Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.
Bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.
Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.
Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.
Sənəd 2 il müddətinə qüvvədə qalacaq.
Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.
MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.
Tikinti və işçi layihələri TOKİ hazırlayacaq.
Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb. (Report)
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında Daşkənddə görüş keçirilib.
Axar.az xəbər verir ki, görüşdə İbrahim Rəisi “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlədib.
Rəisi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, Qarabağın bərpasında Azərbaycana yardım etməyə hazır olduqlarını da xüsusi qeyd edib.
Bu barədə yayılan məlumat isə erməni sosial şəbəkə istifadəçiləri və mediasını ciddi şəkildə narahat edib. Erməni mediasının iddiasına görə, İbrahim Rəisi çıxışında “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlətməyib. Bunun sübutu kimi isə İranın rəsmi mediasında görüşlə bağlı gedən xəbərlər göstərilib.
Qeyd edək ki, həqiqətən də İranın rəsmi xəbər agentlikləri Əliyev-Rəisi görüşü haqda məlumat dərc etsələr də, təfərrüatı işıqlandırmayıblar və çıxışlardan sitatları dərc etməyiblər. Diqqətçəkən məqamdır ki, Rəisinin çıxışlarına xüsusi önəm verən İran mediası nədənsə bu görüş haqda “xəbərlə” kifayətlənib.
Buna baxmayaraq, İran Prezidenti Rəisinin rəsmi saytında görüşlə bağlı nisbətən daha müfəssəl məlumat var. Burada da çıxışların tam mətni verilməyib, ancaq Rəisinin “Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirik”, “Qarabağda bərpa işlərində yardıma hazırıq” kimi sözləri əksini tapıb.
Görünür, İran mediası Ermənistanla “dostluq-qardaşlıq” əlaqələrinə “xələl gətirməmək” davranışı nümayiş etdirib, ermənilər isə bundan istifadə etməyə çalışıblar. Lakin Prezident Rəisinin rəsmi saytındakı məlumatı nəzərdən keçirməyi və görüşün videsunu izləməyi “unudublar”.
Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından üç il ötür.
10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi.
Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi, erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş nazirini axtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.
10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.
Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi:
“Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”.
Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.
İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni rəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran, “uğurlu həmlələr” edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqla nəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olan Ararat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərək İrəvanın mərkəzində döyüldü.
Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.
Siyasi arenada İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.
Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər. Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanın torpaqlarımızdan çıxması ilə bağlı tarix verməsi şərtilə döyüşlərə son qoyulacağını açıqladı. Lakin ermənilərin əsirinə çevrildikləri mənfur ideyalar, separatçıların ehtirasları, saxta “qələbə” təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdən qorxu Ermənistan rəhbərliyinin bu təklifə razılaşmaması ilə nəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sona çevrildi. Azərbaycan tərəfi dövlət başçısının da haqlı olaraq dediyi kimi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.
Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhz ortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusu qarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyib birbaşa gəldiyi yerə qədər qaçıb.
Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında əldə olunan uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirib. Dövlət başçısının ortaya qoyduğu siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur edib.
İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”umuz Şərqi Zəngəzur və Qarabağın əbədi azadlığına möhür vurub.
10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.
Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!
2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin dırnaqarası ünsürləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi.
Ukraynada 8 Noyabr - Zəfər Günü ilə bağlı SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”in bütün yanacaqdoldurma məntəqələrində (YDM) bayrama dair videoproyeksiya yayımlanıb.
AZƏRTAC xəbər verir ki, videoproyeksiyada üçrəngli bayrağımızın fonunda - “Azərbaycanın Zəfər Günü mübarək!” şüarı yer alıb.Görüntü yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Bu barədə Türkiyənin diplomatik missiyası “X” sosial şəbəkəsində paylaşım edib.
“9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik. Daim yüksəklərdə ol, böyük zəfərin ucalmış şanlı Bayrağı!”, - paylaşımda qeyd olunub.
İstanbulda şəhərin rəmzlərindən biri sayılan Fateh Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü, eləcə də Bayraq Günü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.
Körpünün axşam saatlarında mavi, qırmızı və yaşıl rəngli işıqlarla bərq vurduğu bildirilib.
Qeyd edək ki, Fateh Sultan Mehmet körpüsü Bosfor körfəzi üzərindən keçən ikinci asma körpüdür. O, İstanbulun Avropa və Asiya hissələrini birləşdirir. Körpünün uzunluğu 1510 metr, eni 39 m, dayaqların hündürlüyü sudan 165 m-dir. Yolun hərəkət hissəsindən suyun səthinə qədər məsafə isə 64 metrə barəbərdir. https://t.me/oxuaze/69341
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev olduqca ilginc biir açıqlama ilə çıxış edib. Xəbərlərdən bəlli olur ki, Azərbaycan-Ermənistan münasibətlərinin hansı halda normallaşa biləcəyi barədə danışan TŞ katibi çox incə şəkildə rəsmi İrəvana, həm də elə Qərb dairələrinə eyham edib.
Bildirək ki, o, bu barədə Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında danışıb.
Patruşev qeyd edib ki, Bakı ilə İrəvan arasında normallaşma yalnız QEYRİ-REGİONAL QÜVVƏLƏRİN vəziyyətə müdaxilə etməyi dayandırdıqları halda mümkündür.
Hər halda, qabartdığımız ifadədən məsələnin nə yerdə olduğunu sezmək asandır.
Əslində, Patruşev açıq şəkildə İrəvana xitab edir ki, bu gün Ermənistan ərazisində yerləşməkdə olan Avropa İttifaqı missioner ordusu qaldıqca, Güney Qafqazın Azərbaycan-Ermənistan səmtində sakitlik olmaayacaq...
Yəni bu o deməkdir ki, SÜLH PLANI ancaq rusların iştirakı ilə mümkündür... Əks halda... bunu isə yaşayıb, görəcəyik...
Çünki hələlik İrəvan məhz ƏKS İSTİQAMƏT üzrə irəliləməkdədir...
Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Türkiyənin Qəzza münaqişəsində mümkün iştirakı ilə bağlı narahatlığını ifadə edib.
Ölkə. Az xəbər verir ki, bu barədə o, X (Tvitter) şəbəkəsindəki səhifəsində yazıb.
“Ərdoğanı ciddiyə almamaq səhv olardı. Türklər yüz illər boyunca Fələstində olub! Bir zamanlar Yaxın Şərqdə ərəb dünyasının böyük hissəsini nəzarətdə saxlayan Türk İmperiyası! İnsanlar unudurlar ki, türk nöqteyi-nəzərindən yəhudilər İslam torpağında yaşayırlar”, - Makqreqor deyib.
“8 Noyabr - Zəfər Günü” Fransanın Strasburq şəhərində musiqili tədbirlə qeyd olunub.
Bu barədə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və tarixi zəfəri öz qanı və canı bahasına xalqımıza bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildikdən sonra tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İşmayılov çıxış edib.
O, Ermənistanın Azərbaycanın tarixi torpaqlarına əsassız iddialarının ardınca ərazilərimizin 20 faizini işğal etməsini və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın didərgin düşməsini xatırladaraq, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan dövləti və xalqı üçün bir ölüm-dirim mübarizəsi olduğunu qeyd edib.
F.İsmayilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində üzləşdiyimiz işğala son qoyulduğunu bildirib və ötən dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində verilən taleyüklü qərarlar və onların nəticəsində əldə olunan tarixi nailiyyətlər barədə danışıb. Tədbirdə həmçinin Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov çıxış edib.
Qonaqları həm Zəfər Günü, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edən K.Cəfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını yüksəltməyi ilə Azərbaycanın bütövləşdiyini vurğulayıb.
Azərbaycanın hazırda tarixdə olmadığı qədər güclü, bütöv və müstəqil olduğunu bildirən K.Cəfərov əlavə edib ki, gələcəyimiz hələ indi başlayır və bunun üçün də möhkəm təməllərimiz vardır. Bundan başqa, tədbir iştirakçılarına 2020-ci il Zəfər Gününü həkk edən video görüntülər nümayiş etdirilib və Azərbaycandan gələn tanınmış DJ Kamran Qaralovun tərtib etdiyi musiqi proqramı təqdim olunub.