Oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən israillilərin ailələri Ankaraya gələrək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.Bu barədə türkiyəli jurnalist Fulya Öztürk “X” sosial şəbəkə hesabında məlumat verib.Onun sözlərinə görə, ailələrin müvafiq müraciəti artıq Ankaraya göndərilib.Xatırladaq ki, bir neçə gün öncə girovların ailələri məktub yazaraq Türkiyə liderindən saxlanılanların azad edilməsilə bağlı yardım istəmişdilər.