milyon dollar məbləğində cəza sanksiyaları tətbiq edib.

Bildirilir ki, 1980-ci ildə İranda hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhd, Ayətullah Xomeyninin iqamətgahına hava zərbəsi endirmək və daha sonra İranın qalan hissəsini ələ keçirmək planlaşdırılıb. Sui-qəsdçilər Qərbi Həmədan əyalətindəki Şəhid Nozhe aviabazasında ifşa edilib. Lakin ABŞ çevriliş cəhdində iştirakını heç vaxt təsdiqləməyib.
 
Ardını oxu...
Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.

Teref.az Report-a istinadən xəbər verir ki, “Vaqner” rəhbərinin əsas rəsmi aktivi “Konkord menecment və konsaltinq” şirkətidir. Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də, Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.

Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan M Invest şirkətləri də onun olub.

Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı onun mülkiyyətidir.

Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.

Ardını oxu...
Ermənistan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı yeni təkliflər hazırlayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə məlumatı mətbuata açıqlamasında təsdiqləyib. O, öz çıxışında bildirib ki, İrəvan öz təkliflərini artıq Bakıya göndərib.

“İrəvan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya verib,” - deyə Paşinyan vurğulayıb.

Ümumiyyətlə, İrəvanın növbəti təkliflər paketində Azərbaycanı qaneedəcək dəyişikliklərin olması ehtimal oluna bilər?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycanın XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov “Cümhuriyət qəzetin”-ə açıqlamasında qeyd edib ki, Ermənistanın növbəti təkliflər paketinin Azərbaycan tərəfindən qəbul olunması ehtimalı çox azdır:

“İndidən bu məsələ barədə proqnoz vermək çətindir. Lakin onu görürük ki, İrəvan rəhbərliyi son bəyanatlarında Azərbaycandan Ermənistanın ərazi bütövlüyünün tanımasını tələb edir. İrəvan Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiyası və demarkasiyasının 1975-ci il xəritələri əsasında aparılmasını istəyir. Bu isə Azərbaycan tərəfindən qəbul olunmur. Eyni zamanda onu da nəzərə alaq ki, Ermənistan bir dövlət olaraq hələ də Azərbaycan ərazisində özgənin hesabına öz hərbçilərini saxlayır. Bununla bərabər, İrəvan rus sülhməramlıların müvəqqəti yerləşdiyi ölkəmizin ərazisində qondarma qurumu dəstəkləyir və bu quruma maliyyələşdirməyi davam edir.

Bu təkliflərdə İrəvanın Qarabağla bağlı mövqeyi öz əksini tapacaq. Hətta bu yaxınlarda Ermənistan özünü həyasızlığa salaraq BMT-nin Təhlükəsizlik Şurasında əsası olmayan məsələlər qaldırıb. Bu da onu göstərir ki, İrəvan hələ də öz “konneksiya” siyasətini davam etdirir. Bu baxımdan Azərbaycan da buna cavab olaraq öz advekat addımlarını atacaq. Ermənistanın növbəti təkliflər paketi onun köhnə siyasətinin davamıdır”.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov da öz fikirlərini bölüşüb. O, açıqlamasında bildirib ki, Ermənistan bu kimi vasitələrlə öz manipulyasiya siyasətini davam etdirir.

“Keçən ilin mart ayında Azərbaycan Ermənistana beş təklifdən ibarət baza prinsipləri göndərib. Azərbaycan rəhbərliyi də bəyan edib ki, sülh müqaviləsi məhz bu prinsiplər üzərində imzalanmalıdır. Ermənistan hakimiyyəti də ölkəmizin təkliflərinə müsbət yanaşaraq onu qəbul etdi. Amma çox təəssüf ki, sonrakı dövrdə Ermənistanın manipulyasiya ilə məşğul olduğunu və İrəvanın sülh prosesindən yayınmaq üçün müxtəlif variantlar istifadə edərək özünün dırnaqarası təkliflər irəli sürdüyünü gördük.

Öz təklifləri adı altında guya İrəvan hansısa önəmli məsələləri qaldırmağa çalışırdı. İrəvanın irəli sürdüyü təkliflər içərisində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ də olub. Əlbəttə, bu da Ermənistanın manipulyasiyası üçün siyasi oyundur”.

O ki qaldı İrəvanın növbəti təkliflər paketində hansı dəyişikliklərin olacağına, hələlik bu barədə tam dəqiq fikir söyləmək mümkün deyil:

“Çünki Ermənistanın sülh prosesi ilə bağlı mövqeyi aydın deyil. Əsas problem bundan ibarətdir. Bu baxımdan Ermənistanın hər hansı məsələ ilə bağlı normal təklif irəli sürməsi inandırıcı görünmür. Sülh müqaviləsi yalnız Azərbaycanın irəli sürdüyü beş təklif, yəni ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarının olmaması, gücdən istifadə edilməməsi, sərhədlərin delimitasiya və demarkasiya olunması, kommunikasiyaların açılması kimi prinsiplər əsasında imzalana bilər.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə gəlincə, bu məsələ Azərbaycanın daxili işidir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Bakı bu məsələni nə Ermənistan, nə də digər ölkələr ilə müzakirə edəcək. Ermənistanın növbəti təkliflərinin əsaslı xarakter daşıyacağını düşünmürəm. Sadəcə olaraq bu, Ermənistanın manipulyasiya siyasəti və vaxtı uzatmaq cəhdindən irəli gəlir”.
 
Ardını oxu...
Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın özü, valideynləri, xanımı və uşaqları prokurorluğa dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, prokurorluqda aparılan araşdırma əmlakla bağlıdır.

Çarukyan isə vəkilinin getdiyini, sənədləri aldığını, ata-anasının isə işlədiyini, “insanlara xeyir verdiyini” bildirərək, özünün də “ciddi işlərlə” məşğul olduğu görüntüsünü yaratmağa çalışıb:

“Ölkə təhlükədədir, müharibə qaçılmazdır, Qarabağda 120 min soydaşımızın qidalanması və sağ qalması problemi var. Bu şəraitdə mən necə bütün bunları arxada qoyub başqa bir şey haqqında düşünə bilərəm?”

Qeyd edək ki, Çarukyan hətta müharibə ehtimalı olsa belə, onun qarşısını alacaq ən sonuncu adamdır. Üstəlik, rusiyayönlülüyü ilə seçilən və Rusiya ilə biznes maraqlarına görə bağlı olan partiya sədri 2021-ci ildən – parlament seçkisindəki uğursuzluqdan sonra ictimai-siyasi proseslərə də heç bir təsir imkanına malik deyil.
 
Ardını oxu...
Avqustun 23-də Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısında olan “Vaqner” PMC şirkətinin təsisçisi Yevgeni Priqojin hadisədən bir neçə gün əvvəl Mərkəzi Afrika Respublikasının (MR) Prezidenti Faustin-Archange Tuadera ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, bubarədə “The Wall Street Journal” özəl mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Priqojinin təyyarəsi avqustun 18-də Banqidə görünüb. PMC-nin təsisçisi ilə görüşdə Tuadera onu hərbi təşkilatın Mərkəzi Afrika Respublikasındakı fəaliyyətinə mane olmayacağına əmin edib.

Mənbələrə görə, prezident sarayındakı görüşdə CAR kəşfiyyatının rəhbəri Vanset Linqissara da iştirak edib. Ammanə onun, nə də prezidentinin sözçüləri bu barədə “The Wall Street Journal”ın sorğusuna cavab verməyiblər.

Priqojin CAR liderləri ilə görüşdükdən sonra Sudanın Çevik Reaksiya Qüvvələrinin nümayəndələri ilə bir araya gəlib. Qeyd edək ki, aprelin ortalarında bu silahlılarla Sudan silahlı qüvvələri arasında bu günə qədər davam edən münaqişə başlayıb.

Mənbələr bildiriblər ki, Sudan nümayəndə heyəti Darfurdan Banqiyə gəlib və Priqojinə hədiyyə olaraq qızıl gətirib. Bu, “Vaqner” PMC-nin rəhbəri tərəfindən onlara yer-hava tipli raketlərin tədarükünə Sudan tərəfinin təşəkkür jesti olub. Rusiya muzdluları Çevik Reaksiya Qüvvələrinə Sudan ordusu üzərində bir sıra qələbələr qazanmağa, o cümlədən, Xartumdakı müəssisələrdən birinə nəzarəti ələ keçirməyə kömək ediblər.

Münasişə başlanarəkən, Sudan hakimiyyəti və Priqojin “Vaqner” PMC-nin Sudanda olmasını barədə xəbərləri təkzib edib.

Qəzet yazır ki, Moskvaya getməzdən əvvəl Priqojin Maliyə də səfər edib. Bir müddət Bamakoda qalıb və oradan Moskvaya uçub.
 

Dünyapress TV

Xəbər lenti