Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyi Gorus hava limanının yenidən işə salınması üçün ilkin araşdırmalar aparır. Departament bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq məlumat verib. “Nəzərinizə çatdırırıq ki, nazirlik Gorus hava limanının yenidən işə salınması, o cümlədən binanın və uçuş-enmə zolağının bərpası ilə bağlı ilkin araşdırma aparır”, - deyə məlumatda bildirilir. Nazirlikdən onu da qeyd ediblər ki, bərpa işlərinin dəyəri və müddəti tədqiqatlar başa çatdıqdan sonra müzakirə oluna bilər. Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, hakimiyyət Gorus aeroportunu bərpa etmək niyyətindədir. Qeyd edək ki, Gorus hava limanı 70-ci illərin sonlarında tikilib. Gündə 8-ə qədər uçuş qəbul edib. İrəvandan buraya An-2 və Yak-40 təyyarələri uçub. (Publika.az)