Ardını oxu...
Ermənistandan Rusiyaya Gürcüstan vasitəsilə ötürülən yüklər Yuxarı Lars keçid məntəqəsində ilişib qalıb. Erməni hökuməti üçün ciddi başağrısına çevrilən Lars düyününün yaranma səbəbi Kremlin İrəvana xəbərdarlığı kimi də başa düşülür. Nikol Paşinyan hökuməti 3 400 yük maşınının sərhəd-buraxılış məntəqəsində həftələrdir növbə gözləməsini əlverişsiz hava şəraiti ilə əlaqələndirsə də, məsələnin siyasi tərəfləri də var.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Lars düyününü yaradan səbəblər

Erməni baş nazir Nikol Paşinyanın Belarusda keçirilən KTMT sammitində iştirakdan imtina etməsi ilə Yuxarı Larsın bağlanması eyni vaxta təsadüf edib. Bundan əlavə, 24 noyabr tarixində hökumət başçısı vətəndaşların suallarını cavablandırarkən qeyd edib ki, Ermənistanda yayımlanan Rusiya telekanalları qanun pozuntusuna yol verdikləri üçün yayım dayandırılır və qarşı tərəflə məsləhətləşmələr keçiriləcək. Bundan əlavə, ölkəyə rus dilində kitabların gətirilməsinin də qarşısı alınır. Eyni zamanda “Armbrok” erməni broker şirkəti rus müştərilərin hesabını bağlamaq barədə qərar qəbul edib. Bütün bu hərəkətlər Kremlin səbrinin daşmasına səbəb olub və rəsmi Moskva hərəkətə keçməyə qərar verib.

Rusiyanı hərəkətə keçirən səbəblər

Rusiya siyasi elitasının “yolunu azan” Ermənistana mesajını çatdırmaq üçün müxtəlif rıçaqlardan istifadə etməsi ilk hal deyil. Bu dəfə isə keçidin bağlanma səbəbi kimi “Rosselxoznadzor” tərəfindən bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların baş verməsi göstərilib. Qurum Ermənistandan gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən edib. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb - təkcə noyabrın 24-dən 26-dək Rusiyaya çirklənmiş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb.

Erməni tərəfinin sərsəm bəyanatları

Ermənistan hökuməti isə siyasi motivləri etiraf etmək istəmir. Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan bəyan edib ki, Larsın bağlanmasının heç bir iqtisadi təsiri yoxdur və yeni bazarlar tapmaq mümkündür. O, diaspor və Ermənistan ermənilərini yerli istehsal olan məhsulları almağa səsləyib və bununla da problemin həll olunacağını qeyd edib.
Erməni spiker Alen Simonyan da keçid məntəqəsinin bağlanmasında siyasi motiv görmədiyini bəyan edib. “Karqo Ekspress” şirkətinin direktoru Artur Qabeşyan bildirib ki, hərəkətin dayanmasına səbəb hava şəraitidir.

Ermənistanın xam xəyalı

Paşinyan hökumətinin yarıtmaz siyasəti Kremlin qəzəb oxlarını üzərinə çəkib. Erməni siyasətçilər Rusiyadan vaz keçərək yeni bazarlara, xüsusən də Avropa bazarlarına ümid edirlər. Amma Avrasiya İqtisadi İttifaqı Ermənistanda istehsal edilən məhsulların istehlak edildiyi yeganə bazardır. Avropa bazarları isə yaxın illərdə belə, erməni istehsalçılar üçün əlçatmaz arzu kimi qalacaq. Çünki Qərb standartlarına uyğunlaşma, lazımi sertifikatları əldə etmək erməni fermer və istehsalçılar üçün əlçatmaz görünür. Avropaya kənd təsərrüfatı malı ixrac etmək üçün otlaq sahəsinin tərkibi, suvarma sistemi, suyun tərkibi və digər xırda detallarla bağlı sertifikatlar təqdim etmək lazımdır. Əks halda, erməni malını Avropa bazarının qapısına belə buraxmazlar.

Paşinyan komandası boyun əyir?

Amma ümumilikdə Larsda yaranmış problemlər Ermənistan hökumətinin nümayəndələrini “yumşaldıb”. Alen Simonyan qeyd edib ki, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburq şəhərində keçiriləcək sammitində iştirak etməlidir. Çünki siyasi kulislərdə dərk edirlər ki, Aİİ sıralarını tərk etmək dövlət üçün faciə ilə nəticələnə bilər. Məsələn, əgər rəsmi İrəvan alyansı tərk etsə, dünya bazarı qiymətinə qaz almaq məcburiyyəti ilə üzləşə bilər. Bu isə istehsal olunan məhsulların dəyərinə ciddi təsir edəcək. Bundan əlavə, Ermənistanın Rusiyadan aldığı bir sıra vacib məhsulların (məsələn, daş buğda) qıtlığı ilə üzləşməsi də ciddi problemlər yarada bilər.

Ağılsız siyasi kurs

Qeyd etmək yerinə düşər ki, erməni siyasətçilər Avropadan gələn qonaqlarla görüşlərdə azad bazardan, iqtisadi inhisarların aradan qaldırılmasından ağızdolusu danışırlar. Amma bu danışıqlar hələlik Ermənistana xarici investisiya gətirmir. Çünki Ermənistan dövlətçiliyinin iqtisadi cəhətdən riskə atıldığı göz önündədir. Hər fürsət düşəndə Azərbaycanın müharibəyə hazırlaşması, sərhəddə toqquşmanın bu yaxınlarda baş verəcəyi barədə ağılsız açıqlama verərək Qərb havadarlarının çaldığı havaya oynayan Ermənistan hökuməti əslində ölkəyə cəlb olunacaq investisiyaları şübhə altına alır. Onsuz da son illər erməni hökuməti xarici əlaqələrdə etibarsız dövlət kimi tanınır. Müttəfiq və tərəfdaş ölkələrlə qeyri-stabil əlaqələrə malikdir. Belə dövlətə hansı Qərb iş adamı sərmayəsini etibar edə bilər? Şübhəsiz ki, suyu üfləyə-üfləyə içən Avropa şirkətləri belə bir ölkədə uzunmüddətli investisiya və kapital qoyuluşu etməyə maraqlı deyil. Bu səbəbdən də Ermənistanın uzun illər Rusiyanın boyunduruğu altında sürünəcəyinin şahidi olacağıq...
 
Ardını oxu...
Qərb Ermənistanın maraqları naminə enerji təhlükəsizliyinə və Azərbaycanla dostluğuna xələl gətirməyəcək. Qərbin Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyi və ya Ermənistanın maraqlarından çıxış edərək Azərbaycanla münasibətləri korlayacağı ilə bağlı fikirlər geosiyasi vəziyyətlə bağlı yarımçıq təsəvvürlərin nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.

Nəşr bildirir ki, Qərb ənənəvi olaraq öz iqtisadi və təhlükəsizlik maraqlarına üstünlük verən siyasət aparır:

"Qərb, indiki halda ABŞ yalnız öz maraqlarını rəhbər tutur. Azərbaycanın Qərb üçün əhəmiyyəti azalmayıb, əksinə, durmadan artır".

Qəzet vurğulayır ki, xüsusən də enerji təhlükəsizliyi amili Azərbaycanın Qərb üçün önəmini daha da artırır, bu da Qərbdə və regionda Bakının mövqelərinin daha da güclənməsinə zəmin yaradır:

"Bu gün də Azərbaycan ABŞ-ın Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələrin göstəricilərindən biri də ticarət dövriyyəsinin həcminin ildən-ilə artmasıdır. Məsələn, 2022-ci ildə ABŞ-ın Azərbaycandan idxalı 173 milyon dollar olub, bu rəqəm 2020-ci ildə 37 milyon idi.

Ukrayna müharibəsinin yaratdığı böhran və Qərbin alternativ enerji axtarışları fonunda Azərbaycanın Qərb üçün rolu daha da qabarır. Beləliklə, Rusiya qazının Avropa üçün alternativi Azərbaycan qazıdır. Qərb mənbələrinə görə, Avropa Birliyi (AB) ölkələri arasında İtaliya, Yunanıstan və Bolqarıstan 2022-ci ildə Azərbaycandan 15 milyard 598 milyon 852 min avro dəyərində təbii qaz idxal edib. Statistikaya görə, 2021-ci ildə Azərbaycandan AB ölkələrinə 3 milyard 892 milyon 233 min avro dəyərində qaz idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 4 dəfə azdır. Həmin AB-nin Ermənistanın maraqlarına lobbiçilik etmək naminə öz enerji təhlükəsizliyini təhlükəyə atmağa hazır olduğuna kimsə inanırmı?

Bəli, bir neçə həftə əvvəl ABŞ Azərbaycana hərbi və digər dəstəyi dayandırmışdı, amma başa düşmək lazımdır ki, Bakının bu dəstəyə ümumiyyətlə ehtiyacı yoxdur. Ölkənin milyardlarla dollar müdafiə xərclərini planlaşdırdığı bir vaxtda Vaşinqtondan gələn milyonlar praktiki olaraq mənasızdır. ABŞ-ın isə Azərbaycanın dəstəyinə ehtiyacı var, əks halda Dövlət Departamentinin sözçüsü Metyu Miller bir neçə gün əvvəl Vaşinqtonun Azərbaycanla əməkdaşlığa son qoyacağını heç vaxt düşünmədiyini vurğulayaraq, bunun ABŞ-ın maraqlarına zidd olacağını qeyd etməzdi. Öz növbəsində, Avropa Parlamenti səviyyəsində Azərbaycanı tənqid edən AB bundan dərhal sonra Bakı ilə strateji enerji əməkdaşlığının yol xəritəsini yeniləməyə ən yüksək səviyyədə razılıq verdi.

İndi Qərbin kimdə daha çox marağı var? Cavab sadədir: Azərbaycanda. Çünki Ermənistanın AB-yə təklif edəcəyi heç nəyi yoxdur. İrəvan ancaq pafoslu bəyanatlarla, amorf vədlərlə qidalanmağa çalışır. Qərb Ermənistanın köməyi ilə Rusiyanı regiondan sıxışdırıb çıxardıqdan sonra ölkəmiz Qərb üçün əhəmiyyətini itirəcək. Dediyimiz kimi, Qərb yalnız və yalnız öz iqtisadi maraqlarını rəhbər tutur".
 
Ardını oxu...
Ukrayna öz başına heç nə istehsal etmir, onun gələcəyi yoxdur, Rusiyanın isə var.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Onların hər şeyi tükənir, özlərinə məxsus bazaları yoxdur. Öz bazası, öz ideologiyası, öz sənayesi, öz pulu, heç bir şeyi olmayanda gələcək də olmur. Bizim isə var”, - Putin bildirib.
 
Ardını oxu...
Tehranda türk adlarına qadağa qoyuldu.

Tehranda iş yerləri, şirkətlər, mağazalar, restoranlar, o cümlədən ictimai obyektlərə türk adlarının qoyulması qadağan edilib.

Bu barədə Tehran Polis İdarəsinin ticarət obyektlərinə nəzarət bölməsinin rəisi Nadir Muradi açıqlama verib.

Onun sözlərinə görə, bir sıra yerlərdə Azərbaycan türkcəsi, şimal, kürd və lor dillərində adlarından istifadə qadağandır.
 
Ardını oxu...
“Fransada Azərbaycana ünvanlanan tənqidlər böhtan xarakteri daşıyır”.

“Report”un yerli bürosu bildirir ki, bunu Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) prezidenti Jerom Lamber assosiasiyanın illik iclasında bildirib.

İclasda ADA-nın baş katibi Mirvari Fətəliyeva assosiasiyanın başa çatmaqda olan 2023-cü il ərzində təşkil etdiyi tədbirlər üzrə yekun hesabatını assosiasiya üzvlərinə təqdim edib.

Sonra növbəti il üçün nəzərdə tutulan tədbirlər planı təqdim olunub və bu mövzuda təkliflər dinlənilib.

Gündəmə 2023-cü ildə yer alan bir sıra tədbirlərlə yanaşı, Fransa mətbuatında Azərbaycan əleyhinə səsləndirilən böhtanlar, erməni lobbisinin fəaliyyətinin mənfi təsirləri də yer alıb. Assosiasiya üzvləri belə halların ölkələrində baş verməsindən təəssüfləndiklərini bildirib, bunun gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi ətrafında fikir mübadiləsi aparıblar.
ADA-nın prezidenti Jerom Lamber Azərbaycanın ünvanına səsləndirilən böhtanların fransalıların fikirləri deyil, bəzi lobbiçilərin mənfur əməllərinin nəticələri olduğunu qeyd edib.

“Biz fransalılar demokratik cəmiyyətdə yaşayırıq və beləliklə konstruktiv tənqidlərə hazırıq. Lakin Azərbaycana ünvanlanan tənqidlər konstruktiv deyil, böhtan xarakteri daşıyır və Azərbaycan buna layiq deyil. Azərbaycanın dostları xalqımızın səsinin Fransada eşidilməsi üçün daha çox səfərbər olacaqlar. Biz belə halların baş verməməsi üçün daha artıq səfərbər olmalıyıq”, - o deyib.

Təşkilatın üzvləri fransalı jurnalistlərin fəaliyyətindən də narazılıqlarını bildiriblər. ADA üzvləri bu məsələdə də ciddi iş aparılmasının, daha səmərəli fəaliyyət üçün tədbirlər planının hazırlanmasının vacibliyinə toxunublar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu tarixə kimi növbədənkənar Prezident seçkilərinə görə xaricdə seçki məntəqləri yaradılacaq
2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq.

Bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.
Ardını oxu...
Rusiya təbii ki, bütün Amerika rəsmilərinin dünyanın istənilən ölkəsinə səfər etməsinə birmənalı yanaşmır. ABŞ Rusiyaya düşmən ölkə olduğu üçün sistemli, hibrid müharibə aparır və hibrid müharibə aparan nəhəng koalisiyaya rəhbərlik edir. Bu koalisiyanı faktiki olaraq ABŞ yaradıb. Ölkələri Moskvaya qarşı hibrid müharibədə iştirak etməyə məcbur edir.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ceyms Obrayenin Bakıya səfərini, Moskvanın bu səfərə münasibətini şərh edərkən deyib.

O bildirib ki, hər nə qədər Rusiya bu səfərlərin siyasi təsir formalarına mənfi yanaşsa da, nə ABŞ-ın bu səfərlərinə, nə də digər ölkələrin Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə qadağa qoya bilər:

“Biz bu səfərlərə həvəslə yanaşmırıq, ABŞ-dan şübhələnirik və amerikalıların hansı intriqalara, düşmənçilik hərəkətlərinə başladığını təxmin etməyə çalışırıq. Amma bu mənada Azərbaycana qarşı heç bir iddia ola bilməz. Çünki Azərbaycan da bir çox ölkələr kimi, ABŞ-la münasibət qurmağa məcburdur”.

Səfərin məqsədindən söz açan Markov vurğulayıb ki, Obrayenin Bakıya gəlişində Azərbaycan və Ermənistan arasındakı problemlərin nizama salınması istəyi dayana bilər:

“Obrayenin səfərinin mənası tam həllini tapmayan Azərbaycan-Ermənistan münaqişəsinin düzəlməsinə yardım göstərmək istəyidir. İki ölkə arasında həllini tapmayan bir çox problem mövcuddur: Sərhədlərin demarkasiyası və delimitasiyası, anklavların qaytarılması, nəqliyyat dəhlizi və sülh müqaviləsi. Prezident İlham Əliyev bu haqda daim danışır. ABŞ isə qlobal liderliyə can atan bir ölkə kimi bu münaqişənin həllində iştirak etmək istəyir. Obrayenin səfərinin konkret məqsədi də var. ABŞ-la Azərbaycan arasında münasibətləri balanslaşdırmaq, onların böhran zonasına girməsinə imkan verməmək. İndi bu münasibətlər böhran içindədir. Günah isə tamamilə Azərbaycan əleyhinə bir sıra bəyanatlar verən ABŞ-ın üzərinə düşür. Üstəlik, bu bəyanatların bəziləri Qarabağ ermənilərinin “etnik təmizləməsi” ilə bağlı açıq-aşkar yalan və saxtakarlıqlardan ibarətdir”.

O, Obrayenin səfər çərçivəsində ABŞ-ın Azərbaycan əleyhinə olan bəyanatlarının mahiyyətini yumşaltmağa çalışdığını bildirib:

“O, Azərbaycan rəhbərliyini əmin edib ki, Bakı bu antiazərbaycan bəyanatlarına xüsusi əhəmiyyət verməsin. Çünki onlar müvəqqəti xarakter daşıyır və ermənilərin aldadılmasına yönəldilib. ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması erməni məsələsi ilə bağlıdır. Sadə dillə desək, ABŞ məqamdan istifadə edib, Ermənistanı Rusiyadan qoparmaq istəyir. Buna görə də çoxsaylı ermənipərəst bəyanatlar verir. Niyyətinə çatan kimi hər şey unudulacaq. Amma Ermənistanın xarici siyasətinin əsas məqsədi Azərbaycana qarşı yönəldiyi üçün ABŞ-ın ermənipərəst bəyanatlarının antiazərbaycan xarakteri alması qaçılmazdır. Aydındır ki, bu bəyanatların məqsədi Azərbaycanın yox, Ermənistanın siyasətinə təsir etməkdir. Ona görə də Obrayen sakit səslə Bakının bu bəyanatları ürəkdən qəbul etməməli olduğunu deyib. Obrayenə qismən etibar etmək olar”.

S.Markov Vaşinqtonun Cənubi Qafqaza dair digər planlarından söz açaraq, bunun bir o qədər müsbət nəticələnməyəcəyini diqqətə çatdırıb:

“Başqa məqsədlər də var: Cənubi Qafqaza gəlmək, burada aparıcı qüvvə kimi öz yerini tutmaq… Ardınca da hədəflərinə çatmaq üçün bu mövqedən istifadə edəcək. Bu məqsədlər Azərbaycan üçün o qədər də müsbət olmaya bilər.

ABŞ-ın haqqında danışmadığı məqsədlərindən biri də Azərbaycanın Rusiya ilə münasibətlərinə mümkün qədər xələl gətirməkdir. Vaşinqton hibrid müharibədə Moskvanı məğlubiyyətə uğratmaq, Rusiyanı təcrid etmək və total iqtisadi sanksiyalar tətbiq etmək məqsədlərini gizlətmir. Azərbaycanla danışıqlar prosesi çərçivəsində bunu təbliğ etməyə çalışırlar.

Ümumiyyətlə, bir tərəfdən ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması mediada əksini tapdığı qədər qorxunc və ciddi deyil, digər tərəfdən, dünya səhnəsindəki rolundan sui-istifadə edən, hər yerdə təxribat törədən ABŞ Azərbaycanın milli maraqlarına təhdid yaradır. Bu isə göründüyündən daha əhəmiyyətli təhdiddir. ABŞ-dakı erməni diasporu çox güclüdür, onun Azərbaycana, türkçülüyə qarşı qəzəb və aqressivliyinin dərəcəsini heç bir halda aşağı qiymətləndirmək olmaz”.
Ardını oxu...
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb.

“Report” xəbər verir ki, bu barədə İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.

“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
 
Ardını oxu...
“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı jest olaraq Azərbaycan 32 erməni hərbi qulluqçusunu azad edir”.

Bunu sosial şəbəkə səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan yazıb.

O, qeyd edib ki, eyni prinsiplər əsasında Ermənistan tərəfi də iki Azərbaycan hərbi qulluqçusunu azad edir.
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin əmindir ki, bundan sonra heç kim Rusiyanı “yanacaqdoldurma məntəqəsi” adlandıra bilməyəcək.
“Rusiyanın iqtisadi artım strukturunda qeyri-resurs deyilən əsas sənayelər getdikcə daha böyük paya malikdir.
Bunlar: emal sənayesi, nəqliyyat, logistika, tikinti, informasiya, rabitə, mənzil-kommunal təsərrüfatı.
Məsələn, bu ilin ikinci rübündə iqtisadi artımın yarıdan çoxu, 54%-i onların payına düşüb.
Digər 44%-i köməkçi sənayelərdir: ticarət, qida və digər peşəkar xidmətlər. Cəmi 2% dağ-mədən sənayesindən gəlib”, - Putin VTB-nin “Rusiya çağırır” forumunda çıxışı zamanı deyib.
“Bu yaxınlarda deməyə çalışdıqları kimi indi kimsə deyə bilməz ki, Rusiya yanacaqdoldurma məntəqəsidir."
 
 
 

Dünyapress TV

Xəbər lenti