Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişi Qarabağda olan Rusiya hərbi kontingentinin gələcəyini müəyyənləşdirməklə bağlı ola bilər. Rusiya diplomatları son günlərdə açıqlamalarında hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına işarə edirlər. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində deyib ki, Rusiya hərbi kontingenti Qarabağı tərk edəcəksə Ermənistana yox ölkəsinə qayıtmalıdır. Paşinyan bunu təsadüfən deməyib. Çünki Kreml Rusiya hərbi kontingentini Qarabağdan Ermənistandakı bazasına yerləşdirmək planını da nəzərdən keçirir. Ermənistanın baş naziri bu haqda məlumatlıdır. Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir. Elxan Şahinoğlu Teref.az