Rusiya lideri Vladimir Putinin Finlandiyanın balıqçılar şəhərciyində yerləşən yeni dəbdəbəli villası üzə çıxıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.
Məlumata görə, Finlandiyanın Saimaa gölünün sahilində yerləşən villa Putinin Sankt-Peterpurq Universitetindən yaxın dostu olan Viktor Kemarin tərəfindən tikilib.
Qeyd olunub ki, Rusiyanın ən böyük hidroelektrik şirkətinin rəhbəri olan Kemarin villanı Rusiya lideri ilə daha çox vaxt keçirmək üçün tikdirib. Kemarinin sözügedən villa üçün 3,2 milyard dollar vəsait xərclədiyi, lakin Putinin Finlandiyada balıq tutmaqda o qədər də maraqlı olmadığını anladıqdan sonra tikinti işlərini təxirə salmaq qərarına gəldiyi iddia olunur. Kemarin bu mülkü satışa çıxarsa da, alıcı tapılmayıb və villa boş vəziyyətdə qalıb.
Xəbərdə qeyd olunur ki, üçmərtəbəli villada şərab anbarı, bilyard otağı, hovuz, sauna və 8 ayrı vanna otağı mövcuddur.
“The Insider”nəşrinin müxbiri Sergey Kanev tərk edilən lüks iqamətgahı ziyarət edib və tikinti materialları ilə dolu otaqlara baş çəkib.
Xəbərə görə, maaşları mütəmadi olaraq verilməyən finlandiyalı işçilər villadakı işlərini yarımçıq qoyub, bəziləri isə Putin üçün tikilən evin tikintisində işləmək istəməyərək, oradan ayrılıblar.