Ardını oxu...
Qərb ABŞ və Kiyevin Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətinin şərtlərini araşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının komissiyasının yaradılmasından qorxur.

Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Layihə ilə bağlı 2 raund məsləhətləşmələr apardıq, lakin keçmiş Qərb tərəfdaşlarımızdan Rusiyanın təbliğatına dair yalnız köhnə tezislər eşitdik və təqdim etdiyimiz sübutların guya kifayət qədər inandırıcı olmadığı bildirildi”, - Polyanski vurğulayıb.

Qeyd edək ki, daha öncə BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynada hərbi bioloji fəaliyyətlərin araşdırılması üzrə komissiyanın yaradılmasına dair qətnaməsini qəbul etməmişdi.
 
Ardını oxu...
İranda etiraz aksiyaları 49 gündür davam edir.

Təbrizdə aksiyaçılar küçələrə çıxaraq şüarlar səsləndirib, mövcud rejimə etiraz ediblər.
Etirazçılar “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” şüarını dönə dönə təkrarlayıblar.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
 
 
Ardını oxu...
İranda şiələr üçün müqəddəs sayılan Qum şəhərindəki Cəmkəran məscidinin günbəzi üzərində qırmızı qisas bayrağı qaldırıldı. Bu, müharibə elanına bərabər bir aksiyadır.
Qırmızı bayraq sonuncu dəfə 2020-ci ildə Qasım Süleymaninin öldürülməsindən sonra qaldırılmışdı
(İbrahim Nəbioğlu)
Teref.az
 
 
 
Ardını oxu...
Böyük Britaniya Sevastopolda törədilən terror aktında iştirak etmədiyini dərhal bəyan etməklə özünə güzəştə getdi.

Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya ictimaiyyəti Sevastopol hücumları və Şimal axınında təxribatla bağlı materiallarla tanış edəcək və bu materiallar Böyük Britaniyanın səfiri Debora Bronnertə təhvil veriləcək. Sonuncu tezliklə Kiyevin Sevastopola hücumlarının hazırlanmasında britaniyalı mütəxəssislərin iştirakı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Zaxarovanın sözlərinə görə, Kiyev bu gün faşist döyüş üsullarından istifadə edir, daha çox İŞİD və Əl-Qaidə kimi ekstremist qruplara çevrilir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, bu qrupların yaradılmasının başlanğıcında anqlo-sakson icmalarından eyni ruhlandırıcılar və təlimatçılar olub.

Kiyevin bu cür üsullardan istifadə etməsinin daha bir təsdiqi Ukrayna Silahlı Qüvvələri tərəfindən oktyabrın 29-da pilotsuz uçuş aparatları vasitəsilə Sevastopolda Rusiya Qara Dəniz Donanmasının gəmilərinə və infrastrukturuna endirdiyi aviasiya dəniz zərbələri olub.

Hücum britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib və bu barədə Rusiya BMT Təhlükəsizlik Şurasının iclası zamanı beynəlxalq ictimaiyyətə məlumat verib.
 
 
 
Ardını oxu...
Cenevrədə BMT Baş Məclisinin orqanı olan BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupunun 39-cu sessiyası işə başlayıb.

Demokrat.az xəbər verir ki, BMT-nin Cenevrə ofisində noyabrın 3-dək davam edəcək toplantıda 50-dən çox ölkə və 15-dək beynəlxalq təşkilat nümayəndələri iştirak edir. Beynəlxalq tədbirdə Azərbaycandan nümayəndə iştirak etməsə də, qardaş Türkiyədən mütəxəssislər iştirak edir.

UNCTAD-ın əsas vəzifələri beynəlxalq ticarətin inkişafına kömək etmək, dövlətlər arasında bərabər, qarşılıqlı faydalı əməkdaşlıq, müasir beynəlxalq iqtisadi münasibətlərin işləməsi üçün tövsiyələrin, prinsiplərin, təşkilati və hüquqi şərtlərin və mexanizmlərin hazırlanması, BMT-nin digər qurumlarının iqtisadi əlaqələrin iqtisadi inkişafı və beynəlxalq ticarətin təşviqi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsində iştirakdır.

İcra orqanı, fəaliyyətlərin ümumi razılaşdırılmış prioritetlərlə uyğunlaşdırılmasından məsul olan Ticarət və İnkişaf Şurasıdır. UNCTAD katibliyi üzv dövlətlərin hökumətləri ilə əməkdaşlıq edir, BMT təşkilatları və regional komissiyalarla qarşılıqlı fəaliyyət göstərir.

Sözügedən tədbirdə Azərbaycanın tanınmış diplomatı, hazırda Ukraynanın maliyyə nazirinin müşaviri olan Azər Xudiyev də iştirak edir. O, Ukrayna dövlətini sözügedən beynəlxalq tədbirdə təmsil edir.

Sessiyada Azər Xudiyev tərəfindən Ukrayna hökümətinin hazırladığı “Fövqəladə hallarda dövlət sektoru subyektlərinin hesabatlarının islahatına konseptual yanaşmalar” adlı analitik sənəd də müzakirəyə çıxarılacaq.

Sessiyada Ukraynaya dəstək olaraq, hesabat qərarının qəbul edilməsi gözlənilir.

Ukraynanın maliyyə nazirinin Azərbaycanlı müşaviri Azər Xudiyev Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən tədbir Ukrayna üçün ciddi əhəmiyyətə malikdir:

"Milyonlarla ukraynalı kimi, mən də Ukraynanın ədalətli qələbəsinə tam inanıram, yaxın zamanlarda Ukrayna xalqının firavan gələcəyinə ümid edirəm. Qələbə bizimlə olacaq. Başqa cür də ola bilməz. Yaşasın Ukrayna-Azərbaycan dostluğu!".
Ardını oxu...
Qeyd edək ki, sözügedən iclasa ilk dəfə olaraq Rusiya heç bir formatda dəvət edilməyib.

Xatırladaq ki, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatı 1964-cü ildə təsis edilib. UNCTAD-ın mərkəzi Cenevrədə yerləşir. Bu gün konfrans 195 ölkəni əhatə edir. UNCTAD qərarları qətnamə şəklində qəbul edilir.
 
Ardını oxu...
Türkiyənin Avropa Birliyinin enerji təhlükəsizliyində əsas oyunçuya çevriləcəyini yazan alman nəşrləri qitə dövlətlərinə “Rus ayısından qaçsanız, türk bozqurdu ilə üzləşəcəksiniz” mesajını veriblər.

Alman mətbuatında “Avropa tezliklə Türkiyədən daha çox asılı olacaq?” adlı məqalə yayımlanıb.

Məqalədə Türkiyənin geostrateji önəminə diqqət çəkilir:

“NATO-ya qoşulmağın asan olacağını düşünən Finlandiya siyasətçiləri üçün işlər gözlənildiyi kimi getmədi. İndi onlar səbirsizliklə Prezident Ərdoğanın Finlandiya və İsveçin hərbi alyansa üzvlüyünü təsdiqləməsini gözləyirlər”.

Məqalədə qeyd edilir ki, dərinləşən enerji böhranı ilə mübarizə aparan Avropa üçün Türkiyənin önəmi daha aydın görünür. Məqalədə Rusiya ilə münasibətlərin kəsilməsinin bir-birinin ardınca bir sıra xoşagəlməz nəticələrə gətirib çıxardığı vurğulanarkən, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın sözlərinə də yer verilib: “İstər Qara dəniz regionundan taxıl ixracı, istərsə də şərqdəki hasilatçı ölkələrdən enerji təchizatı olsun, tarixdə tez-tez baş verdiyi kimi, Boğaziçi (İstanbul) və Avrasiya əlaqələri həlledici geosiyasi rol oynayır. Həqiqət budur ki, Türkiyə bu gün Avropanın təhlükəsizliyi üçün çox önəmlidir”.

Rusiya ilə Avropa arasında enerji sahəsində əməkdaşlığın ABŞ tərəfindən qəsdən pozulduğu vurğulanarkən, Moskva ilə Ankara arasında tərəfdaşlığın daha da intensivləşdiyi diqqətə çatdırılır.

Prezident Vladimir Putinin “Avropa üçün Türkiyəni təbii qaz qovşağına çevirə bilərik” mesajına da toxunulur və Rusiyanın Türkiyəni qaz təchizatı üçün yeni əsas marşruta çevirəcəyi bildirilir.

Təhlildə bu ifadələrə də ver verilir:

“Rusiya təbii qazının Türkiyədən üçüncü ölkələrə, ilk növbədə Avropaya tədarükü davam edəcək. Bundan əlavə, qiymətləri müəyyən etmək üçün Türkiyədə təbii qaz birjası yaradıla bilər. AB Rusiyadan enerji təchizatını siyasi səbəblərə görə dayandırmaq istəsə də, bu, coğrafi baxımdan çətin layihədir. Brüssel ABŞ-ın təzyiqi altında titrədiyi halda, Türkiyə istehlakçı boşluğunu doldurmaq istəyən ölkələrdən biridir”.

Türkiyənin AB-nin enerji təhlükəsizliyində əsas oyunçuya çevriləcəyi bildirilərkən, Ankaranın qazanacağı, uduzan tərəfin isə Brüssel olacağı deyilir.

AB-nin gələcəkdə Rusiya ilə birbaşa əməkdaşlıqdan imtina etməli və Türkiyə ilə enerji məsələlərində danışıqlar aparmalı olacağı vurğulanır.

Alman nəşrləri AB və ABŞ-ın enerji sahəsində qumarı yanlış oynadıqlarını yazırlar:

“Müxtəlif enerji layihələrinin mərkəzi olan Ankara keçmişdə Avropa Birliyinə üzv olmağa çalışsa da, Brüssel bunu qəbul etmək istəmirdi. İndi deyəsən, Türkiyə Avrasiyaya doğru istiqamət götürəcək və tezliklə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacaq. AB amerikalılarla qumar oynayırdı, amma əllərində zəif kartları saxlamışdı. Rus ayısından qaçsanız, türk bozqurdu ilə üzləşəcəksiniz”.

 
Ardını oxu...
İranın Azərbaycana qarşı təxribat hərəkətləri Güney Azərbaycanda yaşayan soydaşlarımızın Prezident İlham Əliyevə dəstək aksiyasına səbəb olub.

TEREF.AZ gununsesi.info-ya istinadla bildirir ki, Təbrizdə küçələrə üzərində İlham Əliyevin fotolarından ibarət “Cənab Prezident Güney Azərbaycan Sizə dəstəkdir!” afişalar yapışdırılıb.
 
 
 
Ardını oxu...
 

 
Soçidə 31 oktyabrda keçirilən üçtərəfli görüşlə bağlı “Ъ”-nın xüsusi müxbiri Andrey Kolesnikov xüsusi məqamlara diqqət çəkən reportaj hazırlayıb.

 

O, hər iki liderin daha az heyətlə görüşə gəldiyini vurğulayıb.

“Baş nazir Paşinyanda “fövqəladə kompakt” heyətlə gəlmişdi. Görünür, hər şeydən əvvəl yalnız özünə güvənir. Görəsən, bütün problemlər bundan irəli gəlmir ki?

Hətta jurnalistlər – cəmi 3 nəfər idi. Yalnız şəxsi media: fotoqraf, operator və səs operatoru. Bu situasiyada səs operatoru Paşinyanın nəyinə lazım idi, anlaşılmazdır. Çünki səsi protokola əsasən rusiyalı mütəxəssislər nizamlayırdılar”, - o bildirib.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətində 14 jurnalist vardı:

“Yeri gəlmişkən, müharibə məhz bu cür qazanılır – həm də informasiya savaşı: “ona görə” yox, “hər şeydən öncə”...

Nikol Paşinyan isə bu danışıqlardan əvvəl hücuma hazırlıq işini öz üzərinə götürmüşdü. Soçi görüşündən öncə KTMT-nin iclasını çağırmışdı. Bildiyiniz kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan KTMT üzvüdür”.

Kolesnikov Paşinyanın bu təşəbbüsünün Belarus lideri Lukaşenko tərəfindən məhv edildiyini vurğulayıb. Belə ki, Lukaşenko canlı nümayiş edilən hissədə olduğu kimi, qapalı danışıqlarda da Paşinyanı danlayıb.

Jurnalistin fikrincə, əslində Lukaşenkonun dili ilə Putin özü danışıb. Çünki Putinin belə məqamlarda susması ilk dəfə deyil – onun sözünü Lukaşenko səsləndirir:

“Hamıya, ilk növbədə isə Nikol Paşinyana bir daha aydın oldu ki, KTMT onun köməkçisi deyil”.

Kolesnikov Lukaşenkonun “Azərbaycana bizim adam rəhbərlik edir, ancaq sabah necə olacaq, bilmirik” deyə, Paşinyana saziş imzalamağı məsləhət görməsini xüsusi qabardıb və bunu da Putinin dili ilə dediyini qeyd edib:

“Şübhəsiz, Paşinyan anladı ki, Soçidə Prezident İlham Əliyevlə KTMT-nin yardımı olmadan “döyüşməli”, daha doğrusu, razılaşmalı olacaq. Xüsusilə ona görə ki, Putin bu müddət ərzində susdu, demək, Lukaşenko ilə tam razı idi”.

Daha sonra Ermənistan və Rusiya liderlərinin Soçidə görüşünə toxunan jurnalist Putinin KTMT toplantısını Paşinyanın təklif etdiyini “bir dəqiqə ərzində iki dəfə vurğuladığına” diqqət çəkib. Paşinyanın görüş sözlərini vərəqdən oxumasını isə “ağzından hansısa söz qaçırmaqdan qorxması” ilə izah edib:

“Amma Nikol Paşinyan çıxışında yenə də çaşdı. Əvvəlcə o, dedi ki, bu, sənədin rus variantının layihəsidir, sonra isə Rusiyanın bunu, yəni öz variantını dəstəklədiyinə dair heç bir sübutun olmadığını iddia etməyə başladı.

Nikol Paşinyan bunu təbii ki, Vladimir Putinin Praqa danışıqlarına əsəbiləşməməsi üçün dedi. Erməni baş nazirinin kəndli hiyləsi oyanmışdı”.

Nikol Paşinyanın Azərbaycan Ordusunun 2021-ci il sərhədlərinə qayıtması da daxil olmaqla, digər tələblərinə gəlincə, jurnalist qeyd edib:

“Bu yerdə Lukaşenkonun yeri görünürdü...”

Nikol Paşinyanın nala-mıxa vurmasını qabardan jurnalist İlham Əliyevi daha korrekt və dəqiq olduğunu bildirib:

“İlham Əliyev deməyə sözü olan adam təsiri bağışladı - ən azından lakonik olmasına görə. Bəli, qaliblər belə olur!”

“Putinlə İlham Əliyev danışıqlar apararkən Nikol Paşinyan pansionata dincəlməyə getmişdi. Sonra heç kəsin sezmədiyi şəkildə geri qayıtdı”, - o əlavə edib.

 

XalqXeber.Az
Ardını oxu...
II Qarabağ müharibəsindən sonra regionda yaranmış olan yeni geosiyasi vəziyyətə İran İslam Respublikasında bəzi çevrələrin verdiyi reaksiya bölgəni gərginləşdirməkdədir. İrandakı bəzi anti-Azərbaycan dairələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanı təmin edəcək Zəngəzur Dəhlizinin işə salınmasını ölkələrinin milli təhlükəsizliyinə təhdid olaraq görür. Hətta onlar Zəngəzur Dəhlizinin regiondakı sərhədləri dəyişdirə biləcəyini və rəsmi Tehranın buna dözməyəcəyini bildirirlər.

Sual olunur: İran İslam Respublikası milli təhlükəsizlik deyərkən nəyi nəzərdə tutur? Bu “dözümsülüyün” səbəbi nədir?

İranın həm hərbi, həm diplomatik, eləcə də informasiya cəbhəsində Azərbaycana qarşı tarixi sərhədlərin pozulması adı altında davam etdirdiyi fəaliyyətin ən mühüm səbəblərindən biri rəsmi dairələrin qlobal narkotik ticarətində tutduğu mövqedir. İran İslam Respublikası qlobal narkotik ixracı və daşınmasından hər il milyardlarla dollar gəlir əldə etməkdədir. Bu məsələ hər hansı ölkə və ya çevrələr tərəfindən ortaya atılan qərəzli iddia deyil. Bunlar müxtəlif vaxtlarda sübuta yetirilmiş real faktlardır.

Bunların prizmasına İranın rəsmi və qeyri-rəsmi nümayəndələri tərəfindən guya Azərbaycan torpaqlarında sionist və təkfirçilərin yerləşdirilməsi ilə bağlı yayılan saxta məlumatlar, sadə vətəndaşlarda fikir qarışıqlığı formalaşdırılmasına yönəlmiş cəhdlər, İran siyasi və hərbi elitası tərəfindən hərbi təlimlərin həyata keçirilməsi, Ermənistana edilməsi planlaşdırılan (və ya ən azı arzu edilən) dəstəklər qeyd edilən “dözümsüzlüyün” təzahürləri və legitimlik donu geyindirilməyə cəhdlər olaraq dəyərləndirilə bilər.

Tarixə nəzər salaq. 1979-cu ildə İranda baş verən İslam İnqilabı nəticəsində hakimiyyətə gələn (və ya gətirilmiş) dini təmayüllü yeni liderlər, qurulması planlaşdırılan islam sisteminin təhlükəsizliyini təmin etmək, eləcə də silahlı qüvvələrə nəzarət məqsədi ilə “sepahe-pasdaran” və ya digəri adı ilə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yaratdı.
Ardını oxu...
Şəkil 1. Ruhullah Xomeyninin Parisdən Fransa Hava Yolları vasitəsi ilə Tehrana gəlişi, 1979-cu il.
Uzun müddət ərzində İran İslam Respublikası tərəfindən qonşu ölkələrə, eləcə də regionlara baş tutmuş inqilab modelinin ixracı əsas prioritet hesab edilirdi və bu missiya birbaşa İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən yürüdülürdü. Hazırda da qruplaşma tərəfindən İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan və digər ölkələrdə çox məqsədli geniş fəaliyyətlər davam etdirilir.

Aparılan fəaliyyətin davamlılığını təmin etmək üçün böyük həcmli maliyyə vəsaitlərinə ehtiyac var idi ki, bu da təşkilatın ölkə daxilində strateji iqtisadi dayaqlarının yaranmasına gətirib çıxardı. Lakin burada qeyd edilməsi vacib məqam budur ki, İslam İnqilabı Keşikçiləri Korpusu narkotik vasitələrin qanunsuz dövriyyəsi, ixracı və daşınmasından hər il milyardlarda ABŞ dolları məbləğində qazanc əldə edir və bu “çirkli pullar” qruplaşmanın əsas gəlir mənbələrindən biridir. Qeyd edək ki, İranda islam inqilabından sonra ali lider tərəfindən “müqəddəs vəzifə” ilə taclandırılmış SEPAH qüvvələri ölkə daxilində fəaliyyət sahəsini genişləndirərək ölkənin su, hava və quru sərhədlərini nəzarət altında saxlamaqdadır. Təsadüfi deyil ki, Zəngəzur Dəhlizinin açılmasını “milli təhlükəsizliyə təhdid” olaraq görən və buna görə də Azərbaycanla dövlət sərhədində hərbi təlimləri həyata keçirən məhz İslam İnqilabı Keşikçiləri Korpusudur.

2012-ci ildə ABŞ Maliyyə Nazirliyi İran vasitəsi ilə əfqan heroininin qaçaqmalçılığına İslam İnqilabı Keşikçiləri Korpusunun generalı tərəfindən nəzarət edildiyini açıqlayıb. Məlumata əsasən, İranın cənub-şərqində Əfqanıstanla sərhədin yaxınlığında yerləşən Zahidan şəhərindəki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin o dövrkü rəhbəri General Qulamrıza Bağbaninin əfqan narkotacirlərinə ölkə ərazisindən keçməklə 3-cü ölkələrə heroin keçirilməsinə, eləcə də İrana tiryək daşınmasına kömək etdiyi bildirilir.
Ardını oxu...
Şəkil 2. Əfqanıstan və İran arasında aparılan əməkdaşlıq modeli.

İranın İslam respublikası adına yaraşmayan bu kimi hərəkətlərini təsdiqləyən faktlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə gündəmə gətirilib. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) məlumatlarına əsasən, aşağıdakı şəkildə, İran ərazisinə daxil olan və buradan müxtəlif istiqamətlərlə Avropaya ixrac edilən narkotik marşrutları göstərilir. Burada İran İslam Respublikasının şimal sərhədlərində qeyri-qanuni narkotik daşınmasının məhz Ermənistan və vaxtilə işğal altında olan Qarabağ əraziləri üzərindən aparıldığı bir daha təsdiqlənir.
Ardını oxu...
Şəkil 3. İran İslam Respublikası daxilində mövcud olan narkotik marşrutları.

Məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən də 15 oktyabr 2021-ci il tarixində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının keçirilən iclasında münasibət bildirilib. Azərbaycan Prezidenti çıxışı zamanı Azərbaycanın İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunun mövcud olduğunu bildirib.
Ardını oxu...
Şəkil 4. Uzun illər Azərbaycanın nəzarətindən kənarda qalan və İranın Qarabağ üzərindən Avropaya istiqamətləndirdiyi narkotik ticarətinin aparıldığı Xudafərin körpüləri.


Son günlərdə İranın ali liderinə bağlı İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən Azərbaycanla sərhəddə, məxsusi olaraq Azərbaycanlıların tarixində əhəmiyyətli yer tutmuş Araz çayı sahilində göstərilən “güc nümayişi” paralel olaraq İranın yerli mediasında da davam etdirilməkdədir. Hazırda ölkə daxilində ciddi etiraz aksiyaları ilə üzləşən rejim üçün vətəndaşların fikrini ölkədaxili sosial və siyasi mövzulardan yayındırmaq və “düşməni” ölkə sərhədlərindən kənarda axtarmaq həyati əhəmiyyət daşıyır.

Beləliklə, II Qarabağ müharibəsinin nəticələri İran İslam Respublikasında hakim rejimin təhlükəsizliyini qoruyan və onun xarici ölkələrdəki fəaliyyətini təmin edən İslam İnqilabı Keşikçiləri Korpusunu əsas gəlir mənbəyindən məhrum edib. Azərbaycanın dövlət sərhədlərinə nəzarəti bərpa etməsi uzun müddət ərzində aparılmış çirkli əməkdaşlığı bütünlüklə Ermənistanla İran arasındakı 41 km-lik dövlət sərhədinə doğru sıxışdırıb. Lakin Zəngəzur Dəhlizinin açılması ilə Ermənistanla İran arasında qanunsuz narkotik dövriyyəsinin üzə çıxacağından qorxan rejim, bu məsələni özünün “qırmızı xətti” elan edib.

Görünür, məhz narkotik ticarətindən əldə edilən gəlirin həcminin azalması İranın milli təhlükəsizliyə təhdid kimi dəyərləndirilir.

APA.AZ
 
Ardını oxu...
Bu ilin sentyabr ayında Azərbaycandan Türkiyənin İstanbul şəhərinə 31 140 nəfər səyahət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mədəniyyət və turizm idarəsi məlumat yayıb.

Məlumata görə, bu, ay ərzində İstanbula gəlmiş turistlərin təxminən 2%-i deməkdir. Ötən ay İstanbula ümumilikdə 1,607 milyon turist səfər edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur.

Hesabat dövründə İstanbula ən çox Rusiyadan (170 230) turist gedib (aviatravel.az). Onları Almaniya (114 439), İran (110 539), ABŞ (77 039) və Böyük Britaniya (58 028) vətəndaşları izləyib.
 

Dünyapress TV

Xəbər lenti