Türkiyənin Bingöl vilayətinin Genç rayonunda həyata keçirilən əməliyyat zamanı PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağara aşkarlanıb.
Bu barədə Bingöl Valiliyindən məlumat verilib.
Məlumata görə, PKK/KCK üzvlərinin zərərsizləşdirilməsi, mümkün sığınacaqlarının müəyyən edilərək məhv edilməsi istiqamətində bölgə üzrə Jandarm Komandanlığı qrupları tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində mağarada kustar üsulla hazırlanmış və istifadəyə hazır 17 ədəd partlayıcı qurğu ələ keçirilib.
Həmçinin axtarışlar zamanı partlayıcıları gücləndirmək üçün istifadə edilən çoxlu miqdarda mismar və metal parçaları, 22 ədəd böyük balon, 4 ədəd şarj aləti, 250 ədəd batareya, 14 ədəd çəllək içərisində müxtəlif sağlamlıq ləvazimatları, drel, mətbəx sobası və benzin tapılıb.
Əldə edilən materiallar əməliyyat zonasında məhv edilib və mağara istifadəyə yararsız hala gətirilib. Mənbə: Haber Global