Ardını oxu...
Tanınmış erməni bloqer İşxan Verdyan Nikol Paşinyanı Azərbaycanın suverenliyinə qəsd etməkdə ittiham edib.

Pressklub.az-ın məlumatına görə, Verdyan bildirib ki, hazırda Ermənistan hakimiyyətinin etdiyi Azərbaycanın suverenliyini tapdamaqdan başqa bir şey deyil.

“Beynəlxalq sammitdə İlham Əliyev vəziyyətə nəzarət etmək üçün Sevana beynəlxalq monitorinq missiyası yeritməyi tələb edib”, – deyə o, ermənilərə yazır və əlavə edir:

“Xeyr, tələb etməyib, amma qorxunc səslənir. Doğrudurmu, əziz ermənilər? Laçında monitorinq missiyasının həyata keçirilməsini tələb edəndə Paşinyanın sözləri də azərbaycanlıların qulağında məhz belə səslənir. Ümid edirəm ki, Laçının Azərbaycana aid olduğuna heç kim şübhə etmir?”

Bloqer daha sonra Paşinyanı Azərbaycan daxilində hansısa əməliyyat çağırışında ittiham edib: “Baxın, adam razılıq olmadan Azərbaycanın daxilində hansısa əməliyyatlar keçirməyi qarşısına məqsəd qoyub. Əgər Əliyev buna bənzər söz desəydi, bu, Ermənistanın suverenliyinə qəsd kimi qiymətləndirilərdi. Amma nədənsə Paşinyanın sözlərini bu cür dəyərləndirmək olmaz.

Mən isə bunu suverenliyə birbaşa qəsd kimi nəzərdən keçirirəm və bu qəsdə çox sərt cavab verilə bilər. Və bu sərt addımlar atılanda təəccüblənməyə dəyməz. Çünki hazırda Paşinyan özünü Azərbaycanın suverenlik hüququnun tanımayan barışmaz şəxs kimi aparır”.
 
Ardını oxu...
Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəis müavini Aleksandr Yakuşevi işdən çıxarıb.

Bu barədə RBC-Ukrayna müvafiq sərəncama istinadən xəbər verir.

Zelenskinin digər sərəncamları ilə Aleksandr Yakuşevdən başqa Sumı, Zaporojye bölgələrinin UTX rəisləri, o cümlədən UTX-nin Dövlət Sirrlərinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi də vəzifələrindən azad edilib.

Eyni zamanda, prezident artıq Oleq Krasnoşapkanı UTX-nin Sumı vilayəti üzrə şöbəsinin müdiri, Oleq Xramovu isə dövlət sirrinin mühafizəsi və lisenziyalaşdırma şöbəsinin müdiri təyin edib.

Xatırladaq ki, Zelenski bir müddət əvvəl UTX-nin üç region üzrə departamentinin rəhbərlərini işdən çıxarmışdı.
 
Ardını oxu...
İranın Əfqanıstanla sərhədində silahlı toqquşma baş verib.
Bu barədə Əfqanıstanın Nimroz əyalətindəki mənbələrə istinadən "Aamaj News" agentliyi məlumat yayıb.

Atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilmir.

İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib.

Əfqanıstanın "Haşt-e Subh" qəzetinin Nimroz əyalətindəki mənbələrə istinadən verdiyi məlumata görə, İran sərhədçiləri ilə "Taliban" arasında silahlı toqquşmalar davam edir. Toqquşmalar daha əvvəl, 2021-ci ilin dekabrında, eləcə də 2022-ci ilin iyulunda da qeydə alınıb.

Bu il fevralın sonlarında "Taliban" bir iranlı sərhədçini əsir götürüb və danışıqlardan sonra geri qaytarıb.
 
Ardını oxu...
Pakistanın sabiq baş naziri İmran Xan həbs olunub.

İmran Xan Pakistan polisi tərəfindən paytaxt İslamabadda yerləşən iqamətgahında tutulub.

Fevralın 28-də məhkəmə tərəfindən Xanın həbsi barədə qərar çıxarılmışdı.

İmran Xanın “Təhriki İnsaf” Partiyasının hazırkı lideri Favad Çaudri deyib ki, Xanın həbs edilməsi vəziyyəti ciddi şəkildə pisləşdirəcək: “Mən bu səriştəsiz və anti-Pakistan hökumətini xəbərdar etmək istəyirəm ki, Pakistanı daha da böhrana sürükləməsin və ağılla hərəkət etsin”.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.
 
Ardını oxu...
Rusiyadan Avropaya təbii qazın nəqlini həyata keçirən “Şimal axını” boru kəmərlərinin yaxın vaxtlarda təmiri və yenidən işə salınması nəzərdə tutulmur.

Məlumata görə, boru kəmərləri möhürlənə bilər.

Belə ki, “Qazprom” zədələnmiş boru kəmərlərinin təmirinin texniki cəhətdən mümkün olduğunu bildirsə də, Moskva bunu etmək üçün çox az perspektiv görür. Bildirilir ki, Rusiya Qərblə münasibətlərin yaxın gələcəkdə “Şimal axını”nı zəruri etmək üçün kifayət qədər yaxşılaşacağını gözləmir.

Bundan əlavə, maraqlı tərəflər boru kəmərlərinin qorunub saxlanması imkanlarını nəzərdən keçirir. Məhz bu məqsədlə zədələnmiş kəmərləri möhürləmək, boruların özlərini isə korroziyanın qarşısını almaq üçün xüsusi örtüklə örtmək mümkündür.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonunda “Şimal axını” və “Şimal axını 2”də partlayışlar baş verib. Hazırda Almaniya, Danimarka və İsveç təxribatı araşdırır, lakin Rusiyanın bu işdə iştirakına icazə verilmir.(Mənbə: ntv.ru)
 
Ardını oxu...
“ABŞ Prezidenti Co Bayden danışmaq qabiliyyətini itirir”.

Bunu “Fox News” kanalının aparıcısı Taker Karlson deyib.

Jurnalist bununla əlaqədar amerikalı liderin çıxışından fraqment dərc edib.

“Bu yalnız sizin üçün əldə etdiyimiz məxfi mənbələrdən gizli məlumat deyil. Biz milyon belə kadr göstərə bilərik, çünki Co Bayden hər gün belə danışır. O, danışmaq qabiliyyətini itirir. Bu, bütün dünyaya aydındır”, - deyə Karlson bildirib.

Aparıcı qeyd edib ki, dedikləri Co Baydenə qarşı informasiya hücumu deyil, onun yaşına qədər yaşayan hər kəs eyni şeyi edə bilər.

Karlson həmçinin onlara prezidentlə bağlı belə səhvlər yazmamağın tapşırıldığını bildirib.

“Bizə (yaşla əlaqədar) təbii proses olduğu üçün buna məhəl qoymamaq əmr olunur”, - deyə Karlson sözlərini yekunlaşdırıb.
 
Ardını oxu...
Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə antiterror tədbirlərini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.

Bu barədə dövlət başçısının Mətbuat xidmətindən bildirilib.

V.Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ölkə daxilində antiterror tədbirlərini müzakirə edib. \\Report
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının bu ölkədəki mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək sazişin imzalanacağını açıqlayıb.

Bu barədə o, Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan deyib.

Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala Ermənistan baş naziri hər şeyin artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılı olduğunu söyləyərək cavab verib.

Qeyd edək ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət Aİ-nin yeni mülki missiyası yerləşdirilib. \\Report
Ardını oxu...
Erməni polis patrulu oğurluq edərkən yaxalanıb.

Bu barədə Gümrüdən olan hüquq müdafiəçisi Karapet Poqosyan Facebook səhifəsində yazıb.

“Polis patrulları oğurluqlarla da məşğul olurlar.

Gecə “Şirak Mərz” batalyonunun birinci tağımının zabiti R. Ayrapetyan Əştərək qəsəbəsində oğurluq etdiyi üçün tutulub. Ərazidə yaşayan sakinlər onu döyüb, sonra polisə xəbər veriblər.

Məndə olan məlumata görə, Ayrapetyana qarşı səkkiz ev oğurluğu xarakterli cinayət işi başlanıb.

Oğru-patrul hazırda Əştərək Tibb Mərkəzindədir, açıq kəllə yaraları, ayağında sınıq aşkar olunub.

O, tezliklə ayağından əməliyyat olunacaq. \\KONKRET.az
Ardını oxu...
Niderland baş nazirinin müavini və xarici işlər naziri Vopke Hukstra Rusiyaya hərbi yardım göstərən ölkələrə xəbərdarlıq edib.

O, bu barədə G20 dövlətləri Xarici İşlər Nazirləri Qrupunun iclası çərçivəsində bəyan edib.

“Mən hər bir həmkarıma, o cümlədən Çindən olan həmkarıma çatdırmaq istəyirəm ki, həqiqət yarımçıq ola bilməz. Məsuliyyət daşıyan yalnız bir ölkə var, o da Rusiyadır. Qalan hər kəs Rusiyaya hərbi yardımdan çəkinməlidir. Əgər ölkələr bu xətti keçsələr, nəticələrə hazır olsunlar”, - deyə o vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti