Ardını oxu...
“The Cyprus Mail” Kiprin (Kıbrıs Cumhuriyeti) yunan kəsiminə məxsus olan yeganə ingilisdilli qəzetdir. Qəzet Kibris türklərinin lideri, prezident Ersin Tatarın bəyanatın yayıb. Ersin bəy bəyan edib ki, əgər Türkiyə Kibrisə münasibətdə siyasi kursunu dəyişərsə, o, istefa verəcək.
Bunu niyə yazıram? Yəni biləsiz ki, Türkiyədə kimin prezident seçilməsi təkcə Azərbaycanda narahatlıq yaratmayıb. Əminəm ki, digər Türk Dövlətlərində də oxşar əhval-ruhiyyə hökm sürür. Niyə belədir? Çünki Tayyib Ərdoğanla bağlı hər şey aydındır, birmanalıdır. Məsələn, Azərbaycan bilir ki, Rusiya, İran və ya Ermənistan Azərbaycana hücum etsə, Türkiyə sinəsini qabağa verəcək. Ancaq Kamal Kılıçdaroğlu ilə bağlı insanlarda belə bir əminlik yoxdur. Daha doğrusu Kamal Kılıçdaroğlunun belə bir məqamda Azərbaycana dəstək verəcəyinə inanan çox azdır.
Elxan Şahinoğlunun yazışın oxudum. Deyir ki, nə qədər ki, Tayyib Ərdoğan prezidentdir Türkiyənin Azərbaycanda hərbi bazasını açdıraq. Yəni o da narahatdır. Çünki Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi qeyri-müəyyəndir...
Təkcə bu deyil. Türkiyə ilə bağlı nəhəng layihələrin də sonrası sual altına düşür. Məsələn, sirr deyil ki, Rusiya bəlli səbəbdən öz qazını Türkiyəyə ötürmək istəyir. Yəni öz qazını Türkiyə üzərindən Avropaya satmaq arzusundadır. Bu isə Türkiyənin qazla bağlı nəhəng hub-a çevrilməsi deməkdir. Kamal Kılıçdaroğlu prezident olsa, bu layihə həyata keçə bilərmi? Çətin məsələdir.
Hazırda fantastik sürətlə inkişaf edən Türkiyənin hərbi sənayesinin gələcəyi necə olacaq? Bəlli deyil...
Məsələn, İsrail ilə bağlı bizim belə bir narahatlığımız yoxdur. Orada iqtidar tez-tez dəyişir. Ancaq İsrail-Azərbaycan münasibətləri davamlı şəkildə inkişaf edir. Yəni İsraildə kimin iqtidarda olması Azərbaycan üçün o qədər də önəmli deyil.
Təəssüf ki, Türkiyə ilə bağlı vəziyyət köklü şəkildə fərqlidir. Etiraf etməsək də xalq görür ki, İmran Xan getdikdən sonra Pakistan-Azərbaycan münasibətlərindəki yüksəklik əvvəlki səviyyədən ciddi şəkildə aşağı düşüb...
Ona görə də çox arzu edərdim ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mayın 14-nə qədər imzalansın. Ancaq bu, qətiyyən real görünmür...

Elbəyi Həsənli - DİA.AZ
Ardını oxu...
Gürcüstan parlamentinin plenar iclasında deputatlar arasında dava düşüb.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, deputatlar arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. “Xalqın gücü” hərəkatının deputatı Viktor Caparidze müxalif həmkarlarını agent adlandırıb. Bundan sonra müstəqil deputat Tariel Nakaidze ona qarşı nalayiq sözlər işlədib. Ardınca deputatlar biri-birilərinə fiziki güc tətbiq ediblər.

Qarşıdurmaya digər deputatlar da qoşulublar. İclasda fasilə elan olunub, təhlükəsizlik xidməti deputatları zaldan çıxarıb.
Ardını oxu...
"Ötən ilin payızında SEPAH-ın bir qrup hərbi qulluqçusu Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”.

“Report” xəbər verir ki, bu barədə “Iran International” 44 səhifəlik gizli sənədə əsasən məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı molla rejiminin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıbmış. Hədəflərdən biri isə İranın ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahı olub.
Qeyd edilib ki, sui-qəsdin üstü açılıb və həmin hərbi qulluqçular həbs ediliblər:

“Bu sənəd Ə.Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb”.

İclasda bildirilib ki, etirazlar şəxsi heyət və kiçik zabitlərin mənəvi vəziyyətlərinə mənfi təsir göstərib: “Üstəlik, buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb”.

Bundan başqa, hərbçilərin aksiyalar zamanı fərarilik etməsi, həmçinin etirazçılara qarşı zorakılığın tətbiqindən boyun qaçırması, onların nümayişçilərə yardım göstərməsi hallarının olduğu qeyd edilib: “Buna görə də SEPAH-ın çox sayda hərbçisinin ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər”.

İclas iştirakçıları Ə.Xameneidən SEPAH hərbçilərinin həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranılmasını, həmçinin SEPAH əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.
Ardını oxu...
Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ardını oxu...
ABŞ Dövlət Departamenti Ermənistanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.

Cebhe.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb.

Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.
Ardını oxu...
Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir. Ümumiyyətlə, 1,2 min km olan bütün təmas xətti boyunca düşmən hücumlarını dayandırmır.

Axar.az xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O bildirib ki, Baxmutun ruslar tərəfindən tutulması onlara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı verəcək.

İ.Romanenko həmçinin qeyd edib ki, hazırda Baxmutda rusların hücumlarının sürəti azalıb:

“Düşünürəm ki, bir həftədən sonra, maksimum iki həftə ərzində situasiyaya aydınlıq gələcək. Hətta düşmən irəliləsə belə, ona fasilə vermək lazım gələcək”.

        

Ardını oxu...
Martın 21-22-də Strasburq şəhərində müharibə cinayətləri səbəbilə Rusiya üçün xüsusi tribunalın yaradılması üzərində işləyən 33 dövlətdən ibarət koalisiya toplanır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də məlumat verib.

O bildirib ki, tribunal bütün sonrakı Rusiya vəhşiliklərinə səbəb olan ilk cinayətə görə məsuliyyəti təmin etmək üçün çox vacibdir.
Qeyd edək ki, Ukrayna apreldə BMT Baş Assambleyasının Rusiya Federasiyası üzrə tribunalla bağlı qətnaməyə baxacağına ümid edir.
Ardını oxu...
Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur, o cümlədən hüquq nöqteyi-nəzərindən.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

"Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə də öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir. Beynəlxalq məhkəmədən gələn mümkün həbs “reseptləri” isə bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Ardını oxu...
Bu gün Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putin və Rusiya Ombudsmanı xanım Mariya Alekseyevna Lvova-Belovanın həbs edilməsi barədə qərar çıxarıb.

Beynəlxalq Cinayət Məhkəməsi izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Beynəlxalq Cinayət Məhkəməsi Putindən əvvəl 4 ölkə başçısının həbsi haqqında qərar verib:

Sudan prezidenti Ömər əl-Bəşir. 2008-ci ildə həbsinə qərar verilib, 11 il hakimiyyətdə qalıb, 2019-da devrilib. Hazırda ölkədə həbsdədir, amma Haaqa Tribunalına təhvil verilməyib;

Liviyanın keçmiş lideri Müəmmar Qəddafi. 2011-ci ildə həbsinə qərar verilib, az sonra linc edilərək öldürülüb;

Cot Di Var prezidenti Laurent Gbagbo. 2011-ci ildə seçkini uduzsa da hakimiyyəti təhvil verməyib, bunkerdə gizlənərək müqavimət göstərib. Qısa müddət sonra həbs edilərək Haaqa Məhkəməsinə ekstradisiya edilib. 2019-cu ildə bəraət alıb.

Keçmiş Yuqoslaviya lideri Slobodon Miloşoviç. Haaqa Məhkəməsi tərəfindən mühakimə olunub, bir müddət sonra həbsxanada ölüb.
gununsesi
Ardını oxu...
Beynəlxalq Cinayət Məhkəməsi (BƏM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

APA xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Bildirilib ki, BƏM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Ətraflı

Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
Ardını oxu...
Vladimir Putin və Mariya Lvova-Belova
 

Dünyapress TV

Xəbər lenti