Rusiyada İslam reallığı: -
İslam dini Rusiya tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir və Rusiya hakimiyyəti mütəmadi olaraq İslamın ölkənin inkişafına verdiyi töhfəni qeyd edir. Hələ 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin demişdi ki, İslam Rusiya mədəni kodunun parlaq elementi, Rusiya tarixinin ayrılmaz, üzvi hissəsidir.

2017-ci ildə Putin Çinin Xiamen şəhərində keçirilən BRİKS sammitində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə Myanma buddistləri tərəfindən sıxışdırılan İslam dinini qəbul edən Rohinca etnik qrupunu dəstəkləyib. Putin və əs-Sisi “kimdən gəlirlərsə və kimə qarşı yönəldilirlərsə, o cümlədən müsəlmanlara qarşı hər hansı zorakılıq təzahürlərini” pisləyiblər.

2021-ci ildə keçirilən illik mətbuat konfransında Putin Fransanın “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz karikaturaların dərcinə istinad edərək, bunun dindarların hisslərinə qarşı qəzəb və dini etiqad azadlığının pozulması olduğunu bildirib.

Eyni zamanda, Rusiya Prezidenti müxtəlif ölkələrdə müsəlmanlara qarşı zülmü pisləyərkən, ölkəsində İslama bu cür münasibətin çoxsaylı faktlarını qeyd etmir. Bu yaxınlarda bir nümunə: iyulun 14-də Moskva yaxınlığındakı Dzerjinsk şəhərində polis əməkdaşları cümə namazı vaxtı sənədləri yoxlamaq üçün məscidə gəliblər. Polisin silah və ayaqqabılarla məscidə daxil olması səbəbindən dindarlarla aralarında sözlü atışma baş verib.

Bundan əvvəl, iyulun 7-də Moskva yaxınlığındakı Kotelniki şəhərində çoxmərtəbəli binada yerləşən ibadət evinə OMON-çular cümə namazı vaxtı gəliblər. “Golosislama.com” nəşrinin məlumatına görə, təhlükəsizlik qüvvələri bütün dindarları binadan çıxarmaq istəsələr də, buna nail ola bilməyiblər və buna görə də gözyaşardıcı qazdan istifadə ediblər.

İş o yerə çatıb ki, Moskva vilayətinin Kotelniki rayonunun müsəlman icması Rusiya Prezidenti Vladimir Putinə videomüraciət edərək, cümə namazı zamanı dindarların OMON-un basqınları nəticəsində məruz qaldıqları özbaşınalıqlardan qorumağı xahiş edib.

İyulun 10-da sosial şəbəkələrdə müsəlman icmasından yayılan üç dəqiqəlik videomüraciətdə deyilir ki, çevik polis əməkdaşları cümə namazı vaxtı binaya daxil olub, ayaqqabılarla xalçaları tapdalayıb, təxribatçı davranıb və əksəriyyəti Rusiya vətəndaşı olan dindarları təhqir ediblər. Müraciət müəllifləri Putini vəziyyətə müdaxilə etməyə və sərt tədbirlər görməyə çağırıblar.

Moskva vilayəti Müsəlmanları Ruhani İdarəsi təhlükəsizlik qüvvələrinin hərəkətlərini pisləyib və basqınla bağlı şikayətləri prokurorluğa göndərəcəyini vəd edib. İdarı icmanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş yerli dini qurum olduğunu və binaları qanuni şəkildə icarəyə götürdüyünü vurğulayıb.

Bu arada, Kotelnikidə polis reydləri yerli sakinlərin Putinə videomüraciətindən sonra başlayıb. Onlar yaşayış binasındakı məscidin mədəniyyət mərkəzi kimi sənədləşdirildiyini, lakin orada namaz qılındığını və çoxlu sayda müsəlmanın ora toplaşdığını iddia ediblər.

Məsələ burasındadır ki, bu problemin kökündə Rusiyada məscidlərin və İslam mərkəzlərinin sayının kifayət qədər olmaması dayanır. Söhbət ilk növbədə müsəlmanların qeyri-ənənəvi məskunlaşdıqları bölgələrdən, o cümlədən meqapolislərdən gedir. Moskva, Sankt-Peterburq, Krasnodar kimi şəhərlərdə məscidlərin sayı və onların tutumu şəhər müsəlman icmalarının tələbatını ödəmir. Moskvada iki milyondan çox müsəlman üçün dörd məscid, Sankt-Peterburqda - 1,5 milyondan çox müsəlman üçün iki məscid var, Krasnodarda isə üç yüz mindən çox müsəlman üçün bir dənə də olsun məscid yoxdur.

Rostov-Donda 20-ci əsrin əvvəllərində müsəlmanların ianələri ilə tikilmiş keçmiş məscidin tarixi binası uşaq caz məktəbinə verilib. İndi şəhərdə cəmi bir məscid var, lakin o da çoxdandır ki, namaz qılmaq istəyən hər kəsi qəbul edə bilmir - çoxları küçədə namaz qılmalı olur.

Bu vəziyyət Rusiyada daimi və ya müvəqqəti yaşayan müsəlmanların dini hüquqlarının həyata keçirilməsinə maneçilik törətməklə yanaşı, dindarların, xüsusən də bayramlarda dindarların sayının xeyli çox olduğu şəraitdə dini obyektlərin yerləşdiyi yerlərdə icmalararası münasibətlərdə problemlər və əlavə gərginlik yaradır.

Yeri gəlmişkən, Moskvada yaşayan şiə məzhəbli azərbaycanlıların da öz məscidləri yoxdur. 1999-cu ildən onların Otradnoyedəki "Yardım" mədəniyyət mərkəzində İman məscidi vardı. Mədəniyyət mərkəzi 2019-cu ilin yanvarında məscidi bağlayan Rəşit Bəyazitovun adına mülkiyyət kimi rəsmiləşdirilib. Həmin andan şiə azərbaycanlıların namaz qılmağa yeri qalmır. Hakimiyyət bu problemi 2024-cü ildə, Yeni Moskvada şiə icması üçün ayrıca binası olan dinlərarası məbədin tikintisi başa çatdıqdan sonra həll edəcəyinə söz verir.

Rusiyada nə qədər müsəlmanın yaşadığı ilə bağlı dəqiq statistika yoxdur. Müsəlman təşkilatlarının rəhbərləri bu rəqəmin iyirmi milyona yaxın olduğunu bildirir. Bu, Rusiya əhalisinin kifayət qədər böyük bir hissəsidir və Putinin İslama hörmətlə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, son hadisələr bir daha açıq şəkildə göstərir ki, Rusiya müsəlmanları öz ölkələrinin bərabərhüquqlu vətəndaşları kimi deyil, hüquqsuz və düşmən münasibət bəslənilən bir cəmiyyət kimi qəbul edilirlər. //AYNA//
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti