Ardını oxu...
Qarabağla bağlı Qərbdən nə alınmalı idisə, Əliyev onu aldı, indi Zəngəzuru almaq istəyir və Qərb platformalarında bunu edə bilmir. Bu mənada Əliyevin oradan qazanacağı heç nə yoxdur, ona görə də görüşə getmədi.

Gundeminfo.az axar.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə “Ermənistan” fraksiyasından olan deputat, Xarici əlaqələr komitəsinin sədr müavini Armen Rüstəmyan Brüsseldə oktyabrın sonunda keçirilməsi gözlənilən Əliyev-Mişel-Paşinyan görüşünün vaxt azlığı səbəbindən baş tutmamasını şərh edərkən deyib.

Rüstəmyanın fikrincə, Əliyev istədiyini əldə etmək üçün noyabrın 10-da elan edilən bəyanatdan başqa, digər üçtərəfli razılaşmalara arxalanacaq. Deputatın sözlərinə görə, Əliyev 5 tələb ilə “sülh müqaviləsi”ni imzalamağa çalışır:

“Onun tələblərinin 5 istiqaməti var: Azərbaycanın istədiyi şərtlərlə delimitasiya və demarkasiya, bura Ermənistan ərazisinin 29800 kvadrat kilometr olmasını qəbul etmək daxil deyil, yeri gəlmişkən, rəsmi Bakı heç vaxt Ermənistan ərazisini tanıdığını deməyib; Anklavlar məsələsi var ki, onun vasitəsilə Azərbaycan bizim strateji yollarımıza nəzarəti ələ keçirəcək; Əliyev təcavüzkar Ermənistanın həmin əraziləri işğal etdiyini açıqlayacaq. Bu gün onlar təzminatı 100 milyard dollar civarında qiymətləndirirlər, bu, əlbəttə ki, yekun rəqəm deyil.

Bütün bunlarla yanaşı, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmə gələcək və bu, Ermənistan üçün ciddi demoqrafik problemlər deməkdir. Əliyev Ermənistanın 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə yenidən geri qaytarılmasını tələb edəcək. Ermənistanda azərbaycanlıların yaşamadığı yer demək olar ki, yoxdur; Nəhayət, Ermənistanın tələb etdiyi, Əliyevin fikrincə, dövlətlərarası yol statusuna malik olmayan, erməni tərəfinin təklif etdiyi yol”.

Ardını oxu...
DİA.AZ: - Paşinyan Rusiya ilə münasibətlərə nöqtəni qoydu və Türkiyə-Azərbaycan xəttinə daxil olacağını bəyan etdi

DİA.AZ xəbər verir ki, Paşinyan “The Wall Street Journal”a müsahibəsində deyib:

"Regionun gələcəyi uzun müddətdir bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən Azərbaycanla Türkiyənin suverenliyinə hörmət şərti ilə Ermənistan ərazisindən keçən quru əlaqəsinin açılmasındadır"

Ermənistan lideri əlavə edib ki, İrəvan Rusiya ilə tarixi əlaqələr əvəzinə daha qədim olan “Azərbaycan və Türkiyə ilə münasibətləri tarixini” seçir.

O həmçinin qeyd edib ki, Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir faydası yoxdur. Bununla belə, Paşinyan bildirib ki, hazırda Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkünlüyü müzakirə olunmur.
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makrona yumurta atıblar.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Misirdə baş verib.
Yumurta mühafizəçilərin əhatəsində olan Fransa prezidentinin alnına dəyib.
Hadisəni şərh edən erməni teleqram kanalları yazıb ki, maraqlıdır, fransızlar öz prezidentini müdafiə edə bilmirlərsə, Ermənistanı necə qoruyacaqlar?

 
Ardını oxu...
Finlandiyanın paytaxtı Helsinki şəhərindəki Türkiyə səfirliyinə hücum olub.

32gun.az xəbər verir ki, bu barədə Helsinki polisi X sosial media hesabında paylaşım edib.

Məlumata əsasən maskalı şəxslər səfirliyin giriş qapısını boyayaraq tüstü bombaları ilə hücum ediblər.

Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib.

Hücumla bağlı araşdırma başlayıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-ya üzv ölkələrin tədarükünü tükəndirib”.

Gununsesi.info xəbər verir ki, bunu İsveçdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq bu ölkənin Baş naziri Ulf Kristerssonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, alyansa üzv ölkələr müdafiələrini təmin etmək üçün istehsalı artırmalıdırlar: “NATO ölkələrinin təhlükəsizliyi texnoloji üstünlüklərdən və müdafiə sənayesindən asılıdır. İstehsalın artırılması Ukraynanın ehtiyaclarını ödəmək və öz müdafiəmizi təmin etmək üçün lazımdır”.
 
Ardını oxu...
İslam aləminin dini lideri Ayətullah Seid Əli Xamnei özünün "X" sosial platformasında Azərbaycan dilində paylaşım edib.

32gun.az xəbər verir ki, o, "Zülm və cinayət həddini aşarsa və yırtıcılıq son həddə çatarsa, tufanı gözləmək gərəkir"- deyə sosial şəbəkədə #Əqsatufanı, #Fələstin həştaqları ilə paylaşım edib.
 
Ardını oxu...
Bu gün Bakıda, digər şəhər və rayonlarda yüzlərlə erməni var. O cümlədən də Xankəndi ermənisi... Svetlana Qurgenovna da onlardan biridir.

Xankəndidə doğulub. 17 yaşından Bakıda yaşayır. Qorxusuz, həyəcansız. İllərlə münaqişə xəbərlərini yaxından izləyib.

Elə bu gün də proseslərlə maraqlanır. Qarabağ ermənilərinə sözü də var.

DİA.AZ "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:

Ardını oxu...
Məncə, bizim ölkənin çökmə ehtimalı tezliklə, hardasa 30-cu illərdə baş verəcək. Ona görə ki, Putin əbədi deyil və o, qocalır. Putin hakimiyyəti saxlamaq baxımından çox güclüdür.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski deyib.

Satanovski qeyd edib ki, Putin də, bütün güclülər kimi, idarəetmədə zəifləri seçir:

"Onun ölkəni necə idarə etdiyi və kadrları necə seçdiyi barədə ayrıca mövzum var. Beləliklə, o öz yerinə bu kadrlardan zəif, cılız zibili (nəcisi) qoyacaq. Medvedyev buna nümunə ola bilər", - o bildirib.
https://t.me/Axaraz/31944
 
 
 
Ardını oxu...
Xaricdə işləmək istəyənlərin ilk seçimlərindən biri olan Almaniya işə qəbul və işləmək üçün yeni şərtlər təklif edir. Alman dilini bilmək tələbi aradan qaldırılsa da, vətəndaşlıq almağı asanlaşdıracaq qanun yoldadır. Almaniya hökuməti 3000 manat maaşla işləmək üçün minlərlə işçi axtarır. Hansı peşələr tələb olunur? Hansı şərtlər qəbul edilir?

Almaniya əhalinin getdikcə qocalması səbəbindən əmək miqrasiyasını artırmağa çalışır. İşçi qəbulu zamanı alman dilini bilmək tələbi aradan qaldırıldığı halda, vətəndaşlıq şərtləri də sadələşdirilir. Almaniyada bir çox müxtəlif sektorlar üçün minlərlə, hətta milyonlarla iş elanları var.

Almaniyada işçilərin işləməsi tələb olunan peşələr və müraciət şərtləri arasında dil tələbi istisna olmaqla, 67 yaşdan yuxarı şəxslər üçün imtahan ləğv edilir, vətəndaşlıq üçün tələb olunan yaşayış müddəti isə 8 ildən 5 ilə endirilir.

Qanun yaxın aylarda təsdiqlənəcək və qüvvəyə minəcək. 18-45 yaş arası müraciətlərə üstünlük verilərkən, Almaniyada minimum əmək haqqı 2 min 100 avro, maaş şkalası isə 37 min avroya qədər ola bilər.

Almaniyaya müraciət edənlər üçün hansı sənədlər tələb olunur?

Şəxsiyyət vəsiqəsinin surəti

Sürücülük vəsiqəsinin surəti

Cinayət qeydi

Yaşayış yerindən arayış

Diplom

Sağlamlıq hesabatı

Peşəkar bacarıq sertifikatı

CV alman dilinə tərcümə

İş təcrübənizi göstərən xidmət qeydi

Pasportun surəti (3 il)

6 ay ərzində çəkilmiş 6 biometrik fotoşəkil

Almaniyada əsasən hansı peşələr üzrə işçilər tələb olunur?

Ağır sənaye və metal sənayesi işçisi

Qaynaqçı

Metal və ağır sənaye işçiləri

Elektrik və elektronika mühəndisləri və işçiləri

Texniki və mexaniki

Şef

Qastronomiya mütəxəssisləri və s.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Yəqin ki, Stalinin kabinetində bir neçə komissarın (nazirin) və Kremlin yüksək ranqlı məmurlarının iştirakı ilə keçirilən müşavirədə 30 yaşlı sıravi bir mühəndisin yumruğunu ölkə rəhbərinin stoluna çırpmasının nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Sözsüz ki, mühəndis Andrey Zavyalov da bunu yaxşı anlayıb.
Amma “insident” heç də hamının düşündüyü kimi yekunlaşmayıb. Əksinə, Stalin əlini Zavyalovun çiyninə qoyaraq onun bu hərəkətinə haqq qazandırıb:
- Sən ağıllı mühəndissən, amma həyasız adamsan.
Maraqlıdır, Zavyalov hansı səbəbdən məcbur olub ki, yumruğunu sovet liderinin masasına çırpıb?
Əslində, Zavyalov adi həyatda çox sakit, mədəni, təmkinli və səbrli bir adam olub. Hətta işlədiyi kollektivdə, Leninqraddakı İjorsk zavodunda onun nə vaxtsa səsinin tonunun qaldırmağını heç kim eşitməyib. Deməli, yumruq məsələsində mühəndisi özündən çıxaran səbəb kifayət qədər ciddi olub.
Ardını oxu...
Andrey Zavyalov 1905-ci ildə Moskva ətrafında, Redinko kəndində anadan olub. 14 yaşından əmək fəaliyyətinə başlayıb, dəmiryolu stansiyasında yükdaşıyan işləyib. Sonra fəhlə-gənclər məktəbində təhsil alıb. 1924-1929-cu illərdə isə Leninqrad Dağ Mədən İnstitutunda mühəndis-metallurq ixtisasına yiyələnib.
Zavyalov mütəxəssis kimi ilk fəaliyyətinə Leninqraddakı İjorsk zavodunda başlayıb. Bu zavodda hərbi texnikalara və hərbi dəniz donanmasının gəmilərinə zirehli laylar hazırlanıb. Zavyalov həmin zavodun mərkəzi laboratoriyasına rəis təyin edilib. O, eyni zamanda elmi yaradıcılıqla da məşğul olub, zirehli laylar üzrə dissertasiya üzərində işləyib.
Zavyalov çox qısa müddət ərzində savadı, işgüzarlığı, elmi araşdırmaları, bir çox ölkələrin müvafiq sahələri ilə apardığı təcrübə mübadilələri, mətbuatda maraqlı çıxışları ilə fərqlənib. Bir sözlə, gənc mühəndisin işləri yaxşı gedib. Amma 1936-cı ildə onun keçirdiyi bir təcrübə hər şeyi dəyişib.
Həmin il Leninqrada vətəndaş müharibəsi gedən İspaniyadan alman istehsalı olan bir tank gətirilib. Həmin tank İjorsk zavodunun həyətində saxlanılıb. Hər dəfə zavodun həyətindən keçəndə alman tankı Zavyalovda güclü bir peşə marağı yaradıb. Mühəndisi bu tankın zirehli layları maraqlandırıb və o, təcrübə keçirmək qərarına gəlib.
Beləliklə, Zavyalov zavod rəhbərliyindən icazə alaraq tankı poliqona aparıb, o, eyni zamanda paliqona bir sovet tankı da çıxarıb. Təcrübə nədən ibarət olub? Zavyalov sovet tankından alman tankına atəş açıb. Alman tankının zirehli laylarının davamlılığı nəticəsində tanka heç bir ciddi ziyan dəyməyin. Mühəndis daha sonra alman tankından sovet istehsalı olan tanka atəş açıb. İlk atəşdən sovet tankı darmadağın olub.
Ardını oxu...
Təcrübənin nəticələri Zavyalovu sözün əsl mənasında şoka salıb. O, bu nəticələri zovod rəhbərliyinə çatdırıb, zirehli layların daha möhkəm olması üçün konkret təkliflər verib. Rəhbərlik mühəndisin təkliflərini qulaqardına vurub.
Zavyalov qərara gəlib ki, təcrübəsinin nəticələrini Leninqrad vilayət partiya komitəsinin birinci katibi Andrey Jdanova çatdırsın. Bir həftəlik get-gəldən sonra o, birinci katibin qəbuluna düşə bilib. Zavyalov bütün məsələləri təfərrüatı ilə Jdanova danışıb və təkliflərini də ona söyləyib. Mühəndisin fikirləri Jdanovun ağlına batıb və o, bir daha dəqiqləşdirmələr aparmaq məqsədi ilə Zavyalovdan soruşub:
- Siz yeni zirehli layların hazırlanmasında öz elmi təkliflərinizə arxayansınız?
- Bəli, yoldaş Jdanov, təkliflərimin hamısının elmi əsasları var.
- Əgər belədirsə, mən indi Stalinə bu haqda məruzə edəcəm.
Beləliklə, Jdanov Stalinə zəng vurub, onu məsələni agah edib. Stalin İjorsk zavodunun nümayəndələri ilə görüş vaxtı təyin edib.
Zaman yetişib. Stalin müvafiq sahənin komissarları və Mərkəzi Komitənin yüksək ranqlı məmurları ilə birlikdə onları qəbul edib.
Müşavirədə əvvəlcə sözü zavodun direktoruna veriblər. O, işlərin tam normal qaydada getməsi, planı artıqlaması ilə yerinə yetirlməsi ilə bağlı Stalinə məlumat verib. Daha sonra zirehli texnikalarla işləyən yüksəkçinli hərbçilərin hərbi texnikaların yüksək keyfiyyəti haqqında məruzələri dinlənilib. Bu arayış xarakterli və pafoslu çıxışlar Zavyalovu özündən çıxarıb və o, yumruğunu stolun üstünə çırparaq ayağa qalxıb, üzünü Stalinə tutub:
- Yalandır, hamısı söz yığınağıdır. Bzim tanklar özü yeriyən tabutdan başqa bir şey deyil.
Sonra 30 yaşlı mühəndis apardığı bütün təcrübələrin nəticələrni aramla Stalinə başa salıb və təklif edib ki, zirehli layların istehsalı tamamilə yenilənməlidir.
Elə həmin iclasda zavodun direktoru və baş mühəndsi vəzifələrindən uzaqlaşdırılıb. Zavyalovun təkliflərinin həyata keçirilməsi üçün Stalin müvafiq qurumlara tapşırıqlar verib. Gənc mühəndisin işlədiyi laboratoriyaya baş idarə statusu verilərək Zavyalovu həmin idarəyə rəis təyin ediblər, o cümlədən Zavyalov eyni zamanda zavodun baş metallurqu vəzifəsinə də təyinat alıb.
Sonralar Zavyalov zirehli laylar haqqında dissertasiya və doktorluq işi müdafiə edib, professor rütbəsi daşıyıb, Leninqrad Texniki Universitetinin rektoru vəzivəsində işləyib.
Məhz Zavyalovun elmi xidmətlərinin nəticəsində sovet-alman müharibəsi illərində T-34 tankları ən ağır döyüş bölgələrində ağır həmlələrə tab gətirərək hədəfə doğru irəliləyə biliblər.
Andrey Zavyalov öz ixtiraları və elmi xidmətlərinə görə zaman-zaman ən yüksək mükafatlarla təltif edilib . O, iki dəfə Stalin mükafatına, “Lenin” ordeninə və çoxsaylı medallara layiq görülüb.
Stalinin stoluna yumruq vurmaq cəsarətində olan Andrey Zavyalov 1985-ci ildə, 80 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az

Dünyapress TV

Xəbər lenti