Məqsədimiz 9 noyabr 2020-ci il bəyanatının bəndlərindən birindən istifadə edərək Rusiya hərbi kontigentini iki ildən sonra evinə yol salmaq və bununla Azərbaycan torpaqlarında separatçılığa birdəfəlik son qoymaqdır. Bu həm də strateji müttəfiqimiz Türkiyənin də məqsədidir ki, bunu Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan NATO son Vilnyus zirvə toplantısında açıq şəkildə səsləndirib. Top Rusiya prezidenti Vladimir Putinin meydanındadır, ancaq o bu məsələylə bağlı fikrini hələ söyləməyib. Kreml sahibinin mövqeyini öyrənməyin bir yolu var. Rusiya prezidenti bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcək, Putin Ərdoğanla müxtəlif məsələləri, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarını və Zəngəzur dəhlizini müzakirə edəcək. Prezidentlər böyük ehtimalla müzakirələrin sonunda mətbuatın qarşısına çıxacaqlar. Türkiyədə bu növ toplantılarda 4 suala imkan verilir, ikisini yerli jurnalist, ikisini qonaq jurnalist verir. Yerli jurnalistlərdən birinin “Cənab Putin, Rusiya Azərbaycanın istəyi ilə iki ildən sonra Qarabağdan hərbi kontingentini çıxarmağa hazırdırmı” sualını səsləndirməsinə ehtiyacımız var. Elxan Şahinoğlu Teref.az