Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar Baş nazir İrakli Qaribaşviliyə təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağı tapşırıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib. O, şurada bir neçə mühüm məsələnin, o cümlədən sərhəd nəzarətinin gücləndirilməsinin, viza rejiminə yenidən baxılmasının və sanksiyaya məruz qalan şəxslərin siyahılarının tətbiqinin müzakirə edilməli olduğunu qeyd edib.
Zurabişvili ölkənin təhlükəsizliyinə cavabdeh olan heç bir qurumla əlaqə saxlaya bilmədiyini qeyd edib. Prezident əlavə edib ki, ölkənin Ali Baş Komandanı kimi ona məlumat verən yeganə şəxs Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvilidir.