Ardını oxu...
Ermənistanın AB-yə üzvlüyünə çox konkret maneələr var.

Bu sözləri Axar.az-a AB-nin Ermənistanın təşkilata üzvlük məsələsi ilə bağlı fəaliyyətini aktivləşdirməsi haqqında danışan Türkiyənin Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib.

Professor təşkilatın regionda qüvvələr balansını nəzərə almadan Ermənistanı özünə çəkmək fəaliyyətinin doğuracağı ağır nəticələrdən bəhs edib:

“AB-nin qanunlarına görə, sərhəd problemləri yaşayan bir ölkənin üzv kimi təşkilata qəbulu mümkün deyil. Ancaq AB bu prosesə rəğmən, Cənubi Qafqazda Qərb ittifaqına geosiyasi nüfuz qazandırmaq məqsədilə Ermənistanın üzvlüyü məsələsində sürətli addımlar atsa, çox mənfi nəticələrlə qarşılaşacaq. Digər tərəfdən, ölkədə kəskin bir bölünmə var. AB-yə üzvlük prosesi bu qütbləşməni daxili toqquşmalara çevirə bilər. Ukrayna və Gürcüstanda olduğu kimi, daxildə toqquşan tərəflərin xaricdən dəstəklənməsi genişmiqyaslı qeyri-sabitliyə gətirib çıxarar. Bununla yanaşı Ermənistanı olduğundan daha güclü hiss etdirəcək bir dəstək proqramı İrəvanın sövdələşmə şərtlərini yüksəldərək, Azərbaycanla oturduğu sülh masasını işləməz hala gətirər. Əgər bu gerçəkləşsə, yenə ən böyük zərəri Ermənistan görəcək. Sadaladığımız səbəblərə görə, Ermənistan-AB əlaqələrinin ölkənin daxili tarazlığı ilə bərabər regional tarazlığı saxlayan, sülhə töhfə verəcək bir proqram üzrə inkişaf etdirilməsi təşkilatın uzunmüddətli mənfəətləri baxımından da ən uyğun yoldur. Əks təqdirdə AB çətin toqquşmaların tərəfinə çevrilə, güc və nüfuz itirmə riski ilə qarşılaşa bilər”.
Ardını oxu...
Ermənistan və erməni cəmiyyəti ölkədə AB-nin monitorinq missiyasının artmasına sevinməməlidir, əslində o, ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.

Ovannisyan bildirib ki, əgər Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, o zaman bir neçə yüz nəfərdən ibarət Avropa missiyası heç bir ciddi maneəyə çevrilməzdi.

O, Ermənistan rəhbərliyinin, xüsusən də xarici işlər naziri Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi “Ermənistan Avropanı qəbul etməyə hazır olduğu qədər ona yaxın olmaq istəyir” yanaşmasını primitiv və sadəlövh adlandırıb:

“Bəzi ölkələrin acınacaqlı təcrübəsi var ki, bu yolu tutub, sonra son dərəcə ağır nəticələrlə üzləşib. Ən parlaq nümunə Ukraynadır. Əfqanıstan təcrübəsi var: amerikalılar demək olar ki, bir gündə oranı tərk etmək qərarına gəldilər və bununla da amerikalılara sona qədər inananları ölümə məhkum etdilər. Avropa və ABŞ-ın ən yaxşı dostu Mixail Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdır - o, Gürcüstan həbsxanasındadır”.

Ovannisyan vurğulayıb ki, Bakının strateji planları var və son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib:

“Məsələn, əgər Bakıya Qarabağı sakit şəkildə nəzarətə götürə bilmək üçün Ermənistanla sərhəddə nisbi sabitlik lazımdırsa, o zaman bu sakitliyi qoruyacaq. Bunun əksinə olaraq, həm Ermənistan hökuməti, həm də onun müxalifləri situasiya qərarları ilə yaşayır vəlar və ümumiyyətlə onlara nə lazım olduğunu bilmirlər. Ermənistan bir tərəfdən “3+2” formatına (Azərbaycan, Ermənistan və Rusiya, İran, Türkiyə) razıdır, digər tərəfdən də isə danışıqlar üçün Avropa platformasında israr edir və AB missiyasını genişləndirir. Bu formatda olan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıq edib və üçüncü qüvvələri regional məsələlərə cəlb etməməyə çağırıblar, lakin İrəvan inadla iki antaqonist, bir-birini inkar edən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkənin rəhbərliyinə ciddi yanaşmaq olmaz”.

Ovannisyan hesab edir ki, Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirməsidir:

“Ermənistan ölkə rəhbərliyinin savadsız və məsuliyyətsiz siyasəti sayəsində Qərbin əlində geosiyasi alətə çevrilir”.

Qeyd edək ki, Ermənistanda AB müşahidəçilərinin sayının 138-dən 209-a qaldırılması haqda qərar qəbul edilib.
 
Ardını oxu...
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan danışıqları pozmaqla məşğuldur. Mirzoyan çox yaxşı bilir ki, Qranada görüşü Azərbaycan tərəfindən rədd edilib, Prezident Əliyev o görüşə getməyib. Orada qəbul edilmiş qərarlar rəsmi Bakı tərəfindən təsdiqlənməyibsə, hansı “Qranada prinsipləri”ndən söhbət gedə bilər?

Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov Ararat Mirzoyanın “Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır” sözlərini şərh edərkən deyib.

O bildirib ki, “Qranada prinsipləri” Azərbaycan üçün məqbul deyil:

“Danışıqlar Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında gedir və əlavə olaraq Azərbaycanın bu məsələ ilə bağlı bəyanatları var. Prezident İlham Əliyev bildirib ki, Ermənistan zəmanət verməlidir ki, sabah Azərbaycan əraziləri ilə bağlı başqa cür düşünməyəcək. Ümumiyyətlə, məsələlərə baxış bucağı ilə bağlı ermənilərin əlavələri varsa, onda mütləq şəkildə bu, qarşılıqlı olmalıdır. Gözlənilən odur ki, bəzi xarici dairələrdən Ermənistan hakimiyyətinə təzyiq elemenetləri artacaq. Bu təzyiqlər fonunda sülh müqaviləsinə hazırda yaxın olan Ermənistanın sənədə imza atıb-atmayacağını görəcəyik”.
 
Ardını oxu...
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iş adamları İvan Tavrin, Vladislav Sviblov və əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

"Expobank", eləcə də "Highland Gold Mining" qızıl mədən şirkəti də "qara siyahı"ya salınıb.
 
Ardını oxu...
“Ukraynada rus dili qanuni olaraq prinsipcə mövcud olmaq hüququndan məhrum edilib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Əgər Avropa İttifaqı Ukraynada milyonlarla insanın ana dilini açıq-aşkar məhv edən oxşar qondarma qanunun qəbulu ilə kifayətlənirsə, deməli təşkilat o zaman əsl simasını - çox danışdığımız demokratik prinsiplərə, humanitar dəyərlərə, insan və milli azlıqların fundamental hüquq və azadlıqlarına eyni etinasızlığını nümayiş etdirəcək”, - deyə Zaxarova qeyd edib.
 
Ardını oxu...
Ötən il ölən Rusiya Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovskinin mirası bölüşdürülüb.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı keçmiş deputat Vasili Vlasov deyib.

Onun sözlərinə görə, Jirinovskinin mirasının 70 faizi öz vəsiyyətinə görə partiyaya verilib. Mirasın 10 faizi özünün əsasını qoyduğu Dünya Sivilizasiyaları İnstitutuna, qalan 20 faizi isə övladlarına veriləcək.

Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ilin aprelin 6-da ölüb. Siyasətçinin 3 övladından ikisi nikahdankənardır.
Ardını oxu...
“Biz çətinliklər qarşısında təslim olan insanlar deyilik”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya dəstəyinin azlması barədə danışarkən bildirib.

“Bəziləri təşvişə düşməyə başlayır və qələbəyə inanmır. Lakin biz davam etməliyik”, – Zelenski qeyd edib. \\Konkret.az
 
Ardını oxu...
"Antisemitizm problemi bütün Avropada və bütövlükdə Qərbdə pisləşir".

32gun.az xəbər verir ki, bunu İtaliya baş naziri Corcia Meloni deyib.

"Bu, məğlub edilməli olan xərçəngdir. Bu, bizi narahat etməli olan bir fenomendir və bütün səviyyələrdə buna qarşı çalışmalıyıq".

O xatırladıb ki, Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumundan sonra respublikada yəhudi icmalarını qorumaq üçün tədbirlər gücləndirilib:

"Bu, mədəni bir məsələdir, hər kəsə təsir etməli və maksimum konsentrasiyamızı tələb etməlidir".
 
Ardını oxu...
“32 erməni əsirinin qaytarılması ilə bağlı razılığın əldə olunmasının bir neçə tərəfi və aspektləri var”.

Bu sözlər Ermənistan parlamentinin eyni adlı fraksiyasının üzvü Armen Rüstəmyan tərəfindən səslənib.

Deputat hesab edir ki, erməni əsirlərin qaytarılması ilə bağlı Bakının öz hesablamaları var.

“İlk növbədə, bu addım məhbusların saxlanması məsələsində beynəlxalq ictimaiyyətin təzyiqlərini bir qədər azaldacaq. Bundan əlavə, Azərbaycan ikitərəfli danışıqlar formatının effektivliyini nümayiş etdirməyə çalışır. Onlar ikitərəfli formatın daha düzgün olduğunu sübut etməyə çalışırlar, çünki Bakının məqsədi danışıqlardakı hazırkı dalana dirənmiş vəziyyəti başqa, daha sərfəli sahəyə keçirməkdir”, - deyə Rüstəmyan bildirib.

O qeyd edib ki, bu tədbirlər gələcəkdə ikitərəfli münasibətlərin bütün koordinasiya prosesini ikitərəfli formata çevirə bilər. Yəni bütövlükdə danışıqlar bu formatda aparılacaq.

“Bu format Ermənistan üçün sərfəli deyil. Bu, daha çox qaliblə uduzan arasında söhbət olacaq. Bundan əlavə, ikitərəfli format o deməkdir ki, ortada razılaşdırılmamış məsələ yoxdur. Çünki məhz bu cür məsələləri koordinasiya etmək üçün vasitəçilər gətirilir. Vasitəçilər təkcə mübahisəli məsələlərdə razılığa gəlməyə kömək etmir, həm də razılaşmaların həyata keçirilməsinin təminatçısıdırlar. Yəni ikitərəfli format şəraitində beynəlxalq təminatlar məsələsi də bulanıqlaşır”, - deyə erməni deputat bildirib.
 
Ardını oxu...
Nigerin keçid hökumətinin başçısı, Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri Abdurahman Çiani Fransa hakimiyyətini ölkədəki terror qruplaşmalarını dəstəkləməkdə ittiham edib.

O vurğulayıb ki, yanğını benzin tökməklə söndürmək olmaz.

“Terrorun atəşi Fransanın göstərdiyi yardım sayəsində alovlanır”, - deyə Abdurahman Çiani bildirib.
Qeyd edək ki, Nigerin keçid hökuməti Fransanın müstəmləkəçi siyasətinə etiraz edir, Parisi yeni neokolonializm metodlarını tətbiq etməkdə, Niger xalqının sərvətlərini talan etməkdə günahlandırır.

Mənbə: TASS

Dünyapress TV

Xəbər lenti