Ardını oxu...
Qarabağın Azərbaycanın tərkibində tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyən və rədd edən Qarabağ “parlamenti”nin gecəki ultimatumundan sonra demək olar ki, separatçıların bütün liderləri Yerevana qarşı çıxıblar.

Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və Qarabağın keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyanın fikirlərini pisləyiblər, onların yerinə yetirilməsinin mümkünlüyünü rədd ediblər.

Separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan birgə bəyanatda Ermənistan hakimiyyətinin siyasətini “qəbuledilməz” adlandırıblar.

“Heç kimin bizim gələcəyimizi və uşaqlarımızın gələcəyini həll etməyə mənəvi haqqı yoxdur. Arsax mayın 22-də Ermənistanın baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək. Bundan öncə necə mübarizə aparıbsa, indi də öz vətənində ləyaqətlə yaşamaq hüququ uğrunda bütün mümkün vasitələrlə mübarizə aparacaq”, – bəyanatda deyilir.

Bundan əlavə, Qarabağ “parlamentinin rəhbəri” Artur Tovmasyan Paşinyanın mövqeyini pisləyib. O, bütün dünya ermənilərini, eləcə də Ermənistan ictimaiyyətini “Qarabağ ermənilərinin yaşamaq üçün sarsılmaz və qətiyyətli iradəsini” dəstəkləməyə çağırıb.

Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan da analoji bəyanatla çıxış edib.

Yaxın vaxtlarda separatçıların hazırkı lideri Araik Arutyunyanın oxşar bəyanatlarla çıxış edəcəyi gözlənilir.

(Turan)
 
Ardını oxu...
“Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq çıxışı zamanı bildirib.

“Mayın 28-i ilə ölkəmizin qarşısında yeni qapılar açılacaq. Türk əsrini qurmaq üçün çox çalışacağıq. Xalqımızı inflyasiya ilə əzməyəcəyik, vədimizə sadiq qalacağıq. Bunlar cənab Kamalın işi deyil. Biz 21 il Türkiyədə nəyisə sübut etdik. Rusiya-Ukrayna savaşında Türkiyə vasitəçidirsə, ölkəmiz Qara dəniz taxılını dünyaya daşıyırsa, vəziyyət başqadır. Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi. Siyasəti heç başa düşmürsən, yatırsan. Dünyada siyasət belə aparılmır”, – deyə Ərdoğan vurğulayıb.
TRT
Ardını oxu...
Kamran Əsədov: “Bu ikili standart qaydası dəyişməli, bütün ölkələr üçün eyni qaydalar tətbiq edilməlidir”

Hazırda Almaniyada təhsil almaq istəyən azərbaycanlılar üçün ciddi problemlərin olduğu deyilir. Musavat.com-a bu barədə bir qrup gəncin ünvanlandığı şikayət məktubunda bildirilir. Qeyd edilir ki, gürcü və ermənilərlə müqayisədə azərbaycanlıların təhsil üçün viza almasına məhdudiyyətlər var: “Almaniyada bütün sahələrdə “gizli formada aparılan” dini və mili ayri-seçkilik mövcuddur. Bu, xüsusilə təhsil sahəsində özünü daha qabariq göstərir. Almaniyada ingiliscə təhsil alıb iş tapmaq çox çətindir. Almanca təhsilin yoxdursa, iş tapmaq şansi demək olar yoxdur. Konkret azərbaycanlılara qarşı ayri-seçkiliyin detallarına gəldiksə isə onu deyə bilərik ki, Almaniyada ali təhsil almaq üçün mütləq xüsusi dil sertifikatları lazımdir (DSH, C1 və digərləri). Bu sertifikatların adları və imtahanları fərqli olsa da, hər biri ali təhsil almağa imkan verir.

İlk olaraq bu ölkədə təhsil almaq üçün Azərbaycanda və ya Almaniyada bu dil səviyyəsini əldə etmək lazımdır. Azərbaycanda bunun əldə edilməsi üçün isə kifayət qədər zaman və məhdudiyyət qoyulub. İmtahanlar əsasən almanların özləri tərəfindən götürülür. Bu imtahanın keçirildiyi yerlər də məhduddur, həmçinin, imtahanın verilməsi üçün növbəyə yazılmaq lazımdır. Bu isə xeyli vaxt aparır. Yeri gəlmişkən, Almaniyada təhsil almaq üçün səfirliyin rədd cavabları ilk öncə dil sertifikatlarına görə olur. Məsələn, bu tələblər həm almanca, həm də azərbaycanca var. Bu üç aydan çox Almaniyada dil öyrənmək üçün gedən şəxslərlə bağlı tələbdir. Bu tələblərin tərcüməsində ziddiyyət var. Almanca olan tələblərdə göstərilir ki, dil sertifikatınız varsa, təqdim olunması tələb olunur. Amma Azərbaycancasında isə bu günədək əldə etdiyiniz alman dili biliklərinə dair təsdiq sənədi, məsələn dil kursunda iştirak haqqında, dil sertifikatı (əsli + 2 ədəd surəti). Azərbaycanlılar üçün ən çox vizaya imtinaya səbəb bu göstərilir. Və Alman səfirliyi Azərbaycanda özlərinə yaxın olan dil kurslarının sertifikatlarını tanıyır. Ümumiyyətlə, üç aydan artıq dil kurslarında hansi dil mərkəzlərinin sertifikatlarının tələb olunması yazılmayib. Bu dil kurslarinda yerlər o qədər məhduddur ki, insanlara illərlə zaman lazımdir ki, növbələri çatsin. O kurslardan ən məşhuru “Göte” dil kursudur ki, axırıncı elan 2021-ci ildə olub. (http://www.goethe-zentrumbaku.az/az/med/lah)

Sonra sənədləri qəbul edən zaman səfirliyin azərbaycanlı əməkdaşları müraciət edənlərdən “ayaqüstü” dil imtahanı götürür. Halbuki bu tələb orada yoxdur”.

Müraciətdə o da qeyd edilir ki, qonşu ölkələrə qoyulan tələblər isə tamamilə fərqlidir: “Misal üçün, Gürcüstan üçün qoyulan tələblərə baxaq. (https://tiflis.diplo.de/blob/1681084/53063e931ec2ea02279b7ef4730e4ed6/d-merkblatt-nr–d3c-data.pdf ) Burada Almaniyada təhsil almaq istəyənlər azərbaycanılarla müqayisədə iki dəfə az depozit göstərilir. Daha doğrusu, gürcülər 9 ay üçün 7.677 avro depozit qoyurlar. Amma azərbaycanlılardan 1 il üçün 12.336 avro tələb olunur. Gürcülərdən tələb olunan dil sertifikatı isə belədir. Əgər siz artıq alman dili biliklərini əldə etmisinizsə, sübut (məsələn, dil sertifikatı) yazılır. Amma azərbaycanlılar üçün azərbaycanca qoyulan tələbdə “Əgər” sözü yoxdur. Ermənistan üçün dil sertifikatı tələb kimi qoyulmayıb. Biz niyə dil sertifikatlarını əsasən müqayisə edirik. Çünki imtinaların 99 faizi dil sertifikatı və qapıdan “ayaq üstü imtahanlar“ vasitəsi ilə olur. Çox ehtimal ki, bunlar Gürcüstanda və Ermənistanda yoxdur. Bundan başqa bir şəxs alman dilini Almaniyada ən aşağı səviyyədə öyrənmək üçün müraciət edirsə, (buna dair həmin kursdan arayiş təqdim edirsə) ondan niyə dil sertifikatı tələb olunmalıdır? Bundan başqa, qərarlardan şikayət üçün Berlin İnzibati məhkəməsinə müraciət edə bilərsən. Yəni adam ora getmək üçün və vəkilə söhbət etmək üçün vizası olmalıdır. Yəni burada da absurd bir mexanizm var.

Bu baxımdan qonşu ölkələrlə müqayisədə Almaniya Azərbaycana qarşı da tələblərini sadələşdirilmədir və ya tələblər yüngüləşdirilməldir. İlk dil bacarığını tələb edən Alman Konsulluğu şəxslər üçün çoxlu sayda dil kurslarının tanınması üçün təşəbbüs göstərməlidir, yəni həmin kurslar sertifikatlaşdırılmalıdır. Azərbaycanlıdan 12 min Avro depozit istəyirlər, amma ermənilərdən 7 min Avro, ruslardan da az məbləğ tələb edirlər, bu nə qədər doğrudur?!

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a dedi ki, Azərbaycandan kənarda kifayət qədər gənc təhsil alır, onların sayı 40 mindən çoxdur:
“Amma son dövrlər azərbaycanlı gənclərin üz tutduğu universitetlərdə təhsil vizası ciddi problemə çevrilib. Daha çox azərbaycanlılar son dövrlərdə Polşa, Avstriya, Almaniya, İtaliya universitetlərinə müraciət zamanı onlardan tələb olunan viza şərtləri kifayət qədər ağırdır. Bəzi hallarda, xüsusən keçən illər İtaliya və Polşa universitetlərinə qəbul almış tələbələrimizin ciddi şəkildə bu istiqamətdə problemləri oldu. Təhsillərini davam etməklə bağlı müəyyən çətinliklər yaşadılar. Hətta onlardan imtina olunanlar da oldu. Hazırda tələb olunan sənədlərin çoxluğu, eləcə də sertifikatların bəziləri etibarlı hesab olunmur. Çox təəssüf ki, Azərbaycana qarşı münasibət də viza məsələlərində çətindir. Bir çox ölkələr, xüsusən Polşa, Avstriya, İtaliya universitet tərəfindən hazırlanmış sertifikatı təqdim edir ki, onlar viza almaq üçün müvafiq quruma təqdim etsinlər. Ən vacib məqamlardan biri öncədən tələbələr harada yaşayacaqlarsa, həmin yaşayacaqları yerdən sənəd almalıdırlar. Eyni zamanda, mütləq şəkildə viza üçün sənədləşmə prosesində, əsasən də bank məsələsində ciddi problemlər olur. Dil biliyini göstərən sertifikatlar var. Azərbaycanda ingiliscə oxuyublarsa, bunu sənədləşmədə təsdiq etməlidirlər. Amma həmin sertifikatların vahid bir formatı yoxdur. Bu sertifikatlar bir çox hallarda Avropada ya qəbul edilmir, ya da ekvivalent olaraq problem yaşayırlar. 18 yaşı tamam olmamış şəxslərdən viza ərizəsini təqdim edən zaman onların adına bank hesabı olmalıdır. Amma bizdə banklar yalnız 18 yaşdan yuxarı şəxslərə bank hesabı açırlar. Bu zaman tələbənin öz adına bank hesabı olmayanda maddi xərclərin qarşılanması ilə bağlı öhdəlik sənədləri olur. Bu da ciddi problemə çevrilir”.

Ekspert daha bir vacib məqama da toxunub:

“Artıq Avropa ölkələrində, xüsusilə Almaniyada, İtaliyada, Polşada azərbaycanlı tələbələrə təhsillə bağlı viza verilməsində problemlər daha çoxdur. Bu ona görədir ki, azərbaycanlılar daha çox orada oxuyub geri qayıtmırlar. Bu da onların planlaşdırmadığı insan çoxluğuna gətirib çıxarır. Ümumiyyətlə, bizim digər ölkələrlə, Ermənistan, Gürcüstanla müqayisədə bizə tələb olunan şərtlərin ağır olması Azərbaycandakı xaricdə təhsil şirkətləri ilə də bağlı olur. Çünki bir çox hallarda Azərbaycana xarici təhsil şirkətləri yanlış xidmətlər göstərirlər. Orada insanları aldadırlar, yaxud da yanlış vədlər verirlər. Məhz Avropanın bir sıra universitetlərində artıq azərbaycanlı gənclərin gəlməyini istəmirlər. Bu yaxşı hal deyil. Amma bütün hallarda təhsildə ikili standart olmamalıdır. Amma biz dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq istəyən azərbaycanlı gənclərin qarşısında maneələri görürük. Hesab edirəm ki, bu ikili standart qaydası dəyişməlidir, bütün ölkələr üçün eyni qaydalar tətbiq edilməlidir”.

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinə də sorğu göndərdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, məsələ araşdırılacaq.

Afaq MİRAYİQ,
Musavat.com
Ardını oxu...
Ərdoğan Ata İttifaqından prezidentliyə namizəd Sinan Oğana seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədini dəstəklədiyinə görə təşəkkür edib.

Dövlət başçısı bu barədə TRT-nin efirində danışıb.

“Buradakı ofisimizdə Sinan bəylə görüşümüz oldu. Bu gün o, bizə və Cümhur İttifaqına dəstək verəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yoldaşlarım adından təşəkkür edirəm. Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin qorunması ilə bağlı aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz. İnanıram ki, bu qüvvələrin birliyi millətimizə, ölkəmizə xeyir verəcək”, - o, əlavə edib
Ardını oxu...
Rusiya lideri Vladimir Putinin Finlandiyanın balıqçılar şəhərciyində yerləşən yeni dəbdəbəli villası üzə çıxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.

Məlumata görə, Finlandiyanın Saimaa gölünün sahilində yerləşən villa Putinin Sankt-Peterpurq Universitetindən yaxın dostu olan Viktor Kemarin tərəfindən tikilib.

Qeyd olunub ki, Rusiyanın ən böyük hidroelektrik şirkətinin rəhbəri olan Kemarin villanı Rusiya lideri ilə daha çox vaxt keçirmək üçün tikdirib. Kemarinin sözügedən villa üçün 3,2 milyard dollar vəsait xərclədiyi, lakin Putinin Finlandiyada balıq tutmaqda o qədər də maraqlı olmadığını anladıqdan sonra tikinti işlərini təxirə salmaq qərarına gəldiyi iddia olunur. Kemarin bu mülkü satışa çıxarsa da, alıcı tapılmayıb və villa boş vəziyyətdə qalıb.
Ardını oxu...

Xəbərdə qeyd olunur ki, üçmərtəbəli villada şərab anbarı, bilyard otağı, hovuz, sauna və 8 ayrı vanna otağı mövcuddur.

“The Insider”nəşrinin müxbiri Sergey Kanev tərk edilən lüks iqamətgahı ziyarət edib və tikinti materialları ilə dolu otaqlara baş çəkib.

Xəbərə görə, maaşları mütəmadi olaraq verilməyən finlandiyalı işçilər villadakı işlərini yarımçıq qoyub, bəziləri isə Putin üçün tikilən evin tikintisində işləmək istəməyərək, oradan ayrılıblar.

 
 
 
Ardını oxu...
İrlandiya dünyada spirtli içkilərin sağlamlığa zərəri barədə xəbərdarlıq edən etiketlərlə məcburi etiketlənməsini tətbiq edən ilk ölkə olub.

"Unikal" xəbər verir ki, İrlandiyanın səhiyyə naziri Stiven Donnelli bazar ertəsi qanunu imzalayıb və digər ölkələrin də buna əməl edəcəyini gözləyir.

Etiketlər insanlara kalorilər, xərçəng və qaraciyər xəstəlikləri riski, hamiləlik zamanı spirt içməyin təhlükələri barədə xəbərdarlıq edəcək.
Ardını oxu...
Türkiyədə keçiriləcək prezident seçkisinin II turu fonunda Sinan Oğan Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Axar.az xəbər verir ki, bu barədə Sinan Oğan keçirdiyi mətbuat konfransında bildirib.

O, özünün də Ərdoğanı dəstəkləyəcəyini və seçiclərindən də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs vermələrini istəyib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
 
Ardını oxu...
Dəyərli Azərbaycan Türk Milləti!
İrqçi faşist İran sistemi istər molla rejimilə, istərsə opozisiyonları ilə Azərbaycan Milli Hərəkatının qarşı çeşidli terror aktlarına xız verməkdədir. Farsçı rejimin sonu yaxınlaşdıqca vəhşiliyi də artır. Farsçı rejim, hər gün keçdikcə 50 milyonluq Azərbaycan dövləti və Türk millətinin qarşısında acizlik göstərərək terror aktlarına əl vurmağı son bir çarə yolu kimi gündəmə çəkir. Azərbaycanın dövlət səfirliyinə Tehranda, Azərbaycan millət vəkilinə Bakıda və indi, Xurdad/may ayaqlanmasının il dönümündə Günaz TV və Gamac rəhbərinə Amerikada terror aktı göstərməsi bu rejimin 100 illik qara varlığının sonunun göstərgəsidir.
Rejim, bu boş aktlarıyla Azərbaycan Milli Hərəkatı nın poladlaşmış İstiqlal və milli dövlətçilik iradəsinə qorxu salamayacaqdır.
Farsçı rejim, 100 illik qara dosyasına görə, Azərbaycan Türk Millətinə, İran adlanan qondarma ölkədə yaşayan Türk soydaşlarımıza, habelə Ərəb, Bəluç, Kürd, Lor-Lək və başqa qeyri fars xalqlara hesabat verməli və tarixin çöplüyünə atılmalıdır. Bu sürəc, qatil rejim üçün qaçırılmazdır.

Biz Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı olaraq Əhməd Obalı və Dəniz Obalı bəylərin ölümə döyülməsini ən dərin nifrətlə qınayırıq.

Biz əminik ki, Əhməd bəy Obalı farsçı faşizmin qorxulu ölümünü görmədən dinc yaşam deyil, gərgin milli savaşı daha kəskin sürdürəcəkdir.
GAMQH başqanı
Eldar Qaradağlı
21/may/2023
Ardını oxu...
Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib.

Bu barədə “Report” Hindistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qruplaşma üzvləri - Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər.

"Bhandari qruplaşmanın arxasında duran təşkilatçıdır və o, təxminən 12 il əvvəl polisin diqqətini cəlb etməmək üçün səyahət və turizm biznesi açaraq bu işə başlayıb", - (Cinayət Bölməsinin-red) xüsusi komissarı Ravindra Sinqx Yadav deyib.

Ravindra Sinqx Yadav qruplaşmanın bütün səfirliklərin yerləşdiyi Dehlidə, milli paytaxt regionunun digər hissələrində agentləri, Salvador və Meksika kimi ölkələrdə tərəfdaşları olduğunu söyləyib. “Onlar müxtəlif ölkələrin 80 pasportunu, eləcə də müxtəlif şirkətlərin çoxlu möhürlərini və reketçilikdə istifadə olunan hər cür saxta sənədləri ələ keçiriblər”, - zabit bildirib.

Həbslər və müsadirələr bu ayın əvvəlindən ötən həftənin sonuna qədər, cinayət idarəsi bu cür fırıldaqların sürətlə artmasına diqqət yetirməyə başlayandan sonra həyata keçirilib.

Polis rəsmisi bildirib ki, qruplaşma hindistanlıları ABŞ-a göndərmək üçün əsasən iki marşrutdan istifadə edib - Bakı-İstanbul-Salvador və Avropa-Meksika.

Polisin məlumatına görə, Bhandari və onun adamları bank çıxarışları və vergi bəyannamələri kimi saxta sənədlər hazırlamaq üçün qabaqcıl kompüter proqramlarından istifadə ediblər.

Lakin cinayətkarların qanunsuz yolla sərnişin göndərməyə nail olub-olmadıqları hələ məlum deyil.

Dünyapress TV

Xəbər lenti