Ardını oxu...
Rusiya Federasiyasında "Vaqner" üsyanı ilə bağlı İsrailin daxili sənədi mediaya sızdırılıb.

Sfera.az xəbər verir ki, iyunun 24-də İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Federasiyasında silahlı çevrilişə cəhdlə bağlı əməliyyat müşavirəsi keçirib.

İsrailin “The Times of Israel” qəzeti görüşün sonunda tərtib edilmiş daxili sənədin məzmununu dərc edib:

▪️ "Vaqner" in üsyanı Putinin imicini sarsıtdı və Rusiyanın həm Ukrayna müharibəsində, həm də daxili siyasətdə gücünü zəiflətdi;

▪️ İsrail və Rusiya Federasiyası arasında "incə" münasibətlərə diqqət yetirərək, Ukraynaya həm humanitar, həm də hərbi yardım göstərilməsi tapşırılıb;

▪️ İsrailin müdafiə naziri Yoav Qalanta bu hadisələrin Rusiyanın İran və Suriya ilə münasibətlərinə nəticələrini qiymətləndirmək tapşırılıb;

▪️ İsrail vəziyyətin mümkün pisləşməsi səbəbindən İsrail vətəndaşlarının və Rusiyadan İsrailə qayıtmaq hüququ olan şəxslərin kütləvi şəkildə repatriasiyasına hazırlaşmağa davam edəcək.
 
Ardını oxu...
1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə, azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - Paşinyan bildirib.

“Hamımız bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın daxili siyasətində çox mühüm yer tuturdu”, - Baş nazir əlavə edib.
 
Ardını oxu...
Avrioa İttifaqı insan hüquqlarının pozulmasına görə İrana qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqinə başlayıb.

Bu barədə Avropa İttifaqı Şurasının bazar ertəsi qurumun rəsmi jurnalında dərc olunan qərarında deyilir.

Bildirilir ki, sanksiyalarla əlaqədar İranın yeddi rəsmisinin adı “qara siyahı”ya salınıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ İranın “Arvan Cloud” şirkətinə və onun törəməsinə qarşı sanksiyalar tətbiq edib. Kanada hakimiyyəti isə insan hüquqlarının pozulmasında əli olan yeddi iranlı hakimi “qara siyahı”ya salıb.
Mənbə: TASS
Ardını oxu...
1. Rusiya xalqı prezidentin çağırışına rəğmən hakimiyyəti müdafiə etmədi;
2. Rusiya ordusunun ölkəni milli təhlükəsizliyini qorumaq iqtidarında olmadığı üz çıxdı. (Qiyamçılar 5-6 saata az qala Moskvaya çatmışdı);
3. Rusiya dövlət aparatının böhran şəraitində konstitusion səlahiyyətləri yerinə yetirə bilmədiyi məlum oldu. (Lukaşenkonun vasitəçilik etməsi rüsvayçılıq idi)
4. Putin hakimiyyətinin tamamilə kriminalaşdığı, ölkənin mafiya qaydaları ilə idarə olunduğu təsdiqləndi. (Priqojin qiyam qaldırıb, ordunun bir neçə helikopterini məhv edib, 15 rus pilotu öldürüb, Peskov deyir, cinayət işi ləğv olunacaq).

Beləliklə, qonşumuzda əlində nüvə silahı, 17.4 milyon kvadrat kilometr ərazi olan, 145 milyon əhalini əsir götürmüş kriminal-mafiya rejimi var və bu çox dəhşətli təhlükədir.
 
Ardını oxu...
Venesuela prezidenti Vladimir Putini dəstəkləyib və onunla həmrəy olduğunu bildirib.
Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, Rusiya və onun lideri Vladimir Putin ölkədə üsyanı və vətəndaş müharibəsi başlatmaq cəhdlərini məğlub ediblər.
Bu barədə "Venezolana de Television" telekanalı məlumat yayıb.
Mən Karabobo döyüş meydanından xəyanət cəhdinə və vətəndaş müharibəsi başlatmaq cəhdinə qarşı çıxan Rusiya Prezidenti Vladimir Putinə həmrəylik və dəstəyimizi çatdırmaq istəyirəm", - deyə Maduro bildirib.
Venesuela prezidenti, həmçinin Vladimir Putini "ölkənin qardaşı" adlandırıb.
"Biz Venesueladan Venesuelanın qardaşı Prezident Vladimir Putinə tam dəstəyimizi bildiririk", - deyə Maduro bəyan edib.
Xatırladaq ki, "Vaqner" Özəl Hərbi Şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı üsyanı 2023-cü il iyunun 24-nə keçən gecə baş verib. Ötən axşam sosial şəbəkələrdə iş adamının adından RF Silahlı Qüvvələrini Özəl Hərbi Şirkətin "arxa düşərgələrinə" zərbə endirməkdə ittiham edən mesajlar yayılıb. Müdafiə Nazirliyi məlumatı yalan adlandırıb. Bundan sonra Rusiya Prezidenti Vladimir Putin özünün müraciəti ilə çıxış edib.
 
Ardını oxu...
Gələcəkdə Rusiya hərbi bazası Gümrüdən çıxacağı təqdirdə, onun yerini tutmaq əzmi ilə bu gün qonşularımızı silahlandırmaq istəyən Fransa parlamentinin 170-dən çox deputatı öz prezidentlərinə və BMT Təhlükəsizlik Şurasına “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu bərpa etmək” çağırışı edib. Fransalı deputatlar müraciətlərini “öz müqəddəratını təyin edən Dağlıq Qarabağ Respublikasının planlaşdırılmış sonu və bu ərazinin erməni əhalisinin ifşa olunduğu qırğın riskləri qarşısında susmaq istəməyənlər üçün həyəcan nidası” adlandırıblar.

Deputatlar Fransa Respublikasının Prezidentinə müraciət edərək vurğulayırlar ki, Fransa Azərbaycanın daxili işlərinə qarışa bilər və etməlidir. Axı Fransa Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, o deməkdir ki, fransalı deputatların müraciəti Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir.

Fransalı deputatlar isə müraciəti onunla izah edirlər ki, həm Ermənistan, həm də Qarabağ erməniləri regionda nəinki demokratik dəyərləri təcəssüm etdirir, həm də ümumi xristian mədəniyyətinin avanqardı rolunu öz üzərlərinə götürürlər.

Bu fikrə davam etsək, asanlıqla belə nəticəyə gələ bilərik ki, fransız parlamentarilər ermənilərin “xristian Avropanı müsəlman barbarlarından qoruduqlarına” eyham vururlar. Fransanın ümumi xristian mədəniyyətinə “hərtərəfli qayğısı” bu ölkədə özünü çox açıq şəkildə büruzə verir, onun mətbuatında İslamı və Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar dərc olunur ki, bu da şübhəsiz, fransızların İslam dininə qarşı dözümsüzlüyünü nümayiş etdirir.

Fransız müstəmləkəçiləri 1954-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetiriblər. Lakin bu fakt Fransa Prezidenti Emmanuel Makronu İslamın onun ölkəsini təhdid etdiyini söyləməyə mane olmur.

İndi isə deputatların müraciəti ilə Fransa BMT Təhlükəsizlik Şurasından Qarabağ ermənilərinin “təhlükəsizliyini təmin etmək” üçün beynəlxalq mandat tələb edir. Fransanın sülhməramlı missiyası Malidə kədərli bir təcrübəyə malikdir, lakin narahat olan Qall xoruzu buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasından "hüquq prinsipini bərpa edən" bir qətnamənin qəbul edilməsini tələb edərək, əksinə, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi” ilə bağlı dünyaya banlamaq qərarına gəlib.

Nədənsə fransalı deputatlar ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı ermənipərəst bəyanat qəbul etməyə çalışarkən ölkələrinin biabırçı diplomatik məğlubiyyətini unudublar. Fransa sadəlövhcəsinə inanırdı ki, o ermənipərəst bəyanatı BMT Təhlükəsizlik Şurasına sürükləyəcək, sonra isə növbəti addım kimi onu Azərbaycana qarşı qətnaməyə çevirəcək. Nəhayət, Azərbaycan diplomatiyasının səyləri nəticəsində bəyanatın mətni faktiki olaraq azərbaycanpərəst oldu, rəsmi Paris bu sənəddən tamamilə imtina etdi.

Buna baxmayaraq, Fransa hər belə addımla regiondan getdikcə daha çox təcrid olunduğunu, eyni zamanda beynəlxalq ictimaiyyət və Azərbaycan xalqı qarşısında absurd vəziyyətə düşdüyünü dərk etmədən Cənubi Qafqazda geosiyasi oyunlarını davam etdirir.

Fransanın açıq ermənipərəst mövqe nümayiş etdirməsi Azərbaycan ictimaiyyəti üçün yeni deyil. Amma bununla yanaşı, fransız siyasətçilər özləri də Qarabağ separatçılarına açıq dəstək vermələrinin onlara zərər verdiyini unutmağa üstünlük verirlər.

Fransa Qarabağ separatçılarını dəstəklədiyini bəyan edir və öz nümayəndələrini “sülhməramlı missiya” bəhanəsi ilə Azərbaycan ərazisinə gətirmək üçün imkanlar axtarır. Əgər fransalı deputatlar Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmələri”nin tərəfdarlarıdırsa, o zaman onlara Fransadan müstəqillik əldə etmək istəyində Korsikanın yerli əhalisini dəstəkləməyə nə mane olur? //AYNA//
 
Ardını oxu...
Ermənistanın Rusiyanı Fransaya dəyişmək istəyi İrəvanda heç də hamının ürəyincə deyil.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

Qeyd olunur ki, belə şəxslərdən biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Armen Abazyandır. O, ölkənin Fransanın protektoratına çevrilməsi ideyasını dəstəkləmir.

Belə halda Abazyanı Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyindən uzaqlaşdırmaq üçün onu gözdən salmaq oyununa başlayan Fransa kəşfiyyatı DGSE işə düşür və Ayvazyana qarşı mediada antitəbliğat kampaniyasına başlanılır.
Daha ətraflı “Caliber”in yeni videomaterialında:
 
Ardını oxu...
Samsunda meşə sahələrinə giriş qadağandır

Samsunda meşəlik ərazilərə giriş 4 ay müddətinə qadağan edilib. Samsun Qubernatorluğu 01 iyul - 31 oktyabr 2023-cü il tarixləri arasında bəzi

xüsusi hallar istisna olmaqla, meşə ərazilərinə girişi qadağan etdiyini açıqlayıb. \\Manşet.az
Ardını oxu...
Kremlin ideoloqlarından biri Rusiyanın müdafiə naziri Şoyquya üsyançılarla görüşməyi təklif edib.

Belə bir bəyanatla Aleksandr Duqin çıxış edib.

"Vətəndaş müharibəsinin qarşısını almaq üçün bu, bədəldirsə, o zaman bunu ödəmək mümkün deyilmi? Vətəndaş müharibəsindən daha dəhşətli bir şey yoxdur. Bu, kişi kimi davranış olardı. Bu, vətəndaş müharibəsinin qarşısının alınmasıdır. Ölkəni xilas et, Sergey Kujugetoviç!", - deyə Kremlin ideoloqu çağırış edib. \\Ölkə.Az
 
Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar Baş nazir İrakli Qaribaşviliyə təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağı tapşırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib. O, şurada bir neçə mühüm məsələnin, o cümlədən sərhəd nəzarətinin gücləndirilməsinin, viza rejiminə yenidən baxılmasının və sanksiyaya məruz qalan şəxslərin siyahılarının tətbiqinin müzakirə edilməli olduğunu qeyd edib.

Zurabişvili ölkənin təhlükəsizliyinə cavabdeh olan heç bir qurumla əlaqə saxlaya bilmədiyini qeyd edib. Prezident əlavə edib ki, ölkənin Ali Baş Komandanı kimi ona məlumat verən yeganə şəxs Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvilidir.
 

Dünyapress TV

Xəbər lenti