Ardını oxu...
Ermənistan Azərbaycanı İrəvan-Qafan sınaq reysi barədə xəbərdar edib

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Aprelin 26-da saat 10:58-də İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafanın Sünik hava limanına enib. Uçuş üçün kiçik tutumlu (19 sərnişin üçün) Çexiya istehsalı olan L-410-UVP E20 təyyarəsi seçilib.

"Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsindən istifadə etməklə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb", - məlumatda deyilir.

Mülki Aviasiya Komitəsi təyyarənin qalxma və eniş zamanı Azərbaycanın nəzarət etdiyi ərazini keçib-keçməməsi ilə bağlı suala mənfi cavab verib.

Komitə qeyd edib ki, istənilən sınaq uçuşunun məqsədi texniki və digər problemlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır.
 
Ardını oxu...
Fransada 1 May - Əmək və Həmrəylik Günündə mübahisəli pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlər zamanı 200 mülki şəxs və fəal, həmçinin 406 polis əməkdaşı xəsarət alıb.

Ötən gün Fransanın bir çox şəhərində, o cümlədən paytaxt Paris, Lil, Tuluza, Lion, Nant, Renn və Marseldə pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan islahat əleyhinə kütləvi nümayişlər keçirilib.

Məlumata görə, yaralananlardan 30-nun vəziyyəti ağırdır.

“Street-Medics Observatory” xəstəxanasından bildirilib ki, yaralıların sayının daha da artacağı gözlənilir.

Ardını oxu...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, müxalifətin yeganə namizədi Kamal Kılıçdaroğlu 48,6% səs toplayıb.

Axar.az xəbər verir ki, bu barədə “Optimar” araşdırma mərkəzinin seçkiqabağı sorğusunun nəticələrinə istinadən “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib:

“Hər iki namizəd son on gündə yüksəlişdədir. Ərdoğan zəlzələdən sonra böhrandan çıxdı və artıq iki həftədir ki, yüksəlişdədir. Dörd namizədin hamısı ilə bağlı sorğunun nəticələri belə olub: Ərdoğan 48,6%, Kılıçdaroğlu 44,1%, Məhərrəm İncə 4,3%, Sinan Oğan 3%”.

Qeyd olunur ki, seçki ilə bağlı proqnozlar ikinci turun olacağını deyir:

“Seçkiyə iki həftə qalmış səs faizini 48%-dən yuxarı qaldırmağı bacaran Ərdoğan ilk tur üçün lazım olan iki ballıq artımı təmin edə bilərdi. Çünki bir müddətdir ki, Ərdoğan yüksəlişdədir. Onun səsi yüksəlir, azalmır. Bu, ona ilk mərhələdə lider mövqe tutmağa imkan verə bilər”.
Ardını oxu...
Knessetin Güney Azərbaycanla bağlı Xarici İşlər Nazirliyinə müraciəti Güney məsələsinin beynəlxalq müstəviyə daşınması baxımından çox önəmlidir.

Bu sözləri Axar.az-a Təbriz Araşdırmalar İnstitunun mütəxəssisi Babək Şahid Knessetdə millət vəkillərinin Güney Azərbaycanla bağlı müraciətini şərh edərkən deyib.

O, bu məsələnin parlamant səviyyəsində müzakirəsini bölgədə baş verən proseslərlə əlaqələndirib:

“Güney mövzusu məlum səbəblərdən bəlli bölgələrin gündəmindədir. İndi bu, İsraildə açıq şəkildə müzakirə edilir. Ehtimal ki, İsrail-İran münasibətlərindəki mövcud gərginlik səbəbindən bu baş verib. Həmçinin, Təl-Əvivin digər ölkələr, əsas da Amerika ilə əlaqələri diqqətə alınmalıdır”.

O, özünü müxalifət nümayəndəsi hesab edən Rza Pəhləvinin israilli deputatların müraciətinə sərt reaksiya verməsinin səbəbsiz olmadığını bildirib:

“Rza Pəhləvinin İsrail parlament nümayəndələrinə sərt reaksiya verməsinə bir neçə aspektdən yanaşmaq lazımdır. O özünü fars millətçiliyinin davamçısı olaraq görür. Fars millətçiliyi anlayışının ideoloji təməli türk və ərəb düşmənçiliyidir. Rza Pəhləvi ilk dəfə deyil ki, Güney Azərbaycan məsələsinə qarşı çıxır. 2006-cı il may qiyamında “Haray-haray, mən türkəm” şüarı ilə küçələrə çıxan azərbaycanlılar üçün belə bir fikir demişdi: “Əgər söhbət Güney Azərbaycandan gedirsə, mən Xamenei ilə birlikdə onlara qarşı mübarizə etməyə hazıram”. Digər tərəfdən isə Pəhləvi özünü müxalifət nümayəndəsi olaraq Güney Azərbaycan aktivistləri ilə rəqabətdə hiss edir. Bir neçə gün öncə paylaşdığı videoda demişdi ki, hamı onun ölkəyə dönməyini istəyir. Fəqət, türkçülər və əhvazlar ortalığı qarışdırır. Türkçülər deyəndə, Güney azərbaycanlıları nəzərdə tutur və açıq şəkildə kiminlə rəqabətdə olduğunu bəyan etmiş olur. Pəhləvini İranda fars mərkəz bölgələri və bəlli qruplar dəstəkləyir. Bu toplum onu sekulyar dövlətin rəmzi olaraq görürlər”.

Pəhləvinin Güney Azərbaycanda hər hansı nüfuz sahibi olmadığını deyən mütəxəssis onu da diqqətə çatdırıb ki, “müxalif lider” öz tərəfdarlarını itirməkdən qorxduğu üçün səssizliyini pozmaq məcburiyyətində idi:

“Onun İsrailə səfərinin ardından qısa müddət sonra Güney məsələsinin parlamentə çıxarılması Pəhləvini dəstəkləyənlər üçün gözlənilməz oldu. Onu tənqid atəşinə tutdular. Məsələ, xüsusilə, fars millətçiləri tərəfindən daha çox müzakirə olundu. Pəhləvi isə öz tərəfdarlarını bir növ razı salmaq üçün belə bir sərt açıqlama vermək məcburiyyətində qaldı”.

Ekspert Güney Azərbaycanla bağlı məsələnin türk ölkələrinin parlamentində müzakirəsinin daha çox əhəmiyyət daşıdığını deyib:

“Bu addım türk ölkələrinin parlamentində atılarsa, Güney Azərbaycan üçün yaxşı nəticələr vəd edə bilər. Çünki Güney məsələsi türk birlikləri ölkələrinin ələ ala biləcəyi məsələdir. Güney Azərbaycanda hakim olan ana siyasət türkçülük, milli müqəddərat və bütöv azərbaycançılıq məsələsidir. Bu mənada Güney mövzusu daha çox türk dünyasını maraqlandırmalıdır. Önəmli addımlar atılmalı, Güney Azərbaycan kimi dövləti olmayan türk toplumlarına hüquqi status tanınmalıdır”.
 
Ardını oxu...
Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzində Azərbaycanla bağlı düz 8 minə yaxın sənəd, əlyazma, nadir kitab, xəritə, xalça, əşya, kitabə və digər bu ölkədən aparılan sərvət saxlanılır. 2014-cü ildə isə Amerikada bir iş adamı Bakıdan alınan Şəki-Şirvan xalçaçılıq məktəbinə aid olan 3 əsrlik xalçanı satışa çıxarmış, Amerika erməniləri tərəfindən 100 min dollardan çox qiymətə alınaraq Matendaranda hədiyyə edilmişdir.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, şəkildə gördüyünüz kitan (aşağıda təqdim edilir – red.) 1939-cu ildə İrəvanda çap edilib:

“Kitab Matendaranda işləyən bir qrup şəxs tərəfindən Torosyan adlı alimin redaktəsi ilə hazırlanıb. Sonradan bu kitab satışdan və bütün kitabxanalardan yığışdırılıb.

Amma Gürcüstanda arxivdə o zaman bunun surətini saxlaya biliblər. Bu kitabın surətini tam əldə etmişəm. Çox maraqlı faktlar və məlumatlar var. İlk olaraq Azərbaycan tarixi və türk dili ilə bağlı faktları ermənilər özləri kitabda bu cür etiraf ediblər:

“Matendaranda Azərbaycan ədəbiyyatı və tarixinə aid qiymətli tarixi sənədlər saxlanılır. Keçən il Matendaranda Alban əlifbası tapılmışdır. Onu ilk dəfə Marra adına Universitetin professoru Şanidze və dosent Abuladze aşkar edib, dərc ediblər. Bu əlifba Azərbaycan tarixi və ədəbiyyatı üçün misilsiz əhəmiyyət daşıyır. Bu yeni əlyazmalar, bizə çatan və hər addımda rastımıza çıxan faktlar sübut edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın mədəni dəyərlərinin yaradılmasında aktiv iştirakçı olubdur.

Matendaranda Azərbaycan tarixinə aid çox qiymətli yazılar var. Türk dilində yazılan şeirlər və əlyazmalar Azərbaycan tarixinə aiddir, heç biri öyrənilməyib”.

Bu, qısa tərcümədir və orijinalı sənəddə rus dilində oxuya bilərsiz. Bu fakt göstərir ki, erməni alimləri Matendaranda saxlanılan Alban əlifbasının Azərbaycana aid olduqlarını təsdiq edirlər və onun türk dilində olmasını da sübut edirlər. Bu gün dünyaya erməni əlifbası kimi göstərilən Alban əlifbası əslində saxtadır və əsl Alban əlifbası türk dilində hazırda Matendaranda gizli qutularda saxlanılır və üzə çıxarılmır”.
 
 
Ardını oxu...
Prezident Ərdoğan dünən axşam qatıldığı canlı yayımda Suriyada DAİŞ-in (İŞİD) liderinin öldürülməsi ilə bağlı verdiyi açıqlama düna mediasının manşeti olub.

"TRT-Türk"ə istinadla məlumatına görə, Prezident Ərdoğan bildirib ki, terrorla mübarizə böyük və qüdrətli Türkiyə vətəndaşları üçün qürur mənbəyidir: "Terror təşkilatlarını nəinki ölkəmizdə, bölgəəd sındırdıq. Bu mübarizə Avropanın təhlükəsizliyinə də töhfə verir, lakin onlar bunun fərqində deyillər. NATO daxilində PKK/PYD ilə mübarizə aparan yeganə ölkəyik. MİT (Türkiyə kəşfiyyatı-Mia.az) uzun müddətdir DEAŞ-ın sözdə lideri Qureyşi izləyirdi. Bu şəxs dünən Suriyada zərərsizləşdirilib...".

Bu açıqlama dünya mətbuatında böyük əks-səda doğurub.

Mia.az xəbər verir ki, Suriyanın şimalında keçirilən əməliyyatın görüntülərini yayan Almaniyanın məşhur AFP agentliyinin müxbiri bildirib ki, türk kəşfiyyatı və Türkiyənin dəstəklədiyi yerli hərbi polis şənbə günü Afrinin şimal-qərbindəki Cinderes bölgəsini mühasirəyə alıb.

Məhəllə sakinləri AFP-yə bildiriblər ki, əməliyyatın hədəfi məktəb kimi istifadə edilən tərk edilmiş ferma olub.

"France 24" bu xəbəri "Ərdoğan DEAŞ lideri Əl Quaraşinin Suriyada zərərsizləşdirildiyini söylədi" başlığı ilə oxucularına təqdim edib.

"CNN İnternational" qondarma liderin oktyabrda sələfi öldürüldükdən sonra vəzifəyə başlaması ilə bağlı məlumat paylaşıb.

“Ərdoğan Türkiyənin DEAŞ liderini öldürdüyünü açıqladı” başlıqlı xəbərlərdə “Əl-Cəzirə” Ərdoğanın açıqlamalarına geniş yer verib.

MİT-in əməliyyatına geniş yer verən ABŞ-ın "CBC News" kanalı da Türkiyənin Suriyadakı gücünə diqqəti çəkib: "Türkiyə 2020-ci ildən bəri Suriyanın şimalına qoşun yeridib və bütün bölgəyə nəzarət edir”.

Yunanıstanın İn.gr saytı əməliyyatı "Türkiyə kəşfiyyatı DEAŞ liderini zərərsizləşdirdi" başlığı ilə təqdim edib.
Ardını oxu...
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla dost ölkələr üçün neft məhsullarını daha aşağı qiymətlə satmağa qərar verib.

Xarici KİV xəbər verir ki, həmin dövlətlər Ukrayna münaqişəsində Rusiyanı dəstəkləyən ölkələrdir.

Qeyd edək ki, Putinin 2022-ci il dekabrın 27-də imzaladığı fərmanla Avropa İttifaqı ölkələri Rusiya neftini yüksək qiymətlə satın ala biləcəklər.
 
Ardını oxu...
Böyük Britaniyada qeyri-adi sərgi ərsəyə gətirilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, kral iləsi üzvlərinin qeyri-etik fotoları çəkilib. Bəziləri fotoların süni intellektlə ərsəyə gəldiyini düşünsə də, şəkillər həqiqidir.

Fotoların çəkilməsində kral ailəsi üzvlərinə bənzəyən adamlar iştirak ediblər. Onlar ailə daxili münaqişələri və Kamillanın açıq-saçıq geyimlərini nümayiş etdiriblər.

Fotoları məşhurların oxşarlarının şəkillərini çəkən Alison Cekson lentə alıb. Şəkillərdə Kral Çarlz, kraliça Kamilla, Şahzadələr Uilyam, Harri və kral ailəsi gəlinləri Meqan Marklla Keyt Middlton yer alıblar.
"The Crown" adlı sərgi Londondakı qalereyalardan birində nümayiş olunacaq. Ziyarətçilər sərgini mayın 27-nə qədər pulsuz izləyə biləcəklər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının formalaşdırılmasında liderliyi öz üzərinə götürməyə çağırıb.

Bu barədə dövlət saytında məlumat verilib.

Zelenski bu barədə Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Timoti Barrou ilə görüşündə deyib.

Zelenski Ukraynaya müdafiə dəstəyi məsələsində Böyük Britaniyanın liderlik mövqeyini qeyd edib.

“Sizdən xahiş etmək istəyirəm ki, tərəfdaşları Ukraynanı bütün lazımi silah və hərbi texnika ilə təmin etməyin zəruriliyinə inandırmağa davam edəsiniz”, - deyə o qeyd edib.

Zelenski və Böyük Britaniya baş nazirinin müşaviri Ukraynaya gələcək müdafiə yardımı ilə bağlı məsələləri müzakirə ediblər.

Zelenski xüsusilə Qərb tipli hərbi təyyarələrin, eləcə də Rusiyaya müqavimət göstərmək üçün lazım olan müxtəlif silah növlərinin Ukraynaya təhvil verilməsinin vacibliyini vurğulayıb.

O, Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının yaradılmasında liderliyini öz üzərinə götürməyə çağırıb.

Mənbə: UNİAN
 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin hamısını əhəmiyyətli fərqlə qabaqlayıb.

Publika.az xəbər verir ki, bunu Emerson Kollecinin sorğusunun nəticələri sübut edir.

Trampın namizədliyini partiyanın tərəfdarları arasından sorğuda iştirak edən seçicilərin 62%-i dəstəkləyir. Seçki kampaniyasında iştirakını hələ rəsmən açıqlamayan Florida qubernatoru Ron DeSantis sorğuda cəmi 16% səs toplayıb.

Beləliklə, cəmi bir ay ərzində Trampın reytinqi yeddi faiz bəndi yüksəlib.

Respublikaçılar arasında populyarlıq baxımından üçüncü yeri 7% səslə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens tutur.

Aprelin 24-25-də keçirilən sorğuda Respublikaçılar Partiyasının 445 seçicisi iştirak edib.

Qeyd edilib ki, eks prezidentə qarşı ittihamlar ona respublikaçıların rəğbətini qaytarıb.

 

Dünyapress TV

Xəbər lenti