Ukrayna Təhlkükəsizlik Xidməti tərəfindən axtarışda olan erməni əsilli kriminal element Armen Sarkisyan Donetskidə yaşayan uşaqlar üçün Moskvada yeni il şənliyi təşkil edib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Qorlovka və Xartsızsk şəhərlərində sosial mərkəzlərdə saxlanılan uşaqlar Moskvaya aparılıb və şəhərin müxtəlif əyləncə mərkəzlərində Yeni il şənliyinə qatılıblar. Bütün xərcləri Armen Sarkisyan ödəyib. Uşaqların yenidən Donetskə qaytarılması barədə məlumat yoxdur.