Tanrı adıyla
Böyük Azərbaycan Türk Milləti və milli fəallar!
Bildiyiniz kimi, farsların irqçi sistemi 44 il əvvəl Qərb dövlətlərinin maraqlarına uyğun olaraq monarxiya donunu çıxarıb İslam Respublikası paltarını geyindi.
Əgər Pəhləvi dövründə fars şovinizminin əlindəki alət yalnız qılınc idisə, indi İslam Respublikası adı altında bütün sahələrdə həm qılıncla, həm də teokratiya ilə əgəmənliyini sürdürür . Buna görə də İran adlanan coğrafiyada istər siyasi, istər ictimai, istərsə də milli hərəkatlar başda olmaqla bütün qurtuluşçu hərəkatlar din adı altında qılınc gücü ilə hər cür təzyiq və repressiyaya məruz qalmışdır.
”Güney Azərbaycan Milli Hərəkatı” xalq arasında genişləndikcə təsir dairəsi də an-ba-an dərinləşir. Bu isə, fars yönlü mərkəzçi hökumətin amansız milli və insan haqlarına qarşı basqı etməsinə və söndürmə səylərinə yol açır.
Bütün ardı kəsilməz həbslərə, işkəncələrə, şəxsiyyət terroru və qətllərə baxmayaraq, milli fəallar möhkəm iradə ilə fars şovinizminin neçə başlı oyunlarına aldanmadan öz güclü mübarizəsini sürdürür.
Güney Azərbaycanda, azadlıq mübarizləri gündən-günə çoxalır. Özəlliklə azərbaycan gəncləri misli görünməmiş mədəni yöntəm ilə fars faşizminə qarşı mübarizə etməkdədir. O gənclər, sarsılmaz ümidləri və tükənməz iradələri ilə Azərbaycan Milli Hərəkatını uca saxlayır. Ancaq, fars şovinizmi bu gerçəkliyi basdırmaq üçün durmadan çalışır. Məhz bu üzdən, son zamanlar Azərbaycan milli fəallararına qarşı təzyiqləri və qanunsuz həbsləri artırmaqla onların insani haqlarını pozmaq üçün əlindən gələni əsirgəməmişdir.
Sözsüz ki, belə durumlarda baxışından, siyasi görüşündən asılı olmayaraq bütün tutuqlu məhbusları hər cür müdafiə etmək Azərbaycan Türk Millətinin və onun milli fəallarının milli və insani borcu sayılır. Mən əminəm ki, hər zaman olduğu kimi əziz millətimiz milli fəallarını yalnız buraxmayacaq.
Düşüncəmə görə, tutuqlu milli fəalların hörmətli ailələri istərlərsə Təbrizdə bir araya gələrək “Məhbuslara azadlıq, yoxsa bizləri də tutuqlayın!” şüarı ilə toplanmani məqsədə uyğun görübdə istədikləri vaxt və yerdə Təbriz şəhərində bir araya gəlib səsimizi dünyaya eşitdirək.
Mən öz tərəfimdən milli dəyərləri nəzərə alaraq, bu etiraz aksiyasında iştirak etməyi milli borcum hesab edirəm. Təki tutuqlananların ailələri bunu istəsin yetər!
Bu gün virtual fəaliyyətin gərəkli olduğu hər kəsə bəlli və aydın olsa da, yetərli və kifayət deyildir. Çünki, hakim sistem öz legitimliyini daxildə Allaha və silahlarına, xaricdə isə Qərb dövlətlərinə bağlamaqla heç bir səsə və mesaja qulaq asmaq istəmir.
Əgər doğrudan, iradəmiz məhbəsdəki milli fəallara dəstək olmaqdırsa, meydanlara axın etməliyik. “Azadlıq-Ədalət-Milli Hökumət” şüarı ilə millət fədaisi kimi, gerçək meydanlarda güc göstərmək, məhbusların azadlığı və Azərbaycanın azad olması üçün tək yol hesab edilməlidir. Yoxsa, səssiz və susqun qalmaqla nə tutuqlular azad olar, nə Azərbaycan!
Bu gün siyasi, iqtisadi, ictimai nədənlərdən ötrü Urmu gölünün faciədən qurtuluşu üçün geniş etirazlara qarşı sərgilənən əngəllər etgili olsa belə, zindanlarda işgəncə altında olan milli fəalların azad olması üçün milli düşüncəli hər kəsin meydanlara axması kəsinliklə uğurlu sonuclara yol açacaqdır.
Abbas Lasani
Güney Azərbaycan milli fəalı
Teref. Xocanın Blogu