Ardını oxu...
Vladimir Putinin yaxın dostu, 3,5 milyard dollar sərvəti olan rusiyalı milyarder Arkadi Rotenberq “Vaqner”in Rusiyada başlatdığı qiyamdan sonra Azərbaycana gəlib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Rotenberqin şəxsi təyyarəsi bu gün saat 12:33-də (Moskva vaxtı ilə) Moskvanın Vnukovo hava limanından havaya qalxıb və saat 15:27-də Bakı hava limanına enib.

Rusiya “Teleqram” kanalları isə iddia edir ki, Rotenberq Rusiyanı tərk etdikdən sonra onunla əlaqə kəsilib.

Məlumat üçün onu da qeyd edək ki, Rotenberqdən başqa, Baş nazirin müavini Denis Manturovun da Rusiyanı tərk etdiyi bildirilir. İddia olunur ki, bu səhər onun biznes təyyarəsi Moskvadan Türkiyənin Dalaman şəhərinə yola düşüb.
 
Ardını oxu...
Rusiyanın Rostov şəhər polisi “Qala” planı barədə elan verib. Şəxsi heyətə isə tam hazırlıq vəziyyətində olmaları tapşırılıb.

Bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya dərc olunub.

“Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, həmçinin Luqansk və Donetsk ilə sərhəddəki postların gücləndirilməsi barədə əmr verilib. Ancaq vəziyyət gərgin deyil. Sadəcə şəxsi heyət qaldırılıb və çağrılıb”, - deyə bildirilib.

“Baza”nın məlumatına görə, Rostov vilayətinin bir sıra polis idarələrində işçilərə xəbərdarlıq edilib və səbəbi barədə açıqlama verilməyib.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti də həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Bu barədə BBC-nin xüsusi xidmət orqanlarına yaxın mənbəsi məlumat verib.

Qeyd olunub ki, “Don” şossesində (Moskva-Voronej-Rostov-na-Donu yolu) FTX Milli Qvardiya qoşunlarının xüsusi çevik reaksiya bölmələrinin dəstəyi ilə yollarda blokpostlar qurub. Postlarda növbə çəkənlərə isə təhlükə olacağı təqdirdə atəş açmaq əmri verilib. Eyni zamanda texnika da hazırlıq rejimindədir, lakin bölmələr hələ ki texnikanın çıxarılması ilə bağlı əmr almayıblar. (oxu.az)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.

TEREF.AZ bildirir ki, bunu "Report"a Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, Ermənistan öz tələbində yuxarıda qeyd olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia etmişdi.

"Bununla bağlı Azərbaycan tərəfi erməni hərbçilərin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim edib.

İHAM Azərbaycan tərəfinin mövqeyinə əsaslanaraq, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı müraciətini rədd edib", - Ç.Əsgərov qeyd edib.
 
Ardını oxu...
“İmkanınız varkən Rusiyaya qayıdın”.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynaya hücum səbəbindən ölkədən gedən ruslara çağırışında deyib.

“Ölkədən gedənlərin əksəriyyəti özlərinə qarşı ikinci növ münasibətilə qarşılaşdılar. Gedəndə fikirləşirdilər ki, rahat otura biləcəklər. Bir çox ölkələrdə ruslara iş verilmir, övladları təhsil müəssisələrində zorakılığa məruz qalır”, - deyə Volodin bildirib.

Hadisəni "Sherg.az"a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, iqtisadi, sosial vəziyyət yaxşı olmayan ölkələrin vətəndaşları başqa yerlərə miqrasiya edir:


"Volodinin çağırışı mənasızdır. Gərək onlar ilk növbədə rus oliqarxlarının varlı balalarını geri qaytarsınlar. Həmçinin onların təhsillərini xaricdə yox, öz ölkələrində aldırsınlar və xarici investisiyaları, alınan dəbdəbəli malikinalərin kapitalını ölkəyə gətirsinlər. Yəni rus hakimiyyəti dəyişimi özündən başlamalıdır. Çünki kimisə nəyəsə dəvət edirsənsə, birinci ona özün riayət etməlisən".

Analitik əlavə edib ki, Putin hakimiyyəti insanların getməyini istəmirsə, ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmalıdır:

"Yalnız ondan sonra vətəndaşlar başqa ölkələrə getməyəcək. Sual yaranır ki, orta statistik vəziyyəti yaxşı olan ruslar niyə yaşamaq üçün başqa dövlətlərə üz tuturlar? Ümumiyyətlə bu təkcə Rusiyaya aid deyil. Ona görə də düşünürəm ki, Rusiya hakimiyyəti birinci ölkədəki vəziyyəti düzəltməli, sonra vətəndaşlarını geri dönməyə çağırmalıdır".
 

 

Ardını oxu...
Himalay buzlaqlarının 2010-cu ildən əvvəlki onilliklə müqayisədə 65 faiz daha sürətli əriməsi 2 milyard insana təsir edəcək.

Qlobal istiləşmə ilə birlikdə dünyanın orta temperaturu hər il yüksəlməyə davam edir. Bu, buzlaqların sürətlə əriməsinə səbəb olur.Himalay buzlaqlarının 2010-cu ildən əvvəlki onillikdən 65 faiz daha sürətli əriməsi və qlobal istiləşmə səbəbindən qar örtüyünün azalması regionda yaşayan 2 milyarda yaxın insanın şirin su probelminə səbəb olacaq.

21-ci əsrdə istixana tullantıları sürətlə azalmasa, Himalay buzlaqları öz həcminin 80 faizini itirə bilər. Qarşıdakı illərdə Himalay dağlarında artması gözlənilən daşqınlar, uçqunlar və buzlaq daşqınları ilə buz itkisinin sürətlənəcəyi gözlənilir. Bu vəziyyətin dağlar ətrafında yaşayan 240 milyon insana, eləcə də Hindistan, Pakistan, Çin və digər qonşu ölkələrdəki 1 milyard 650 milyon insana mənfi təsir göstərəcəyi təxmin edilir. Buzlaqlar 2 milyarda yaxın insan üçün şirin su mənbəyi olan çayları qidalandırır.İqlim dəyişikliyinin təsirləri bölgədə də görünməyə başlayıb. İlin əvvəlində Hindistanın dağlıq şəhəri olan Coşimatı su basıb və sakinlər təxliyə edilib.

Mənbə:TRT Haber
 
 
 
Ardını oxu...
Dünyada yalnızca 14 milyon Yahudi var;
~Amerika'da 7 milyon,
~Asya'da 5 milyon,
~Avrupa'da 2 milyon,
~Afrika'da 100 bin
Adet Musevi yaşıyor..
.
Soru: Pekiyi de kaç adet Müslüman İnsan var?
Cevap: 1,4 milyar Müslüman;
~1 milyar Asya,
~400 milyon Afrika,
~44 milyon Avrupa,
~6 milyon Amerika
Kıt'asında Yaşıyor.
.

    

Ardını oxu...
Tehran yaxın və uzaq qonşularla münasibətlərin normallaşmasına çalışır. Tehran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırdıqdan və iki ölkənin səfirlikləri qarşılıqlı olaraq fəaliyyətə başladıqdan sonra Misirlə də yaxşı münasibətlər qurmağa çalışır. Tehran hətta ən qatı düşməni Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün də imkanlar axtarır.
Qərb mənbələri ABŞ və İran nümayəndələrinin Oman dövlətində qapalı danışıqlar apardıqlarına dair xəbərlər yayıblar. Keçmiş illərdə də belə təmaslar olub, ancaq danışıqlar nəticə verməyib. Vaşinqtonla Tehranın bir-birlərindən tələb və istəklərini bu şəkildə ümumiləşdirmək mümkündür:
Birincisi, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir. İranda polis rejimi xarici vətəndaşları kütləvi surətdə həbs edir. Bunların içərisində ABŞ vətəndaşları da var.
İkincisi, İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində (nüvə silahı uranın 90 faiz zəginləşdirilməsi zamanı əldə edilir) və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur. Tehranın bu məsələdə güzəştə gedəcəyi şübhə doğurur. Çünki Tehran keçmiş illərdə də uranı zənginləşdirməyəcəyini vəd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları İranda uranı zənginləşdirməklə məşğul olan gizli mərkəzlər aşkarlamışdılar.
Üçüncüsü, Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar. İran İslam Keşikçilər Korpusu qonşu dövlətlərdə ABŞ-a aid mərkəzləri hədəf götürüb və bu siyasətindən imtina etməyib.
Dördüncüsü, İran Rusiyaya ballistik raketlər verməməlidir. İran Rusiyaya pilotsuz uçuş aparatları ilə yanaşı raketlər də verir və hərbi texnika son aylarda Xəzər dənizi üzərindən Rusiyaya çatdırılıb. Tehranın Moskva ilə bu əməkdaşlıqdan imtina edəcəyi problematiktdir.
Beşincisi, İran Amerikanın istəklərinin bir qismini nəzəri olaraq yerinə yetirəcəyi halda Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. Tehran ABŞ-ın ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını tələb edir.
Vaşinqtonla danışıqlarda daha çox Tehran maraqlıdır. Sanksiyalar İran iqtisadiyyatını zəiflədib. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var – ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki, Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır.
Bu arada, İranın pilotsuz təyyarələrin tədarükünü sürətləndirmək üçün Çinin köməyindən istifadə etdiyi məlum olub. “The Wall Street Journal” qəzetində yayımlanan məqalədə Çinin İrana üç ay ərzində Rusiyaya pilotsuz uçuş aparatları istehsal etmək üçün kömək etdiyi yazılıb. Ukrayna İrana məxsus pilotsuz uçuş aparatını vurduqdan sonra onda aşkarlanan Çin hissəsinin üç ay ərzində hazırlanaraq Rusiyaya göndərildiyi aşkarlanıb. Bu ilin yazında Ukrayna səmasında vurulan İran pilotsuz uçuş aparatı araşdırılıb. “Conflict Armament Research” bununla bağlı foto dərc edib. Fotoda aprel ayında Ukrayna səmasında vurulan İran pilotsuz təyyarəsində yanvar ayında Çində istehsal edilmiş hissə təqdim olunub. Deməli, Pekin bir tərəfdən Rusiyaya silah və hərbi texnika göndərmədiyini iddia edir, digər tərəfdən İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təhciz etmək üçün çalışmalar həyata keçirir.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
İran hakimiyyəti uzun illər regionda özünün əsas rəqibi, hətta düşməni kimi təqdim etdiyi Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırmaqdadır.

Martın 10-da Çində əldə olunmuş razılaşma əsasında həyata keçirilən bu proses onun açar fiquru sayılan admiral Əli Şəmxaninin ötən ay İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsinə rəğmən, sürətlə davam edir.

İyunun 6-da İranın Səudiyyə Ərəbistanındakı səfirliyi 7 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Bildirildiyinə görə, qarşıdan gələn Qurban bayramından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki baş konsulluğu da işini bərpa edəcək. Bu proses çərçivəsində iyunun 17-də Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan Tehrana səfər edib, İranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla yanaşı, İbrahim Rəisi ilə də görüşüb və Səudiyyə Ərəbistanı kralının bu ölkəyə səfərlə bağlı dəvətini İran prezidentinə çatdırıb.
Lakin istər İranın özündə, istərsə də regionda və beynəlxalq aləmdə diqqətlə izlənən bu səfər daha çox onun gedişində baş vermiş qalmaqallı hadisə ilə gündəmə gəlib. Hətta demək olar ki, bir çoxları tərəfindən rəsmi Tehranın təhqir olunması kimi dəyərləndirilən həmin qalmaqal səfərin siyasi-diplomatik önəmi barədə xəbər və təhlilləri kölgədə qoyub və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Söhbət Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin öz İranlı həmkarı ilə birgə mətbuat konfransını divarında Sepahın Qüds qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin şəkli olan salonda keçirməkdən imtina etməsindən gedir

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Varşava Kiyevdən İkinci Dünya müharibəsi zamanı Volində polşalıların ukraynalı millətçilər tərəfindən məhv edilməsinə görə təkcə üzr istəməsini gözləmir.

Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Pavel Yablonski deyib.

O bildirib ki, Polşa bu məsələ ilə bağlı Ukraynadan hərtərəfli həllər gözləyir:

“Biz bir bəyanat, bir üzr istəmirik. Biz istəyirik ki, bu iş hərtərəfli və uzunmüddətli həllini tapsın. Söhbət bir bəyanatdan yox, ekskumasiyanın aparılmasından və qurbanların xatirəsinə ehtiramın ifadəsindən gedir. İki ölkənin hökumətləri bu problemi həll etmək üçün çalışırlar. Volin qırğını ilə bağlı Ukrayna ilə danışıqlar bəzən hətta çox kəskin olur, lakin mövzu unudulmur”.
 
Ardını oxu...
“İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil”.

News24.az xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneinin sözçüsü Seyid Həsən Amuli Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” sözlərinə reaksiyasında deyib.

“Türkiyə bundan narahat olmamalıdır. İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur. Təxminən 20 ilə yaxındır ki, İran Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə üçün istifadə etmək imkanı verib. Müharibə və işğal illərində Biləsuvar və Culfa üzərindən Azərbaycanla Naxçıvan arasında daşımaları həyata keçirib. İndi də bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər”, – Ayətullah Amuli bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir.
 

Dünyapress TV

Xəbər lenti