Ardını oxu...
“Cənub qonşumuz - İrandan hər an istənilən təxribatı gözləmək olar”.

TEREF.AZ bildirir ki, bu sözləri Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Cebhe.info-ya açıqlamasında İsrailin xarici işlər naziri Eli Kohenin rəhbərliyi ilə geniş nümayində heyətinin Azərbaycana rəsmi səfərini şərh edərkən bildirib:

“İran adlanan ölkə Ermənistanın bacısıdır. İrandakı molla rejimi öz bacısı Ermənistan üçün çox narahatlıq keçirir. Təcavüzkar ölkəyə hərtərəfli dəstək verir.
Eyni zamanda həm İran, həm də Ermənistan terrorçuluq və digər qeyri-qanuni işlərin həyata keçirilməsi istiqamətində çox fəal əməkdaşlıq edirlər. Hər iki ölkə Azərbaycana təhlükədir. Azərbaycanın erməni işğalçıları üzərində möhtəşəm qələbəsi İranı çox sarsıdıb.
Ona görə ki, Azərbaycanın qələbəsinə İsrailin çox böyük töhfələri olub. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Türkiyə ilə yanaşı İsrail istehsalı müasir silahlarla erməni ordusunu darmadağın edib. Bununla bərabər, istər İsraildə, istərsə də dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və yəhudilər əl-ələ verib Azərbaycanın şanlı qələbəsini qeyd etdilər.
Təbii ki, bacısı üçün narahatlıq keçirən İran istənilən zaman Ermənistan vasitəsilə təxribat və təhlükə törədə bilər. Buna heç kəs şübhə edə bilməz. Amma Azərbaycan kifayət qədər güclü dövlətdir və bütün təxribatları qarşısını almaq iqtidarındadır”.

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycanla hesablaşmaq məcburiyyətindədir:

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanımalı, həmçinin Azərbaycanla beynəlxalq hüquq çərçivəsində sülh müqaviləsi imzalamalıdır. Əksi təqdirdə Ermənistanın mövcudluğu sual altında olacaq”.
Ardını oxu...
Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Oleq Matveyçev Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Dumanın hakim Vahid Rusiya Partiyasından olan deputatı "rusarminfo" saytına açıqlamasında Azərbaycanın və Türkiyənin ünvanına təxribatçı fikirlər səsləndirib.

Belə ki, Rusiya ermənilərinin informasiya saytının Kremlin sözçüsü Dmitri Peskovun bu gün yayılan "Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli razılaşmaları vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir. Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırdır” bəyanatı ilə bağlı sualını cavablandıran Matveyçev guya Azərbaycan və Türkiyənin münaqişənin davam etdirilməsində maraqlı olduqlarını deyib. O, Bakı və Ankaranın münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata çəkdiklərini qeyd edib.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh olan komitə sədri indiyə kimi əldə olunan üçtərəfli razılaşmaların və münaqişənin dayanmasının guya Azərbaycan və Türkiyəni qane etmədiyini bildirib. "Onlar hesab edirlər ki, tamamilə hər şeyi əldə edə bilərdilər. Lakin Rusiya ilə hesablaşmaq məcburiyyətində qaldılar. Buna uyğun olaraq dayandılar”, - deyə rusiyalı ermənipərəst parlamentari Azərbaycan ilə Rusiya arasında olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan açıqlama verib.

Rusiya ermənilərinin saytında Matveyçevin səs yazısı olan videoçarx yerləşdirilib. Səs yazısında rusiyalı deputat Cənubi Qafqazda sülhün Azərbaycan, Türkiyə və Qərbi qane etmədiyini iddia edir. "Ona görə də, onlar əllərindən gələni edəcəklər ki, münaqişəni təxribat etsinlər. Haradasa, əldə olunan hansısa razılaşmaları icra etməyəcəklər, haradasa hansısa insidentlər törədəcəklər ki, ya Ermənistan, ya da Rusiya sazişdən çıxsın. Belə olan halda, vəziyyət müharibə statusuna qayıdır və onlar irəliyə gedirlər və müharibə aparırlar. Ona görə də vəzifə bu cür təxribatlara cavab verməməkdən, dialoq aparmaqdan və razılaşmaları reallaşdırmaqdan, o cümlədən bu razılaşmaları imzalayanları onları reallaşdırmağa məcbur etməkdən ibarətdir", - deyə rusiyalı deputat fikrini tamamlayıb.

P.S. Rusiya parlamentində informasiya siyasətinə cavabdeh olan Matveyçevin diqqətinə çatdırırıq ki, Azərbaycan 44 günlük müharibədən keçən 29 ay ərzində işğaldan azad edilən ərazilərdə iki beynəlxalq hava limanı (Füzuli və Zəngilanda) tikərək istifadəyə verib. Bundan əlavə, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlıda inşaat və quruculuq işləri tam sürətlə davam edir.

Ermənistan isə 28 il ərzində işğal altında saxladığı həmin əraziləri xarabalığa çevirməkdən başqa heç nə etməyib. 29 ay və 28 il... Yoldaş Matveyçev, özünüz müqayisə edin! 29 ayda iki beynəlxalq hava limanı inşa edib istifadəyə verən, ağıllı kəndləri sıfırdan qurub xalqa qaytaran Azərbaycan sülhdə maraqlı deyil, yoxsa 28 ildə həmin torpaqlarda səngər qazıb və hərbi kazarmalardan savayı heç nə tikməyən, işğal altında saxladığı əraziləri xarabaya çevirən Ermənistan
Ardını oxu...
Rusiya sanksiyalardan yan keçərək, müdafiə sənayesində istifadə olunan Qərb elektron məhsullarını üçüncü ölkələr vasitəsilə idxal edir.

TEREF.AZ Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən ayın sonunda ABŞ və Avropa Birliyi rəsmiləri sanksiyalardan yayınaraq Rusiyaya daxil olan milyonlarla dollarlıq qadağan olunmuş məhsullar barədə müzakirələr aparıblar.

Qərbin vergi və ticarət orqanlarının məmurları Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya mikrosxemlərin və digər elektron komponentlərin satışının kəskin artdığını qeyd ediblər.

Onların məlumatlarına görə, Rusiya Ukraynada tətbiq etdiyi qanadlı raketlər də daxil olmaqla, silahların hazırlanması üçün kritik hesab edilən yüksək həssas kateqoriyalı mikroçiplər və digər elektron cihazları əldə edə bilib.

“ABŞ və Avropa rəsmiləri Rusiyanın Qərb məhsullarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə əldə etməsindən getdikcə daha çox narahatdır”, - nəşr bildirib.
 
Ardını oxu...
Bu gün – aprelin 18-də Kremlin mətbuat xidməti Prezident Vladimir Putinin Ukraynanın Rusiya ordusunun nəzarətində olan ərazilərinə - Xerson və Luqansk vilayətlərinə səfər etdiyini açıqlayıb. Məlumatda bildirilir ki, Putin Xerson istiqamətində “Dnepr” qoşun qrupunun və Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahına baş çəkib. Səfərin nə zaman həyata keçirildiyi barədə məlumat yoxdur, onun baş verdiyinə dair müstəqil mənbələrin təsdiq etdiyi informasiya yoxdur.

Kremlin hesabatında prezidentin səfərlərinin əvvəlcədən hazırlanmadığı iddia edilir.

Video görüntülərdə - gündüz saatlarında Putin Mi-8 helikopterindən çıxır, bundan sonra kortej Xerson vilayətinin Rusiya ordusunun nəzarətində olan hissəsinin mərkəzinə çevrilmiş Geniçesk şəhərinə daxil olur.

“Dnepr” qoşun qrupunun qərargahında Prezident Hərbi Hava Desant Qüvvələrinin (VDV) komandanı, general-polkovnik Mixail Teplinskinin, “Dnepr” qoşunlar qrupunun komandanı, general-polkovnik Oleq Makareviçin və digər hərbi rəhbərlərin məruzələrini dinləyib.
Ardını oxu...

Bir gün əvvəl amerikalı hərbi ekspertlər və Britaniya kəşfiyyatı Teplinskinin yanvarda təxribatdan sonra cəbhəyə qayıtdığını bildirib.

Teplinskiyə müraciət edən Putin vurğulayıb ki, onun üçün hava-desant qoşunları komandanının vəziyyətin necə inkişaf etdiyi barədə fikrini eşitmək, məlumat mübadiləsi aparmaq vacibdir. Prezident Zaporojye və Xerson istiqamətlərində vəziyyət barədə məlumat verməyi xahiş edib və general-polkovnik Teplinskini fikirlərini bildirməyə çağırıb.
Ətraflı

“Vostok” Milli Qvardiyasının Luqansk vilayətindəki qərargahında Vladimir Putin general-polkovnik Aleksandr Lapin və digər yüksək rütbəli zabitlərdən bu sektordakı vəziyyətlə bağlı hesabatlar alıb.

Mətbuat xidməti həmçinin bildirib ki, Putin hərbçiləri Pasxa bayramı münasibətilə təbrik edib və onlara ikonaların surətlərini təqdim edib.

İkonanı təhvil verərkən, Putin deyir: "İndi Pasxa burada olacaq, elə deyilmi?" Agentliyin məlumatına görə, Putinin bu sözləri belə qənaətə gəlməyə imkan verir ki, görüş Rusiyada Pasxa bayramının qeyd olunduğu aprelin 16-dək baş tutub və Prezident Moskvada Xilaskar Məsihin kilsəsində Pasxa mərasimində iştirak edib. Daha sonra Kremlin saytında yerləşdirilən videoda “burada” sözü kəsilib.

2023-cü ilin martında, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfə Vladimir Putin, keçən may ayında Rusiya tərəfindən ələ keçirilən, dağıdılmış Mariupol şəhərinə gedib.

Kremlin mətbuat xidməti bildirib ki, Prezident şəhərə helikopterlə gəlib, daha sonra avtomobili idarə edərək şəhərin bir neçə rayonunu gəzib. Yayımlanan görüntülərdə Putinin gecə vaxtı avtomobillə şəhərdə gəzdiyi və insanlarla danışdığı əks olunub.

“AzPolitika.info”
 
Ardını oxu...
Bazar ertəsi Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyanın işi üzrə keçirilən məhkəmə iclasında prokuror Armen Gevorqyan ittiham aktını elan edib.

O, müharibədən sonra yaradılan müxalif “Vətəni Xilasetmə Hərəkatı”na rəhbərlik etmiş müxalifətçinin minimum əmək haqqının 500 misli miqdarında cərimələnməsini təklif edib.

Manukyan hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunur. Lakin müxalifətçi ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Prokuror bildirib ki, Manukyanın yaşı və keçmişdə tutduğu vəzifələr yüngülləşdirici hallardır. Armen Gevorqyan həmçinin məhkəmədən hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə qarşı tətbiq edilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını tələb edib. Manukyan yaşadğı yeri tərk etməmək barədə yazılı öhdəliyi var.

İttiham tərəfi ittihamın sübuta yetirildiyini bəyan etsə də, müdafiə tərəfi iddia edir ki, Manukyanın açıqlamaları hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorla devirməyə yönəlmiş ictimai çağırışlar sayıla bilməz.

Hüquqşünas Erik Aleksanyanın sözlərinə görə, bunlar zorakılığa çağırışlar deyil, siyasi tənqiddir. Müdafiə tərəfi Vazgen Manukyana bəraət verilməsini istəyib.
Ardını oxu...
“ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlığı ölkəmizin təhlükəsizlik imkanlarını gücləndirir”.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib:

“Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının ABŞ səfəri və Pentaqonda keçirdiyi yüksək səviyyəli görüşlər iki dövlət arasında hərbi əməkdaşlıq müstəvisində yeni imkanlar yaradır. Demək olar ki, ABŞ İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı yeni reallığı qəbul edərək, Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirmək strategiyasına üstünlük verir.

Bu çərçivədə ABŞ-ın Azərbaycanı kəşfiyyat və müasir hərbi avadanlıqlarla təchiz etməsi mümkündür. ABŞ rəsmilərinin hər həftə Azərbaycan rəsmiləri ilə telefon əlaqələrinə və Vaşinqtondan Bakıya artan səfərlərə əsaslanaraq deyə bilərəm ki, Amerika İranın təhdidlərinə qarşı Azərbaycanı dəstəkləyir. ABŞ Dövlət Departamenti və Ağ Evin son bəyanatlarında da bu öz əksini tapır.
Hərbi Hava qüvvələri komandanının ABŞ ordusunun Baş Qərargah rəisi və amerikalı həmkarı ilə görüşləri Azərbaycana verilən dəstəyin əyani göstəricisidir. Bu xüsusdə ABŞ-la Azərbaycan arasında Silahlı Qüvvələrimizin havadan müdafiə sisteminin təkmilləşdirilməsi məsələlərinin razılaşmdırıldığı istisna deyil”.

Məhəmməd Əsədullazadənin fikrincə, təkcə ABŞ yox, İsrail də Azərbaycanla hərbi-texniki və müdafiə sahələrində əməkdaşlığı gücləndirir:

“Hesab edirəm ki, bu da ABŞ-la sinxron həyata keçirir. Zənnimcə, İsrail müdafiə nazirinin Bakıya son səfərində bu kimi məsələlər razılaşdırılıb. İsrail xarici işlər nazirinin Azərbaycana səfəri də bu baxımdan önəmlidir.

Görünən budur ki, ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlıq formatı yaranır. Hesab edirəm ki, Cənubi Qafqazda ABŞ və İsrailin Azərbaycanla əməkdaşlığı kənar təhdidləri neytrallaşdıracaq. Bu, xüsusən də İran təhdidlərinin artması fonunda önəmlidir.

Vaşinqtonun bölgə ilə bağlı strateji hədəfində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsi var. Bu xüsusda ABŞ-ın Ermənistana təzyiq edərək, regionda dəyişən geosiyasi nizamda Tehranın İrəvanla əməkdaşlığının qarşısını alması mümkündür. Çünki İranın Cənubi Qafqaz siyasəti ABŞ-ın regional maraqlarını təhdid edir. Bir sözlə, ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlığı ölkəmizin təhlükəsizlik imkanlarını gücləndirir”.
 
Ardını oxu...
Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ABŞ dövlət katibinin müavini Erika Olsonla görüşüb.

Bu barədə Ermənistan Parlamenti məlumat yayıb.
Rubinyan regiondakı mövcud vəziyyət barədə ABŞ dövlət katibinin müavininə məlumat verib və Ermənistan-Türkiyə münasibətlərinin qurulması məsələsinə toxunub.

Erika Olson ABŞ-ın nizamlanma prosesini dəstəklədiyini bildirib.

Tərəflər həmçinin Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması haqqında sazişinin tezliklə reallaşdırılmasının vacibliyini vurğulayıblar.
Ardını oxu...
Ermənistan höküməti “Qarabağ şərti” olmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdırsa, niyə bu məsələ uzanır?
Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxış edib, ancaq ortada yenə də sülh sazişi yoxdur.
Çünki Nikol Paşinyan dediklərini etmir, sözü ilə əməli üst-üstə düşmür, müxtəlif dövlətlərin və güc mərkəzlərinin dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədə müqavimət göstərir.
Ancaq Paşinyan onu da anlayır ki, İran, Rusiya və ya Fransa olsun, həmin güc mərkəzlərindən aldığı dəstək Azərbaycanı durdurmur, sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır.
Azərbaycan sərhəddə istehkamlar qurur, strateji yüksəkliklərdə möhkəmlənir, təxribatlara adekvat cavab verir.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Cenevrədə Azərbaycanın 2023-cü ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə paylaşım edib.

"SPECA-nın iştirakçı dövlətlərinin nazirlər görüşündə Azərbaycanın sədrliyi müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli iqtisadiyyatların səmərəliliyini artırmaq üçün inteqrasiyanın dəstəklənməsi və perspektiv layihələr barədə danışdıq", - paylaşımda qeyd olunur.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya rəsmi səfər edib. Rusiyalı nazirin səfərə rəsmi geyimdə getməməsi diqqət çəkib.

Hurriyyet.Az xəbər verir ki, Rusiya XİN-in Tvitter hesabında paylaşdığı fotolardan görünür ki, Lavrov səfərə cins şalvar və idman ayaqqabısı ilə yollanıb.

Lavrovun bütün tədbirlərə rəsmi geyimdə qatılması fonunda onun bu səfərə qeyri-rəsmi formada yollanması sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.

Qeyd edək ki, Sergey Lavrov 2016-cı ildə Monqolustana səfəri zamanı da qeyri-rəsmi geyimə üstünlük vermişdi. Nazir bu zaman da öz seçiminə görə müzakirələrə səbəb olmuşdu.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti