Ardını oxu...
 

Türkiyə hakimiyyəti Sudandan 140 vətəndaşının təxliyəsinə başlayıb.

Bu barədə bazar günü Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmaların baş verdiyi Sudandan 140 nəfərin təxliyəsi başlanılıb. Vətəndaşlar Efiopiya vasitəsilə Türkiyəyə çatdırılacaq”, - XİN-dən bildirilib.

Qeyd edək ki, Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə şurada onun müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasındakı fikir ayrılıqları səbəbindən Sudanda vəziyyət kəskin şəkildə pisləşib.//Oxu.az


Ardını oxu...
Türkiyədə keçiriləcək seçkilərə 21 gün qalmış rəy araşdırmaçısı Fərhad Murad qatıldığı televiziya proqramında “Areda Survey” Mərkəzinin keçirdiyi son sorğunun nəticələrini açıqlayıb.

DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, sorğuda Prezident Rəcəb Tayyib Ərdoğan 51.4 faiz səs toplayıb.

Türkiyə liderinin ən yaxın rəqibi CHP sədri və “Yeddilik” blokunun prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun isə 41.8 faiz səsi var.

Seçkilərin ilk turunda Prezident Rəcəb Tayyib Ərdoğan qazanacaqmış kimi görünərkən, mümkün ikinci turla bağlı nəticələr də diqqət çəkir. Sorğuya görə, seçki ikinci tura qalsa, Ərdoğan 53.5 faiz səs toplayacaq. Kamal Kılıçdaroğluda isə bu rəqəm 46.5 faiz ola bilər.

Araşdırmada partiyaların səs nisbətləri də müəyyən edilib. AKP və Cümhur İttifaqı böyük fərqlə irəlidə görünür. AKP 41.1, ən yaxın rəqibi CHP isə 25.4 səsə malik olub.

Fərhad Murad son bir aydakı səs dəyişikliyi ilə bağlı mühüm məqamları da bölüşüb.

Son bir ayda Prezident Rəcəb Tayyib Ərdoğan və AKP-nin irəli sürdüyü projelər və gələcəklə bağlı atdığı addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Fərhad Murad bu səbəbdən son bir ayda Ərdoğanın səslərinin 50.6-dan 51.4 faizə yüksəldiyini deyib.

Kamal Kılıçdaroğlu dəyişiklik edə bilməyib – 41.8 faizdə qalıb.
Ardını oxu...
İrəvanda xüsusi istehsal edilmiş zirehli Leksus-570 (70 EE 700 xüsusi nömrəli) markalı maşın iki xüsusi təyinatlı polisi vurub.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, “Leksus” VAZ-21015 markalı maşınla toqquşduqdan sonra xüsusi təyinatlı iki polisi (OMON) vurub. Xüsusi təyinatlı polislər xəstəxanaya yerləşdirilib.

Erməni mediası zirehli və xüsusi dövlət nömrəsi olan avtomobilin kimə məxsus olduğunu açıqlamayıb.
 
Ardını oxu...
Rusiya 20-dən çox alman diplomatı ölkədən çıxarır.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu addım Almaniya hakimiyyətinin 20-dən çox rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına cavabdır.

“Bild” qəzeti mənbəyə istinadən məlumat yayıb ki, 90 alman diplomatdan 34-ü Moskvanı tərk edəcək.

Bu gün səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Berlin Rusiya diplomatlarını ölkədən çıxarmaq planları barədə Moskvanı əvvəlcədən xəbərdar edib.
Ardını oxu...
Vyanada Suriya, Türkiyə və Ukraynadan olan şagirdləri dərslərində təhqir edən alman müəllimə görə qalmaqal yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avstriyanın ORF televiziyası məlumat yayıb.

Məlumata görə, müəllim həmin ölkələrdən olan şagirdləri alçaldaraq onların və ölkələrinin heç nəyə qadir olmadığını bildirib. O, türk uşaqlara müraciət edərək Türkiyəyə geri dönmələrini təklif edib.

Bildirilib ki, sözügedən müəllim ölkə polisi tərəfindən saxlanılıb.
 
Ardını oxu...
İrəvan günü bu gün Bakı ilə sülh sazişi imzalamağa hazırdır.
Pressklub.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Mən Azərbaycana göndərdiyimiz sənədi (sülh müqaviləsi layihəsi) günü bu gün imzalamağa
hazıram. Başqa məsələ odur ki, Azərbaycan bizim göndərdiyimiz kağızı qəbul etmir”, – Paşinyan
parlamentdə deyib.
 
Ardını oxu...
İran İslam Şurası (Parlament) xarici işlər naziri Hüseyn Əmir Abdullahianı İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyalara görə məsuliyyətə cəlb etməyi planlaşdırır.

Bunu İranın Sistan-Bəlucistan vilayətinin Zabol şəhərinin İran İslam Şurasındakı (Parlament) nümayəndəsi Həbibullah Dahmardeh deyib.

O xarici işlər naziri Hüseyn Əmir Abdullahiana qarşı tədbir görülməsinə çağırıb.

Deputat bildirib ki, Nüvə proqramına görə rejimə qarşı sanksiyaların davam etdiyi bir vaxtda İran dərin iqtisadi böhran içərisindədir.

“İrana qarşı sanksiyalar xarici işlər naziri ilə bağlıdır və nazirliyin idarəçiləri və səfirlərinin təyinatlarını şübhə altına alır” , - deputat vurğulayıb.

O əlavə edib ki, Abdullahianın impiçmenti tələbi həm də Talibanın Əfqanıstandan quraq Sistan-Bəlucistan əyalətinə ortaq su axınını məhdudlaşdırmaq üzrə addımları ilə bağlıdır.

Xarici işlər nazirinin impiçmentində imzaların sayı lazım olandan üç dəfə çoxdur.
 
Ardını oxu...
Bu gün fevralın 6-da Türkiyədə baş vermiş və minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli zəlzələdən sonra yardım göndərən ölkələr arasında Ermənistan da oldu. Qos-qocaman Türkiyə Ermənistanın “boy-buxununa”, on illərdir sərgilədiyi düşmənçiliyə, saxta iddialarına fikir verməyərək, bu ölkənin yardım karvanının illərdir qapalı saxlanılan Alıcan sərhəd qapısından keçməsinə şərait yaratdı, bitsin bu düşmənçilik məqsədi ilə.

Düzdür, bundan əvvəl Türkiyə və Ermənistan arasında məhz Kəlbəcərin işğalından sonra dondurulan münasibətlərin bərpası istiqamətində danışıqlara başlanılmışdı, bir neçə dəfə görüşlər keçirilmişdi. Amma maşa erməniçiliyin qulağını doldurub, “türk sənin düşmənindir, nə edirsən?!” yanaşması sərgiləyənlərin fitnə-feli və uşaqlıqdan beyinləri zəhərlənmiş ermənilərin sərgilədiyi davranışlar nəticəsində bu prosesdə fasilə yaranmışdı. Üstəlik, Ermənistan rəhbərliyi sərsəmcəsinə hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinə Türkiyə-Azərbaycan münasibətlərindən kənarda baxmaq lazımdır. Yəni Qarabağa iddialar davam etdirilsin, separaçılar, terrorçular Azərbaycanın bir bölgəsində at oynatmağa cəhd göstərsin, Ermənistan fürsət düşən kimi, Azərbaycan əsgərinin, mülki sakininin qanını axıtsın, mina terroru davam etdirilsin, ölkəmizin ərazi bütövlüyü tanınmasın, sərhədlər dəqiqləşdirilməsin, amma ermənilər Türkiyə ilə münaisbətləri yaxşılaşdırıb, sərhəd qapılarını açıb, istədikləri vaxt əllərini sallayaraq, Türkiyəyə gedib-gəlsinlər, orada rahat yaşasınlar, işləsinlər...

Hələ də anlamırlar ki, bu, mümkün deyil. Hətta ortada Şuşa əhdi, Şuşa Bəyannaməsi olmasa belə, hətta Qars müqaviləsi imzalanmasa belə, Türkiyə və Azərbaycanı bir-birindən uzaq tutmaq mümkünsüzdür, bu ölkələrin sevinci də, kədəri də birdir! Anlamaz yerinə qoyublar özlərini!

Elə bildilər ki, 28 nəfərlik xilasedici, 100 ton yüklə köməyinə getdikləri Türkiyəni ovsunlayıb, Azərbaycandan uzaqlaşdırmağı bacaracaqlar! Ay siz öləsiniz!!!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın telefon zənginə böyüklük nümayiş etdirərək cavab verdi, guya onun xislətinə bələd deyildimi? Yaxud baş diplomat Mövlud Çavuşoğlu Türkiyənin Ağrı dağına iddia edib, “Ararat” yarılığı yapışdırmaq istəyənlərin xarici işlər naziri Ararat Mirzoyanı ona görə qəbul etdi ki, nəhayət, bölgəyə hüzur gəlməsini istəyir, təkcə yurdda deyil, bölgədə deyil, cahanda sülh istəyən dövlətdir Türkiyə dövləti! Ermənistan, erməniçilik bütün bunları yetərincə dərk edə, qiymətləndirə, özlərinə düzən verə bildilərmi?

“Ögey ana” filmində bir epizod var: İsmayıl hərəkətindən kor-peşman olaraq dəftərində yazdığı “Ögey ana” yazısını gizlədir... Türkiyənin bu qədər uca könüllülük nümayişindən sonra Ermənistan hökuməti və cəmiyyəti gərək dərhal hərəkətə keçəydi, etdiyi pisliklərə görə üzrxahlıq istəyə, siyasətində, münasibətində ciddi dəyişikliklər edəydilər. Amma yox, zəlzələ fəlakətinə düçar olan türklərə zəhərli ərzaq göndərməyi təklif edəcək qədər alçaqlıq sərgiləyən ermənini də gördük... Yunanıstan dövləti və yunanlar qədər olmadılar!

Ermənistanda bəziləri anlayır ki, belə davam etmək mümkün olmayacaq, əks təqdirdə məhvə məhkumdurlar! 2018-ci ildə İrəvana gələn Con Bolton demişdi axı, qonşulara qarşı şablon iddialardan əl götürün! Baxmadılar, onu da eşitmədilər. Sonrası bəlli. Bugünəcən revanşçılar meydan sulayır, hesab edirlər ki, Türkiyə və Azərbaycanla normal münasibətlər yaransa, ermənilər sıradan çıxacaqlar, Ermənistan türk iş adamlarının əlinə keçəcək, daha nə nağıllar... Amma artıq bıçağın sümüyə dirəndiyini də qəbul edirlər. Budur, Ermənistan hökuməti Türkiyə ilə sərhəddə keçid məntəqəsinin layihəsinin bərpasına 72 min dollara yaxın vəsait ayırıb.

Ermənistan Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, tikinti qısa müddətdə başa çatdırılmalıdır. Ona görə də layihələndirmə və tikinti paralel aparılacaq. Bundan əvvəl Ermənistan spikerinin müavini Ruben Rubinyan bəyan etmişdi ki, Ermənistan-Türkiyə sərhədinin yaya qədər - üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır.

Bu xəbəri oxuyandan sonra düşünə bilərdik ki, artıq Ermənistan daşı ətəyindən tökməyə qərarlıdır. Bunun ardınca digər qapının, Zəngəzur dəhlizinin də açılması istiqamətində qərar veriləcəyi haqda nikbin düşüncələrə dalmaq istərkən... Amma yox, bu qənaət üçün tələsməyək. Çünki sonrakı xəbər qapının açılmasını yox, bir daha erməniçiliyin sifətinə bərk çırpılmasını zəruri edir.

Buyurun, erməni mətbuatı yazıb ki, İstanbul rəhbərliyi aprelin 24-də qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsinə həsr olunmuş tədbiri qadağan edib. Ermənistanın “Akos” qəzeti yazır ki, qadağanın heç bir obyektiv səbəbləri yoxdur. Və xatırladır ki, ötən il də eyni səbəbdən tədbir keçirilməyib. Şair deyir adamın üzündə həya gərəkdir. İndi ölkənin də, millətin də üzündə həyanın olması yaxşı şeydir. Bunca həyasızlıq ola bilərmi?! Sən bir tərəfdən Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün addım atdığın görüntüsü yarat, sərhəd qapısı üçün maliyyə ayır, o biri tərəfdən də şikayətlən ki, Türkiyə olmayan hadisənin olmayan qurbanlarını yad eləməyə imkan vermir. Bu, nə turşu, o nə pəhriz?! Özü də saxta iddia ilə bağlı tədbiri Türkiyənin öz ərazisində keçirməyə cəhd elə. Bəlkə elə sərhəd qapısını ona görə təmir etmək istəyirlər ki, sabah İstanbulda keçirmək istədikləri “soyqırım” tədbirinə Ermənistandan heyət göndərilsin? Kəsəsi, faktiki olaraq Ermənistan Türkiyəyə deyir “aç qapını, gəlim, səninlə düşmənçilik edim!”

Hələ bu nədir ki?.. Daha bir xəbər oxuyuruq: Ermənistan “erməni soyqırımı” qurbanlarının və sağ qalanların elektron məlumat bazasının yaradılması üzərində işləyir. Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Arutyun Marutyan yerli mediaya bildirib ki, bu, ən mühüm vəzifələrdən biridir və əsas məqsədi bütün adları bioqrafik məlumatlarla bir araya gətirməkdir. Hətta deyib ki, proses 10-15 il çəkə bilər. Eyni zamanda, orta məktəb şagirdləri və tələbələri üçün Erməni Soyqırımı tarixinin öyrənilməsi kursunun tətbiqi üzərində iş aparılır: bu mövzunun tədrisinə ehtiyac var, lakin bütün məsələ necə və nəyə diqqət yetirməkdir, Marutyan qeyd edib. Ermənistan dilənçi kökündə yaşayır, amma saxta iddialara milyonlar xərcləyir. Buyurun: saxta “soyqırım”la bağlı kompleksin təmiri üçün hökumət səviyyəsində 2 milyon dollara yaxın vəsait ayrılıb. 2023-cü ilin iyulunda inzibati binanın və MİGA muzeyinin təmiri, 2024-cü ilin iyulunda isə Tsitsernakaberdin özünün təmiri planlaşdırılır. Bax, belə... Türkiyə ilə qapıya 72 min dollar, düşmənçiliyə 2 milyon dollar!!!

Bunlar düşmənçiliyə son qoymaq fikrində deyillər. Hələ Azərbaycan və türk dillərini tədris etmək üçün müəllimlər axtarırlar, düşmənçiliyi daha “effektli” aparmaq üçün. Bölgənin qarayarasıdırlar, xərçəngidirlər, bunlarla birgə yolçuluq alınmayacaq! Odur ki, humanizmə yer olmamalıdır, ən sərt rəftarı haqq ediblər! Bakı və Ankara qəti şəkildə tələb qoymalıdır: Ermənistan Konstitusiyasından ərazi bütövlüyü ilə bağlı müddəalar dərhal və qeyd-şərtsiz çıxarılmalı, Ermənistan gerbindəki Ağrı dağının əksi silinməlidir!!! Rəsmi İrəvan Azərbaycan və Türkiyə ərazilərinə iddiaya birdəfəlik son qoyduğunu təsdiqləyən sənədə imza atmalı, tövbə etməlidir! Beləsi üçün nə qapı, nə pəncərə?! Türkiyəyə açılan qapıya ayrılan vəsaitlə düşmənçiliyə sərf olunacaq vəsait arasındakı fərq hər şeyi deyir...
musavat.com
Ardını oxu...
İtaliyanın təhlükəsizlik qüvvələri Venesiyada Yunanıstanın “Laskaridis Shipping” şirkətinə məxsus gəmidə təxminən 850 kiloqram kokain aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, Liberiya bayrağı ilə üzən “Atlas” adlı gəminin martın 23-də Braziliyadan yola düşdüyü və aprelin 17-də Venesiya limanına yan aldığı bildirilib. İtaliya polisi gəmidə araşdırmalara aprelin 18-də başlayıb. Ümumilikdə 570 bağlamaya yığılan narkotik vasitə gəminin gövdəsində, ekipaj üçün əlçatmaz olan və yalnız dalğıcların girə biləcəyi hissədə aşkarlanıb. Narkotik vasitənin bazar dəyəri təxminən 150 milyon avrodur.

İtaliya rəsmiləri gəmiyə ticarət fəaliyyətini davam etdirməyə icazə verib. Gəmi ekipajının həbs olunmadığı da bildirilib.
Ardını oxu...
Paşinyan Minsk qrupunun böhran içərisində olduğunu etiraf edib: Bir-biri ilə danışmırlar

Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun böhran içərisində olduğunu etiraf edib.

Paşinyan bu gün parlamentdə müxalif deputatların suallarına cavab olaraq bildirb ki, "Mən onunla danışmayacağam, mən onunla eyni masada oturmayacağam" deyirlər", - Paşinyan qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti