Türkiyə Şimali Atlantika Alyansı ilə Stokholm arasında iyunun 14-də keçiriləcək məsləhətləşmələrdə İsveçin NATO-ya üzv olmaq ərizəsini çətin ki, təsdiq etsin. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Qeyd olunur ki, İsveçin iyunun 1-dən qüvvəyə minmiş terrorizm haqqında qanuna düzəlişlərin NATO-ya qoşulma prosesini sürətləndirməyə kömək olacağına ümid etməsinə baxmayaraq, Türkiyə hakimiyyəti hələlik müvafiq ərizəni təsdiqləməyə hazır deyil. Ankaranın fikrincə, Stokholm terrorla bağlı yeni qanununu tam şəkildə həyata keçirməlidir.