Ardını oxu...
Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında bildirilib.

Komissiyanın iclasına Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib.

İclasda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin, mütəmadi görüşlərin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Çıxışında C.Bayramov post münaqişə dövründə münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən səylər barədə məlumat verib.

Çıxış zamanı, həmçinin münaqişədən zərər çəkmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma fəaliyyətləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmini üçün əsas maneə olduğu vurğulanıb, mina təhdidi ilə mübarizədə Litva tərəfinin əməkdaşlığına ümidvarlıq ifadə olunub.

Çıxışda ticarət və investisiya, enerji təhlükəsizliyi və enerji keçidi, bağlantılar və informasiya texnologiyaları, aqrobiznes, təhsil və mədəni sahələrdə mübadilə də daxil olmaqla digər müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanların mövcudluğundan bəhs edilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaranmaqda olan nəqliyyat qovşağı və Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün öz müsbət rolunu oynayacağına və regiondaxili ticarətə təkan verəcəyinə əminlik ifadə olunub.

Çıxışında nazir ölkəmizin Aİ ilə enerji dialoqundan söz açaraq yaşıl elektrik enerjisi şəbəkəsinin Aİ ilə enerji dialoqumuzun mühüm hissəsi olduğunu bildirib, bu istiqamətdə icra edilən layihələrdən bəhs edib. Azərbaycanda bərpa olunan enerjiyə keçid layihələrində Litva şirkətləri ilə əməkdaşlıq etmək üçün geniş imkanların olduğunu vurğulayıb.

İclasın sonunda bağlanış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Hökumətlərarası Komissiyanın iclasının iki ölkə üçün yol xəritəsinə rəhbərlik etmək və təkan vermək üçün müntəzəm institusional dialoq mexanizmi kimi əhəmiyyətini vurğulayıb, hər iki ölkədən olan maraqlı tərəflərin ikitərəfli marşrutun əlavə dəyərli sahələrində dialoqu və əlaqələri davam etdirəcəyinə əminlik ifadə edib.

Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”nə dair şərhində bildirilir.

Şərhdə deyilir: “Azərbaycan əsgərlərini qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama “məhkəmə prosesi” vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyur.

Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir.

Ermənistan tərəfinin bu qurama addımı ilə ölkəmizin erməni girovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Bu davranışla etimad quruculuğu səylərinə zərbə vurulması məsuliyyəti tam olaraq Ermənistan tərəfinin üzərinə düşür.

Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir.

Girovluqda olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq”.
 
Ardını oxu...
Avropa İttifaqı ilk dəfə olaraq Rusiyaya dəstək verdiyi iddia edilən Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırlaşır. Sanksiyalar həmçinin İran şirkətlərinə də aid edilə bilər.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

“Brüssel Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya hərbi maşınına dəstək verən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib”, - məqalədə qeyd olunub.

Qəzetin ixtiyarına düşən Aİ-nin yeni məhdudiyyətlər paketinin layihəsinə əsasən, söhbət “Rusiyaya avadanlıq tədarük etməkdə” ittiham olunan 7 Çin şirkətinə qarşı mümkün sanksiyalardan gedir. Onların arasında “3HC Semiconductors”, “King-Pai Technology”, həmçinin Honq-Konqun “Sinno Electronics” və “Sigma Technology” var.

Qəzetin vurğuladığı kimi, Avropa İttifaqının mümkün məhdudiyyətləri, çox güman ki, Brüsselin “qlobal təsir uğrunda mübarizədə” Vaşinqtonu dəstəkləməsinə mane olmaq istəyən Pekini narazı sala bilər. İddia olunur ki, Avropa Komissiyası Rusiyaya idxalı qadağan edilən malların siyahısını genişləndirmək imkanını da nəzərdən keçirib.

Eyni zamanda, qəzetin yazdığına görə, Avropa İttifaqı bəzi İran şirkətlərinə “Rusiyaya kömək etdiyinə görə” sanksiyalar tətbiq etməyi təklif edib. Qəzet bildirib ki, Brüssel həmçinin tankerlərin Aİ ölkələrinin limanlarına daxil olması üçün “üzrlü səbəb olmadan” yerlərini gizlətmələrinə yasaq qoyulmasını müzakirə edib.
 
Ardını oxu...
Türkiyənin Şırnak şəhərində kütləvi dava olub.

Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Hələlik səbəbi bilinməyən iki qrup arasındakı davada 13 nəfər bıçaqlanıb.

Əraziyə çoxlu sayda həkim və polis cəlb edilib.

Dava ilə əlaqədar 7 nəfər saxlanılıb.
 
Ardını oxu...
Abbas Qallyamov: “Putin Ukraynaya hücum edərək reytinqini saxlamağa çalışdı, amma alınmadı”

Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra rusların əksəriyyətinin dəstəyini itirib. Bu iddia ilə Rusiya liderinin keçmiş nitq yazarı, politoloq Abbas Qallyamov çıxış edib.

Onun sözlərinə görə, Kreml sahibi əsrin təxminən dörddə biri qədər zamanı rusların əksəriyyətinə nəzarət etməyi və onların dəstəyini qazanmağı bacarıb: “Son illərdə isə Putin reytinqini itirməyə başladı. Təxminən 2018-ci ildən Putin rusların dəstəyini itirə-itirə gəlir”.

Ekspert əlavə edib ki, İctimai Rəy Fondunun məlumatına görə, 2015-ci ildə Putinin seçki reytinqi 76 faiz təşkil edib: “Lakin 2020-ci ilin yanvar ayına qədər bu, 45 faizə düşdü. 76 faiz və 45 faiz nəzərəçarpacaq fərqdir. 2020-ci ilin yanvarından sonra Fond reytinqi sadəcə olaraq utandıqlarından dərc etməyi dayandırdı”.

“Rusların dəstəyini itirməsi səbəbindən Putinin hakimiyyəti itirə biləcəyi sualı ortaya çıxdı. Və buna görə də o, müharibənin köməyi ilə reytinqini düzəltmək yolunu tutdu. Krımla bağlı hiyləsini təkrarlamağa çalışdı, siyasi mövqeyini gücləndirmək istədi. Amma ikinci dəfə atdığı addım, Ukraynaya qarşı müharibə nəticə vermədi. İndi Putin biabırçı durumda qalıb. Ukraynaya qarşı müharibə Putinin reytinqini daha da azaltmış oldu”, - Qallyamov fikrini yekunlaşdırıb.

Qallyamov daha əvvəl iddia etmişdi ki, bu il ssenarilərdən biri reallaşmağa başlaya bilər: nəticədə Putin hakimiyyətini itirəcək.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Mikola Malomuj deyib ki, Putini Ukraynadakı müharibədən narazı olanlar vəzifəsindən uzaqlaşdıra bilərlər. Onun sözlərinə görə, Putin rejimi açıq-aşkar zəiflədikdə Rusiya daxilində ona qarşı aktiv fəaliyyətə başlanılacaq.

Aprelin əvvəlində rusiyalı müxalifətçi Gennadi Qudkov Rusiya Prezidentinin öz tabeliyində olanların - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Gerasimovun və müdafiə naziri Sergey Şoyqunun qurbanına çevrilə biləcəyini proqnozlaşdırıb.
Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən boliviyalı general, ehtiyatda olan Qeri Prado 85 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.

Pradonun ölümünü oğlu da təsdiqləyib. Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər olub.

Qeyd edək ki, Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba İnqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib. İnqilabçının tutulması və partizanlara qarşı mübarizəsinə görə Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif etmişdi.

Ardını oxu...
Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib.

“1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, - hökumət başçısı əlavə edib. //report//
Ardını oxu...
İranın məşhur sünni cümə imamı Mövləvi Əbdülhəmid molla rejiminin yeni edamlara başlamasına kəskin etiraz edib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, M.Əbdülhəmid “Nə təhsil verdik, nə iş yeri yaratdıq. Bizim bacardığımız iş edamdır!” deyə etiraz edib.
Ardını oxu...
ABŞ-də məktəblərdə tez-tez baş verən hücumlara qarşı yeni tədbirlər görülür. Miçiqan ştatında bu mənada maraqlı qərara imza atılıb. Belə ki, Flint Dövlət Məktəbləri regionunda şagirdlərə bel çantalarından istifadə etmək qadağan olunub.

Bununla bağlı valideynlərə məktub göndərilib və bel çantası gətiriləcəyi təqdirdə (hətta şəffaf olsa belə) təhsil müəssisəsinin girişində məktəblilərdən alınacağı bildirilib. Uşaqların şəxsi əşyalarına gəlincə isə, ancaq kiçik pul kisələri, paltarlar üçün plastik torbalar və nahar qutularına icazə veriləcəyi vurğulanıb. O da qeyd edilib ki, icazəli əşyaların özü də girişdə yoxlanacaq.

Xatırladaq ki, mart ayında Tennessi ştatında ibtidai məktəbə hücum olub, nəticədə üçü uşaq olmaqla altı nəfər öldürülüb. Bundan başqa elə həmin ay 17 yaşlı məktəbli Denverdə orta məktəbə basqın edərək iki nəfəri silahla yaralayıb.


Mənbə: TGRT
 

Dünyapress TV

Xəbər lenti