Stoltenberq: NATO-nun bütün üzvləri Ukraynanın gələcəyinin Alyansda olduğunu təsdiqləyirYaradılıb 12.10.2023 08:51 | Baxış sayı: 173Brüsseldə keçirilən Ramşteyn formatında görüşdə Alyansın bütün üzvləri Ukraynanın gələcəyinin NATO-da olduğunu təsdiqləyiblər.Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.O vurğulayıb ki, Ukrayna döyüş meydanında nə qədər güclü olarsa, sülh danışıqları zamanı bu ölkənin mövqeyi bir o qədər möhkəm olacaq."Tarix təkrar olunmamalıdır. Buna görə də Alyansın bütün üzvləri Ukraynanın NATO-ya üzv olmasına razılıq verib", - Stoltenberq əlavə edib.NATO-nun baş katibi qeyd edib ki, Alyansa üzv ölkələr Ukraynaya dəstəyini davam etdirəcək.Stoltenberq vurğulayıb ki, Ukraynaya daha çox silah-sursat vermək lazımdır. Facebook-da paylaş