Ardını oxu...
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa-Ukrayna sərhədinə, Polşa ərazisinə raket zərbəsi endirilməsi xəbərinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də məlumat verib.

"Polşa ərazisində insanların ölümünə səbəb olan raket atılması xəbərindən şoka düşdük.

Həlak olanların ailələrinə başsağlığı verirəm.

Biz Polşanın yanındayıq.

Mən Polşanın hakimiyyət orqanları, Avropa Şurasının üzvləri və digər müttəfiqlərlə əlaqə saxlayıram", - Mişel qeyd edib.
 
 
 
Ardını oxu...
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov G-20 sammitindəki çıxışı zamanı Türkiyədə inşa ediləcək qaz qovşağının “şimal axınları” üzrə tranzitin itmiş həcmlərini kompensasiya edəcəyini qeyd edib. RF XİN rəhbəri bəyan edib ki, Rusiya enerji təhlükəsizliyini möhkəmləndirmək üçün hər şeyi edir, o cümlədən, sıxılmış təbii qaz istehalını artırır, transsərhəd boru kəməri layihələrini inkişaf etdirir, Türkiyədə qaz qovşağının yaradılması üzərində işləyir – bu qovşaq sayəsində əvvəllər “şimal axınları” ilə verilən qaz nəqli həcmini kompensasiya etmək mümkün olacaq.

Lavrov bundan əvvəlki açıqlamalarında neft hasilatının həcminin 2021-ci il göstəricilərindən yüksək olduğunu xəbər vermişdi. Rusiya neft ixracını artırmağı və onun scoğrafiyasını genişləndirməyi planlaşdırır.
 
Ardını oxu...
Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib.

Belə ki, Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul edib.

Senat 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respubvlikasının əleyhinə qətnamə qəbul etmişdi.

Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiq desək, Respublika Prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar.

Bu baxımdan Fransa hakimiyyəti, onun başçısı Emmanuel Makron öz seçicisinin mənafeyini lobbinin tapşırığına satır.

Göründüyü kimi Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşama prosesinə töhfə verməkdənsə əsassız iddialarla öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də dəyərləndirilə bilər.

Emmanuel Makron beynəlxalq hüququ pozmaqda parlamenti də özünə suç ortağı edir.

Makron bu dəfə də ənənəsinə sadiq qalaraq, parlamentin qərar qəbul etməzdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmuşdu. O, "tərəfsiz vasitəçiliyindən", Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə "töhfə vermək istəyi" və s. barədə danışıb. Təbii ki, Makron bu fikirlərində səmimi deyil. Əks halda o, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşardı.

Makron bu davranışı ilə ermənilik məktəbindən çıxdığını nümayiş etdirib. Burada Puşkinin məşhur “Sən oğrusan, sən yalançısan, sən ermənisən.!” ifadələri yada düşür. Bu ifadələr Makrona da şamil edilə bilər. Üzdə Azərbaycan lideri ilə xoş, mülayim danışıb, arxadan zərbə endirmək namərdlikdir. Bunu Fransa Prezidenti bacarır. O, bu addımı ilə daha çox Fransaya xəyanət edir. Çünki buna görə perspektivdə rəsmi Parisə, Yelisey sarayına etimad azalacaq. Onun münaqişlərin həllində rolu azalacaq.

Makronun hakimiyyətə gəlişindən sonra Fransanın deqredasiyaya uğramış “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizi yalnız xristianlara keçərlidir. Ölkədə tüğyan edən irqçi, antisemit, Azərbaycanfob, türkofob və islamofob hallar fonunda azadlıq kimi fundamental dəyərlərə münasibətdə selektiv yanaşma tətbiq olunur.
Ətraflı

Makron Fransasının bu davranışı müsəlman dünyasına nifrətdən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Fikimrizcə, Rəsmi Paris Afrikadakı məğlubiyyətinin acığını erməniləri bəhanə edərək Azərbaycandan çıxmağa səy göstərir.

Fransa Senatı beynəlxalq normaları da pozub. O, Azərbaycanla imzaladığı sənədə, deməli, üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edib. Bu, qədim peşə sahiblərinin davranışın xatırladır. Bu baxımdan Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə zidddir.Fransa Azərbaycana qarşı təkcə siyasi və hüquqi çərçivədə diskriminasiya etmir. Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsi, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. Rəsmi Paris Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası üzrə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana qarşı selektiv yanaşdığını göstərir.Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan konfiliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır.Rəsmi Paris Ermənistan vasitəsi ilə Afrikada, Əlcəzairdə, Malidə, Liviyada əzilən burnunu Cənubi Qafqaza soxmağa çalışır. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə ilə özünü Qərbdə humanist kimi göstərməyə çalışır.Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamə layihəsində “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin səsləndirilməsi həyasızlığın zirvəsidir. Ermənistanın belə, heç vaxt dilə gətirmədiyini Fransanın Azərbaycandan tələb etməsi “ermənidən daha çox erməni” olmağa çalışdığını, belə bir güclü ölkənin radikal ermənilərin əlində necə oyuncağa çevrildiyini göstərir.Makron Fransanın tarixdə olduğu kimi – işğalçı, insan alverçisi, saxta, riyakar, dinlərarası iğtişaş yaradan, soyqırımı törədən, etnoslararası kin-nifrət toxumu səpən, cinayətkar olaraq qalmasına yardım edir. O, Fransanın keçmişdə törətdiyi pis əməllərə müasir insanların bir daha nəzər salmasının vacibliyini sübuta yetirir.Makron və Senat sübut edir ki, Fransa tarixdə heç vaxt möhtəşəm, ədalətli, böyük, demokratik, humanist dövlət olaraq qalmayacaq. Yelisey sarayı bu qətnamə ilə Fransa tarixindəki çox saylı cinayətlərə birini də əlavə etmiş oldu. Ölkə tarxinin ləkələri cinayətlərinin sayı artdı.Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanı müharibə cinayətlərində, humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıq olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir.
Fransa “öz gözündə tir görməyib, özgə gözündə çöp axtaran”lardandır. O da ermənilərə oxşamağa başlayıb. Təəssüf ki, erməni lobbisi Rusiya kimi Fransanı da dünyanın aparıcı dövlətlər sırasından çıxmasına təkan verir.

Yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal edib, həmin dövlətlərin sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir. Müstəmləkə illərində Fransa silahlı qüvvələrinin etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirilməsi uzaq tarix deyil.Fransa tarixdə işğalçı dövlət olaraq qalıb. Onun tarixi qan-qada ilə doludur. Bu xüsusiyyətinə görə o Ermənistana daha çox oxşayır.Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa 17 dəfə nüvə sınağı keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bu günədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzairə təqdim etmək istəmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında qabaqcıl yer tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırıb və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Vətən müharibəsindən indiyədək, yəni ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti var.1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və bu ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına baiskar olan fransızların humanitar hüquqdan danışması tragikomediyadır.
Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa, bu ölkəni “Fransa Əlcəzairi” adlandırıb.1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam qətlə yetirilib. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib.
Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən danışan ölkənin paytaxtında, 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli ööldürülüb, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı” kimi düşüb.

Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransanın Paris şəhərindəki "İnsan muzeyi"ndə müstəmləkə müharibələrində öldürülən 18 000 döyüşçülərin kəllə sümükləri saxlanılır.

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yadda qalan hücumu nəticəsində 2 gün ərzində 3000-ə yaxın mərakeşli qətlə yetirilib. 1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli qətlə yetirilib.

29 noyabr 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüb. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl zorlanıb.1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçiriblər. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb.Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin, müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir.Emmaunel Makron Fransanın gələcəyinin qəbirqazanıdır. O, ölkəsini böyüklər sırasından çıxarmaq, beynəlxalq arenada uçruma aparmaqla bunu tezləşdirir. (report.az)
 
Ardını oxu...
Ermənistanın paytaxtı İrəvanda naməlum şəxslər nasistlərin əlaltısı olan Qaregin Njdenin heykəlinin postamentində “Xameneiyə ölüm” yazıblar.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, Njdenin heykəli ilə yanaşı digər abidələrin üzərinə də anti-İran şüarları yazılıb.
Ardını oxu...
Cebhe.info
 
Ardını oxu...
Xəbər verildiyi kimi, ötən gün İstanbulun Taksim meydanında qanlı terror hadisəsi baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.

Hadisədən dərhal sonra İstanbul polisi hərəkətə keçib və 46 nəfər şübhəli şəxs qismində həbs edilib. Araşdırmalar nəticəsində məlum olub ki, terror aktını həyata keçirən şəxs Suriya əsilli Əhlam Əlbəşir adlı qadındır.

Dindirilmə zamanı, o, PKK-PYD-YPG terror təşkilatı tərəfindən xüsusi məqsədlər üçün hazırlandığını, Afrin-İdlib üzərindən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisənin təfərrüatlarıyla bağlı jurnalistlərə açıqlama verərkən, terror hadisəsində ABŞ-ın əlinin olduğunu eyhamla vurğulayıb.

“ABŞ-ın başsağlığını qəbul etmirik. Düşünürəm ki, ABŞ-ın bu gün verdiyi başsağlığı mesajını qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir. Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, bədəlini daha ağır ödəməli olacaqlar”, - deyə, nazir bildirib.

Əslində S.Soylunun bu terror hadisəsiylə bağlı birbaşa ABŞ-ı günahlandırması başadüşüləndir. Çünki hazırda PKK-YPG-nin bölgədəki ən böyük dəstəkçisi məhz ABŞ hesab olunur. Suriya hadisələrindən sonra ABŞ bir an olsun YPG-yə hərbi və maliyyə yardımını əsirgəməyib. Digər tərəfdən, ABŞ xüsusi təyinatlıları tərəfindən YPG terrorçularına bomba hazırlamaq kimi bir çox hərbi təlimlər verilib və verilməyə də davam edir.

Türkiyə təhlükəsizlik qüvvələrinin YPG rəhbərliyinə qarşı mümkün əməliyyatlarının qarşısını almaq üçün ABŞ, Mazlum Kobani başda olmaqla bütün yüksək səviyyəli YPG administrasiyanın mühafizəsini təşkil edir. Ona görə də dünən Taksimdə baş verən qətliamı təkcə PKK-PYD-YPG terror qruplaşmasının adına yazmaq doğru olmazdı.

Digər tərəfdən, hadisəni törədən terrorçunun üzərində “Nyu-York” yazılan bənövşəyi rəngli köynəklə ələ keçirilməsi də təsadüf hesab oluna bilməz...

Məlumat üçün onu da qeyd edək ki, dünənki hadisə son 6 ildə İstanbulda qeydə alınan yeganə terror aktı idi. Son illər Türkiyə hakimiyyətinin siyasi iradəsi nəticəsində daxildə və xaricdə aparılan hərbi əməliyyatlarla PKK-YPG-PYD terror qruplaşmasına ağır zərbələr vurulmuş, Türkiyədə demək olar ki, terrorun kökü kəsilmişdi.

Ona görə də hər hansı bir xarici qüvvənin köməyi olmadan, Türkiyədəki terror hücrələrinin uzun müddət sonra yenidən öz imkanları hesabına aktivləşmək cəhdi inandırıcı görünmür. Böyük ehtimalla, aparılan araşdırmalar nəticəsində terrorun sifarişini verən əsas qüvvələrin adları məlum olacaq.

6 il sonra baş verən terror hadisəsinin noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən cəmi 2 gün sonraya təsadüf etməsi isə olduqca maraqlı bir faktdır. Görünür, son illər Türk dövlətlərinin birləşmək istiqamətində atdıqları addımlar, bu coğrafiyada gedən siyasi proseslər kənar qüvvələrin maraqlarıyla ziddiyyət təşkil edir. Xüsusən də, Şimali Kipr Türk Cümhuriyyətinin ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində üzv seçilməsi başda Qərb ölkələri olmaqla elə ABŞ-ın özünü də narahat edir.

Bu mövzuyla bağlı siyasi şərhçi Asif Nərimanlı “AzPolitika.info”-ya şərhində bildirib ki, Süleyman Soylunun bu məsələdə ABŞ-ın adını hallandırması təsadüfi olmayıb: “Türkiyə tərəfi bu məsələdə əsas diqqəti YPG-yə yönəltməyə çalışır. YPG daha çox ABŞ-ın təsiri altında olan terror təşkilatı kimi tanınır. ABŞ rəsmiləri də bir neçə dəfə YPG-ni özlərinə müttəfiq hesab etdiklərini dilə gətiriblər. Belə olan halda YPG-li bir terrorçunun gəlib İstanbulda terror aktı törətməsi, təbii olaraq bütün diqqətləri ABŞ-ın üzərinə yönəldir”.

Ekspert xatırladır ki, bu prosesdə əsas məqam İstanbulun mərkəzində yeni terror aktının son altı il ərzində olmaması idi: “Bu illər ərzində Türkiyənin müxtəlif sərhəd bölgələrində terror aktları olsa da, sırf insanları hədəf alan belə bir hadisə baş verməyib. Son belə hadisə 2016-cı ilin 31 dekabrından 2017-ci ilin bir yanvarına keçən gecə olmuşdu. Bu hadisədən sonra uzun müddət böyük şəhərlərdə terror aktı qeydə alınmadı. Bu zaman təbii olaraq ortaya belə bir sual çıxır - niyə 6 ildən sonra birdən-birə İstanbulun mərkəzində terror aktı baş verdi?”

Ekspert hesab edir ki, bu müddət ərzində terror hadisələrinin olmaması Türkiyənin təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə bağlıdır: “Digər tərəfdən, biz ABŞ-dakı hakimiyyətə diqqət etməliyik. 2016-cı ildə - sonucu terror hadisəsindən sonra demokratlar hakimiyyətdən uzaqlaşdırıldılar. ABŞ-da respublikaçıların hakimiyyəti dövründə silsilə terror aktları səngiməyə başladı. Hamıya məlumdur ki, Türkiyə regional və geosiyasi proseslərdə ən əhəmiyyətli ölkələrdən biridir. Ona görə də davamlı olaraq bu ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün terror aktlarından istifadə edilir. Məqsəd terror üzərindən Türkiyədə qorxu yaratmaq və hər hansı bir siyasi addıma məcbur etməkdir”.

Ekspert qeyd edir ki, burada ümumi məqsəd daha çox daxili siyasətə yönəlib: “Yəni, sırf seçkiyə hazırlıq dövründə belə bir hadisə törədərək, nəticələrə təsir etməyə çalışırlar. Aydın məsələdir ki, Bayden administrasiyası ilə Türkiyənin arası o qədər də yaxşı deyil.

Türkiyə, həm Mərkəzi Asiyada, həm də Avrasiyada əsas aktiv gücə çevrilir. Belə bir məqamda təbii ki, xarici qüvvələr bu yaxınlarda baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə cavab olaraq bu hadisəni təşkil edə bilərlər. Həmçinin bildiyimiz kimi, hazırda Ankarada Rusiya ilə Ukrayna arasında gizli danışıqlar gedir. Hansı ki, mətbuatda da artıq bu məsələlər gündəmə gəlir və bu danışıqlarda əsas vasitəçi ölkə kimi Türkiyə göstərilir. Ona görə də Rusiya və Ukraynanın danışıqlar masasına oturmasını istəməyənlər və Ukraynada müharibənin bitməsindən narazı olanlar Türkiyə üzərindən belə bir terror aktı törədə bilərlər”.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, Səmərqənd görüşündən sonra İstanbulda terror aktının törədilməsi xeyli suallar yaradır: “Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır. Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır”.

“Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq”, - deputat qeyd edib.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.

Bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər. (Mənbə: TASS)
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərində dövlət hakimiyyəti məsələlərinin federal hakimiyyət orqanları ilə razılaşdırılması qaydası haqqında fərman imzalayıb.

Bu barədə rəsmi hüquqi informasiya portalında dərc olunan sənəddə deyilir.

Fərmanda deyilir ki, qərar dərc edildiyi gündən qüvvəyə minir.
Ardını oxu...
Taksimdə İstiqlal küçəsində qan içində olan Suriya milli terrorçusu Əhlam Əlbəşir səhər saatlarında evinə basqın zamanı yaxalanıb. Əlbəşirin üzərində “Nyu York” yazılmış başlıqlı, bənövşəyi paltarı bu gün Britaniya mətbuatında ən çox danışılan başlıq olub. Qəzet 2005-ci ildə Londonda qan tökməyə çalışan terrorçu qadın terrorçunun geyindiyi paltarın oxşarlığına diqqət çəkən fotoşəkilləri dərc edib.

İngiltərənin tabloid qəzetləri İstiklal küçəsində bombalı hücum həyata keçirdikdən sonra Küçükçekmecedəki evində saxlanılan suriyalı terrorçu Əhlam Əlbəşirlə bağlı bir detala diqqət çəkib.

“NEW YORK” T-SHORT

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “Daily Mirror” Əlbəşirin nəzarətə götürülərkən üzərində “Nyu York” yazılmış başlıqlı, bənövşəyi paltarını vurğulayırdı. Qəzet xatırladıb ki, Əlbəşirə oxşar paltarı 2005-ci ildə Londonda qan tökməyə çalışan terrorçu da geyinib.

Məqalədə deyilirdi: “Qadın terrorçu üzərində New York yazısı olan bənövşəyi rəngli kapüşonlu sviter geyinmişdi. Bu paltar Remzi Muhammedin 21 iyul 2005-ci ildə bombalı hücumu həyata keçirməyə cəhd edərkən geyindiyi qara sviterə bənzəyirdi. London metrosu, üzərində “New York”’ sözləri ilə.
 
Ardını oxu...
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan:
"İsrailin ikinci rəsmi dili ərəb dilidir. İranda isə İslam dövləti olmasına baxmayaraq rəsmi dil sadəcə fars dilidir.
İsrailin 17 faizi müsəlman ərəblər, 5 faizi də druz şiələri və digər məzhəbdən olan müsəlmanlardır. Bir sözlə 25 faizə yaxın müsəlman yaşayır. Hətta şiə, İsmaili təriqətindən olan druzlar hərbidə geniş xidmət edir, orduda generalları da var.
İran isə İsraili yer üzündən silməkdən dəm vurur. Bəs onda orada yaşayan müsəlman və şiələri, druzları da yəhudilərə qatıb siləcək, yoxsa elə bir silah kəşf edib ki, atanda ancaq yəhudiləri öldürəcək?
Belə baxanda İsrail İrandan daha çox müsəlmandır, İslama qarşı hörmətcildir. İranda ölkənin az qala yarı faizi türk dilli olmasına baxmayaraq İran nəinki ikinci dövlət dilini türk dili edir, hətta türk dilində məktəb belə açmağa qoymur.
Ancaq İsraildə 17 faiz ərəb yaşamasına baxmayaraq onların deputatları, geniş hüquqları var. Dilləri rəsmi dövlət dilidir.
Buradan aydın olur ki, İranın düşmənliyi təkallahlı dinlərə qarşıdır. Yəhudilər və müsəlmanlar təkallahlıdır. İsraildə yaşayan müsəlmanlar, druzlar da özlərini "müvəhhidun" (tövhid əhli) adlandırır. Lakin İran dinlərinə görə 20 dən çox tanrıçalar, minlərlə bütxanalar var.
İsraildə Yəhudilər və müsəlmanların hətta polisdə xidmət etdiyini, ibadət vaxtı yanaşı ibadət etdiyini görürük.
Ancaq İranda Bəhailər, sünnilər soyqırımına, repressiyaya məruz qalır, edam edilir. İndi də 15 min şiə və sünnini üsyana qatıldığına görə edam edəcək".
Talk tv
 
Ardını oxu...
"Türkiyədə törədilən dəhşətli terror hadisəsi bir sıra məqsədlər daşıyır. Türkiyə terrordan əziyyət çəkən dövlətdir. Eləcə də PKK/YPG-PYD dəstələri hər zaman Türkiyəyə qarşı məkrli planlar qururlar. Türkiyə bu istiqamətdə daim antiterror əməliyyatları keçirir".

Bu sözləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

"Azərbaycan da terrordan əziyyət çəkib, müxtəlif üsul və formalarla Azərbaycana qarşı da terror aktları həyata keçirilib. Qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür və beynəlxalq sülhə çox fəal üzvdür. Qardaş Türkiyə də terror hadisələrindən əziyyət çəkir. Düşünürəm ki, önümüzdəki il Türkiyə üçün çox əlamətdar olacaq. Həm Cümhuriyyətin elan olunmasının 100 illiyidir, həm də prezident seçkiləri keçiriləcək. Bununla yanaşı, Türkiyə bu il həm də bir sıra mötəbər tədbirlərin açılışını həyata keçirəcək – İstanbul boğazının açılışı, "Akkuyu" AES-in istifadəyə verilməsi Türkiyəni regional müstəvidə keyfiyyətcə yeni bir səviyyəyə qaldıracaq. Ona görə də Türkiyəyə qarşı məkrli planlar həyata keçirirlər. Lakin Azərbaycan hər zaman Türkiyənin yanında olub. Türkiyə hər zaman Azərbaycanın dəstəyinə güvənə bilər. Bizim həmrəyliyimiz dostlarımızı sevindirir, düşmənlərimizi çətin vəziyyətə salır. Bu böyük bəladan xilas olmaq üçün Türkiyənin yetərli gücü, qüdrəti var. Türkiyəyə qarşı bu alçaq, xain hücumu həyata keçirənlər mütləq şəkildə cəzalandırılacaqlar", - politoloq vurğulayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti