Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.

Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

“Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm”, - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub. (Məndə: Habertürk)
Ardını oxu...
Böyük Britaniya Türkiyəyə 77 nəfərlik axtarış-xilasetmə mütəxəssisi, ən müasir avadanlıq və axtarış itləri göndərir.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu, zəlzələdən sağ qalanların tapılmasına kömək edəcək mühüm dəstəkdir. Türkiyənin tələb etdiyi yardımı tez bir zamanda çatdırırıq”, – deyə nazirliyin sosial şəbəkə səhifəsindəki paylaşımında yazılıb.
Ardını oxu...
Kahramanmaraşda ötən gün səhər saatlarında baş verən və sonradan da davam edən zəlzələlərdən sonra çox sayda ölkədən Türkiyəyə başsağlığı və yardım mesajları gəlib.

Prezident Erdoğan beynəlxalq yardımlar üçün təmas xətlərinin açıldığını, NATO və Avropa ittifaqına əlavə olaraq, 45 ölkənin yardım təkliflərinin Ankaraya çatdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus təcili yardım briqadalarının zəlzələdən zərərçəkmiş insanlara təxirəsalınmaz tibbi xidmət göstərmək üçün təlimatlandırıldığını açıqlayıb.
Azərbaycan 420 nəfərlik xilasedici heyətlə ilk köməyə gedənlərdən olub
Türkiyə ilə həmrəylik nümayiş etdirən və ona ilk yardım göndərən ölkələrdən biri Azərbaycan olub.

Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər elə bazar ertəsi Türkiyəyə yola salınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti də Türkiyəyə yollanıb.

Bundan başqa, 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı artıq Türkiyədədir, Azərbaycan XİN bildirib.
Dünyanın bir çox ölkəsindən kömək gəlir
İsraildən yola düşən “Zeytun Budaqları” adlı humanitar yardım qrupu bu gün səhər Adanaya gəlib və ilkin qiymətləndirmələrinin ardından xilasetmə işlərinə başlamaq üçün zəlzələ bölgələrinə doğru hərəkət edib.

İsrailin xarici işlər naziri Eli Cohen deyib ki, Xarici İşlər Nazirliyinə "təcili yardım proqramı hazırlamağı" tapşırıb.

Hindistanın göndərdiyi ilk təyyarə Adanaya eniş edib.

Avropa İttifaqının 19 üzv ölkəsindən 30-dan çox axtarış-xilasetmə və tibbi qrupun Türkiyəyə getmək üçün səfərbər edildiyini bildirib. Bu qruplara 1200-dən çox xilasedici və 70 axtarış iti daxildir.

Aİ sözçüsü bildirib ki, 11 komanda bu gün əraziyə çatıb, digərləri isə yoldadır.

Aİ-dən dəstək göndərən ölkələr Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa, Rumıniya, İtaliya, Macarıstan, Avstriya, Almaniya, Estoniya, İspaniya, Malta, Slovakiya, Portuqaliya, Monteneqro və Albaniyadır.

Çin ilk xilasetmə qruplarının çərşənbə axşamı Türkiyədə işə başladığını və ölkəyə 5,9 milyon dollarlıq təcili yardım göstərəcəyini söyləyib.

Fevralın 6-da Yaponiyadan gələn təbii fəlakətdən xilasetmə dəstəsinin üzvləri Tokionun Haneda hava limanından Türkiyəyə yola düşüb.

İrandan da 6 briqada yola çıxıb.

Rusiya, Ermənistan, Tayvan... kömək təklif edir
Rusiya Fövqəladə Hallar Nazirliyi 100 nəfərlik IL-76 təyyarəsinin ehtiyac olarsa, Türkiyəyə uçmağa hazır olduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putin Türkiyə və Suriyaya Rusiyanın köməyini təklif edib, lazım olan köməyi göstərməyə hazır olduqlarını açıqlayıb.

Tayvan Yanğınsöndürmə İdarəsi 130 nəfərlik komanda, 5 axtarış iti və 13 ton yardım məhsullarının Türkiyəyə getməyə hazır olduğunu söyləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da sosial media hesabından etdiyi açıqlamada "Türkiyə və Suriyada çox sayda itkiyə səbəb olan dağıdıcı zəlzələ xəbərinin hüznünü yaşayırıq. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara şəfa diləyirik. Ermənistan yardım etməyə hazırdır” deyib.

Cənubi Koreya Prezidenti Yoon Suk-yeol Türkiyəyə xilasedicilər və təcili yardım məhsullar göndərilməsi təlimatını verib.

Prezident adminstrasiyası "Yoon müvafiq dövlət qurumlarına Türkiyə ehtiyac duyarsa, əlavə dəstək tədbirləri görməklə bağlı tapşırıq verib”, -deyə açıqlama verib.

Avropa İttifaqı "böhrana müdaxiləni" müzakirə edir
Avropa İttifaqı (Aİ) Türkiyə və Suriyada baş verən zəlzələdən sonra “böhran müdaxiləsi” toplantısı keçirib.

Aİ zəlzələ sonrası ərazidəki ilkin yardım briqadalarını dəstəkləmək üçün 10 komandanın səfərbər edildiyini bildirmişdi.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi Josep Borrell və Avropa Komissiyası Böhran İdarəetmə komissarı Janez Lenarçiç Türkiyədəki zəlzələ ilə bağlı ortaq yazılı açıqlamada Aİ-nın axtarış-xilasetmə briqadalarının səfərbər edildiyi vurğulanıb.

"Ərazidəki ilkin müdaxilə briqadalarını dəstəkləmək üçün Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa və Ruminiyadan 10 “şəhərdə axtarış-xilasetmə” briqadası sürətli səfərbər edilib”, -deyə açıqlamada qeyd olunur.

İtaliya və Macarıstan da Türkiyəyə xilasetmə briqadası göndərməyi təklif edib.

İspaniya şəhər xilasetmə qrupları da Türkiyəyə getməyə hazırlaşır.

Bolqarıstandan gələn 59 nəfərlik qrup Türkiyəyə Edirnedən daxil olub
Bolqarıstandan 19 xilasedici maşınla yola çıxan 59 nəfərlik qrup ölkəyə Edirnedəki Kapıkule gömrük-keçid məntəqəsindən daxil olub.

Zəlzələ bölgəsində axtarış tədbirlərinə qoşulacaq olan Bolqarıstan axtarış-xilasetmə briqadasının rəhbəri Kaloyan Donçev "Biz sizinlə qonşuyuq və sizin yaşadığınız hər pis hadisə bizə dərindən təsir edir. Sizin Türkiyədə hazırlıqlarınızın böyük olduğunu bilirəm və lazım olan hər şeyi edirsiniz. Lakin biz qonşu olaraq bu vəziyyətə göz yuma bilmədik”, -deyə bildirib.

Yunanıstandan başsağlığı və həmrəylik mesajları
Yunanıstanda dövlət rəsmiləri ilə yanaşı, bütün siyasi partiyalar türk xalqının yaşadığı faciədən duyduqları dərin üzüntülərini ehtiva edən mesajlar yayıblar.

Baş nazir Kiryakos Miçotakis Nazirlər Şurası toplantısından sonra TV kanallarına verdiyi canlı açıqlamda “Yardım məqsədi ilə yunan dağıntı və yanğınsöndürmə bölmələrinin Türkiyəyə göndərildiyini" və “Türkiyənin istədiyi təqdirdə, zəlzələ qurbanları üçün dərman, çadır, yorğan və tibbi briqada göndərməyə hazır olduqlarını" qeyd edib.

Hollandiyadan briqada, Belçikadan təcili yardım zərfi
Hollandiya Qızılxaç Təşkilatı Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün yardım kampaniyası başladıb.

Qurumun açıqlamasında “Dağıntı, toz, ümidsizlik, üzüntü. Saniyələr içində böyük bir zəlzələ Türkiyə və Suriyadakı insanların həyatını tamamilə paramparça etdi. Dağıntılar altındakı insanları axtarmaq, tibbi yardımla təmin etmək və hər şeyini itirmiş insanların qayğısına qalmaq üçün kömək edəcəyik”, -deyə qeyd olunub.

Hollandiya Şəhər Axtarış və Xilasetmə Qrupuna bağlı olan 65 xilasedici və 8 xüsusi təlimatlı it Türkiyəyə doğru hərəkət edib.

Yerli saatla 19:00 radələrində Eindhoven-dən hərəkət edən Hollandiya xilasetmə briqadasını 15 ton ağır xilasetmə avadanlığının olduğu bir karqo təyyarəsi də müşayət edir. Qrupda əsgər, polis, yanğınsöndürmə briqadası və təcili yardım işçiləri də yer alır.

Belçika hökuməti də Türkiyədəki zəlzələ qurbanları üçün tibbi briqada göndərməyə qərar verib.

Qrupun neçə nəfər olacağı və nə zaman hərəkət edəcəyi planlaşdırılır.

Belçikadakı Flaman hökuməti Türkiyə ve Suriyadakı zəlzələdən zərərçəkənlər üçün 200 min avroluq (təxminən 365 min manat) yardım zərfi hazırlayıb.

Yerli hökumətin Baş naziri Jan Jambon Xarici İşlər Nazirliyinin büdcəsindən ayrılan təcili yardım vəsaitinin sürətli və hədəfli bir şəkildə necə istifadə oluna biləcəyini araşdırdıqlarını açıqlayıb.

Jambon, “Daha artıq yardıma ehtiyac olarsa, bu rəqəm daha da artırılacaq. Hökumət olaraq bunu araşdıracağıq”.

Fransadan 139 nəfərlik xilasetmə qrupu Türkiyəyə yollanır
Fransa daxili işlər naziri Gerald Darmanin sosial mediada etdiyi paylaşımda 139 axtarış-xilasetmə işçisinin Türkiyəyə gedəcəyini açıqlayıb.

Darmanin öz paylaşımında “Fransa Prezidentinin tələbi ilə mülki müdafiədən 139 axtarış-xilasetmə işçisinin Avropa həmrəylik mexanizmi çərçivəsində bu axşam Türkiyəyə yola düşəcək. Fransa bu dəhşətli vəziyyətdə Türkiyə ilə tam həmrəydir”, -deyə bildirib.

İtaliyadan ilk axtarış-xilasetmə briqadası Türkiyəyə yola düşüb
DHA-nın məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyinin fövqəladə və yanğınsöndürmə qruplarından ibarət ilk mülki müdafiə qrupunun axtarış-xilasetmə işlərində iştirak etmək üçün yola düşdüyü bildirilib.

ABŞ: Zərərçəkənlərə kömək etmək üçün "əlimizdən gələni etməyə qərarlıyıq"

ABŞ Prezidenti Joe Biden zərərçəkmiş bölgələrə təcili yardım üçün icazə verdiyini və administrasiyasının Türkiyədəki səlahiyyətlilərlə sıx təmasda olduğunu söyləyib.

ABŞ-ın dövlət katibi Entoni Blinken zəlzələ ilə bağlı bu açıqlamanı verib:

"Birləşmiş Ştatlar Türkiyə və Suriyanın şimal-qərbində baş verən bu böyük zəlzələyə münasibətini bildirir. Mən komandama bölgənin nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün yaxın günlərdə türk rəsmiləri və humanitar yardım tərəfdaşlarımızla sıx əlaqə saxlamağı tapşırmışam”.

"Türkiyəyə ilk yardım dəstəyimiz başladı və biz Suriyada ABŞ-ın dəstəklədiyi humanitar yardım təşkilatları ilə işləyərək zəlzələlərin təsirlərinə cavab veririk. Bu günlərdə, həftələrdə, aylarda bu zəlzələlərdən zərərçəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”.

Böyük Britaniya Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu da daxil olmaqla təcili yardım göndərir
Britaniya xarici işlər naziri James Cleverly sosial mediada Türkiyəyə təcili yardım göndərdiklərini açıqlayıb.

Onun bəyanatında aşağıdakı sözlər yer alıb:

"Böyük Britaniya Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu, avadanlıq və xilasedici itlər də daxil olmaqla, təcili yardım göndərir. Suriyada Britaniya tərəfindən maliyyələşdirilən "Ağ Dəbilqəlilər" fövqəladə vəziyyətə cavab vermək üçün öz resurslarını səfərbər edib. Ehtiyac olarsa, biz əlavə yardım göstərməyə hazırıq”.

Özbəkistandan 100 nəfərlik axtarış-xilasetmə qrupu

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin göstərişi ilə Türkiyəyə humanitar yardım, xüsusi avadanlıq və 100 nəfərlik axtarış-xilasetmə qrupunun göndəriləcəyi açıqlanıb.
 
Ardını oxu...
Ardını oxu...
Modern barbarlar!
Kin ve nefretinizde boğulun. https://t.co/FS2S4WGR5C

— İbrahim Kalın (@ikalin1) February 7, 2023
Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Fransanın satirik “Charlie Hebdo” jurnalının dağıdıcı zəlzələ ilə bağlı karikaturasına reaksiya verib.

“Report”un məlumatına görə, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“Müasir barbarlar. Kin və nifrətinizdə boğulun”, - İ.Kalın yazıb.

Qeyd edək ki, jurnalın “Türkiyədə zəlzələ” karikaturası “Artıq tank göndərməyə ehtiyac yoxdur!” ifadəsi ilə müşayiət olunur.
 
Ardını oxu...
İran hakimiyyətinə bağlı saxta informasiya resursları Azərbaycana qarşı növbəti dəfə təxribat törədib.

Teref.az bildirir ki, İran mənbələrində "təcrübəli" amerikalı geoloq olduğu deyilən Ruben Burrelin guya yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bununla bağlı məlumatın guya express.co.uk saytında dərc edildiyinə dair informasiyalar tirajanıb.

Araşdırma zamanı məlum olub ki, yayılan məlumat tamamilə yalandır və Azərbaycana qarşı çirkin təxribat məqsədi daşıyır. Belə ki, təcrübəli və "tanınmış" geoloq olduğu iddia edilən Ruben Burrel haqqında internet resurslarında axtarış apararkən onunla bağlı heç bir məlumat aşkar edilməyib. Bundan əlavə, adıçəkilən saytda da belə bir məlumatın dərc edilmədiyi üzə çıxıb.

Bu cür saxta informasiyanın İrana bağlı sosial şəbəkə hesablarında paylaşılması zəlzələ təxribatının arxasında Tehran rejiminin durduğunu təsdiqləyir. İranın belə bir yalan məlumatı dövriyyəyə buraxmaqda məqsədi Türkiyədəki dağıdıcı zəlzələdən sonra Azərbaycan əhalisi arasında təşviş yaratmaq və insanları qorxu içində saxlamaqdır. Molla rejimi murdar niyyətini həyata keçirmək üçün sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqeyindən çıxış etdiyini göstərir. /Modern.az
 
Ardını oxu...
Belarus prezidenti Aleksandr Lukaşenko respublikanı tərk etmiş və respublikaya qayıtmaq istəyən vətəndaşlarla iş üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı baş prokuror Andrey Şvedlə görüşündə danışıb.

"Bu gün mən sizin başçılıq etdiyiniz bir qrup mütəxəssis tərəfindən hazırlanmış qanun pozuntularının törədilməsi ilə bağlı xaricdə olan Belarus vətəndaşlarının müraciətlərinə baxılması haqqında fərmanı imzaladım”, - deyə Şvedə bildirib.

O əlavə edib ki, əgər fərmanda nəsə nəzərdə tutulmayıbsa, baş prokurorun "həmin qaçaqlarla” bu problemi həll etmək üçün bütün dövlət aparatından istifadə etməsinə "kifayət qədər səlahiyyəti” var.

Bundan əvvəl Belarus prezidenti ölkəni tərk edən müxalifətçiləri vətənə qayıtmağa, "tövbə etməyə” və əməllərinə görə cəzalanmağa çağırıb. O deyib ki, "onların öz torpaqlarından başqa heç yerə lazım olmadığını anlamağa başlayıblar”, ona görə də onlara doğru addım atmaq lazımdır. Dövlət başçısı geri qayıtmaq istəyənlərin çox olduğunu iddia edib, lakin hakimiyyət mümkün casusları və terrorçuları necə "təmizləmək” barədə hələ qərar verməyib.

Aleksandr Lukaşenkonun ardıcıl altıncı dəfə yenidən prezident seçilməsi fonunda başlayan 2020-ci il etirazlarından sonra müxalifət nümayəndələri Belarusu tərk ediblər. Bir çox müxalifətçilər mühakimə olunub və uzunmüddətli cəzalara məhkum ediliblər, bir çoxlarına qarşı cinayət işi başlanıb.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi partiya liderləri ilə telefonda danışıb.

Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, İYİ Partiyanın sədri Meral Akşener, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və Demokratik Sol Partiyasının (DSP) sədri Önder Ağsaqqalla telefonda danışıb.

Söhbətdə mərkəzi Kahramanmaraş olan zəlzələ ilə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, son məlumata görə, zəlzələdə 1541 nəfər həlak olub.
Anadolu agentliyi
 
 
 
Ardını oxu...
Türkiyədə gecə saatlarında baş verən 7,4 ballıq zəlzələdən sonra İtaliyada da təhlükəli vəziyyət yaranıb.

İtaliyanın Mülki Müdafiə Departamenti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

08:31

Suriyada, Livanda və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb. Ölkədə ən azı 42 nəfər ölüb, 200-dən çox yaralı var.

Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.

Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.

Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.

Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub.

Mənbə: Al Arabiya, Haber Global
 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.

“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir.

Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, Valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar.

Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Türkiyə lideri qeyd edib

Dünyapress TV

Xəbər lenti