Ardını oxu...
Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir. Görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev MDB-yə üzv ölkələrin liderləri ilə salamlaşıb.

Herbiand.az xəbər verir ki, “RİA Novosti” sözügedən anın görüntülərini yayıb.

İlham Əliyevin salamlaşdığı şəxslər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da olub.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi, müxtəlif planların qarşısını aldı.

Bu barədə açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Fransanın Qafqazdakı maraqları üçün qurban gedən dövlət var: “Bu, Ermənistandır. Son baş verən proseslər rəsmi İrəvanı da dilemma qarşısında qoyur. Onu da deyim ki, hazırda dünyada qlobal miqyasda kəşfiyyat müharibəsi gedir. Qafqaz xüsusilə Ermənistanın timsalında bu savaşın mərkəzinə çevrilib. Azərbaycan dövləti fransalı rezidentləri ifşa edərkən prosesin digər detalları da açıqlandı. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Fransa kəşfiyyatının təkcə Azərbaycandakı deyil, həm də Moldova və Gürcüstandakı qollarını kəsdi, müxtəlif planların qarşısını aldı. Biz dünyanın ilk beşliyində olan ölkəsinə qarşı bunu bacardıq. Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığının, proseslərdəki həlledici rolunun göstəricisidir”.

O bildirib ki, bu, E.Makronun prezidentliyi dövründə Fransa xarici kəşfiyyatının müxtəlif savaşlarda uduzması ilə müşayiət olunur: “Parisin Afrikadakı, Keniyadakı itkiləri buna misaldır. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəyir. Fransanın Qafqazdakı maraqları onun xarici kəşfiyyat konsepsiyasının bir neçə mühüm elementi üzərində qurulub: risklərə qarşı adekvat davranmaq, özünün iqtisadi və digər maraqlarını təmin etmək. Onu da deyim ki, hazırda Fransa Prezidenti Emmanuel Makronla ölkəsinin xarici kəşfiyyat xidmətləri arasında ziddiyyət var”.

Qeyd edək ki, dekabrın 26-da Azərbaycan XİN Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğunu bildirib.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
 
 
 
Ardını oxu...
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edilib. Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq notanı Fransa səfiri Ann Buayona təqdim edib.
Həmin iki diplomatın Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilməsi Fransanın kəşfiyyat fəaliyyəti ilə əlaqəlidir.
Böyük bir ehtimalla həmin diplomatlar Fransanın regiondakı və Azərbaycandakı kəşfiyyat fəaliyyətini kurasiya ediblər.
Yəqin ki, Azərbaycan xüsusi xidmət orqanları həmin diplomatların kəşfiyyat axınındakı izlərinə düşərək tutarlı məlumatlar əldə ediblər.
Həmin iki diplomat, ehtimal ki, ya birbaşa Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşı olublar, ya da onun direktivlərini icra ediblər.
Fransa isə Azərbaycanın əldə etdiyi hər hansı məlumatların müqabilində deyəsi söz tapmayıb və Paris masada Azərbaycan kəşfiyyatı ilə diplomatiyasının birliyinə məğlub olub.
Diplomatik etiketlərə uyğun olaraq Azərbaycan onların adlarını açıqlamır.
Aqşin Kərimov
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
Ardını oxu...
Rusiyada müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 "Qütb canavarı" koloniyasındadır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə regional İctimai Monitorinq Komissiyasının sədri Danila Qontar məlumat verib.

O, agentliyin Navalnının İK-3-də olması ilə bağlı sualına cavab verərkən "Bəli, belə bir məlumat var", deyib.

Qontar qeyd edib ki, monitorinq komissiyası növbəti dəfə koloniyaya yanvarın sonunda baş çəkməlidir.

Yamal-Nenets Muxtar Dairəsi üzrə insan hüquqları üzrə müvəkkilinin köməkçisi Lyudmila Deqtyayeva agentliyə bildirib ki, ombudsman sonuncu dəfə dekabrın 15-də Xarmadakı koloniyaya baş çəkib. Onun sözlərinə görə, məhbusların saxlanma şəraiti müəyyən edilmiş tələblərə və standartlara uyğundur.

Aleksey Navalnının cəza çəkdiyi Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı ciddi rejimli islah koloniyasından yoxa çıxması barədə xəbər dekabrın əvvəlində yayılıb. KİV-in məlumatına görə, siyasətçinin vəkillərinə müxalifətçinin artıq koloniya siyahısında olmadığı bildirilib və onun harada olduğunu deməkdən imtina edib.

Dekabrın 18-də Vladimir Vilayət Məhkəməsi məhbusla videokonfrans vasitəsilə əlaqə saxlamaq mümkün olmadığı üçün Navalnının şikayətlərinə baxılmasını təxirə salıb.

Ötən gün məlum olub ki, Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı islah koloniyasında tapılıb. Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış X sosial şəbəkəsindəki səhifəsində məlumat verib: "Bu gün vəkil ona baş çəkdi. Aleksey yaxşıdır".

Navalnının təhvil verildiyi iddia edilən 3 saylı islah koloniyası "Qütb canavarı" adlanır. Orada YUKOS işi üzrə müttəhimlərdən biri Platon Lebedev cəza çəkib. Məşhur "Qütb bayquşu" həbsxanası da Xarpda yerləşir.
 
Ardını oxu...
Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının parlament seçkisində qalib gəlməsindən sonra ölkənin həssas nöqtələrinə yenidən çomaq soxulur.
“Serbiya Zorakılığa Qarşı” müxalifət partiyasının seçki nəticələrinə etirazları, paytaxt Belqradda baş verən iğtişaşlar Balkan regionunda ambisiyaları qızışan Rusiya, Qərb və Çinin strateji təkəbbürünün nümayişi məkanı kimi cazibə mərkəzinə düşür.
Serbiya Prezidenti Vuçiç isə baş verənlərin anatomiyasındakı xarici təsirlər mövzusunda Qərbin divarlarına “atəş açır”. Vuçiçin hələ bundan əvvəlki bəyanatları və qərbyönümlü etirazçılara ünvanlanan xəbərdarlıqları “silahları” Qərbə tuşlamasının indikatorudur.
Baş verən hadisələrin müşayiətində Vuçiç və Rusiyadan Qərbin əleyhinə verilən bəyanatlardakı oxşarlıqların çoxluq təşkil etməsi istər-istəməz bir sualı ortaya çıxarır: Serbiyadakı iğtişaşları Qərbmi təşkil edib?
Ondan başlayaq ki, Serbiya uzun illərdir, Avropa İttifaqına üzvlük üçün müzakirələr aparırdı, lakin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Belqradın Moskva ilə Qərb arasında balanslı görünən mozaikası dəyişdi.
Serbiya Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etdikdən sonra Serbiya-Kosovo sərhədindəki insidentlərin günbəgün artması bilərəkdən qızışdırılan hadisə kimi diqqət mərkəzinə düşürdü.
Serbiya ondan ayrılan Kosovonu müstəqil dövlət kimi tanımır və ora tarixi ərazi subyekti kontekstində yanaşır, bu isə Qərbin əsəblərinə toxunur.
Qərb isə Serbiyanı Kosovonu tanımağa məcbur edir, hərçənd ki, belə şərtli səslər yüksəldikcə Belqradın siyasi üfüqlərində hərbi eskalasiyaya dair siqnallar çalınır.
Kosovo beynəlxalq güclər arasında geosiyasi kurs formalaşdıran məkanlardan biridir. Oyunçular isə təkcə ABŞ və Rusiya deyil. Balkan regionunda Qərblə Rusiya arasında gedən rəqabət alternativ qlobal güc olan Çinin həmin bölgədəki iqtisadi ekspansiyası üçün münbit şərait formalaşdırır.
Artıq bu ilin oktyabrında Pekinlə Belqrad arasında Azad Ticarət Sazişi imzalandı. Lakin bu, son deyil, Çinin regionda gizli hərbi təmsilçiliyi də yaranır.
Məsələn, Serbiya Çin müdafiə sənayesinin əhəmiyyəti haqqında tərifli sözlər deyir. Üstəgəl, Serbiya silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə güclənməsində Çinin silah kontingentinin rolu böyükdür ki, bu da Pekini müdafiə və təhlükəsizlik sahələrində üstünlük əldə etmək trayektoriyasına daxil edir.
Amma Çinin regiondakı siyasi proseslərə yön verməsi, onu lazımi həddə qədər idarə etməsi real deyil, çünki əlində belə rıçaq yoxdur. Hərçənd ki, Çin ABŞ-nin də, Rusiyanın da ehtiyat etdiyi əməliyyatları artıq gerçəkləşdirir. Misal üçün, Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq doktrinasının müəllifinə çevrilməsi, sözsüz ki, Moskva və Vaşinqtonun vasitəçilik sərhədlərinə müdaxilə etməkdir.
İndi belə bir versiya səslənə bilər ki, Çin Serbiya-Kosovo konfliktinin həllinə girişib regiondakı strateji nüfuzunun təmini üçün çatışmayan elementləri əlində cəmləşdirməyə çalışır.
Lakin bu hələ ki iddia səviyyəsində qala biləcək ehtimaldır, hazırda Serbiyadakı siyasi proseslərdə ən çox Qərblə Rusiya ön planda tutulmalıdır.
Vuçiç isə Rusiya əleyhinə bəyanat vermir, əksinə, Qərbi ittiham edir. Onun dediklərinə istinad etsək, deyə bilərik ki, Serbiyadakı iğtişaşların maddi-texniki dəstəkçisi, onun mütəşəkkil səviyyəyə çatmaq planlarının müəllifi ABŞ və onun müttəfiqləridir.
Regionda kövrəklik dərəcəsinin yüksəkliyi öz tempini saxladıqca Serbiyanın Kosovoya müdaxilə etmək ehtimalları böyük olaraq qalır.
Halbuki, NATO Kosovodakı hərbi mövcudluğunu gücləndirib və bunu nəzərə almaq məcburiyyətini Rusiya da, Serbiya da çox yaxşı hiss edir.
Buna baxmayaraq, NATO-nun Kosovodakı missiyasının potensial qalıcılığı barədə Alyans daxilində yekdil fikrin olmadığı Rusiyanı Qərbə, Serbiyanı isə Kosovoya qarşı xeyli həvəsləndirir.
Burada hansı direktivlərə əməl edilib-edilməyəcəyi o qədər də vacib deyil, əhəmiyyətli olan geostrateji ambisiyaların Balkan üzərindəki alovunun yüksələcəyidir.
Serbiyadakı seçkidən sonra tərəflərin temperaturu aşağı salmağa çalışdığı görünsə belə, strateji rəqabətlərin kəsişən nöqtələri vəziyyəti daha da gərginləşdirə bilər.
Kosovo məsələsini əhatə edən diskurs isə Serbiyanın kampaniyasında mərkəzi mövqe tutmağa davam edəcək.
Regiondakı başqa bir cəbhə isə Bosniya və Herseqovinanın ərazisi olan və demoqrafik tərkibində serblərin üstünlük təşkil etdiyi Serb Respublikasıdır ki, bu da qlobal oyunçuların diqqət mərkəzindən kənarda qalmayacaq.
Aqşin Kərimov
 
Ardını oxu...
2024-cü il yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi Birliyində sədrlik funksiyalarını Ermənistana verir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin dekabrın 25-də Ali Avrasiya Şurasının iclasında bildirib.

“Mən erməni həmkarlarımıza və dostlarımıza uğurlar arzulayıram. Təbii ki, biz onlara lazım olan bütün yardımları göstərəcəyik”,-deyə Putin bildirib.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinin üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyadır.
Ardını oxu...
Hurriyet.az xəbər verir ki, "Nyu-York Tayms" nəşri ABŞ və Səudiyyə Ərəbistanından olan məmurlara istinadla Ər-Riyadın qiyamçı husilərlə müharibəyə qoşulmaq istəmədiyini yazıb. Nəşrin yazdığına görə, Səudiyyə krallığı 2030-cu ildə dünya biznes qovşağına çevrilməyi planlaşdırır. Müharibə isə ölkəni hər baxımdan geri sala bilər.
 
Ardını oxu...
Ukrayna Parlamenti yetərsaysız qalır: kimisi vətən xaini olduğuna görə mandat itirdi, kimisi rüşvətə görə tutuldu, kimisi mandatdan qurtuluş yolu axtarır

Ukrayna Parlamentində deputatların sayı azalır. Lakin hərbi vəziyyət dövründə deputat korpusunun sıralarını seçki keçirməklə artırmaq mümkün deyil. UNİAN müharibə zamanı deputatların hara “yoxa çıxdığını” və neçə parlamentarinin Ali Radanın legitimliyini qoruduğunu araşdırıb. AYNA sözügedən araşdırmanı istinadla təqdim edir:

2023-cü ilin ikinci yarısında Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi barədə tez-tez eşidilirdi. Lakin...

Genişmiqyaslı müharibədən əvvəl ekspert mühiti hesab edirdi ki, Ali Radanın hazırkı çağırışının müddətini başa vurmaq ehtimalı azdır. Nəzərə almaq lazımdır ki, Ukrayna Parlamentinin hazırkı deputatlarının səlahiyyət müddəti 2023-cü ilin payızında başa çatdı. İndi deputatların səlahiyyət müddəti faktiki olaraq uzandı. Ola bilsin ki, Ukrayna tarixinin ən uzun Ali Rada çağırışı bu çağırış olacaq. Çünki Rusiyanın işğalı və Ukraynada hərbi vəziyyətin tətbiqi ilə əlaqədar seçkilərin keçirilməsi mümkün deyil. Ona görə də 2023-cü il oktyabrın 29-da baş tutmalı olan yeni parlament seçkisi baş tutmadı.

"Ukrayna Konstitusiyası açıq şəkildə qeyd edir ki, Ali Radanın səlahiyyətləri hərbi vəziyyətin sonuna qədər davam etməlidir. Hərbi vəziyyət başa çatdıqdan sonra parlament seçkiləri keçirilə bilər və bundan sonra səlahiyyətlər yeni seçilmiş Ali Radaya keçəcək", “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri - Vladimir Fesenko qeyd edib.

Bununla belə, onun sözlərinə görə, müharibə uzanarsa və “aşağı intensivlikli” döyüşlərə çevrilərsə, Ukraynanın müttəfiqlərinin dövlətin demokratikliyini və hökumətin legitimliyini təsdiq etmək üçün seçkilər keçirməyə təşviq etməyə çalışacağını istisna etmək olmaz.
Ardını oxu...
Legitimliklə yanaşı, Ukrayna Parlamentinin sürətlə deputatlarını itirməsi baxımından da seçkilər lazımdır. Nəzərə almaq lazımdır ki, Ali Radanın konstitusiya tərkibi 450 xalq tərəfindən seçilmiş nümayəndədən ibarətdir. Bununla belə, hələ tam miqyaslı işğaldan əvvəl parlamentdə iyirmidən çox yer boş idi. Fakt budur ki, iyirmi altı deputatın seçilməli olduğu majoritar dairələrə malik icmalar işğal edilib. Başqa bir rayonda planlaşdırılmış əlavə seçkilər keçirilmədi - genişmiqyaslı işğal onların qarşısını aldı. Beləliklə, 2019-cu ildə cəmi 424 xalq deputatı seçilib.

Xainlər və "Monako Batalyonu"

2022-ci il fevralın 24-dən sonra parlamentarilərin sayı azalmağa davam edib. Xüsusilə, hazırda Ukraynada qadağan edilmiş Rusiyayönlü Deputatlar Şurasının "Müxalifət Platforması" Partiyasının təmizlənməsi ilə əlaqədar partiyanın deputatlarının 11-inin mandatları alınıb. Onların arasında: Mariupolun müdafiəçiləri Vadim Rabinoviç və Renat Kuzminin Rusiya əsirliyindən qaytarılması müqabilində Moskvaya verilən vətənə xəyanətdə təqsirləndirilən Viktor Medvedçuk Ukrayna vətəndaşlığından məhrum edilərək axtarışa verilib. Eyni siyahıda bu yaxınlarda Moskva vilayətində Ukrayna xüsusi xidmət orqanları tərəfindən aradan götürülən Taras Kozak, Oleq Voloşin və İlya Kiva da var.

Digər Rusiyapərəst personaj Nestor Şufriç də vətənə xəyanətdə şübhəli bilinib və zaminə buraxılmadan həbs edilib. Maraqlı məqam ondan ibarətdir ki, o, istintaqda olduğu müddətdə və istintaq təcridxanasında olduğu müddətdə Ali Radanın Söz Azadlığı Komitəsinin sədri vəzifəsində qalıb. Bu yaxınlarda nəhayət ki, bu vəzifəni itirib, amma hələ də xalq deputatıdır...

Xaricdə, deyirlər ki, Birləşmiş Ərəb Əmirliklərində Nataliya Korolevska ilə əri və “Müxalifət Platforması” fraksiyasından olan həmkarı Yuri Solodla birlikdə kef edirlər.

2020-ci ildə Viktor Medvedçukun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Moskvaya səfər edən Tetyana Plaçkova deputat mandatını “ailə şəraitinə görə” təhvil verib. Və həmin vaxt Rusiya Federasiyasının artıq Ukrayna ərazisinin bir hissəsini işğal etməsinə baxmayaraq, “Ukraynalı nümayəndələr” Rusiya Federasiyası Dövlət Dumasının sədri və Rusiya deputatları ilə görüşüblər.

Yeri gəlmişkən, sözügedən səfərdə parlamentdə özünü hələ də əla hiss edən Oleksandr Koltunoviç də görünüb. Eləcə də keçmiş “Müxalifət Platforması”nın qalan nümayəndələri... Onların arasında “rus dünyasının” adi həvəskarlarından uzaq olanlar – Yuri Boyko, Mykola Skoryk, Sergey Lyovoçkin, İqor Abramoviç və başqaları var.

Məsələn, Lyovoçkin parlament fəaliyyətini bəhanə edərək Vyana və Nitsaya getməyi xoşlayır. Şayiələrə görə, o (təkcə o deyil) Ukraynadan daha çox xaricdə olur. Xüsusilə, Rusiya Federasiyasının tam miqyaslı işğalı başlamazdan əvvəl Ukraynanı tərk edən Abramoviç demək olar ki, hər zaman Fransada yaşayırdı. Ali Radanın sessiyalarına gələn belələrini mediada “Monako batalyonu” adlandırırdılar.

Qalmaqallar, intriqalar, araşdırmalar

Ancaq qalmaqallı xəbərlərlə gündəmə gələnlər təkcə Ukraynada qadağan olunmuş “Müxalifət Platforması”ndan olan deputatlar deyillər. Əgər Ali Rada “satqınlar”, “ilin ifşası”, “ilin rüşvəti” nominasiyalarını irəli sürə bilsəydi, o zaman onların sayı çox olardı.

Belə ki, “Regionlar Partiyası”nın keçmiş üzvü və IX çağırış Ali Radanın deputatı Andrey Derkaç dövlətə xəyanət və cinayət təşkilatında iştirakda ittiham olunub. Daha sonra o, Ukrayna vətəndaşlığından və deputat mandatından məhrum edilib. Əvvəllər "Xalqın Xidmətçisi" fraksiyasında olan, indi isə fraksiyası olmayan Aleksandr Dubinski isə həbsdədir.

“Xalqın Xidmətçisi”nin deputatı Oleksandr Truxinin qalmaqallı əhvalatı iki il əvvəl onun iştirakı ilə baş verən yol qəzasında altı nəfərin xəsarət alması ilə başlayıb. Xalqın seçdiyi deputatın sükan arxasında olmaması ilə bağlı yalan söyləməsini hələ də xatırlayırıq. Və onun “Buyurun, mən sakitcə meşəyə gedəcəm” ifadəsi artıq memə çevrilib.

Sonda o, istintaqla sövdələşməyə razılaşıb və 150 ​​min dollar təklif edərək polis əməkdaşına rüşvət verməyə cəhd etdiyini etiraf edib. Və məhz bu rüşvət təklifinə görə Truxin “Dronlar ordusu”na 6 milyon qrivna köçürməlidir. Eyni zamanda, deputat səlahiyyətlərin ləğvi ilə bağlı bəyanat yazıb və mandatından məhrum edilib.

Ümumilikdə rüşvətlə bağlı hekayələr bu il bir-birinin ardınca ortaya çıxdı. “Xalqın Xidmətçisi”ndən olan deputat Lyudmila Marçenko məhəlləsinin həyətində hüquq-mühafizə orqanlarının əməkdaşlarının peyda olması ilə sərhədi keçmək icazəsi alqı-satqısı üçün aldığı pulu daş hasarın üstündən atarkən yaxalanıb. Bu iş məhkəməyə verilib və Marçenkonun fraksiya üzvlüyü ləğv edilib.

Şübhə ilə bağlı “Xalqın Xidmətçisi”nin digər nümayəndəsi Andrey Odarçenko da var. İstintaqın məlumatına görə, o, Ukraynanın Yenidənqurma və İnfrastrukturun İnkişafı üzrə Dövlət Agentliyinin məmuruna kriptovalyuta ilə rüşvət verməyə cəhd edib.

Digər deputat, “Gələcək Naminə” parlament qrupunun üzvü Sergey Labazyuk Baş nazirin Ukraynanın yenidən qurulması üzrə müavininə – Ukraynanın icma inkişafı, ərazilər və infrastruktur nazirinə və Baş nazirə rüşvət təklif etməkdə şübhəli bilinir.

Bütün bu hekayələrdə hələ də vəzifədə olan xalq deputatlarının mandatsız qalması an məsələsi ola bilər. Belə görünür ki, müharibə illərində açıq-aşkar zəif çıxış edən bütün xalq tərəfindən seçilmişlər deputat mandatlarını doldurmalıdırlar. Ancaq bir neçə "amma" var ...

İtirilmiş motivasiya

"Mənim üçün səlahiyyətlərin vaxtından əvvəl dayandırılması ilə əlaqədar Ali Radada deputatların sayının azalması səslərin toplanmasına və qanun layihələrinin icrasına cavabdeh olan şəxsə gəldikdə, həqiqətən də zərbədir", - "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya bu yaxınlarda televiziya verilişlərindən birində bildirib.

Onun sözlərinə görə, hələ də kifayət qədər çox insan parlamenti tərk etmək istəyir: "Amma biz buraxmırıq. Deyirik ki, buna imkan verməyəcəyik... Çünki insanlar sona qədər oturub dövlət üçün lazım olan qanunları qəbul etməlidirlər”.

“Siyasət” Analitik Mərkəzinin prezidenti, “Ukrayna Gələcəyin İnstitutu”nun eksperti İqor Popov qeyd edib ki, ölkədə parlamentin və parlamentarizmin rolunun çox yüksək olduğu şəraitdə belə, mandatından imtina etmək istəyənlərin sayı çox olur: “Bu, Ali Rada üçün təhlükə deyil, sadəcə yetərsayın toplanması üçün problemlər yaradır. Kimsə ezamiyyətdə olanda, kimsə xəstələnəndə, kimisə gəzintiyə çıxanda lazım olan qanun layihələri üçün 226 səs toplamaq həqiqətən problemdir”.

"Bu, bütün çağırış Ali Radanın sistem problemidir. Parlament seçkilərindən sonra şərti olaraq üç yüz nəfər koalisiyaya yazılır və müddətin ortasında, yarıdan çoxu artıq müxalifətdə olurlar. Bu, ona görə baş verir ki, deputatlar məsuliyyət daşımaq istəmirlər. Amma onlar həm də müəyyən komitə və qruplarda olmağın üstünlüklərini əldən vermək istəmirlər”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, məsələ hökumətə etimad/etimadsızlıq səsverməsi ilə həll edilə bilər: “Sadə sözlə desək, hökumətin dəstəyini müdafiə edənlər hakimiyyətdir. Və 226 səs alınmazsa, o zaman hökumət dəyişdirilməlidir. Amma məsələ burasındadır ki, hərbi vəziyyət zamanı bunu etmək mümkün deyil".

Analitikin sözlərinə görə, deputatlıqdan getmək istəyənləri başa düşmək olar: "Məsuliyyətlə səlahiyyətlər arasında uyğunsuzluq var. Səlahiyyətlər azaldılır, üstəlik, bəyannamələrin qaytarılması, xaricə səfərlə bağlı fəsadlar var... Onlarla deputata qarşı cinayət işi var ki, onlar da araşdırılmır, donmuş vəziyyətdədir... Vaxtilə kimsə müəyyən sənaye sahələrinin maraqlarını lobbi etmək üçün lobbiçilik işinə görə Ali Radaya getdi. İndi isə hərbi vəziyyət şəraitində bu motivasiya yoxdur”.

Parlament legitimliyinin hüquqi nüansları

“Amma tək motivasiya deyil... Hazırda vəziyyət elədir ki, Ukraynada qadağan olunmuş “Müxalifət Platforması” fraksiyasının nümayəndələrinin yerinə siyahıda olan növbətilər gəlmir. Hələ bu ilin martında Mərkəzi Seçki Komissiyası qeyd etmişdi: "Prosedura uyğun olaraq, “Müxalifət Platforması”ndan növbəti namizədlərin dəyişdirilməsi, yəni seçilmiş xalq deputatları tərəfindən tanınması həyata keçirilməlidir. Bununla belə, MSK-nın fəaliyyətinə qadağa qoyulub. OPZZ-nin məhkəmə qərarı ilə verilməsi Mərkəzi Seçki Komissiyasının müvafiq qərar qəbul etməsini qeyri-mümkün edən haldır”. Yəni ki, qadağan olunmuş partiyanın deputatlarının mandat layihəsini hazırlaması və mandat layihələrini majoritarların hazırlaması nəticəsində Ali Radanın deputatlarının sayı azalır”, - politoloq əlavə edib.

Müəllif: Turan Abdulla
Ardını oxu...
Dekabrın 23-də İran və Azərbaycan baş prokurorları Mohammad Kazem Movahedi-Azad və Kamran Əliyev onlayn görüşdə son razılaşmalar, ikitərəfli hüquqi və məhkəmə əməkdaşlıqları, o cümlədən iki ölkənin Baş Prokurorluqları arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun yekunlaşdırılması ilə bağlı müzakirə və fikir mübadiləsi aparıb.

İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, söhbət zamanı tərəflər Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı faciəvi hadisəni və onu törədən şəxslə bağlı İran məhkəmə sisteminin təqib prosesini nəzərdən keçiriblər.

“Bu kontekstdə formal maneələr aradan qaldırıldıqdan və iş yekunlaşdıqdan sonra məhkəmənin vaxtının müəyyən ediləcəyi və yaxın vaxtlarda keçiriləcəyi açıqlanıb”, səfirlik qeyd edib.

Məlumatda həmçinin bildirilir ki, görüşdə iki qonşu dövlətin münasibətlərini “dostluq və qardaşlıq münasibətləri adlandıran tərəflər” ikitərəfli münasibətlərdə yeni səhifənin başladığını vurğulayıb.

İran baş prokuroru Azərbaycan baş prokuroru Kamran Əliyevi İrana səfərə dəvət edib.

Azərbaycan Baş Prokurorluğu görüşlə bağlı hələ məlumat yaymayıb.

Xatırladaq ki, bundan öncə bu il sentyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Bakıda keçirilən 4-cü iclası çərçivəsində iki ölkənin baş prokurorları arasında görüş keçirlib. Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilib. Həmçinin İranda məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.

Bundan öncə isə Azərbaycan baş prokuroru İrana səfəri zamanı bu ölkədə gizlənən Azərbaycanda dövlətə xəyanətdə günahlandırlan şəxslərin təhvil verilməsi məsələlrini qaldırıb.

Xatırladaq ki, danışıqlardan sonra İranda Azərbaycan səfirliyinə hücum sahəsində istintaqda bir yenilik olması ilə bağlı hər hansı məlumat yayılmayıb. Rəsmi Bakı Tehrandakı səfirliyinə silahlı basqını terror kimi qiymətləndirib. İran istintaq orqanı isə silahlı basqının şəxsi zəmində olduğunu bildirib. İranda həbsdə olan Fərid Səfərlinin apellyasiya şikayəti də təmin edilməyib. Həmçinin Azərbaycanın dövlətə xəyanətdə günahlandırdığı Azərbaycan vətəndaşlarının təhvil verilməsi ilə bağlı bir xəbər yoxdur.
amerikaninsesi
 
         
Ardını oxu...
Dekabrın 23-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı olub.

İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, telefon danışığı zamanı iki ölkə arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat və enerji sahələrində əlaqələrin son vəziyyəti müzakirə edilib, fikir mübadiləsi aparılıb.

“Tərəflər həmçinin Astarada yeni tranzit marşrutu və birgə bəndlər də daxil olmaqla, birgə layihələrin yekunlaşdırılmasının sürətləndirilməsini vurğulayıblar”, məlumatda qeyd edilir.

Şahin Mustafayev iki ölkə arasında tranzit daşımalarından danışarkən deyib ki, 2023-cü ildə iki ölkə arasında yükdaşımalar 40 faiz, beynəlxalq tranzit 57 faiz, dəmir yolu daşımaları isə 47 faiz artıb.

“Bu dövrdə iki ölkə ərazisindən dəmir yolu ilə ilk dəfə olaraq, əsasən Rusiyaya 700 min tondan çox yük daşınıb. Tərəflər, həmçinin iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin iştirakı ilə yaxın vaxtlarda Astara sərhədində iki ölkə arasında yeni tranzit keçidinin açılması barədə razılığa gəliblər”, İran səfirliyi Şahin Mustafayevə istinadən bildirib.

Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılması region dövlətlərinin diqqət mərkəzindədir. Belə ki, Rusiya-Ukrayna müharibəsi həm region ölkələrinin, həm də beynəlxalq sanksiyalar altında olan Rusiya və İranın ticarət əlaqələrinə ciddi təsir edib.

Bu səbəbdən İran və Rusiya Xəzər dənizi sahili boyunca uzanan dəmir yoluna Hindistan, İran, Rusiya, Azərbaycan və digər ölkələr arasında dəmir yolları və dəniz yolları vasitəsilə əlaqəni asanlaşdıracaq 162 kilometrlik Rəşt-Astara dəmir yol xəttinin çəkilişini Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm komponenti kimi qəbul edir.

Bu il mayın 17-də Rusiya və İran Şimal-Cənub dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə hökumətlərarası saziş imzlayıb.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirir. Tərəflər artıq 2024-cü ilin əvvəlində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanılacağını bəyan edib.

Burada həmçinin, Astara (Azərbaycan) -Astara (İran) dəmir yolu xəttinin çəkilişi də İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 kilometrdir, - Astara şəhərindən İran sərhədinə 8 kilometr və İranın Astara şəhərindən Azərbaycan sərhədinə 2 kilometrdir.

Noyabrın 16-da Moskvada keçirilən "Nəqliyyat həftəsi" forumunda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Şimal-Cənub dəhlizinin inkişafından danışarkən deyib ki, 2023-cü ilin sonunda Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 18 milyon tona çata bilər, bu da 2021-ci illə müqayisədə demək olar ki, 33 faizdən çoxdur.

"Hazırda dəhlizin tərkib hissəsi olan hər üç marşrut üzrə aktiv iş aparılır. Beləliklə, şərq marşrutu ilə müntəzəm konteyner daşımalarına başlanılıb. Transxəzərdə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında və Mahaçqala dəniz limanında dibdərinləşdirmə işləri başa çatdırılır, bu da 4,5 metrə qədər suqəbuledici gəmiləri suya buraxmağa imkan verəcək. Qərb marşrutu çərçivəsində İranla Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisinin maliyyələşdirilməsinə dair saziş bağlanıb və Azərbaycanla sərhəddə avtomobil buraxılış məntəqələrinin buraxılış qabiliyyəti iki dəfə artırılıb", o qeyd edib.

Andrey Belousovun qənaətincə, 2030-cu ilə qədər bu dəhlizlər üzrə yükdaşımaların həcminin ildə 700 milyon tona çatdırılacağı gözlənilir.

Baş nazirin birinci müavini deyib ki, Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdır.

"Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarında əlavə artımla tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub", o bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirlməsi həmçinin Sovetlər dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir. Sovetlət dövründə dəmir yolunun bu hissəsi Ermənistan ərazisindən keçirdi. Ermənistan Birinci Qarabağ müharbəsi zamanı, 1991-ci ildən dəmir yolunun bu hissəsini bağlayıb. İkinci Qarabağ müharibəsindən (2020-ci il) sonra da dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması danışıqların əsas mövzularından biridir. Amma hələ ki, Ermənistan tərəfi ilə razılıq əldə edilməyib.
 

Dünyapress TV

Xəbər lenti