DİA.AZ: "ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür". DİA.AZ bildirir ki, bunu son günlər okeanın o tayından Güney Qafqazda baş verənlərə sərgilənən ədalətsiz mükalimələrə verdiyi redaksiyasında deputat Etibar Əliyev bildirib.
"Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı" deyə deputat əlavə edib.
Daha sonra "Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salan ABŞ bu gün faktiki olaraq Ukraynanı qurban verib" kimi ittihamı səsləndirən E. Əliyev fikrini belə əsaslandırıb: "On minlərlə ukraynalının ölümü, şəhər və kəndlərin yer üzündən silinməsi, ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ indi Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etmək istəyir. Necə ki 30 il Azərbaycanı da torpaqlarının işğalı ilə barışmağa sövq etməyə çalışırdı. Bu ölkə torpaqlarımızın işğaldan azad olunmasına yönəli BMT-nin 4 Qətnaməsinin icra olunmamasına göz yumdu. Bu ölkənin baş ideoloqu Henri Kissincer Rusiya -Ukrayna müharibəsindən xeyli əvvəl 2018-ci ildə yazırdı: " Artıq Krımın işğalından bir ay ötür. Biz Ukraynaya kömək etməyə borcluyuq. İlk növbədə Prezident izah etməlidir ki, banditlərin başqa ölkənin ərazilərini zəbt etməsi prosesində biz nə üçün belə vəziyyətlə barışmalıyıq! Biz, bütün qüvvələrimizi səfərbər edib, Rusiyanı danışıqlar masasında oturtmalıyıq, həmçinin ruslar Ukraynaya hücum edərsə Ukrayna xalqını var gücümüzlə müdafiə etməliyik. Ukrayna xalqının Qərbin onlara açıq şəkildə dəstək verməsinə inamları yaransa, silahların verilməsi təmin edilsə, onlar sona qədər döyüşərək şəhərlərini qoruyacaqlar. Ukraynalıların rusların yeritdikləri minlərlə tankları açıq məkanda vurmaq imkanları yoxdur. Onlar rusları şəhər şəraitində uzunmüddətli qarşıdurmada dəf edə biləcəklər. Belə olan halda Rusiya ağır iqtisadi çöküşə düçar olacaq və siyasi mənada müharibə tamamilə faydasız olacaq. Şəhərləri qorumaq üçün tank əleyhinə qurğular və portativ raketlər olmalıdır. Rusların qorxacağı bircə şey var: Ukrayna Avropa İttifaqının üzvü ola bilər." ABŞ Türkiyəni “ikinci Suriya”ya çevirməyə cəhd edib və 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETO təşkilatının əli ilə çevrilişə cəhd göstərib. Yalnız Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən xilas ola bilib. Amma bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dan təlimat, silah və maliyyə alır. Şərq məsələləri üzrə ekspert Qrem Füller bu yaxınlardakı müsahibəsində deyir: "İŞİD Amerikanın yürütdüyü siyasətin sahəsində yarandı. ABŞ bu bu təşkilatın yaranmasının əsas təşkilatçıdır. ABŞ belə bir təşkilatın yaradılmasını planlaşdırmamışdı. Lakin yaxın Şərqə və İraka etdiyi destruktiv müdaxilə bu terrorçu təşkilatın yaranmasına səbəb oldu." Bu fikirlər Mərkəzi Kəşfiyyat İdarəsinin aparıcı üzvlərindən birinin fikridir. Amerika Birləşmiş Ştatlarının apardığı riyakar siyasətə qarşı bir çox intellektuallar da etiraz edirlər. Məsələn, görkəmli linqivist və filosof Noam Xomski vətəndaşı olduğu ölkənin işğalçılıq və digər ölkələrin daxili işlərinə qarışmaq siyasətini mütəmadi olaraq kəskin şəkildə pisləyir. Bir misalı da xüsusilə qeyd etmək istəyirəm. Amerikanın ictimai rəyini öyrənən məşhur Gallup Agentliyinin apardığı sorğuya görə ABŞ dünyada Sülhün bərqarar olunmasına təhlükə törədən əsas ölkədir. Son zamanlar bu ölkənin rəhbərləri Nobel Sülh mükafatı almaq eşqinə düşüblər. Hansı sülhə görə? Barak Obamaya verilən bu mükafat Mixail Qorbaçova verilən mükafatla eyni məzmun daşıyır. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. Bunların heç biri bizim vətənimiz üçün keçərli deyil. Biz dəyərlərimizə və kollektiv simvollarımıza əbədi olaraq identiklik nümayiş etdirən xalqıq. Biz qalib xalqıq. Və heç bir kənar qüvvə bizi sarsılda bilməz".
Ərdoğanın dördtərəfli görüş (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) təklifi regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi daşıyır: 44 günlük müharibədən dərhal sonra bu prosesdə Türkiyə və Rusiya əsas oyunçu olsa da, sonrakı dövrdə, xüsusilə Ukrayna müharibəsindən sonra Fransa, ABŞ və Avropa İttifaqı oyuna aktiv daxil oldu; bu Rusiya qarşısında bir çox məsələdə Bakının manevr imkanını genişləndirsə də, əsasən Ermənistana sülh sazişindən yayınmaq imkanları qazandırdı;
Türkiyə və Rusiya prosei yenidən ələ almaq istəyir. Və bu, Fransadan sonra ABŞ-ın da vasitəçilik məsələsində geriyə düşməsinə zəmin yarada bilər, xüsusilə Vaşinqtonun Qarabağla bağlı son mövqeyindən sonra.
Ərdoğanın təklifinə Bakı və Moskva razı olacaq, hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur. Belə vəziyyətdə isə bölgədə yeni eskalasiya qaçılmaz olacaq və Ermənistan ciddi itkilər verəcək. İrəvanı yaxın perspektivdə regiondankənar ölkələrin qoruması praktiki olaraq çətindir. Balansı poza biləcək yeganə ölkə İrandır. Ki, Tehranın siyasi xəttində müşahidə edilən korrektlər Paşinyan üçün çıxılmaz vəziyyəti yetişdirir.
Son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatlar verməsi və ABŞ-la birgə təşkil etdiyi təlimlər İrəvanın Moskvadan tamamilə üz döndərdiyini deməyə əsas verirr. İki ölkə arasındakı gərgin vəziyyət getdikcə daha da ağır xarakter alır. Paşinyanın bir neçə gün bundan öncə səsləndirdiyi “daha Moskvaya öz təhlükəsizliyimizin qarantı kimi arxalana bilmərik” bəyanat isə bardağı daşıran son damla oldu. O da diqqətçəkən məqamdır ki, ABŞ rəsmiləri Ermənistanın Moskvaya qarşı bəyanatlarınl açıq çəkildə dəatəkləyir və Ermənistanı sona qədər müdafiə edəcəklərini bildirirlər. Maraqlıdır, Rusiyadan imtina edən Nikol Paşinyana ABŞ-ın sahiblənməsiAzərbaycana nə vəd edir? Ümumiyyətlə Ermənistan-ABŞ münasibətlərinin istiləşməsi Ağ Evin Qarabağla bağlı mövqeyinə və Bakı ilə münasibətlərinə nə kimi təsirlər göstərə bilər? Mövzu ilə bağlı Missiya.Az-ın sualını cavablandıran siyasi ekspert Asif Nərimanlı bildirib ki, ABŞ Senatında keçirilən müzakirələrə və dövlət katibinin köməkçisi Yuri Kimin açqlamalarına nəzər yetirdikdə Vaşinqtonun hansı addım atacağı fikri yaranır: “ABŞ açıq şəkildə elan etdi ki, Laçın yolu indi açılmalıdır və Qarabağda erməni əhalisinə qarşı hücuma dözməyəcəklər. Müzakirələrin detallarında da Vaşinqtonun mövqeyinin səbəbi ortaya çıxır, çünki Yuri Kim bildirir ki, Ermənistan hakimiyyəti Rusiyaya qarşı mövqe sərgilədiyi üçün onu dəstəkləmək niyyətindədirlər. Belə görünür ki, ABŞ Ermənistanı qazanmaq üçün Qarabağ məsələsində ermənilərin mövqeyinə üstünlük verəcək”. Ekspert qeyd edib ki, bu mövqeyin praktikada nə qədər nəticəyə təsir edəcəyi isə sual altındadır: “Çünki Qarabağın Azərbaycan ərazisi olduğunu hər kəs qəbul edir, orada separatçıların keçirdiyi sonuncu qondarma “seçki” də beynəlxalq müstəvidə inkar edildi. Azərbaycan əməliyyat keçirərsə, separatçılara qarşı olacaq və bunun üçün yetərli qədər səbəb var. Laçın yolu məsələsi də Bakının istəyinin əksinə olacağını düşünümrəm, çünki Azərbayca alternativ yol təklif edir, bu alternativ olmasaydı, o zaman, təzyiq üçün əsasları olardı. ABŞ-ın mövqeyinin daha çox bəyanatlardan ibarət olacağını düşünürəm, bunun praktiki müstəvidə nəticəyə təsir edə biləcəyi ehtimalı azdır”. Asif Nərimanlı hesab edir ki, Vaşinqtonun məqsədi Ermənistanda Rusiyaya qarşı güclənməkdir və bu məqsədlə müəyyən fikirlər irəli sürə bilərlər. Daşqın Həsənov Missiya.Az
Sentyabrın 12-də Şimali Makedoniya hakimiyyəti heç bir izahat vermədən Rusiyanın Skopyedəki səfirliyinin üç diplomatını "persona non-qrata" elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Şimali Makedoniya tərəfindən Rusiyanın Skopyedəki səfirliyindən diplomatların çıxarılması cavabsız qalmayacaq. Şimali Makedoniya hökuməti Rusiya Federasiyası ilə onsuz da dərin böhran içində olan münasibətləri çıxılmaz vəziyyətə salır" - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.
Taliban iki il əvvəl Kabildə hakimiyyəti bərpa etdikdən sonra Çin Əfqanıstana ilk dəfə yeni səfir göndərib.
Çərşənbə günü Talibanın rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi bildirib ki, Baş nazir Məhəmməd Həsən Axund səfir Joa Tsinin etimadnaməsini Əfqanıstanın paytaxtında keçirilən mərasimdə qəbul edib.
Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi də Axundla birlikdə Çin nümayəndəsini prezident iqamətgahında qarşılayıb.
Pekin Jaonın təyinatının Taliban hökumətinin rəsmən tanınındığı demək olduğu barədə heç nə deməyib.
"Bu, Çinin Əfqanıstandakı səfirinin normal rotasiyasıdır. Bu, Çin və Əfqanıstan arasında dialoqu və əməkdaşlığı inkişafın davamıdır. Çinin Əfqanıstanla bağlı siyasəti aydın və ardıcıldır", Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Talibanın 2021-ci ilin avqustunda hakimiyyəti ələ almasından və Amerikanın rəhbərlik etdiyi NATO qüvvələrinin 20 illik müharibədən sonra ölkəni tərk etməsindən sonra heç bir ölkə Talibanı rəsmi olaraq tanımayıb.
Beynəlxalq ictimaiyyət Talibanı Əfqanıstanın qanuni hökuməti kimi qəbul etməzdən əvvəl onu qadınların təhsil və işləmələrinə qoyduğu məhdudiyyətləri yumşaltmağa çağırıb.
Hazırda Kabildə təxminən iyirmi ölkənin səfirlikləri var və onların yüksək rütbəli diplomatları "müvəqqəti işlər vəkili" titulundan istifadə edir. Bu, yerli hökumətə səfir etimadnaməsi verməsini tələb etmir.
Hindistan, İran, Pakistan, Qətər, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan Taliban rejiminin hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda diplomatik nümayəndəliklərini saxlayan və ya yenidən açan ölkələr arasındadır.
Bir sıra media qurumları İran Prezidenti İbrahim Rəisi və birinci vitse-prezident Məhəmməd Moxberin ziddiyyətli və ölkə iqtisadiyyatının reallıqlarından uzaq uydurduqları statistikalara toxunublar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Media və ekspertlər İran prezidentinin savadsızlığını və nazirlərin təqdim etdikləri statistik rəqəmləri tənqid obyektinə çeviriblər.
Bununla bağlı “Həm Mihən” qəzeti yazıb: “Səlahiyyətli şəxslərin yanlış rəqəmlər verdiklərinə görə, iqtisadiyyatdan xəbəri olmayan İbrahim Rəisi və birinci vitse-prezidenti həmin rəqəmləri doğru qəbul edirlər”.
Ermənistanın müxalifət təmsilçiləri baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar. Misal üçün Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Alma-Ata bəyannaməsini tez-tez hallandırmaqla sənədlə manipulyasiyada ittiham edib: “Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”. Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”. Zurabyan bu açqılaması ilə baş nazir Nikol Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur. Çünki Levon Ter-Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib? İkincisi Şuşanın işğalından bir gün əvvəl Levon Ter-Petrosyan hanı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb? Zurabyanın məntiqi ilə çıxış etsək, Levon Ter-Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı. Əslində separatçılar Levon Ter-Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatıyla hərəkət edirdilər. Əks halda həmin separatçılar Levon Ter-Petrosyanı devirib Ermənistana da nəzarəti ələ keçirməzdilər. Elxan Şahinoğlu Teref.az
Ərdoğanın yaxın keçmişdə çox açıq şəkildə ifadə etdiyi yanaşmalardan vaz keçəcəyini düşünmürəm. O deyib: Ermənistan Azərbaycanın təqdim etdiyi maksimalist tələblər əsasında Azərbaycanla müqavilə imzalamalıdır, ikincisi, Ermənistan Zəngəzur dəhlizini təmin etməlidir. Bunlar ilkin şərtlər deyil, tələblərdir.
Teref.Az xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Safrastyan bir müddət öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı və Türkiyə-Ermənistan münasibətlərinin 3 ildir irəliləməməsinin səbəbləri haqda danışarkən deyib.
O bildirib ki, rəsmi İrəvan bu tələbləri yerinə yetirməyənə qədər danışıqlarda heç bir dəyişiklik olmayacaq:
“Çünki dəhliz Türkiyə üçün daha vacibdir, o, bir neçə mühüm problemi həll edir. Bu dəhliz vasitəsilə Türkiyə Azərbaycanla maneəsiz əlaqə yaratmaq imkanı əldə edir. Dəhliz Türkiyənin pantürkist planlarını həyata keçirməsi üçün də vacibdir. Bu yol Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Orta Asiyanın türkdilli ölkələri ilə əlaqə yaratmağa imkan verir. Onu da qeyd edim ki, dəhliz yeni deyil, Zəngəzur 1918-ci ildə Batumi müqaviləsində də qeyd olunur. Orada Türkiyənin nəzarətinə keçəcəyi bildirilir. Deməli, bu, Türkiyənin yüz illik planıdır”.\\Axar.Az