Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Suriyada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyanın Cerablus bölgəsində yenidənqurma işləri başlayacaq: "Burada yeni mənzillər inşa ediləcək. Qaçqınlar buraraya könüllü və təhlükəsiz şəkildə qayıdacaqlar. Onlar buradakı təhsil və iş imkanlarından istifadə edə biləcəklər. Bu, ciddi layihədir. Bir ildir bu layihə üzərində iş gedir. Ümid edirik ki, bu layihənin icrası 2-3 il ərzində başa çatacaq".
İrəvan bütün tərəfdaşlarını yeni nüvə blokunun tikintisi ilə bağlı digər tərəflərlə apardığı danışıqlar barədə məlumatlandırır.
APA xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə ABŞ-ın Ermənistanda reaktor tikməsi planları haqda danışarkən deyib.
"Biz bunu gizlətmirik. Hökumət ölkənin nüvə enerjisi sənayesinin imkanlarını inkişaf etdirmək niyyətindədir. Bu proqram çərçivəsində tərəfdaşlarla: Rusiya, ABŞ və üçüncü ölkələrlə fəal danışıqlar aparılır. İrəvan araşdırır və iqtisadi baxımdan ən sərfəli layihəni seçir, bunun üzərində ekspertlər işləyir. Yaxın vaxtlarda ABŞ-a səfər edəcək Ermənistan nümayəndə heyəti modul reaktorların imkanları ilə tanış olacaq. Bu, imkanlarını tədricən artıraraq 300 meqavata qədər gücə malik modulların qurulmasına imkan verəcək”, - o deyib.
"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmsöhbətim ola bilməz, mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir".
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri parlamentdə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya cavabında deyib.
“Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, o, yalnız onları nəzərə ala bilər”, - deyə Baş nazir Mariya Zaxarovanın onun KTMT barədə səsləndirdiyi fikirləri şərh etməsinə cavab olaraq bildirib.
Qarabağın Azərbaycanın tərkibində tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyən və rədd edən Qarabağ “parlamenti”nin gecəki ultimatumundan sonra demək olar ki, separatçıların bütün liderləri Yerevana qarşı çıxıblar.
Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və Qarabağın keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyanın fikirlərini pisləyiblər, onların yerinə yetirilməsinin mümkünlüyünü rədd ediblər.
Separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan birgə bəyanatda Ermənistan hakimiyyətinin siyasətini “qəbuledilməz” adlandırıblar.
“Heç kimin bizim gələcəyimizi və uşaqlarımızın gələcəyini həll etməyə mənəvi haqqı yoxdur. Arsax mayın 22-də Ermənistanın baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək. Bundan öncə necə mübarizə aparıbsa, indi də öz vətənində ləyaqətlə yaşamaq hüququ uğrunda bütün mümkün vasitələrlə mübarizə aparacaq”, – bəyanatda deyilir.
Bundan əlavə, Qarabağ “parlamentinin rəhbəri” Artur Tovmasyan Paşinyanın mövqeyini pisləyib. O, bütün dünya ermənilərini, eləcə də Ermənistan ictimaiyyətini “Qarabağ ermənilərinin yaşamaq üçün sarsılmaz və qətiyyətli iradəsini” dəstəkləməyə çağırıb.
Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan da analoji bəyanatla çıxış edib.
Yaxın vaxtlarda separatçıların hazırkı lideri Araik Arutyunyanın oxşar bəyanatlarla çıxış edəcəyi gözlənilir.
“Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq çıxışı zamanı bildirib.
“Mayın 28-i ilə ölkəmizin qarşısında yeni qapılar açılacaq. Türk əsrini qurmaq üçün çox çalışacağıq. Xalqımızı inflyasiya ilə əzməyəcəyik, vədimizə sadiq qalacağıq. Bunlar cənab Kamalın işi deyil. Biz 21 il Türkiyədə nəyisə sübut etdik. Rusiya-Ukrayna savaşında Türkiyə vasitəçidirsə, ölkəmiz Qara dəniz taxılını dünyaya daşıyırsa, vəziyyət başqadır. Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi. Siyasəti heç başa düşmürsən, yatırsan. Dünyada siyasət belə aparılmır”, – deyə Ərdoğan vurğulayıb. TRT
Kamran Əsədov: “Bu ikili standart qaydası dəyişməli, bütün ölkələr üçün eyni qaydalar tətbiq edilməlidir”
Hazırda Almaniyada təhsil almaq istəyən azərbaycanlılar üçün ciddi problemlərin olduğu deyilir. Musavat.com-a bu barədə bir qrup gəncin ünvanlandığı şikayət məktubunda bildirilir. Qeyd edilir ki, gürcü və ermənilərlə müqayisədə azərbaycanlıların təhsil üçün viza almasına məhdudiyyətlər var: “Almaniyada bütün sahələrdə “gizli formada aparılan” dini və mili ayri-seçkilik mövcuddur. Bu, xüsusilə təhsil sahəsində özünü daha qabariq göstərir. Almaniyada ingiliscə təhsil alıb iş tapmaq çox çətindir. Almanca təhsilin yoxdursa, iş tapmaq şansi demək olar yoxdur. Konkret azərbaycanlılara qarşı ayri-seçkiliyin detallarına gəldiksə isə onu deyə bilərik ki, Almaniyada ali təhsil almaq üçün mütləq xüsusi dil sertifikatları lazımdir (DSH, C1 və digərləri). Bu sertifikatların adları və imtahanları fərqli olsa da, hər biri ali təhsil almağa imkan verir.
İlk olaraq bu ölkədə təhsil almaq üçün Azərbaycanda və ya Almaniyada bu dil səviyyəsini əldə etmək lazımdır. Azərbaycanda bunun əldə edilməsi üçün isə kifayət qədər zaman və məhdudiyyət qoyulub. İmtahanlar əsasən almanların özləri tərəfindən götürülür. Bu imtahanın keçirildiyi yerlər də məhduddur, həmçinin, imtahanın verilməsi üçün növbəyə yazılmaq lazımdır. Bu isə xeyli vaxt aparır. Yeri gəlmişkən, Almaniyada təhsil almaq üçün səfirliyin rədd cavabları ilk öncə dil sertifikatlarına görə olur. Məsələn, bu tələblər həm almanca, həm də azərbaycanca var. Bu üç aydan çox Almaniyada dil öyrənmək üçün gedən şəxslərlə bağlı tələbdir. Bu tələblərin tərcüməsində ziddiyyət var. Almanca olan tələblərdə göstərilir ki, dil sertifikatınız varsa, təqdim olunması tələb olunur. Amma Azərbaycancasında isə bu günədək əldə etdiyiniz alman dili biliklərinə dair təsdiq sənədi, məsələn dil kursunda iştirak haqqında, dil sertifikatı (əsli + 2 ədəd surəti). Azərbaycanlılar üçün ən çox vizaya imtinaya səbəb bu göstərilir. Və Alman səfirliyi Azərbaycanda özlərinə yaxın olan dil kurslarının sertifikatlarını tanıyır. Ümumiyyətlə, üç aydan artıq dil kurslarında hansi dil mərkəzlərinin sertifikatlarının tələb olunması yazılmayib. Bu dil kurslarinda yerlər o qədər məhduddur ki, insanlara illərlə zaman lazımdir ki, növbələri çatsin. O kurslardan ən məşhuru “Göte” dil kursudur ki, axırıncı elan 2021-ci ildə olub. (http://www.goethe-zentrumbaku.az/az/med/lah)
Sonra sənədləri qəbul edən zaman səfirliyin azərbaycanlı əməkdaşları müraciət edənlərdən “ayaqüstü” dil imtahanı götürür. Halbuki bu tələb orada yoxdur”.
Müraciətdə o da qeyd edilir ki, qonşu ölkələrə qoyulan tələblər isə tamamilə fərqlidir: “Misal üçün, Gürcüstan üçün qoyulan tələblərə baxaq. (https://tiflis.diplo.de/blob/1681084/53063e931ec2ea02279b7ef4730e4ed6/d-merkblatt-nr–d3c-data.pdf ) Burada Almaniyada təhsil almaq istəyənlər azərbaycanılarla müqayisədə iki dəfə az depozit göstərilir. Daha doğrusu, gürcülər 9 ay üçün 7.677 avro depozit qoyurlar. Amma azərbaycanlılardan 1 il üçün 12.336 avro tələb olunur. Gürcülərdən tələb olunan dil sertifikatı isə belədir. Əgər siz artıq alman dili biliklərini əldə etmisinizsə, sübut (məsələn, dil sertifikatı) yazılır. Amma azərbaycanlılar üçün azərbaycanca qoyulan tələbdə “Əgər” sözü yoxdur. Ermənistan üçün dil sertifikatı tələb kimi qoyulmayıb. Biz niyə dil sertifikatlarını əsasən müqayisə edirik. Çünki imtinaların 99 faizi dil sertifikatı və qapıdan “ayaq üstü imtahanlar“ vasitəsi ilə olur. Çox ehtimal ki, bunlar Gürcüstanda və Ermənistanda yoxdur. Bundan başqa bir şəxs alman dilini Almaniyada ən aşağı səviyyədə öyrənmək üçün müraciət edirsə, (buna dair həmin kursdan arayiş təqdim edirsə) ondan niyə dil sertifikatı tələb olunmalıdır? Bundan başqa, qərarlardan şikayət üçün Berlin İnzibati məhkəməsinə müraciət edə bilərsən. Yəni adam ora getmək üçün və vəkilə söhbət etmək üçün vizası olmalıdır. Yəni burada da absurd bir mexanizm var.
Bu baxımdan qonşu ölkələrlə müqayisədə Almaniya Azərbaycana qarşı da tələblərini sadələşdirilmədir və ya tələblər yüngüləşdirilməldir. İlk dil bacarığını tələb edən Alman Konsulluğu şəxslər üçün çoxlu sayda dil kurslarının tanınması üçün təşəbbüs göstərməlidir, yəni həmin kurslar sertifikatlaşdırılmalıdır. Azərbaycanlıdan 12 min Avro depozit istəyirlər, amma ermənilərdən 7 min Avro, ruslardan da az məbləğ tələb edirlər, bu nə qədər doğrudur?!
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a dedi ki, Azərbaycandan kənarda kifayət qədər gənc təhsil alır, onların sayı 40 mindən çoxdur: “Amma son dövrlər azərbaycanlı gənclərin üz tutduğu universitetlərdə təhsil vizası ciddi problemə çevrilib. Daha çox azərbaycanlılar son dövrlərdə Polşa, Avstriya, Almaniya, İtaliya universitetlərinə müraciət zamanı onlardan tələb olunan viza şərtləri kifayət qədər ağırdır. Bəzi hallarda, xüsusən keçən illər İtaliya və Polşa universitetlərinə qəbul almış tələbələrimizin ciddi şəkildə bu istiqamətdə problemləri oldu. Təhsillərini davam etməklə bağlı müəyyən çətinliklər yaşadılar. Hətta onlardan imtina olunanlar da oldu. Hazırda tələb olunan sənədlərin çoxluğu, eləcə də sertifikatların bəziləri etibarlı hesab olunmur. Çox təəssüf ki, Azərbaycana qarşı münasibət də viza məsələlərində çətindir. Bir çox ölkələr, xüsusən Polşa, Avstriya, İtaliya universitet tərəfindən hazırlanmış sertifikatı təqdim edir ki, onlar viza almaq üçün müvafiq quruma təqdim etsinlər. Ən vacib məqamlardan biri öncədən tələbələr harada yaşayacaqlarsa, həmin yaşayacaqları yerdən sənəd almalıdırlar. Eyni zamanda, mütləq şəkildə viza üçün sənədləşmə prosesində, əsasən də bank məsələsində ciddi problemlər olur. Dil biliyini göstərən sertifikatlar var. Azərbaycanda ingiliscə oxuyublarsa, bunu sənədləşmədə təsdiq etməlidirlər. Amma həmin sertifikatların vahid bir formatı yoxdur. Bu sertifikatlar bir çox hallarda Avropada ya qəbul edilmir, ya da ekvivalent olaraq problem yaşayırlar. 18 yaşı tamam olmamış şəxslərdən viza ərizəsini təqdim edən zaman onların adına bank hesabı olmalıdır. Amma bizdə banklar yalnız 18 yaşdan yuxarı şəxslərə bank hesabı açırlar. Bu zaman tələbənin öz adına bank hesabı olmayanda maddi xərclərin qarşılanması ilə bağlı öhdəlik sənədləri olur. Bu da ciddi problemə çevrilir”.
Ekspert daha bir vacib məqama da toxunub:
“Artıq Avropa ölkələrində, xüsusilə Almaniyada, İtaliyada, Polşada azərbaycanlı tələbələrə təhsillə bağlı viza verilməsində problemlər daha çoxdur. Bu ona görədir ki, azərbaycanlılar daha çox orada oxuyub geri qayıtmırlar. Bu da onların planlaşdırmadığı insan çoxluğuna gətirib çıxarır. Ümumiyyətlə, bizim digər ölkələrlə, Ermənistan, Gürcüstanla müqayisədə bizə tələb olunan şərtlərin ağır olması Azərbaycandakı xaricdə təhsil şirkətləri ilə də bağlı olur. Çünki bir çox hallarda Azərbaycana xarici təhsil şirkətləri yanlış xidmətlər göstərirlər. Orada insanları aldadırlar, yaxud da yanlış vədlər verirlər. Məhz Avropanın bir sıra universitetlərində artıq azərbaycanlı gənclərin gəlməyini istəmirlər. Bu yaxşı hal deyil. Amma bütün hallarda təhsildə ikili standart olmamalıdır. Amma biz dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq istəyən azərbaycanlı gənclərin qarşısında maneələri görürük. Hesab edirəm ki, bu ikili standart qaydası dəyişməlidir, bütün ölkələr üçün eyni qaydalar tətbiq edilməlidir”.
Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinə də sorğu göndərdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, məsələ araşdırılacaq.
Ərdoğan Ata İttifaqından prezidentliyə namizəd Sinan Oğana seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədini dəstəklədiyinə görə təşəkkür edib.
Dövlət başçısı bu barədə TRT-nin efirində danışıb.
“Buradakı ofisimizdə Sinan bəylə görüşümüz oldu. Bu gün o, bizə və Cümhur İttifaqına dəstək verəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yoldaşlarım adından təşəkkür edirəm. Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin qorunması ilə bağlı aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz. İnanıram ki, bu qüvvələrin birliyi millətimizə, ölkəmizə xeyir verəcək”, - o, əlavə edib
Rusiya lideri Vladimir Putinin Finlandiyanın balıqçılar şəhərciyində yerləşən yeni dəbdəbəli villası üzə çıxıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.
Məlumata görə, Finlandiyanın Saimaa gölünün sahilində yerləşən villa Putinin Sankt-Peterpurq Universitetindən yaxın dostu olan Viktor Kemarin tərəfindən tikilib.
Qeyd olunub ki, Rusiyanın ən böyük hidroelektrik şirkətinin rəhbəri olan Kemarin villanı Rusiya lideri ilə daha çox vaxt keçirmək üçün tikdirib. Kemarinin sözügedən villa üçün 3,2 milyard dollar vəsait xərclədiyi, lakin Putinin Finlandiyada balıq tutmaqda o qədər də maraqlı olmadığını anladıqdan sonra tikinti işlərini təxirə salmaq qərarına gəldiyi iddia olunur. Kemarin bu mülkü satışa çıxarsa da, alıcı tapılmayıb və villa boş vəziyyətdə qalıb.
Xəbərdə qeyd olunur ki, üçmərtəbəli villada şərab anbarı, bilyard otağı, hovuz, sauna və 8 ayrı vanna otağı mövcuddur.
“The Insider”nəşrinin müxbiri Sergey Kanev tərk edilən lüks iqamətgahı ziyarət edib və tikinti materialları ilə dolu otaqlara baş çəkib.
Xəbərə görə, maaşları mütəmadi olaraq verilməyən finlandiyalı işçilər villadakı işlərini yarımçıq qoyub, bəziləri isə Putin üçün tikilən evin tikintisində işləmək istəməyərək, oradan ayrılıblar.