Stalinin yanında yumruğunu masaya çırpan mühəndis –
Ən yeni tarix. Maraqlı faktlar.
Yəqin ki, Stalinin kabinetində bir neçə komissarın (nazirin) və Kremlin yüksək ranqlı məmurlarının iştirakı ilə keçirilən müşavirədə 30 yaşlı sıravi bir mühəndisin yumruğunu ölkə rəhbərinin stoluna çırpmasının nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Sözsüz ki, mühəndis Andrey Zavyalov da bunu yaxşı anlayıb.
Amma “insident” heç də hamının düşündüyü kimi yekunlaşmayıb. Əksinə, Stalin əlini Zavyalovun çiyninə qoyaraq onun bu hərəkətinə haqq qazandırıb:
- Sən ağıllı mühəndissən, amma həyasız adamsan.
Maraqlıdır, Zavyalov hansı səbəbdən məcbur olub ki, yumruğunu sovet liderinin masasına çırpıb?
Əslində, Zavyalov adi həyatda çox sakit, mədəni, təmkinli və səbrli bir adam olub. Hətta işlədiyi kollektivdə, Leninqraddakı İjorsk zavodunda onun nə vaxtsa səsinin tonunun qaldırmağını heç kim eşitməyib. Deməli, yumruq məsələsində mühəndisi özündən çıxaran səbəb kifayət qədər ciddi olub.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-10_1697964121_2.jpg
Andrey Zavyalov 1905-ci ildə Moskva ətrafında, Redinko kəndində anadan olub. 14 yaşından əmək fəaliyyətinə başlayıb, dəmiryolu stansiyasında yükdaşıyan işləyib. Sonra fəhlə-gənclər məktəbində təhsil alıb. 1924-1929-cu illərdə isə Leninqrad Dağ Mədən İnstitutunda mühəndis-metallurq ixtisasına yiyələnib.
Zavyalov mütəxəssis kimi ilk fəaliyyətinə Leninqraddakı İjorsk zavodunda başlayıb. Bu zavodda hərbi texnikalara və hərbi dəniz donanmasının gəmilərinə zirehli laylar hazırlanıb. Zavyalov həmin zavodun mərkəzi laboratoriyasına rəis təyin edilib. O, eyni zamanda elmi yaradıcılıqla da məşğul olub, zirehli laylar üzrə dissertasiya üzərində işləyib.
Zavyalov çox qısa müddət ərzində savadı, işgüzarlığı, elmi araşdırmaları, bir çox ölkələrin müvafiq sahələri ilə apardığı təcrübə mübadilələri, mətbuatda maraqlı çıxışları ilə fərqlənib. Bir sözlə, gənc mühəndisin işləri yaxşı gedib. Amma 1936-cı ildə onun keçirdiyi bir təcrübə hər şeyi dəyişib.
Həmin il Leninqrada vətəndaş müharibəsi gedən İspaniyadan alman istehsalı olan bir tank gətirilib. Həmin tank İjorsk zavodunun həyətində saxlanılıb. Hər dəfə zavodun həyətindən keçəndə alman tankı Zavyalovda güclü bir peşə marağı yaradıb. Mühəndisi bu tankın zirehli layları maraqlandırıb və o, təcrübə keçirmək qərarına gəlib.
Beləliklə, Zavyalov zavod rəhbərliyindən icazə alaraq tankı poliqona aparıb, o, eyni zamanda paliqona bir sovet tankı da çıxarıb. Təcrübə nədən ibarət olub? Zavyalov sovet tankından alman tankına atəş açıb. Alman tankının zirehli laylarının davamlılığı nəticəsində tanka heç bir ciddi ziyan dəyməyin. Mühəndis daha sonra alman tankından sovet istehsalı olan tanka atəş açıb. İlk atəşdən sovet tankı darmadağın olub.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-10_1697964123_3.jpg
Təcrübənin nəticələri Zavyalovu sözün əsl mənasında şoka salıb. O, bu nəticələri zovod rəhbərliyinə çatdırıb, zirehli layların daha möhkəm olması üçün konkret təkliflər verib. Rəhbərlik mühəndisin təkliflərini qulaqardına vurub.
Zavyalov qərara gəlib ki, təcrübəsinin nəticələrini Leninqrad vilayət partiya komitəsinin birinci katibi Andrey Jdanova çatdırsın. Bir həftəlik get-gəldən sonra o, birinci katibin qəbuluna düşə bilib. Zavyalov bütün məsələləri təfərrüatı ilə Jdanova danışıb və təkliflərini də ona söyləyib. Mühəndisin fikirləri Jdanovun ağlına batıb və o, bir daha dəqiqləşdirmələr aparmaq məqsədi ilə Zavyalovdan soruşub:
- Siz yeni zirehli layların hazırlanmasında öz elmi təkliflərinizə arxayansınız?
- Bəli, yoldaş Jdanov, təkliflərimin hamısının elmi əsasları var.
- Əgər belədirsə, mən indi Stalinə bu haqda məruzə edəcəm.
Beləliklə, Jdanov Stalinə zəng vurub, onu məsələni agah edib. Stalin İjorsk zavodunun nümayəndələri ilə görüş vaxtı təyin edib.
Zaman yetişib. Stalin müvafiq sahənin komissarları və Mərkəzi Komitənin yüksək ranqlı məmurları ilə birlikdə onları qəbul edib.
Müşavirədə əvvəlcə sözü zavodun direktoruna veriblər. O, işlərin tam normal qaydada getməsi, planı artıqlaması ilə yerinə yetirlməsi ilə bağlı Stalinə məlumat verib. Daha sonra zirehli texnikalarla işləyən yüksəkçinli hərbçilərin hərbi texnikaların yüksək keyfiyyəti haqqında məruzələri dinlənilib. Bu arayış xarakterli və pafoslu çıxışlar Zavyalovu özündən çıxarıb və o, yumruğunu stolun üstünə çırparaq ayağa qalxıb, üzünü Stalinə tutub:
- Yalandır, hamısı söz yığınağıdır. Bzim tanklar özü yeriyən tabutdan başqa bir şey deyil.
Sonra 30 yaşlı mühəndis apardığı bütün təcrübələrin nəticələrni aramla Stalinə başa salıb və təklif edib ki, zirehli layların istehsalı tamamilə yenilənməlidir.
Elə həmin iclasda zavodun direktoru və baş mühəndsi vəzifələrindən uzaqlaşdırılıb. Zavyalovun təkliflərinin həyata keçirilməsi üçün Stalin müvafiq qurumlara tapşırıqlar verib. Gənc mühəndisin işlədiyi laboratoriyaya baş idarə statusu verilərək Zavyalovu həmin idarəyə rəis təyin ediblər, o cümlədən Zavyalov eyni zamanda zavodun baş metallurqu vəzifəsinə də təyinat alıb.
Sonralar Zavyalov zirehli laylar haqqında dissertasiya və doktorluq işi müdafiə edib, professor rütbəsi daşıyıb, Leninqrad Texniki Universitetinin rektoru vəzivəsində işləyib.
Məhz Zavyalovun elmi xidmətlərinin nəticəsində sovet-alman müharibəsi illərində T-34 tankları ən ağır döyüş bölgələrində ağır həmlələrə tab gətirərək hədəfə doğru irəliləyə biliblər.
Andrey Zavyalov öz ixtiraları və elmi xidmətlərinə görə zaman-zaman ən yüksək mükafatlarla təltif edilib . O, iki dəfə Stalin mükafatına, “Lenin” ordeninə və çoxsaylı medallara layiq görülüb.
Stalinin stoluna yumruq vurmaq cəsarətində olan Andrey Zavyalov 1985-ci ildə, 80 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti