Moldova növbəti altı ay ərzində ukraynalı qaçqınların onun ərazisində qalma müddətini 90 günə qədər azaldıb.
Bununla bağlı ölkənin Fövqəladə Hallar Komissiyası qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Mayın 15-dən müvəqqəti müdafiə hüququ olan şəxslərin Moldova ərazisində qalma müddəti altı ay ərzində 90 gün olacaq. Müvəqqəti müdafiə üçün müraciət edənlər sadələşdirilmiş əmək şərtlərindən hələ də yararlana biləcəklər”, - məlumatda deyilir.