Ardını oxu...
Ermənistanda yanğın zamanı həlak olan 15 erməni hərbçinin valideynləri övladlarının məhz yanğın nəticəsində öldüyünə inanmırlar.

Bu barədə məlumatı ölkənin “Hraparak” qəzeti yayıb.

Hərbçilərin valideynləri hadisə ilə bağlı rəsmi versiyanın həqiqətə uyğun gəlmədiyini bildirib və absurd adlandırıb. Onların fikrincə, təcrübəli zabitlər davranışlarının nə dərəcədə təhlükəli olduğunu dərk etmədən sobanı 5 litrlik benzin bidonu ilə yandırmağa cəhd etməzdi.

Ölən hərbçilərdən birinin atasının sözlərinə görə, onlar kazarmada öldürülüb, daha sonradan orada yandırılıb: “Biz əminik ki, onları əvvəlcədən zəhərləyiblər, daha sonra üzərlərinə benzin tökərək yandırıblar”.

Bununla yanaşı, hərbçilərin yaxınlarının sözlərinə görə, yatan halda ölən hərbçilər yanğınla bağlı səs-küyə ən azından oyanardılar.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən sözügedən hərbi hissədə baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb.

İnsidentlə bağlı araşdırma davam etdirilir. Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib.
 
Ardını oxu...
Çin İrandan qanunsuz olaraq böyük həcmdə neft almağa davam edərsə, ABŞ hakimiyyəti Pekinə təzyiqi artırmaq hüququnu özündə saxlayacaq.

Bu barədə “Bloomberg” ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malliyə istinadən məlumat yayıb.

Çin və İran arasında ticarət əlaqələrinin genişləndirilməsi Vaşinqtonun respublikanın nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq etmək planlarına ziddir.

Bildirilib ki, ABŞ və İran arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilənin yenilənməsi ilə bağlı danışıqlar böyük ölçüdə uğursuzluqla nəticələnib: “Bu səbəbdən belə vəziyyətdən ən çox ehtimal olunan çıxış yolu Tehrana sanksiya təzyiqlərini artırmaq olacaq”.
 

Ardını oxu...


Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır.

Qeyd olunub ki, məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd, Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb.

Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bugünədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.
Ardını oxu...
BBC -nin "Hard Talk" verlişində Ruben Vardanyanın müsahibəsi birmənalı qarşılanmayıb. Tənqid və ya təqdir etmədən öncə verilişi tam izləməyi tövsiyə edirəm. Müsahibənin "DQR naziri" ilə edilməsinin bir çox təhlükəli tərəfi olsa da, müsbət məqamlar da çoxdur.
Medianın güclü vasitə olduğunu nəzərə alsaq bu informasiya axınını öz tərəfimizə çevirməyi bacarmalıyıq.
Müsahibədə kəskin səslənən suallar qarşısında dili topuq vuran Vardanyanın əsl siması üzə çıxır və seperatizmi dəstəklədiyi ifadə olunur. Belə bir məqamın daim Azərbayana qərəzli münasibəti ilə seçilən BBC-nin efirində səslənməsi əlimizə düşən əla fürsətdir. Bu və buna bənzər məqamlar fasiləsiz tirajlanmalı və informasiya axınına yön verilməlidir.
Müsahibə müddətdinə politoloq Elxan Şahinoğlu -dan sitat verilməsi isə ayrıca sevindirici məqamdır.
Müsahibədəki belə məqamlar daha çox işıqlandırılmalı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Media vasitəsilə diplomatik və digər addımlar üçün zəmin yaratmaq təcrübəsini daha öncə Müdafiə Nazirliyinin kommunikasiyasında görmüşdük. Ümid edək ki, bu dəfəki informasiya axını ilə yaradılan zəmindən də maksimum faydalana biləcəyik.
Alim Elbrus
Teref.az
 
 
 
Ardını oxu...
Bu gün Estoniya səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək tapşırılıb. Eyni zamanda, hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb.

Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 “Karl-Qustav” tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildir.

Bundan öncə Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib.

Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.

***

Estoniya Xarici İşlər Nazirliyi də yanvarın 23-də Rusiya səfiri Vladimir Lipayevə estoniyalı diplomatın Moskvanı tərk etməsi ilə eyni vaxtda ölkədən çıxması barədə göstəriş verib.

“Rusiya ilə münasibətlərimiz paritet prinsipinə əsaslanır. Bu o deməkdir ki, Rusiya səfiri Estoniyanın Rusiyadakı səfiri ilə eyni vaxtda ölkəni tərk edəcək”, – deyə qurumun “Twitter” səhifəsində qeyd edilir.
 
Ardını oxu...
NATO-nun Baş katibi Yens Stoltenberq “Ukrayna xalqı qarşısında xidmətlərinə, Ukraynanın demokratik və hüquqi dövlət kimi təbliğinə və möhkəmləndirilməsinə görə” fəxri mükafat alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının nümayəndəsi məlumat verib.

Stoltenberq Ali Rada tərəfindən mükafatın təqdimat mərasimində Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, mükafatın təqdimatı NATO-nun mənzil-qərargahında baş tutub.
 
 
 
Ardını oxu...
“İsveçdəki səfirliyimiz qarşısında “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlük məsələsində bizdən yaxşılıq gözləməsin”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O, bu addımın bəşəriyyətə qarşı bir təhqir olduğunu qeyd edib.

“Terror təşkilatlarının üzvlərinə küçələrinizdə dolaşacaq və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz. Bunu bizdən gözləməyin. Məgər terror təşkilatları və islam düşmənlərini bu qədər sevib, qoruyursunuz? Bu halda ölkənizin müdafiəsini də onlara həvalə edin”, - deyə Ərdoğan vurğulayıb.
 
Ardını oxu...
ABŞ Maliyyə Departamenti Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinı transmilli cinayət təşkilatı elan edib.

“Report”un “CNN”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, gələn həftə Maliyyə Departamenti vaqnerçilərə və onun qlobal müttəfiqlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək.
 
Ardını oxu...
Yunanıstan hökuməti adaları silahlandırsa, biz də sakit dayanmayacağıq.

APA “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Esenyurt Təhsil Kampusu”nun təməlqoyma mərasimində iştirakı zamanı deyib.

Ərdoğan həmçinin, Yunanıstanın Baş naziri Kiriakos Miçotakisə səslənib: “Miçotakis, bunu yaxşı bil ki, səhvə yol verməyə çalışsan, çılğın türklər irəliləyəcək, lakin ağıllı davransan bizim səninlə işimiz yoxdur”.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin cümə günü Aleksey Pavlovun Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Səbəblər fərmanda göstərilməyib.
Qalmaqalın qəhrəmanı TŞ-nin katibi Nikolay Patruşevin köməkçisi general-leytenant Pavlovdur. Yəhudi icmasını incidən sözlərinə görə isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev üzr istəməli olub.
Oktyabrın 25-də Pavlovun "Arqumentı and Factı" nəşrinin saytında dərc olunan "İfritənin qazanında nə bişirilir. Ukraynada neopqanizmlər güclənib" məqaləsində o iddia edib ki, "Vaşinqtonun hakimiyyət kürsüsünə oturtduğu ifaçılar " 2014-cü ildən sonra Ukraynanı "totalitar hipersektaya" çevirib. Pavlov Lyubaviç xasidlərini “döyüşkən fanatiklər” sektalar sırasına aid edib. “Lyubaviç xasidliyinin əsas həyat prinsipi məzhəb tərəfdarlarının bütün millət və xalqlardan üstünlüyüdür”, deyə Pavlov yazıb.
Bu ifadələr Rusiyanın baş ravvini Berl Lazarın kəskin reaksiyasına səbəb olub. O, bunları “milyonlarla mömin yəhudiyə” təhqir adlandırıb və deyib ki, Lyubaviç xasidləri və Xabad hərəkatı bir təriqət deyil, qanuni yəhudilik məktəbidir. Pavlovun sözləri “vulqar antisemit cəfəngiyyatı adlandırıla və yan keçilə bilərdi”, amma baş ravvin bunu mümkün saymayıb.
Daha sonra “Arqumentı i faktı” Pavlovun “Lyubaviç xasidləri haqqında yanlış sətirləri ehtiva edən” məqaləsinə görə Patruşevin üzrxahlığını dərc edib. Patruşev bəyan edib ki, generalın yazdıqları Rusiya Təhlükəsizlik Şurasının mövqeyi sayıla bilməz.
 

Dünyapress TV

Xəbər lenti