Azərbaycan Açıq Hökumət Tərəfdaşlığından çıxarılmaqla nə itirir?
Azərbaycan Açıq Hökumət Tərəfdaşlığından (Open Government Partnership – OGP) birdəfəlik uzaqlaşdırılıb.

2016-cı ildən başlayaraq illərdir OGP Azərbaycanın qurumdakı üzvlüyünü qeyri-aktiv statusda saxlayırdı. Buna səbəb ölkədə vətəndaş cəmiyyəti sahəsində geriləmələr və məhdudlaşdırmalar göstərilirdi. Təşkilat Azərbaycan hökumətindən vətəndaş cəmiyyəti ilə bağlı məhdudiyyətləri aradan qaldırılması üçün plan təqdim etməsini istəmişdi. OGP Azərbaycana vətəndaş cəmiyyəti sahəsində irəliləyişə nail olmaq üçün bir neçə dəfə vaxt verdiyini açıqlamış, əks təqdirdə ölkənin platformadan uzaqlaşdırılacağını bildirilmişdi.

Qurumun avqustun 17-də qəbul edilmiş qərarında da bildirilir ki, təşkilat Azərbaycanın tərəfdaşlıqda qalmaq şərtlərini yerinə yetirə bilməməsindən və vətəndaş cəmiyyəti üçün şərtlərin çətin olaraq qalmasından dərin məyusluq hiss keçirib.

Azərbaycan hökumətinin təmsilçilərindən məsələyə, hələlik, münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiklərini bəyan edirlər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə Turana bildirib ki, Azərbaycanın bu tipli təşkilatlardan uzaqlaşdırılması əslində yaxşı hal deyil: “Biz çalışmalıyıq ki, beynəlxalq təşkilatlarla əlaqəmiz qırılmasın”.

O hesab edir ki, Azərbaycanın OGP-də iştirakının dayanmasının ölkəyə xüsusi təsiri olmayacaq: “Çünki biz dövlət olaraq bu cür təzyiqlərlə tez-tez üzləşirik. Amma QHT-lərin olması bizim öz daxili siyasətimiz üçün lazımdır”.

F.Mustafanın sözlərinə görə, bu məsələdə anlayış fərqliliyi var: “Hələ ki, burada müsbət bir genişlənmə, açılım müşahidə olunmur. Olsa, yaxşı olar. Bütün hallarda bu cür yanaşmalar ciddi müzakirə olunmalıdır. Biz müəyyən etməliyik ki, Avropa məkanından uzaqlaşmaq, yoxsa ora inteqrasiya etmək və orada Azərbaycanla bağlı bütün yanaşmaları dəyişmək istəyirik? İkinci yol daha rasional yoldur”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı xatırladır ki, Azərbaycanın OGP-dən uzaqlaşdırılması prosesi 2014-cü ildən – bəzi QHT-lərin bağlanmasından və qanunvericiliyin sərtləşməsindən sonra başlayıb. “Bu vaxtdan bəri Azərbaycana bir neçə dəfə vaxt verilmişdi ki, QHT-lərlə bağlı qanunvericilik liberallaşdırılsın və ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin normallaşması istiqamətdə addımlar atılsın. Amma hökumət heç bir addım atmadı”, – o, AzadlıqRadiosuna bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın birdəfəlik təşkilatın sıralarından uzaqlaşdırılmasının səbəbi ölkədə insan haqları ilə bağlı problemlərin daha da dərinləşməsi, son dövrlər ictimai-siyasi şəxslərə qarşı aparılan həbslər olub: “Bu, səbir kasasını daşıtdı”.

B.Süleymanlı da Azərbaycanın OGP-dən çıxarılmasının yaxşı hal olmadığını deyir: “Bu, açıq hökuməti təşviq edən bir platformadır və orada olan dövlətlər açıqlığın, şəffaflığın tərəfdarıdırlar, korrupsiya ilə mübarizə aparmağa israrlıdırlar. Bu, ölkəyə müəyyən dividentlər verir. Yəni, gələcəkdə kreditlərin ayrılması, investisiya imkanları üçün bir indikatordur”.

Açıq Hökumət Tərəfdaşlığı daha şəffaf, inklüziv və hesabatlı hökumətlər qurmaq üçün minlərlə vətəndaş cəmiyyəti təşkilatı ilə işləyən 70-dən çox ölkə və 100-dən artıq yerli hökumətin qlobal birliyidir.

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə könüllü qoşulub. Sosial xidmətlər, açıq məlumatlar, büdcə şəffaflığı və digər sahələrdə öhdəlikləri özündə əks etdirən üç fəaliyyət planı hazırlayıb…
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti