"Putini əsəbiləşdirmək və ya ona meydan oxumaq təhlükəli oyundur, çox vaxt səs-küylə və ya bağ evində səliqəli intiharla bitir..."
"Bütün tənqidçilərini aradan götürmək üçün Putinə "Noviçok" kifayət etməz, lakin Priqojin üçün bir flakon tapılacaq..."
Putinin ünvanına ədəbsiz tənqiddən sonra "Vaqner qrupu" rəhbərinin həyatı təhlükədədir
"Vaqner qrupu"nun başçısı Yevgeni Priqojin çay işəndə ehtiyatlı olmalıdır, çünki Kreml şəxsən Vladimir Putinin ünvanına sərt tənqidə görə onu cəzalandıra bilər".
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşrində dərc edilən istehzalı-analitik məqalədə deyilir.
"Vladimir Putini əsəbiləşdirmək və ya ona meydan oxumaq təhlükəli oyundur, çox vaxt səs-küylə və ya bağ evində səliqəli intiharla bitir", - məqalədə deyilir.
Nəşr xatırladır ki, Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan Rusiyada görkəmli rusiyalıların müəmmalı ölümləri dalğası yayılıb. Ən azı yeddi rusiyalı oliqarx müəmmalı şəraitdə həlak olub, həmçinin bir çox tanınmış məmur qəflətən dünyasını dəyişib.
Məqalə müəllifləri güman edir ki, bu yaxınlarda şəxsən Putini təhqir edən Priqojin "izah edilməyən" tərzdə pəncərədən düşə bilər və ya bir fincan ətirli çay içərək ölümcül çökə bilər.
"O, ötən həftə özünün Rusiyada çoxları Putini nəzərdə tutduğunu hesab edən "xoşbəxt baba" haqqında ədəbsiz monoloqu ilə həddini aşmayıb ki? Ruslar arasında bundan daha zəif səbəblərdən pəncərədən düşənlər olub", - müəllif istehza edib.
Eyni zamanda, nəşr rusiyalı müxalif jurnalistlər Andrey Soldatov və İrina Boroqanın fikirlərinə yer verib. Onlar hələ də Priqojinin Rusiya hərbi kəşfiyyatı, Baş Kəşfiyyat İdarəsi, mümkündür ki, şəxsən Putin tərəfindən dəstəkləndiyi qənaətindədir.
Onlar istisna etmir ki, Kreml diktatoru qəsdən Priqojinə müəyyən sərbəstliklərə imkan verir ki, o, Rusiyanın hərbi rəhbərliyinə qarşı dayana bilsin.
Bundan öncə bu həftə Rusiyanın "Birinci kanal"ının sabiq əməkdaşı, xəbərlər studiyasının birbaşa efirində açıq şəkildə Putini məsxərəyə qoymaqla məşhurlaşan Marina Ovsyannikova bəyan edib ki, onun bütün tənqidçilərini aradan götürmək üçün "Noviçok" maddəsi yetməz.
"Lakin Priqojin üçün yəqin ki, bir flakon tapılacaq", - "Politico" yazır.
Priqojin Putinin üzərinə gedib
Xatırladaq ki, Priqojin mayın 9-da Putin cansıxıcı görkəmdə Qırmızı meydanda son illərdə ən sönük hərbi paradlardan birini müşahidə edərkən
Putinə hücum edib, dərc etdiyi videoda kifayət qədər aydın şəkildə onun "üzərinə gedib".
O, deyib ki, hansısa "xoşbəxt baba" Rusiya ordusunda hər şeyin yaxşı olduğunu düşünür, əslində isə rusiyalılar cəbhədə böyük itkilərə məruz qalır və daima döyüş sursatlarının qıtlığını hiss edir.
"Bu babanın birdən, təsadüfən, mən fərz edirəm, bitmiş üzdəniraq çıxacağı halda bundan sonra ölkə nə edəcək, müharibəni necə udacaq?" - Priqojin sual edib.
Rusiya İstintaq Komitəsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimlərini axtarışa verməklə hədələyib. Tribunainfo.az “New voice”a istinadən xəbər verir ki, Rusiyanın TASS agentliyinin məlumatına görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.
“Bu qərarın qəbuluna fəal təsir göstərən məhkəmənin prokuroru, sədrləri və üç hakimi yaxın vaxtlarda axtarışa verəcəyik”, – Bastrıkin bildirib. Xatırladaq ki, martın 17-də Haaqa yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar 2022-ci il fevralın 24-dən uşaqları Ukraynadan Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunurlar.
RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türkiyədəki prezident və parlament seçkilərinə müdaxiləsinin mümkünlüyü barəsindəki şayiələri təkzib edib, bu cür məlumatları yalnız yalançıların yaydığını söyləyib.
Türkiyə prezidentliyinə müxalifətin namizədi, CHP partiyasının sədri Kemal Kılıçdaroğlu “Tvitter” səhifəsində rus dilində yazı paylaşaraq Rusiyanı seçkilərə müdaxilə eləməməyə çağırmışdı.
Peskov mayın 12-də jurnalistlərə açıqlamasında deyib: “Biz belə bəyanatları qətiyyətlə rədd edirik, rəsmən bəyan edirik ki,heç bir müdaxilədən söhbət gedə bilməz. Kimsə cənab Kılıçdaroğluna belə bir informasiya vermişdirsə, o zaman onlar yalançılardırlar. Onları belə adlandırmaq lazımdır”.
Peskov deyib: “Biz Türkiyə ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki, bu ölkə qarşılaşdığımız regional və dünya məsələlərinin tam bir kompleksində çox məsuliyyətli, suveren, müdrik mövqe tutur və bu mövqe bizim üçün dəyərlidir. İkitərəfli münasibətlərə dəyər verən bir ölkə öz tərəfdaşına qətiyyən müdaxilə eləməz”.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Belə ki, qeyri-mühacir vizaları ilə ABŞ-a hava yolu ilə səyahət edən vətəndaşlardan təyyarəyə minməzdən əvvəl COVID-19-a qarşı tam peyvənd olunmaları barədə sənəd tələb olunmur.
“İnanın ki, Kremldəkilərin hamısının sonu pis olacaq. Bilmirəm bu, necə olacaq, ancaq istərdim ki, hər şey tez bitsin. Onlar öz əcəlləri ilə ölməyəcəklər...”
Ukrayna Prezidenti Volodimir Zelenskinin “BBC”-yə müsahibəsində dediyi bu fikirlər Rusiya hakimiyyətində hiddətlə qarşılanıb.
Zelenskiyə sabiq Prezident, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının katibi olan Dmitri Medvedev həmişəki özünəməxsus tərzdə cavab verib.
Bu dəfə də təhqir və təhdidin “dozasını” bol edən Medvedev Zelenskini “yaşıl həşarat” adlandırıb. Kimin nə vaxt öləcəyini yalnız Tanrının bildiyini deyən Medvedev ardınca Ukrayna Prezidentinə “təlxək” deyərək, onun sonunun Hitler kimi bitəcəyini “proqnozlaşdırıb”.
Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər Rusiya təyyarələrinə xidmət edərsə, sanksiyalara məruz qala bilərlər.
Bunu cümə axşamı keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, biz təbii ki, Gürcüstanın hava limanlarında olan şirkətlərin sanksiyalar riski ilə üzləşə biləcəyindən narahatıq”, - o bildirib.
O, əlavə edib ki, birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətləri daha çox narahat etməlidir.
Moldova növbəti altı ay ərzində ukraynalı qaçqınların onun ərazisində qalma müddətini 90 günə qədər azaldıb.
Bununla bağlı ölkənin Fövqəladə Hallar Komissiyası qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Mayın 15-dən müvəqqəti müdafiə hüququ olan şəxslərin Moldova ərazisində qalma müddəti altı ay ərzində 90 gün olacaq. Müvəqqəti müdafiə üçün müraciət edənlər sadələşdirilmiş əmək şərtlərindən hələ də yararlana biləcəklər”, - məlumatda deyilir.
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə təcili iclasa başlayıb. Bu barədə erməni KİV-i məlumat yayıb. Görüş zamanı sərhəddəki toqquşma müzakirə edilir. Bildirilir ki, görüş iştirakçıları Paşinyanın bazar günü Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşünü də müzakirə edirlər.
Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib. Bu barədə “Geo” TV məlumat yayıb. Məlumata görə, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib. Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur. Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.