Ardını oxu...
Noyabrın 19-20-də Tunisin Cerba adasında keçirilən “La Francophonie” sammitində Emmanuel Makronun rəhbərliyi altında anti-Azərbaycan bəyanatının qəbulunda ciddi problem yaranıb. Bu gün YAP-ın 30 illiyi münasibəti ilə keçirilən tədbirdə çıxış edən İlham Əliyev bildirib ki, sammitə qatılan Azərbaycana dost olan ölkələr buna imkan verməyib. Prezident deyib ki, biz o dost ölkələri yaxşı tanıyırıq. “Azadlıq” radiosunun ingilisdilli erməni bölümü vurğulayır ki, İlham Əliyev sözügedən bəyanatın qəbulunun qarşısını alan Azərbaycana dost olan ölkələrin adını çəkməyib. Bəyanatdan hansı ifadələrin çıxarılması da sirr olaraq qalır...
“La Francophonie” təkilatına barmaqarası baxmaq olmaz. 1970-ci ildə yaranan bu təşkilatın 54 üzvü var. Bundan başqa, 26 ölkə bu təşkilata müşahidəçi qismində qatılır. 1 milyard insanı əhatə edən bu təşkilatın əsas şüarı belədir: “Bərabərlik, bir-birini tamamlamaq, həmrəylik”. Təbii ki, bu təşkilatda bərabərlik-filan yoxdur. Bu təşkilat Fransanın diktəsi ilə idarə olunur. Məsələn, 2018-ciildə prezident Makronun tələbi ilə Ruandanın keçmiş xarici işlər naziri Louise Mushikiwabo bu təşkilatın sədri seçildi, daha doğrusu təyin olundu. Çoxluğun bu şəxsin əleyhinə olması bir işə yaramadı...
Başqa faktlara diqqət edək: “Fransanın gündəlik “Le Monde” qəzeti yazırdı ki, əgər fundamental azadlıqlara hörmət OİF-ə üzvlük meyarına çevrilərsə, təşkilat sadəcə olaraq fəaliyyətini dayandıracaq.” Qəzet niyə belə deyirdi? Çünki bu təşkilata daxil olan ölkələrin əksəriyyətində insan azadlıqları yox səviyyəsindədir...
“Amnesty International” bu təşkilata üzv olan 54 ölkədən 35-ni insan haqlarını pozmaqda ittiham edib. “Reporters Without Borders” isə təşkilata daxil olan 15 ölkənin mütamadi şəkildə mətbuat azadlığını pozduğunu bildirib...
Maraqlıdır ki, Fransa və fransız dili ilə heç bir əlaqəsi olmayan ölkələr də bu təşkilata üzv olub. Niyə? Müəyyən siyasi maraqları naminə. Əks göstərici də var. Fransızdilli ölkələr sırasında öndə gedən Əlcəzair bu təşkilatın üzvü deyil. Məncə, niyəsi hər kəsə bəlli olmalıdır. Çünki Fransa müstəqillik uğrunda mübarizə aparan Əlcəzairdə 1.5 milyon ərəbi ən vəhşi üsullarla məhv edib...
Yenidən “La Francophonie” təşkilatının anti-Azərbaycan bəyanatına qayıdıram. Şübhəsiz ki, xalq bu bəyanata hansı ölkələrin etiraz etdiyini bilməlidir. Ən önəmlisi isə bəyanatda Azərbaycana qarşı hansı ifadələrin yer almasını araşdırmaq lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də həmin tədbirə qatılıb. Onun bu məsələyə münasibəti necə olub? Belə şeyləri Azərbaycan oxucusu bilməlidir...
Elbəyi Həsənli
Teref.az
 
 
 
Ardını oxu...
Yeni Zelandiyada səsvermə yaşı 18-dən 16-ya endirilə bilər.

Ölkənin Baş naziri Casinda Ardern bildirib ki, müvafiq qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır.

Onun sözlərinə görə, parlament qanunvericiliyə dəyişiklikləri qəbul etsə belə, onlar 2026-cı ildən tez qüvvəyə minməyəcək.

Mənbə: TASS
 
Ardını oxu...
Hərbi müxbirlərin dəstəyini ikiqat artıran Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, rusiyalıların əksəriyyəti artıq Kreml və Müdafiə Nazirliyinin Ukraynaya qarşı müharibənin gedişi ilə bağlı bəyanatlarına inanmır.

Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) gəlib.

Rusiya rəhbəri öz hərəkətləri ilə də təsdiq edib ki, hərbi müxbirlər onları etibarlı məlumat mənbəyi hesab edən əhaliyə təsir etməkdə davam edir.

“Bu onu deməyə əsas verir ki, Putin Rusiya əhalisinin ən azı müəyyən hissəsinin dəstəyini saxlamağı hərbi səylər üçün ağırlıq mərkəzi hesab edir”, – analitiklər izah ediblər.

Rusiya Prezidenti Ukraynaya qarşı müharibəyə getdikcə daha çox resurs atmağa davam etmək üçün sadiq hesab edilən bloqçuların kiçik tənqidlərinə belə dözməyə hazırdır:

“Rusiya hərbçiləri uğursuzluğa düçar olarsa, hərbi bloqçular Putinə sadiq qalacaqlarmı? Əgər bunu etməsələr, Putin necə reaksiya verəcək? Bu suallar Putinin hərbi əməliyyatlarını döyüşçü kütlə ilə təmin etmək üçün əhaliyə tələblərini artıracağı baxımından vacib ola bilər”.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən xüsusi əməliyyatın səbəblərini, o cümlədən Rusiyanın bu regionda terrorçuları məhv etməkdən imtina etdiyini açıqlayıb.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Daily Sabah” qəzeti sitat gətirir.

“2019-cu il Soçi razılaşmasına əsasən, İraqın və Suriyanın şimalında terrorçuların məhvinə cavabdeh olan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”, – deyə Ərdoğan bildirib.

O, Türkiyənin susmayacağını və terrorçulara qarşı müstəqil şəkildə tədbirlər görəcəyini vurğulayıb. Prezident Kobani rayonuna 12 zərbə endirildiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.

Bundan əvvəl Türkiyənin, ABŞ məmurları tərəfindən informasiyaların de-şifrə olunması səbəbindən Suriya və İraqın şimalındakı əməliyyatı bir gün sonraya təxirə saldığı məlum olub. Əməliyyat əvvəlcə bazar günü, noyabrın 20-si axşama planlaşdırılırdı.

Ankaranın Suriyanın şimalında terrorçu Kürdüstan Fəhlə Partiyasının döyüş birləşmələrinə qarşı növbəti xüsusi əməliyyat keçirməyi planlaşdırdığı barədə məlumat noyabrın 15-də yayılıb. Bu əməliyyat Suriya kürdlərinin noyabrın 13-də İstanbulda törətdiyi terror aktına cavab məqsədi daşıyır.
 
Ardını oxu...
İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin azərbaycanlılar və Azərbaycanla bağlı xoş sayıla biləcək sözlərinə politoloq Qabil Hüseynli olduqca maraqlı reaksiya verib.

Teref.az xəbər verir ki, professor Qabil Hüseynli Əli Əkbər Vilayətinin xarici işlər naziri olaraqkən İranın Güney Azərbaycan ərazilərinə sarmayə yatırmasına qarşı çıxdığını xatırladıb.

“Cənab Vilayəti xarici işlər naziri olarkən hökumətin Güney Azərbaycana sərməyə qoyulması ilə bağlı müzakirəsi zamanı demişdi: “Oraya sərmayə yatırmayın, onsuz da onlar bizdən ayrılacaq!” Vilayətinin bu sözlərini əks etdirən səs yazısı da yayılmışdı”, - politoloq bildirib.

Qeyd edək ki, Vilayəti İranın heç vaxt Azərbaycanda nəzarəti ələ keçirmək və ölkəni işğal etmək niyyətində olmadığını, İranın qüdrətli olmasında azərbaycanlıların müstəsna rol oynadığını, hər bir azərbaycanlının iranlı, hər bir iranlının isə azərbaycanlı olduğunu bildirib. O, eyni zamanda əslən Əlburz dağlarının ətəyindən, yəni azərbaycanlı olduğunu da xatırladıb /axar.az/
 
Ardını oxu...
Fransa Prezidenti Emmanuel Makron hücuma məruz qalıb.

O, bu dəfə ölkədəki böhrana görə tənqid olunub.

Fransanın siyasi və iqtisadi vəziyyətinə görə yaranmış böhrana etiraz edən qadın Prezidenti şillələyib.

Görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb.

Ölkədəki bütün seçki məntəqələri bağlanıb.

Qeyd olunub ki, səslərin hesablanması başlayıb. Seçici fəallığının ilkin yekunlarını ölkənin Mərkəzi Seçki Komissiyası 1 saat sonra açıqlayacağı gözlənilir.
 
Ardını oxu...
İstanbulun İstiqlal küçəsində baş verən terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində daha 2 nəfər həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, həbs edilən şəxslər terroru törətməkdə şübhəli bilinən Əhlam Əlbəşir, həmçinin fərari şübhəli Bilal Hassanı Türkiyəyə qanunsuz keçidini təmin etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.

İstintaq təbdirləri nəticəsində bundan öncə 8 nəfər saxlanılıb.
 
Ardını oxu...
Beynəlxalq hüquq üzrə ekspertdən erməniləri məyus edəcək maraqlı açıqlama
Noyabrın 15-də üzvlərinin mütləq əksəriyyəti erməni lobbisinə satılmış Fransa Senatı öz tarixində növbəti rüsvayçı sənədə səs verdi. Beynəlxalq hüquqa kobud şəkildə sayğısızlıq edərək, Azərbaycan əleyhinə daha bir riyakar, real faktlara və gerçəkliyə deyil, hüquqi, tarixi əsası olmayan, başdan-ayağa erməni yalanlarına əsaslanan fitnəkar qətnamə qəbul elədi. 1993-cü ildə Fransa ilə imzalanan ikitərəfli sülh müqaviləsini ayaqaltı edərək ərazi bütövlüyümüzü şübhə altına qoydu.

Amma hələ ki, Fransa prezidenti Emmanuel Makron öz imzası ilə onu təsdiqləməyib. Təsdiqləyəcəkmi? Makronun nə qədər vaxtı qalıb qərar vermək üçün? Prosedur necədir? Bəs Fransanın pisliyinə Azərbaycanın reaksiyası necə, adekvatdırmı? Ümumiyyətlə Fransanın Azərbaycana qarşı təxribatlarını necə durdurmalı? Bu xüsusda Fransaya qarşı Milli Məclisin hökumətə etdiyi təkliflərdən hansıları həyata keçirilə bilər?

Həmin təkliflər aşağıdakılardır:

* Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.

* Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması.

* Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi.

* Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması.

* Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması.

* Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

* Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

* Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

Daha bir detal: Prezident Makronun xələfi nə vaxtsa bu sənədləri, o cümlədən qondarma “atsax”ın tanınması haqda olan 25 noyabr 2020-cil qətnaməsini təsdiqləmək hüququna malikdirmi?

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, Senatın Azərbaycana qarşı qəbul etdiyi qətnamənin Fransa Prezidenti tərəfindən imzalanmasına ehtiyac yoxdur. Çünki qanun mahiyyətində olan, qanun layihəsi sayılan sənədləri ölkə prezidentinin və ya baş nazirin təsdiq eləməsi tələb olunur: “Senatın qəbul etdiyi qətnamə qanun mahiyyətində olan sənəd deyil, qanun layihəsi də deyil. Bu, sadəcə direktiv kimi siyasi bəyanat, tövsiyə xarakterli hüquqi qüvvəsi olmayan bir sənəddir. Odur ki, bu qəbildən olan sənədlərin Prezident və ya hökumət başçısı tərəfindən imzalanması proseduru, tələbi yoxdur. Qanun mahiyyəti daşıyan sənədləri isə Fransa parlamentinin hər iki qanadı qəbul eləməlidir. Fransada həm Milli Məclis var, həm də Senat. Əgər bu qanun mahiyyəti daşıyan sənəd olsaydı onların hər ikisində səsvermədən keçərdi, qəbul olunardı və bundan sonra təsdiq üçün prezidentə təqdim olunardı. Bütün bunlar da olmadığı üçün Senatın qəbul etdiyi o sənədin hüquqi qüvvəsi yoxdur. Bu, sadəcə, bir çağırışdır, siyasi bir sənəddir, hüquqi sənəd deyil, hüquqi nəticələr yaratmayan bir sənəddir. Hökumət oradakı çağırışlara əməl edə də bilər, etməyə də bilər. Senatın hökumətə etimadsızlıq göstərməsi də Fransa qanunvericiliyində əksini tapmır. Hökumətə etimadsızlıq üçün Milli Məclisin rəyi - razılığı olmalıdır”.

Fərhad Mehdiyev qeyd etdi ki, Azərbaycan dövlətinin Fransa Senatının qəbul etdiyi sənədə reaksiyası, cavab addımları istiqamətində Milli Məclisin hökumətə tövsiyələri adekvatdır və düzgündür: “Azərbaycanın əsas məsələsi 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icra edilməsinə nail olmaqdır. Gündəmdə iki əsas məsələ var. Biri Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilib bölgədən çıxarılması, ikincisi isə Şərqi Zəngəzurdan Naxçıvana gedən xəttin açılması. Bu iki məsələdə konkret nəticə əldə olunmağa çalışılır. Fransanın və Ermənistanın istədiyi isə bunun qarşısını almaqdır.

Azərbaycan Milli Məclisinin Azərbaycan hökumətinə verdiyi təkliflərdə nəzərdə tutulan məsələlər isə Fransaya adekvat cavabdır. Orada qeyd olunan məsələlərin demək olar ki, hər birini Azərbaycan istəsə həyata keçirə bilər. Lakin hətta Milli Məclisin bu cür tövsiyə xarakterli sənəd qəbul etməsinin özü Azərbaycanın Fransaya qarşı addımlar atmaq üçün əlində kifayət qədər arqmentlərinin və faktlarının olduğunu göstərir. Bununla Bakı Parisə çatdırmış oldu ki, Azərbaycana qarşı Fransanın davranışından çox ciddi şəkildə narazıdır. İqtisadi münasibətləri dayandırmaq barədə düşünmək lazımdır. Amma məsələn, səfirimizin məsləhətləşmələr üçün geri çağırılmasına bu gün getmək olar. Həmçinin Azərbaycan sədri olduğu Qoşulmama Hərəkatında Fransanın zaman-zaman dünyanın müxtəlif xalqlarına qarşı həyata keçirdiyi qətliamlara münasibət bildirilməsi kimi məsələləri də rəsmi şəkildə qaldıra, müzakirələrə bu istiqamətdə sənəd təqdim eləyə bilər. Türk Dövlətləri Təşkilatında da eyni məsələləri qaldıra və burada xüsusi sənədin qəbuluna da nail olmaq asandır. Eyni zamanda Fransanın Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətləri, xüsusən də “Total”şirkətinin həyata keçirdiyi fəaliyyət, onların öz öhdəliklərini necə yerinə yetirdikləri məsələsinə baxmaq mümkündür".

Ekspert vurğuladı ki, Fransa Azərbaycanın yaxın qonşuluğunda yerləşən İranın təzyiqlərinə necə sərt reaksiya verdiyini unutmamalıdır: “İran Azərbaycana təzyiq üçün Ermənistanı dəstəkləmək istədi. Amma Azərbaycanın reaksiyası İranın gözlədiyindən sərt oldu. İranın Azərbaycana və Ermənistana təsir vasitələri Fransanın təsir vasitələrindən daha çoxdur. Fransa düşünsün ki, İrana bu cür reaksiya göstərən dövlət Fransaya necə reaksiya göstərər. Ona görə də Fransanın istər indiki rəhbərliyi, istərsə də bundan sonra gələcək rəhbərləri bu məqamları nəzərə almalıdırlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 

Dünyapress TV

Xəbər lenti