Ardını oxu...
Belarusun sabiq xarici işlər naziri Vladimir Makeyin ölümünün ehtimal olunan səbəbi intihar olub.

Cebhe.info xəbər verir ki, bu barədə "Naşa Niva" kanalı məlumat yayıb.

Belarusun "BelTA" dövlət agentliyi 26 noyabr tarixli xəbərində Makeyin ölüm səbəbini açıqlamayıb. Lakin dövlət idarəçiliyi və tibb sahəsində dörd mənbə ölümün səbəbinin intihar olduğunu bildirib.

Kanal qeyd edir ki, Makeyin həyatının son illəri “həm siyasi, həm də şəxsi dramlarla” müşayiət olunub.
 
Ardını oxu...
Qərbi Gürcüstanda üç zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. İlk zəlzələ Tbilisi vaxtı ilə saat 05:18-də Ozurqeti şəhərindən iki kilometr aralıda qeydə alınıb. Onun maqnitudası 3,6 olub.

Yeraltı təkanlar saat 06:27-də Qomis Mta kurortundan 4 km, Ozurqetidən 14 km aralıda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,0 bal olub.

Üçüncü zəlzələnin episentri Çoxatauri rayonunun Buknari kəndində olub. Zəlzələnin gücü 3,1 bal olub. Hər üç yeraltı təkanlar zamanı zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.
 
Ardını oxu...
İslam İnkişaf Bankının prezidenti, Qətər şeyxi Casim bin Həməd Al Taninin rəhbərlik etdiyi konsorsium İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq üçün müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "New York Times"ın jurnalisti Tarik Panya Al Taninin bəyanatına istinadən tviterdəki hesabında yazıb.

"Şeyx Casim bin Hamad Al Tani bu gün "Mançester Yunayted" klubunun səhmlərinin 100 %-ni almaq üçün təklifin təqdim edildiyini təsdiqləyib. Məqsəd klubun meydanda və ondan kənardakı əvvəlki şöhrətini qaytarmaqdır. Futbol komandalarına, məşq mərkəzinə və infrastruktura sərmayə qoyacaq “Al Thani Nine Two Foundation”un sayəsində sövdələşmə tamamilə borcdan azad olacaq.

Satınalma davam edərsə, təklifin digər təfərrüatları daha sonra açıqlanacaq", - açıqlamada deyilir.

Xatırladaq ki, 2022-ci il noyabrın 23-də “Mançester Yunayted”in Direktorlar Şurasının klub üçün strateji variantların, o cümlədən onun satışının araşdırılması prosesinə başladığı məlum olub. Kluba sahib olan Qleyzer ailəsi müqaviləni 6-8 milyard funt-sterlinq arasında (7,2-9,5 milyard dollar-red) qiymətləndirir və 2023-cü ilin birinci rübündə başa çatdırmağı gözləyir.
 
 
 
Ardını oxu...
Rusiya yenidən Qərbi Qarabağla bağlı danışıqları pozmaqda ittiham edib. Bir il əvvəl Ukraynaya qarşı geniş miqyaslı təcavüzə başlayan Moskva 30 il davam edən danışıqlar zamanı heç bir real nəticəyə nail olmayan ATƏT Minsk Qrupunun fəalyyətinin dayanmasında əsas məsuliyyətin onun üzərinə düşdüyünü qəbul etmək istəmir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı ATƏT-in Minsk Qrupu formatı hələ ötən ilin fevralında “zibil qutusuna atıldığını” və bu məsələdə Qərb ölkələrinin günahkar olduğunu iddia edib.

Onun sözlərinə görə, həmin vaxt Amerika və Fransadan olan həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırıblar.

“Buna hələ də aydın izah verilməyib. Bunu nəzərə alaraq, biz yüksək səviyyədə müvafiq razılaşmalar kompleksinə əsaslanaraq, diqqətimizi üçtərəfli formatlar çərçivəsində Yerevana və Bakıya kömək etmək üzərində cəmləşdirmişik, bunu dəfələrlə demişik və izah etmişik”, deyə RİA-Novosti Zaxarovadan sitat gətirir.

Rusiya tərəfi Moskvada Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu təsdiq edir və ölkələr arasında sülh sazişi bağlanması prosesinə kömək etməyə davam edir, deyə Zaxarova bildirib.

Bu kontekstdə bu yaxınlarda RF XİN-in xüsusi nümayəndəsi İqor Xovayevin Yerevana və Bakıya “faydalı” səfəri baş tutub. “Ermənistan və Azərbaycan tərəfləri RF-nin bu məsələdə vasitəçilikdə maraqlı olduqlarını təsdiq ediblər”, deyə o qeyd edib.
 
Ardını oxu...
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) etiraz dolu press-reliz yayıb. Komitənin Azərbaycan ofisi onlara qarşı təbliğat aparıldığını və fəaliyyətləri ilə bağlı yanlış iddialar irəli sürüldüyünü bildirib.


Təşkilatın fevralın 17-də yaydığı press-relizdə deyilir:

“Son zamanlar BQXK ilə bağlı bir sıra yanlış iddiaların səsləndirildiyini müşahidə edirik. Belə iddialar bizim fəaliyyət göstərdiyimiz ərazilərdə gördüyümüz işə zərər vura, ən əsası, minlərlə insanı həm Azərbaycanda, həm də regionda göstərdiyimiz xidmətlərdən məhrum edə bilər”.

“Artıq 160 ildir ki, BQXK silahlı münaqişələrin təsirlərindən əziyyət çəkən insanları qorumaq və onlara yardım etmək üçün əlindən gələni əsirgəmir. Biz hər zaman əldə rəhbər tutduğumuz əsas prinsiplərimizə sadiq qalmışıq: neytrallıq, bu o deməkdir ki, biz siyasətə qarışmırıq və tərəf tutmuruq və qərəzsizlik, yəni biz münaqişənin təsirinə məruz qalmış insanlara yaşadıqları–– yerdən, təmsil etdikləri icmadan və ya inanclarından asılı olmayaraq yardım edirik.

Neytrallıq və qərəzsizlik prinsipləri heç də həmişə düzgün başa düşülmür, lakin bizim humanitar fəaliyyətimiz üçün zəruri olaraq qalır”.

“Biz 1992-ci ildən bəri Azərbaycanda və regionda fəaliyyət göstəririk. Təkcə 90-cı illərdə biz öz mandatımıza uyğun olaraq, 360 saxlanılan şəxsin Azərbaycana və ya Azərbaycandan ailələrinə qayıtmasında vasitəçilik etmişik. Biz ailələrindən ayrı düşmüş saxlanılan şəxslərin və mülki şəxslərin 30 000 Qızıl Xaç Məktubunu çatdırmaqla yaxınlarından məlumat almasına kömək etmişik. Həmin dövrlərdə biz Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Bərdə və Naxçıvan dadaxil olmaqla, Qızıl Xaç və Qızıl Aypara Hərəkatından olan tərəfdaşlarımızla birlikdə 260 000-dən çox məcburi köçkünə və münaqişənin mənfi təsirlərinə məruz qalmış əhaliyə qida, ədyal, paltar və gündəlik zəruri ləvazimatlar paylamışıq.

90-cı illərdən etibarən, biz minlərlə ailənin müraciəti əsasında, itkin düşmüş şəxslər haqqında məlumatların toplanılaraq qorunmasına çalışmışıq. Bu məlumatlar vaxtlı-vaxtında Azərbaycanın hakimiyyət orqanlarına ötürülüb, çünki Cenevrə Konvensiyalarına əsasən, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi dövlətin məsuliyyətidir. Bizim edə biləcəyimiz isə texniki bilik və bacarıqları artırmaqla bu səyləri dəstəkləmək və əzizlərini itirmiş ailələrə bu itki və qeyri-müəyyənliyin öhdəsindən gələ bilməkdə kömək etməkdir. Keçmişdən bu günədək biz məhz bunu etmişik, Azərbaycanda da itkin düşmüş şəxslərin axtarışında səlahiyyətli qurumlara dəstək vermişik”, deyə press-relizdə bildirilir.

“Keçən ilin dekabr ayından etibarən Laçın yolunda neytral humanitar vasitəçi olaraq əməliyyatlar həyata keçiririk. Bu dövr ərzində biz tibbi müdaxiləyə ehtiyacı olan 99 xəstəni təxliyə etmişik, 259 nəfəri ailələrinə qovuşdurmuşuq və xəstəxanalara dərman vasitələri, ərzaq və uşaq qidaları çatdırmışıq. Belə əməliyyatlar hər zaman aidiyyəti qurumların hər biri ilə razılaşdırılaraq həyata keçirilir. Biz bütün logistik məsələləri onlarla müzakirə edir, nəqliyyat vasitələrimizdə kimi və nəyi daşıdığımız barədə onlara məlumat verir, əməliyyatın həyata keçrilməsini onlarla razılaşdırırıq. BQXK bu neytral mövqeyə əməl etməsə və ona sadiq qalmasaydı bu əməliyyatları həyata keçirmək mümkün olmazdı. Tərəflərlə apardığımız bu açıq və şəffaf dialoq ehtiyacı olan insanların köməyinə yetişməyimizə imkan verir.

Hərbi əsrlər və saxlanılan şəxslərlə bağlı biz nə edə bilərik və nə edə bilmərik

BQXK-nın Cenevrə Konvensiyalarını imzalayan dövlətlər tərəfindən ona həvalə edilən çox spesifik mandatı və iş standartları var. Bu xüsusi mandat bizə beynəlxalq humanitar hüquq (BHH) ilə bağlı məsələlərin monitorinqini həyata keçirmək, bu hüququ təşviq etmək və onunla bağlı dövlətlərə tövsiyələr vermək imkanı yaradır. Bununla belə, bir şeyi unutmamaq lazımdır ki, bu hüququn müddəalarına, o cümlədən əsirlərlə və məhbuslarla bağlı müddəalara əməl etmək və onlara hörmət etmək dövlətlərin məsuliyyətidir.

BQXK-nın hərbi əsrlərə və saxlanılan şəxslərə baş çəkmək, onların qeydiyyatını aparmaq, saxlanılma şəraitini və onlarla rəftarı kənar şəxslərin iştirakı olmadan onlarla müzakirə etmək, ailə üzvləri ilə əlaqə üçün şərait yaratmaq, eləcə də aşkar etdiyi xüsuslar və müşahidələrini hakimiyyət orqanlarına çatdırmaq hüququ var. Bununla belə, əsirlərin həyatını, şərəf və ləyaqətini qorumaq, rifahını təmin etmək və azadlığa buraxılmaları ilə bağlı qərar qəbul etmək onları nəzarətdə saxlayan orqanların məsuliyyətidir”, deyə sənəddə vurğulanır.

“Bəzən bizdən nə üçün müşahidələrimizi ictimailəşdirmədiyimiz və günahkarları cəzalandırmadığımız soruşulur. İctimai bəyanatlar verməməyimiz biganəliyimizin göstəricisi deyil. Əksinə, hər dəfə BHH qaydalarından hər hansı birinin pozulduğunu müşahidə etdikdə biz bunu ikitərəfli və konfidensial qaydada bilavasitə aidiyyəti tərəfin qarşısında israrla qaldırırıq. Konfidensiallıq davranışı dəyişmək və BHH pozuntularını aradan qaldırmaq şansını artırır. Bizim səylərimiz hər zaman göz qabağında olmaya bilər və yaxşılığa doğru irəliləyiş vaxt ala bilər. Bəzən görülən işin nəticəsi müvəffəqiyyətli olmur, lakin BQXK humanitar təşkilat olaraq dövlətləri öz hüquqi öhdəliklərini yerinə yetirməyə məcbur edə bilməz. Biz siyasi deyil, humanitar təşkilatıq. BHH qaydalarının pozulmasının qarşısını almaq və belə pozuntuya görə cəzalandırmaq ilk növbədə dövlətlərin məsuliyyətidir. BQXK məhkəmə araşdırmalarında iştirak edə və ya fəaliyyətimiz zamanı şahid olduğumuz və ya aşkar etdiyimiz hər hansı məlumatı açıqlaya bilməz.

Son olaraq, gündəmdə olan yanlış iddialar, dezinformasiya və siyasi diskussiyaları nəzərə alaraq, bir daha humanitar yardımın siyasiləşdirilməməsinin vacibliyini vurğulamaq istərdik. Həmçinin, Azərbaycanda və digər yerlərdə münaqişə təsirinə məruz qalmış insanların rifahı naminə bütün tərəfləri bu neytral humanitar mühiti qorumaq üçün hər cür səy göstərməyə çağırırıq”, deyə sənədin sonunda qeyd edilir.
 
Ardını oxu...
ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake ölkəsinin bölgəyə yardımlarının Qəhramanmaraş mərkəzi zəlzələlərdən soanra davam edəcəyini açıqlayıb. ABŞ Beynalxalq İnkişaf Agentliyinin (USAİD)göndərdiyi yardım ləvazimatlarını daşıyan təyyarəni Adana Hava Limanında qarşılayan Fleyk türk xalqına başsağlığı verib.

Dünyanın hər yerindən gələn yardımların çoxluğundan ürəkləndiklərini ifadə edən Flake “ABŞ-da Senat və Kanqresdəki dostlarınla danışarkən, Türkiyənin 5 qitədə baş verən fəlakət və fəlakətlərdən əvvəlki kömək səylərindən danışdım. Ona görə də Türkiyə artıq haqqını ödəyib. Biz indi borcumuzu ödəyirik”, vaxtı yetişib. Bu böyük təyyarənin Amerika xalqı tərəfindən satın alınan və maliyyələşdirən ləvazimatları daşıyan gəlib-getməsini görmək həqiqətən də həvəsləndiricidir.

Bu prosesdə təkmilləşmə mərhələsinə keçdiklərini açıqlayan Flake, ABŞ olaraq Türk xalqına kömək etmək üçün lazım olduğu qədər burada qalmağa hazır olduğunu vurğulayıb.
TRT Haber
 
Ardını oxu...
"Terror təşkilatları ianə adı altında öz çirkin məqsədləri üçün xaricdə pul yığırlar".

TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Sərim deyib.

Sərim bəyan edib ki, PKK/YPG və FETÖ terror təşkilatlarının xaricdəki üzvləri zəlzələdən zərər çəkənlərə yardım toplamaq bəhanəsi ilə öz qaranlıq əməlləri üçün pul yığırlar.

Türkiyə XİN rəsmisi xaricdə yaşayan türkləri AFAD, səfirliklər və dövlət qurumları vasitəsilə yardıma dəvət edib. Xarici işlər nazirliyinin bu sui-istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini vurğulayan Serim şəffaflıq üçün səfirliklərdə toplanan yardımların videoya çəkildiyini bildirib.

O vurğulayıb ki, Xarici İşlər Nazirliyi Türkiyəyə yardım və ianələrin gətirilməsində mühüm rol oynayıb.
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, fevralın 21-də Vladimir Putinin Rusiya Federal Məclisinə müraciəti, fevralın 22-də isə Dumanın və Federasiya Şurasının növbədənkənar toplantıları gözlənilir. Rusiya başçısının nəsə planlaşdırdığı və bunu həmin günlərdə elan edəcəyi barədə müxtəlif mülahizələr irəli sürülməkdədir.

Tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski bu mövzuyla bağlı açıqlamasında maraqlı məqamlara toxunub. Rusiyalı müxalif hüquqşünas Mark Feyqinin kanalına danışan Piontkovski deyib ki, Putin həmin gün Rusiyanın MDB məkanında yaratdığı separatçı qurumları rəsmən Rusiya ərazisinə qatmaq barədə qərar imzalaya bilər. Politoloqun fikrincə, bu nə qədər absurd görünsə də, Kreml rəhbərliyindən hər şey gözləmək olar: “Birincisi, həmin gün Putin Ukraynaya müharibə elan edə bilər. Yeri gəlmişkən, belə bir qanun layihəsi çoxdandır Dumada dolaşır və “vətənpərvərlər” bunu ondan tələb edirlər... Eyni vaxtda, fevralın 22-də Abxaziya və Cənubi Osetiyanın “prezidentləri” Moskvaya çağırılıblar... Hər şey ola bilər. Lənət şeytana, niyə də Cənubi Osetiya ilə Abxaziyanın Rusiyaya birləşdirilməsi barədə qərar verməsin? Düzdür, bununla heç nə dəyişməyəcək, amma siyasi baxımdan bu, (Rusiya auditoriyası üçün)“əhəmiyyətli qələbədir”. Fevralın 20-nə isə Lukaşenkonu çağırıb. Bəlkə, Putin başını o dərəcədə itirib ki, Lukaşenkonu da birləşməyə məcbur etməyə çalışacaq? Daha nə? Orada hansısa milyarder erməni “juliki” Vardanyan çoxdandır ona “Dağlıq Qarabağı” (Rusiyaya) birləşdirməyi təklif edir...”

Piontkovski əlavə edib ki, Kreml sahibindən hər cür ağılsız qərar gözləmək olar. Ona görə ki, Ukraynada döyüş meydanında heç bir uğur qazana bilməyən Putin məğlubiyyətlərin Rusiya cəmiyyətinə təsirini azaltmaq üçün hansısa populist qərarlara əl ata bilər.

Ardını oxu...
Ermənistan və Türkiyə sərhəd körpüsünü birgə təmir edəcək.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Ankarada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra belə qərara gəldiklərini bəyan edib.

Bundan başqa Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına hazır olduğunu və istədiyini deyib.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərin öyrəndik.

DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Mirzoyanın bu səfəri qabaqcadan razılaşdırılmamış və zəlzələ ilə bağlı bir səfər idi:

“Ermənistan bu səfərlə Türkiyənin dərdinə şərik olduğunu göstərmək istədi. Amma əsl həqiqətdə ermənilərin öz maraqları vardı. Bildiyimiz kimi Türkiyə -Ermənistan sərhəddi 35 ildən sonra ilk dəfə olaraq humanitar məqsədlə açılmışdı.

Ermənistanda çalışır ki, açılmış sərhəd bundan sonra açıq qalsın. Təsadüfi deyil ki, Ararat Mirzoyan mətbuat konfransında dedi ki, bizim Ani körpüsünün birgə bərpası, eləcə də sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq barədə razılaşmamız var.

Çavuşoğlu erməni həmkarının fikirlərinə müsbət yanaşdığını bildirib. Amma o bildirib ki, sərhədlərin açılması üçün ilk növbədə Ermənistan Azərbaycanla münasibətləri sahmana salmalı və bədnam “erməni soyqırımı” fikirlərindən əl çəkməlidir.

Di gəl ki, ermənilər özlərina daha ağıllı birlər. Zənn edirlər ki, açılmış sərhəddi əbədiyyən açıq saxlamaq olar. Təbii ki, bu xülyadır. Türkiyə-Ermənistan sərhəddinin açılması üçün hələ zaman yetişməyib”.

Qabil Hüseynli bir maraqlı məsələyə də toxunub:

“Son günlər belə bir fikir səslənir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamaq üçün Rusiya da daxil olmaqla Ankarada dördtərəfli görüş hazırlanır.

Əslində, bu ideyaya Rusiya da isti baxır. Çünki, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində Qərbin iştirakını istəmir. Amma bir çox məsələlərdə ortaq dil tapdıqları Türkiyə ilə belə bir müqavilənin imzalanmasına Rusiya pis baxmır. Ona görə də ola bilsin ki, bağlı qapılar arxasında bu ideya da müzakirə edilib”.
Ardını oxu...
Çərşənbə günü Vaşinqton Qərbin beynəlxalq işləri “inhisara almağa” cəhd etməsilə bağlı Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin ittihamlarını rədd edib və Sergey Lavrovun şərhini “növbəti cəfəngiyyat ” adlandırıb.

Beynəlxalq düzən Qərbin və ya ABŞ-ın öz müttəfiqlərilə birlikdə yaratdığı şey deyil, Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə Turan-ın suallarını cavablandırarkən bildirib.

“Lavrovun razılaşmadığı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsindən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn qaydalara əsaslanan beynəlxalq düzəndir. Bu, Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlərin dəstəkləməli olduğu bir şeydir”, – o deyib.

“Odur ki, Qərbin öz qaydalarını və ya öz baxışlarını istənilən digər ölkəyə qəbul etdirdiyini demək üçün edilən hər hansı cəhd Rusiya tərəfinin növbəti cəfəngiyyatı və dezinformasiyasından başqa bir şey deyil ki, bu da son aylarda kifayət qədərdir”, -Prays deyib.

Çərşənbə günü Lavrov Dövlət Dumasında bildirib ki, hökumətin yeni “xarici siyasət konsepsiyası” Qərbin qlobal işlərdə “inhisarına” son qoyulmasına yönələcək. O deyib ki, “qaydalara əsaslanan düzən” öz maraqlarını təbliğ etmək üçün Vaşinqton, London və Brüsseldə icad edilib.

Öz növbəsində Prays bildirib ki, “suveren ölkələrə öz iradəsini qəbul etdirmək istəyən” Rusiyadır. “Bunu ən aydın şəkildə Ukraynada görürük. Rusiya öz iradəsini Ukrayna xalqına qəbul etdirmək, hökuməti devirmək, ölkəni suverenlik və müstəqillikdən məhrum etmək üçün bu ölkəyə hücum edib”, – o deyib.

 
 
 

Dünyapress TV

Xəbər lenti