Rusiyadan Ermənistana Lars şapalağı
Ermənistandan Rusiyaya Gürcüstan vasitəsilə ötürülən yüklər Yuxarı Lars keçid məntəqəsində ilişib qalıb. Erməni hökuməti üçün ciddi başağrısına çevrilən Lars düyününün yaranma səbəbi Kremlin İrəvana xəbərdarlığı kimi də başa düşülür. Nikol Paşinyan hökuməti 3 400 yük maşınının sərhəd-buraxılış məntəqəsində həftələrdir növbə gözləməsini əlverişsiz hava şəraiti ilə əlaqələndirsə də, məsələnin siyasi tərəfləri də var.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Lars düyününü yaradan səbəblər

Erməni baş nazir Nikol Paşinyanın Belarusda keçirilən KTMT sammitində iştirakdan imtina etməsi ilə Yuxarı Larsın bağlanması eyni vaxta təsadüf edib. Bundan əlavə, 24 noyabr tarixində hökumət başçısı vətəndaşların suallarını cavablandırarkən qeyd edib ki, Ermənistanda yayımlanan Rusiya telekanalları qanun pozuntusuna yol verdikləri üçün yayım dayandırılır və qarşı tərəflə məsləhətləşmələr keçiriləcək. Bundan əlavə, ölkəyə rus dilində kitabların gətirilməsinin də qarşısı alınır. Eyni zamanda “Armbrok” erməni broker şirkəti rus müştərilərin hesabını bağlamaq barədə qərar qəbul edib. Bütün bu hərəkətlər Kremlin səbrinin daşmasına səbəb olub və rəsmi Moskva hərəkətə keçməyə qərar verib.

Rusiyanı hərəkətə keçirən səbəblər

Rusiya siyasi elitasının “yolunu azan” Ermənistana mesajını çatdırmaq üçün müxtəlif rıçaqlardan istifadə etməsi ilk hal deyil. Bu dəfə isə keçidin bağlanma səbəbi kimi “Rosselxoznadzor” tərəfindən bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların baş verməsi göstərilib. Qurum Ermənistandan gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən edib. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb - təkcə noyabrın 24-dən 26-dək Rusiyaya çirklənmiş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb.

Erməni tərəfinin sərsəm bəyanatları

Ermənistan hökuməti isə siyasi motivləri etiraf etmək istəmir. Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan bəyan edib ki, Larsın bağlanmasının heç bir iqtisadi təsiri yoxdur və yeni bazarlar tapmaq mümkündür. O, diaspor və Ermənistan ermənilərini yerli istehsal olan məhsulları almağa səsləyib və bununla da problemin həll olunacağını qeyd edib.
Erməni spiker Alen Simonyan da keçid məntəqəsinin bağlanmasında siyasi motiv görmədiyini bəyan edib. “Karqo Ekspress” şirkətinin direktoru Artur Qabeşyan bildirib ki, hərəkətin dayanmasına səbəb hava şəraitidir.

Ermənistanın xam xəyalı

Paşinyan hökumətinin yarıtmaz siyasəti Kremlin qəzəb oxlarını üzərinə çəkib. Erməni siyasətçilər Rusiyadan vaz keçərək yeni bazarlara, xüsusən də Avropa bazarlarına ümid edirlər. Amma Avrasiya İqtisadi İttifaqı Ermənistanda istehsal edilən məhsulların istehlak edildiyi yeganə bazardır. Avropa bazarları isə yaxın illərdə belə, erməni istehsalçılar üçün əlçatmaz arzu kimi qalacaq. Çünki Qərb standartlarına uyğunlaşma, lazımi sertifikatları əldə etmək erməni fermer və istehsalçılar üçün əlçatmaz görünür. Avropaya kənd təsərrüfatı malı ixrac etmək üçün otlaq sahəsinin tərkibi, suvarma sistemi, suyun tərkibi və digər xırda detallarla bağlı sertifikatlar təqdim etmək lazımdır. Əks halda, erməni malını Avropa bazarının qapısına belə buraxmazlar.

Paşinyan komandası boyun əyir?

Amma ümumilikdə Larsda yaranmış problemlər Ermənistan hökumətinin nümayəndələrini “yumşaldıb”. Alen Simonyan qeyd edib ki, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburq şəhərində keçiriləcək sammitində iştirak etməlidir. Çünki siyasi kulislərdə dərk edirlər ki, Aİİ sıralarını tərk etmək dövlət üçün faciə ilə nəticələnə bilər. Məsələn, əgər rəsmi İrəvan alyansı tərk etsə, dünya bazarı qiymətinə qaz almaq məcburiyyəti ilə üzləşə bilər. Bu isə istehsal olunan məhsulların dəyərinə ciddi təsir edəcək. Bundan əlavə, Ermənistanın Rusiyadan aldığı bir sıra vacib məhsulların (məsələn, daş buğda) qıtlığı ilə üzləşməsi də ciddi problemlər yarada bilər.

Ağılsız siyasi kurs

Qeyd etmək yerinə düşər ki, erməni siyasətçilər Avropadan gələn qonaqlarla görüşlərdə azad bazardan, iqtisadi inhisarların aradan qaldırılmasından ağızdolusu danışırlar. Amma bu danışıqlar hələlik Ermənistana xarici investisiya gətirmir. Çünki Ermənistan dövlətçiliyinin iqtisadi cəhətdən riskə atıldığı göz önündədir. Hər fürsət düşəndə Azərbaycanın müharibəyə hazırlaşması, sərhəddə toqquşmanın bu yaxınlarda baş verəcəyi barədə ağılsız açıqlama verərək Qərb havadarlarının çaldığı havaya oynayan Ermənistan hökuməti əslində ölkəyə cəlb olunacaq investisiyaları şübhə altına alır. Onsuz da son illər erməni hökuməti xarici əlaqələrdə etibarsız dövlət kimi tanınır. Müttəfiq və tərəfdaş ölkələrlə qeyri-stabil əlaqələrə malikdir. Belə dövlətə hansı Qərb iş adamı sərmayəsini etibar edə bilər? Şübhəsiz ki, suyu üfləyə-üfləyə içən Avropa şirkətləri belə bir ölkədə uzunmüddətli investisiya və kapital qoyuluşu etməyə maraqlı deyil. Bu səbəbdən də Ermənistanın uzun illər Rusiyanın boyunduruğu altında sürünəcəyinin şahidi olacağıq...
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bukingem sarayı 3 il müddətinə bağlanacaq
25 Noyabr 2024 O ölkə 3-cü Dünya Müharibəsinə hazırlaşır: Peyk görüntüləri gizli gəmini üzə çıxardı!
25 Noyabr 2024 Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - VİDEO
25 Noyabr 2024 Bu dövlətdə dəhşətli yanğın - Mindən çox ev külə döndü+Video
25 Noyabr 2024 Tiflisdə etirazçılarla polis arasında qarşıdurma - FOTO, VİDEO
24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir

Dünyapress TV

Xəbər lenti