Ardını oxu...
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat yayıb.

Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir.

“Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, - deyə Saakaşvili suala cavab verib.

Keçmiş prezident ölüm ayağında olduğunu bildirib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb.

Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib.

2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib.

Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.
Ardını oxu...
Aksiyalarda etirazçılar polis sıralarına hücum edib

Moldovanın paytaxtı Kişinyovun mərkəzində müxalifətin etiraz aksiyaları zamanı polislə etirazçılar arasında toqquşma olub. Bu barədə AYNA xarici mediaya istinadən bildirib.

Qeyd edilir ki, etirazçılar polis sıralarına hücum edib.

Müxalifətin paytaxtın baş meydanına gedən yolunu hüquq-mühafizə orqanlarının əməkdaşları kəsiblər. Etirazçılar “Rədd olsun diktatura”, “Rədd olsun Sandu” şüarları səsləndiriblər.

Bundan əvvəl Kişinyovda 54 müxalifətçinin şübhəli davranışa görə saxlanıldığı bildirilirdi. Onların özlərini şübhəli apardıqları, həmçinin yanlarında qadağan olunmuş əşyaların olduğu bildirilir.
 
Ardını oxu...
Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın uşaqları rəsmi olaraq şahzadə titullarını alıblar.

Bu barədə Bukingem sarayından məlumat verilib.

Üç yaşlı şahzadə Arçi indi Britaniya taxt-tacı üçün altıncı, onun kiçik bacısı Lilibet isə yeddinci namizəddir.

Qeyd edək ki, Harri və Meqan kral sarayından maliyyə cəhətdən müstəqil olmaq istədiklərini bildirərək titullarından imtina edib ABŞ-də məskunlaşıblar.

Mənbə: vesti.ru
 
Ardını oxu...
Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumun yeni detalları məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisənin baş verdiyi ərazidən olan yeni görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Görüntülərdə hücum edən terrorçunun gülləsi bitdikdən sonra İran polisinə avtomatı gəlib götürmələri ilə bağlı göstəriş verdiyi anlar əks olunub.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Pakistanın keçmiş Baş naziri, PTI-nin sədri (Pakistan Təhrik-i İnsaf Partiyası) İmran Xana qarşı ölkənin müxtəlif bölgələrində açılan ümumilikdə 37 iş üzrə məhkəmə prosesi başlanılıb.

“The International news” xəbər verir ki, bunlara məhkəmə çəkişmələri, polis və FIA - Federal Investigation Agency (Federal Təhqiqat Agentliyi) işləri, həmçinin Pakistan Seçki Komissiyası tərəfindən ona qarşı icraat daxildir.

PTI yetgilisi Favad Çaudrinin təqdim etdiyi İmran Xanın məhkəmə çəkişmə statusu hesabatına əsasən, Xanın özü dövlət idarələrinə və şəxslərə qarşı qaldırılmış 19 iş üzrə şikayətçidir. Bununla belə, Xana qarşı onun birbaşa iştirak etdiyi ümumilikdə 37 iş var. Təqdim olunan siyahıda İmran Xana qarşı son günlər açılan işlər yoxdur. Ümumi məhkəmə işlərindən beşi Xan tərəfindən Pakistan Federasiyasına qarşı qaldırıldıqdan sonra Pakistan Ali Məhkəməsində davam edir. İslamabad Ali Məhkəməsində Xan Pakistan Seçki Komissiyasına qarşı iki iş qaldırıb, eyni məhkəmədə ona qarşı iki iş qeydə alınıb.

Lahor Ali Məhkəməsində Xan tərəfindən cəmi altı iş - dördü Pakistan Federasiyasına, ikisi isə seçki komissiyasına qarşı qaldırılıb. Peşəvər Ali Məhkəməsində Xanın ərizəçi olduğu üç iş davam edir.

İslamabad Rayon Məhkəməsində keçmiş Baş nazirə qarşı üç iş var. Pakistan Seçki Komissiyası Xana qarşı xaricdən maliyyələşdirmə işi, KP vertolyotu işi, sədrlik işinin ləğvi və komissiyaya və komissiya sədrinə qarşı nalayiq ifadələr işlətdiyinə görə hörmətsizlik iddiası daxil olmaqla beş iş davam etdirilir.

Federal Təhqiqat Agentliyi Xana qarşı iki iş qeydə alıb və hər ikisi şifrə ilə bağlıdır. Bundan əlavə, antiterror məhkəmələrində İmranın üç işi var. İslamabad FİA Bankçılıq Cinayətləri Məhkəməsi tərəfindən Xana qarşı yalnız bir iş qaldırılıb.

Yuxarıda müzakirə olunan işlərə PTI üzvlərinə qarşı olanlar daxil deyil.
 
 
 
Ardını oxu...
Pakistanın keçmiş Xidmətlərarası Kəşfiyyat (ISI) rəhbəri Faiz Həmidə və onun qardaşına qarşı korrupsiya və vəsaitlərin qeyri-mümkün toplanması iddiaları ilə bağlı araşdırma başlanılıb.

Bunu mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə ölkənin daxili işlər naziri Rana Sanaullah deyib. Əlavə edib ki, vasaitdən artıq olan aktivlərlə bağlı hər hansı araşdırman Federal Təhqiqat Agentliyinin (FIA) sahəsinə aid edilib, Baş Prokurorluq artıq araşdırma aparır.

Bu arada, PML-N (Pakistan Müsəlman Liqası - Nəvaz) rəhbəri Məryəm Nəvaz Şərif istefada olan general-leytenant Faiz Həmidin hərbi məhkəməyə çıxarılmasını tələb edir. O, mediaya verdiyi müsahibəsində keçmiş baş kəşfiyyatçını onun və atasının 2017-ci ildə NAB korrupsiya istinadlarında mühakimə olunmasındakı roluna görə sərt tədbirlərin görülməsini israr edir.

AzPolitika.info
Ardını oxu...
Rusiya məmurlarının və dövlət şirkətləri işçilərinin xarici pasportları zorla yığılır.

Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.

Xəbərdə deyilir ki, bu barədə Rusiya KİV-i Rusiyadakı dövlət şirkətlərindən birinin rəhbərliyində olan anonim mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, səyahət qadağası təkcə dövlət qulluqçularına və dövlət şirkətlərində çalışanlara deyil, bəzi hallarda hətta bank işçilərinə də şamil edilir.

Almaniya Beynəlxalq Münasibətlər Şurasının ("DGAP") əməkdaşı Aleksandr Prokopenko da bəzi dövlət qulluqçularının və dövlət şirkətlərinin işçilərinin pasportlarının götürülməsi barədə yazır.

"Dövlət qulluqçularının və dövlət korporasiyalarının işçilərinin bəzilərinə xarici pasportlarını təhvil vermək tapşırılıb. Federal və regional məmurlara, eləcə də dövlət strukturlarının nümayəndələrinə Yeni il bayramları üçün Rusiyanı tərk etmək qadağan edilib. Xaricdə çalışan bir çox əməkdaş xüsusi əməliyyatlar fonunda Rusiya sənayesi və onun vəziyyəti haqqında məlumatlardan "sui-istifadə edə bilər. - Prokopenko yazır.

Anonim mənbələrin bildirdiyinə görə, pasportlar "FSB" və ya iş yerindəki xüsusi şöbə tərəfindən müsadirə olunur. Eyni zamanda bunu etməyənlərə işdən çıxmaq təklif olunur. Bəzi hallarda "FSB" rəsmiləri eyham vururlar ki, məmurlar pasportlarını verməkdən imtina edərlərsə, onlar hansısa yolla “ləğv oluna bilərlər”.
Eyni zamanda qeyd edilir ki, vətəndaşların Rusiya Federasiyasından çıxmasını qadağan edən vahid qayda və ya sərəncam yoxdur.

Ancaq bəzilərinin xaricə getməsinə ümumiyyətlə icazə verilmir.

Digər məmurlara Avrasiya İqtisadi Birliyi (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın daxil olduğu Avrasiya İqtisadi Zonası) və ya KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) daxilində səyahətə icazə verilir.

Mənbələr mediaya bildiriblər ki, Kremlin əməkdaşlarının çoxu heç yerə getməyə “hətta cəhd də etmirlər”. Nazirliklər fərdi yanaşma tətbiq edirlər.

Sultan Laçın
 
Ardını oxu...
Rusiya media menecerlərinin və jurnalistlərin Ermənistana girişinə qadağalar Moskva-İrəvan münasibətlərinə mane olmamalıdır.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bundan əvvəl İrəvan jurnalistlər Aram Qabrelyanov və Marqarita Simonyan, habelə rusiyalı siyasətçi Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyub. Onlar ölkədə arzuolunmaz şəxslər siyahısına salınıblar.

Peskovun sözlərinə görə, Moskva bu cür hadisələri mənfi qarşılayır. Eyni zamanda o, belə hadisələrin ikitərəfli münasibətlərə mane olmamasının vacibliyini vurğulayaraq, Rusiya və Ermənistanın gələcəkdə belə hadisələrdən qaçacağına ümid etdiyini bildirib.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını təqdir edib.
Bunu təşkilatın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

O qeyd edib ki, artıq Avropa Şurasının 46 üzvünün hamısı konvensiyanı imzalayıb.

"Azərbaycanın imzası ilə vurğulandığı kimi, dünyada ölüm cəzasının ləğvi tendensiyası mövcuddur və Avropa İttifaqı hələ də onu tətbiq edən bir neçə ölkədə ölüm hökmünün ləğvi üçün fəaliyyətini davam etdirəcək", - Stano bildirib.
Ardını oxu...
İranın nüvə silahına sahib olmaq istəyi İsraildən istənilən addıma hazır olmasını tələb edir.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə görüşündən sonra deyib.

Nazirin sözlərinə görə, təcili və vacib qərarlar qəbul etmək üçün doğru zamandır.

“İran nüvə silahı əldə etmək və təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək niyyətindədir”, - Qalant bəyan edib.

O vurğulayıb ki, İranın nüvə təhlükəsi İsraildən istənilən inkişaf ssenarilərinə hazır olmasını tələb edir.

Mənbə: gazeta.ru

Dünyapress TV

Xəbər lenti