Ardını oxu...
Rusiyada ilk dəfə olaraq beş regionun vətəndaşları cinayət törətdiklərinə görə öz statuslarını itiriblər.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, yeni qanunvericilik qaydalarına əsasən, qonşu ölkələrdən gələn doqquz miqrant Rusiya vətəndaşlığından məhrum edilib. Onların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum ediliblər.

Məlumata görə, cinayət törətmiş vətəndaşlara münasibətdə statuslarına xitam verilməsi ilə bağlı qərarlar Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq şəhəri, Leninqrad vilayəti, Tver vilayətində qəbul edilib. Həmin şəxslərə bildirişlər təqdim olunub və pasportları götürülüb.
“Onlar cəzalarını həbsxanada çəkdikdən sonra ölkədən çıxarılacaqlar”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Rusiyada “Vətəndaşlıq haqqında” yeni qanun 2023-cü ilin oktyabrında qüvvəyə minib. Qanun vətəndaşlığı itirilə biləcəyi geniş siyahısını təqdim edib. Qanunun əvvəlki variantı ilə müqayisədə siyahı Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələri 18-dən 64-ə qədər artıb.

Mənbə: TASS
Ardını oxu...
Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum Dnestryanı ərazisində təşkil edilə bilməz, çünki bu bölgə Moldova hakimiyyəti tərəfindən idarə olunmur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Rumıniyanın “Veridica” qəzetinə müsahibəsində deyib.

"Dnestryanı bölgənin ərazisində seçki məntəqələri açıla bilməz, çünki bu ərazi konstitusiya orqanları tərəfindən idarə olunmur", - Sandu bildirib. O qeyd edib ki, Dnestr çayının sol sahilinin sakinləri sağ sahildəki seçki məntəqələrinə gəlib səs verə bilərlər.

Sandu 2022-ci ilin martında Moldovanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Bir neçə ay sonra isə rəsmi Kişinyov Aİ üzvlüyünə namizəd statusu alıb. 2023-cü il dekabrın 14-də iki günlük sammitdən sonra Avropa Şurası Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq qərarına gəlib.

Dekabrın 24-də Maya Sandu parlamentdən 2024-cü ilin payızında Aİ-yə üzvlüklə bağlı milli referendum keçirməyi xahiş edib.
 
Ardını oxu...
Nikol Paşinyan hökuməti özünü buraxaraq Qarabağdan qaçan sabiq qondarma qurumun başçılarına qarşı tədbirlər görməyə başlayıb.
Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyinin patrul dəstələri qondarma qurumun son “prezidenti” Samvel Şahramanyanın avtomobil kortejini saxlayıb. Polis əməkdaşları Şahramanyana bildiriblər ki, qanuna görə onun kortejlə, silahlı cangüdənlərin müşayiətilə gəzmək hüququ yoxdur.

Ermənistan Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləyib və qeyd edib ki, sözügedən şəxslər yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar. Onlara hələ ki, protokol tərtib edilməsə də, xəbərdarlıq olunub.

Bu arada Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvana qaçmış Qarabağ separatçılarının keçmiş liderlərini sorğu-suala çəkməyə başlayıb. Bunu da “Hraparak” qəzeti yazıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, onlara qarşı bütün bu təzyiqlər qondarma qurumun ləğvinin mümkünsüzlüyünə dair ictimai çıxışları ilə bağlıdır. MTX-ya dəvət olunanlar arasında Artak Beqlaryan, Vladimir Qriqoryan, Qaqik Baqunts da var.

Xatırladaq ki, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin təmsilçiləri İrəvanda qondarma qurumun “idarəetmə institutları”nın mövcudluğunu Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan ediblər.
 
Ardını oxu...
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi “Ümumerməni Cəbhəsi” hərəkatı Nikol Paşinyan hakimiyyətini ittiham edən və hədələyən bəyanat yayıb.

Ermənistan mətbuatında yayımlanan bəyanatda hökumət ölkənin və millətin maraqlarını satmaqda günahlandırılır: “Ermənistan Respublikası çətin günlərdən keçir. Bu gün biz təkcə tarixi ərazilərimizin, milli abidələrimizin yox, həm də ölkəmizin suverenliyinin, əhalinin ədalətə və işıqlı gələcəyə inamının itirilməsini etiraf etməliyik. Vəziyyətin bu cür olmasının səbəbi hakimiyyətin müxtəlif səviyyələrdəki özfəaliyyəti, dövlət maraqlarına hörmətsizliyi və xəyanətidir”.

Hərəkat bütün müxalif qüvvələri öz ətrafında birləşməyə çağırıb və iddia edib ki, hakimiyyəti istefaya göndərməyə nail olacaq: “Biz birlikdə Ermənistan xalqının bu gün ölkədə baş verənlərə və şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutan hakimiyyətə münasibətini bildirəcəyik. Biz birlikdə hökuməti üzünü xalqa tutmağa, könüllü olaraq səhvlərini etiraf etməyə və istefa verməyə məcbur edəcəyik”.

Qeyd edək ki, hazırda Rusiyada yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə “işlədiyi” heç bir şübhə doğurmayan A.Karapetyan 2018-ci il inqilabından sonra 3 ilə yaxın müddətdə Nikol Paşinyanın hərbi məsələlər üzrə müşaviri olub. 2021-ci ildə Paşinyan onu Müdafiə naziri təyin edib.

Lakin Karapetyan cəmi üç ay bu vəzifədə oturduqdan sonra Paşinyan onu istefaya göndərib. Bu ilin oktyabrından başlayaraq Moskvada oturan Karapetyan Paşinyana qarşı “savaş açıb”. Hakimiyyət təmsilçiləri dəfələrlə onun Kremlin sifarişini yerinə yetirdiyinə eyham vurublar.
 
 
 

Ardını oxu...
Sloveniyanın Maribor şəhərindəki “Mixaylo” ləqəbli Azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin baxımsız vəziyyətdə olması bu ölkənin mediasında da gündəmə gətirilib.

Demokrat.az xəbər verir ki, Slovemiyanın “Radio Maribor” mediası Mehdi Hüseynzadənin abidəsinin ətrafındakı zibilliklərin görütüsünü paylaşaraq, bu problemin yaranmasında günahkar olan şəxsləri tənqid edib.

“Radio Maribor” öz izləyicilərinə “Mehdi Hüseynzadənin abidəsinin ətrafına zibil toplanılmasına görə kim məsuliyyət daşıyır?” deyə sual ünvanlayıb.

Əksər izləyicilər isə sözügedən məsələyə görə Azərbaycanın Sloveniyadakı səfirliyini tənqid ediblər.

Ardını oxu...

Qeyd edək ki, 2021-ci ilin 23 iyul tarixində Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında və Sloveniyadakı səfiri, eyni zamanda Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyanada yerləşən təşkilatları yanında daimi nümayəndəsi təyin edilib.

Bir neçə gün öncə Sloveniya Parlamentinin keçmiş deputatı, Kunquta şəhər merinin müavini Rudi Matjasic Demokrat.az-a açıqlamasında sözügedən abidənin 3-4 ildir baxımsız vəziyyətə düşməsinə görə Azərbaycanın Sloveniyadakı Səfirliyini tənqid etmişdi:


“Artıq 3-4 ildir səfirlik abidə ilə maraqlanmır, elektrik enerjisinin pulu isə 4 ildir ödənilmir, borc yaranıb. Ona görə də abidənin önündəki elektron məlumat lövhəsi işləmir”.
Ardını oxu...
“Xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bir sıra səbəblərə görə: bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi və regional vəziyyətin sabitliyi. Bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir”, - Zaxarova qeyd edib.

O, xatırladıb ki, Rusiya və digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olan ölkələrlə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatı təsirli artım nümayiş etdirir. “Biz öz tərəfimizdən əməkdaşlığın əsas istiqamətləri üzrə planlaşdırılan bütün layihələrin gələcəkdə də həyata keçirilməsinə sadiqik”, - o vurğulayıb.

“Mən öz adımdan Ermənistan xalqına Yeni ildə sülh, firavanlıq və mümkünsə, gələn ildə üzləşdikləri problemlərdən daha az problem yaşamalarını arzulayıram”, - Zaxarova yekunlaşdırıb.
Ardını oxu...
ABŞ-ın Nyu-York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdiriləcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.
 
Ardını oxu...
Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib.

Bu barədə AFP məlumat yayıb.

Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
 
Ardını oxu...
Son illər gözlənilməz hadisələr dünya iqtisadiyyatına dərindən təsir edib. Bəs 2024-cü ildən gözləntilər nədir?

“Cebhe.info” xəbər verir ki, dünya iqtisadiyyatına nəzər saldıqda, 2020-ci illər qlobal iqtisadiyyat üçün eniş və çıxışlarla başladı. Onilliyin son günü olan 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində müəmmalı bir tənəffüs yolu xəstəliyinin ortaya çıxdığını bildirdi.

Mart ayında qədər koronavirus pandemiyası hələ iki il davam edəcək qlobal iqtisadi artıma sarsıdıcı zərbə vurdu. Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal edəndə dünya bu böhranın təsirindən təzəcə çıxmağa başlamışdı. Bundan sonra neftin qiyməti qalxmağa başladı və bu da inflyasiyaya səbəb oldu. Pandemiyadan böyük zərər görən təchizat zəncirləri daha da çıxılmaz vəziyyətə düşdü.

Avropa siyasi səbəblərdən ən böyük enerji tərəfdaşı olan Rusiya ilə ticarəti dayandırdı. Bütün bunlarla yanaşı, kriptovalyutaların çöküşü, “evdən iş inqilabı” və süni intellektin iş həyatında artan yeri özünü göstərməyə başladı.

Beləliklə, 2024-cü ilə girmək üzrəyik, qlobal iqtisadiyyat gələcəkdə nə qədər sabitlik vəd edir?

Son illərin tarixi hadisələri gələcək üçün qiymətləndirilə bilməyən iqtisadi “miras” qoyub. Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarında inflyasiya yavaşlasa da, faiz dərəcələri son dərəcə yüksək olaraq qalır.

Bu faiz dərəcələrinin nə vaxt düşəcəyi ilə bağlı etibarlı proqnoz yoxdur və mərkəzi banklar bununla bağlı çox erkən addımlar atmaqdan çəkinirlər. Bəzi ekspertlər pul siyasətinin sərtləşdirilməsinin təsirlərinin 2024-cü ildə hiss olunmağa başlayacağını proqnozlaşdırırlar. Keçən il bir çox müşahidəçilər bu təsirlərin 2023-cü ildə hiss olunmağa başlayacağını proqnozlaşdırsalar da, bu baş vermədi.

Böyük Britaniyada yerləşən iqtisadi tədqiqat və bazar təhlili təşkilatı “Oxford Economics”in nümayəndəsi Adam Slater bildirib ki, bütün sarsıntılara baxmayaraq, qlobal iqtisadiyyat proqnozlaşdırıldığı dərəcədə zəifləmədi:

“Bununla belə, bunun zaman məsələsi olduğunu düşünürük”.

2024-cü ildə qlobal artımın əhəmiyyətli dərəcədə “zəifləyəcəyini” proqnozlaşdıran Slater texniki tənəzzül ehtimalını istisna etmir. İqtisadçılar 2024-cü ildə qlobal Ümumi Dünya Məhsulunun (GWP) artımının 2023-cü ildəkindən çox da fərqlənməyəcəyini proqnozlaşdırırlar. Hətta yavaşıyacağını proqnozlaşdıranlar da var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) gələn il təxminən 2,7 faiz artım proqnozlaşdırır. Bu, 2023-cü ildəki 2,9 faiz nisbətindən az deməkdir.

Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu (BVF) artım tempini 2,9 faiz, Avropa Mərkəzi Bankı isə 3 faiz səviyyəsində qiymətləndirir. Proqnozlar müxtəlif regionlarda fərqli artım templərinə işarə edir. Məsələn, BVF ABŞ-da (ABŞ) Çin və Avropa ilə müqayisədə daha güclü artım olacağını proqnozlaşdırır.

Yavaşlayan Çin iqtisadiyyatı 2024-cü ildə yaxından izlənilməli olan hadisələrdən biridir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin qlobal kurs üçün kritik əhəmiyyət kəsb edir. İqtisadçı Slater “Çin həm qlobal artım, həm də Asiya regionu üçün çox önəmlidir”,- deyib.

Hindistan Siyasət Araşdırmaları Mərkəzindən Sushant Sinqxh Çin iqtisadiyyatının "dirçəliş və ya çöküş" imkanlarının 2024-cü il üçün çox vacib olduğunu vurğulayıb. 2023-cü ilin əvvəlində Dünya Bankı elan etmişdi ki, Çinin iqtisadi vəziyyəti hamıdan əvvəl Şərqi Asiya regionuna təsir edəcək.

Şərqi Asiya ölkələri ənənəvi olaraq qlobal iqtisadiyyatın güc mərkəzləri kimi fəaliyyət göstəriblər. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Villiam Reinş Çinin gələcəyinə nikbin baxır.

O, qiymətləndirmədə deyib:

“Dövlətin nəzarəti altında olan iqtisadiyyatların ən mühüm xüsusiyyətlərindən biri səhvlərinin nəticələrini təxirə sala bilməsidir. Çin banklara deyəcək ki, bu sektora borc verin. Şirkətlərə “Siz iflas edə bilməzsiniz” deyəcək, ya da bəlkə mesaj vermək istəyəndə şirkətlərə iflas etməli olduqlarını söyləyəcək. Amma əsl aktor qərarları verən əyalət hökuməti olacaq”.

Digər tərəfdən, Çin iqtisadiyyatının çökəcəyi ilə bağlı proqnozların real olmadığını, digər tərəfdən ölkədə ciddi iqtisadi problemlərin olduğu da vurğulanıb:

“Onların çox güclü ixrac sektorları var, o cümlədən elektrik avtomobillərinin akkumulyatorları, istehlakçı elektronikası və mədən sənayesi. Bunlar onları qlobal miqyasda yüksək rəqabət qabiliyyətli edən sahələrdir və bu, dəyişməyəcək”.

İqtisadçını dünya iqtisadiyyatı baxımından narahat edən bir məqam da Tayvan məsələsidir. Si Cinpinq və Cozef Bayden arasında son görüşün ABŞ-Çin münasibətlərindəki buzları müəyyən qədər əritdiyini qeyd edən iqtisadçı, bununla belə, Çinin Tayvanı işğal etmə ehtimalının qlobal iqtisadiyyatın gələcəyi üçün böyük yük yaratdığı qənaətindədir.

Bununla belə, ekspertlər mümkün işğalın yaxın gələcəkdə, ən azı 2024-cü ilə qədər baş verməyəcəyini proqnozlaşdırırlar. Bu məsələdən narahat olan Sinqx “Şinin düşündüyü tək şey onun qoyacağı mirasdır” ,- deyib.

Tayvanda münaqişə yəqin ki, yaxın gələcəkdə baş verməsə də, Ukraynada iki ilə yaxındır davam edən müharibə 2024-cü ildə də dünya iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edəcək. Ukrayna müharibəsinin hələ də qlobal iqtisadiyyat baxımından ən əhəmiyyətli komponent olduğunu vurğulayan Sinqx bildirib:

“Rusiya-Ukrayna müharibəsi birbaşa olaraq qida, gübrə və yanacağa təsir edir. Bu üç amil xüsusilə Qlobal Güneydə bir çox insanın həyatına təsir edir”.

Ukraynadakı müharibə son iki ildə qlobal enerji və ərzaq bazarlarına mənfi təsir göstərib. Müharibə ilə bağlı proseslərin çətinliklərini isə dünyanın ən kasıb cəmiyyətləri yaşamalı oldular. Ekspert Hindistanın kağız üzərindəki yüksək artım rəqəmlərinə baxmayaraq, ölkədə yaşayan insanların əksəriyyətinin iqtisadi çətinliklər içində olduğunu vurğulayıb.

Hindistan hökuməti bu yaxınlarda ölkədə 800 milyondan çox insanı pulsuz taxılla təmin edəcəklərini açıqlayıb. Hindistan 2024-cü ildə kritik seçkilərin keçiriləcəyi ölkələrdən biridir. Gələn il dünya üzrə 4 milyarddan çox seçici seçkiyə gedəcək.

Türkiyə, Pakistan, Braziliya, İndoneziya, Meksika, Banqladeş və ola bilsin ki, Böyük Britaniyada da seçkilər keçiriləcək. Bütün bu ölkələr iqtisadi baxımdan əhəmiyyətli olsa da, 2024-cü il ABŞ-da prezident seçkilərinin iqtisadiyyat baxımından ən önəmli seçki olduğunu qeyd etmək yerinə düşər. Keçmiş Prezident Donald Tramp səsvermədə hazırkı Prezident Cozef Baydeni qabaqlayır və Trampın gələn il noyabrda seçilməsi dörd illik fasilədən sonra tarixdə ikinci müddətin başlanğıcı olacaq.

Çalışdığı müddətdə Çinlə “ticarət müharibəsi” aparan Trampın Ağ Evə dönəcəyinin qlobal iqtisadiyyat üçün necə olacağı bəlli deyil. Tramp seçkilərdə qalib gəlsə, 2025-ci ilin əvvəlində vəzifəsinin icrasına başlayacaq. 2024-cü ildə dünya iqtisadiyyatına təsir edə biləcək bir çox amillər və mümkün inkişaflar var. Bir çox sektorlarda yaşıl enerjiyə keçid və süni intellektin sürətli inkişafı iş dünyasındakı müzakirələrdə mərkəzi rol oynayacaq.

Bununla belə, pandemiya və Ukraynadakı müharibə göstərdi ki, əsas müəyyənedici amilləri proqnozlaşdırmaq mümkün deyil. Gözlənilməz hadisələr dünyanın gedişatını dəyişir.
 
 
 
Ardını oxu...
Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrel “Politico” nəşrinin Avropa versiyasına görə ilin yumoristik antireytinqində aparıcı yerlərdən birini tutub.

O, “Diplomatiyanın Boratı” mükafatına layiq görülüb.

Borat eyniadlı ABŞ - Britaniya komediya filminin qəhrəmanıdır. Qərb ölkələrində onun adı “xeyirxah axmaq” mənasında işlənir.
“Avropalıların Borrelə arxayın ola biləcəkləri nə isə varsa, bu da onun heç vaxt axmaq olmaq fürsətini əldən verməməsidir. O, namizədlərdən birinin öldürüldüyü Ekvadoru dinc seçkilər keçirdiyi üçün alqışlayıb. Vəzifə müddəti sona yaxınlaşdıqca, Borrel öz diplomatik uğursuzluğunu hər gün avropalılara xatırlatmaq istəyir”, - “Politico” yazır.
 
 
 

Dünyapress TV

Xəbər lenti