Ardını oxu...
Kreml ölkəmizi ildırım sürətilə ələ keçirmək arzusunda olanda, Putin bir neçə variantı nəzərdən keçirib.

Axra.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

O, Rusiyanın Ukrayna Prezidenti Vladimir Zelenskinin yerinə sabiq prezident Viktor Yanukoviçi qoymaq istədiyini bildirib:

"Onlar bunu necə düşünüblər, hətta təsəvvür etmək belə çətindir”.
 
 
 
Ardını oxu...
Volodimir Zelenski Ukraynanın bütün ərazisinin Rusiya işğalından azad ediləcəyini bəyan edib. O, bu barədə xalqa ənənəvi videomüraciətində bildirib.

“Biz bu gün burada, Kiyevdə, ölkəmizin qəlbində bütün azad xalqların təhlükəsizliyi üçün qətiyyətli addımlar atırıq. Bizi hədələyənləri, öldürmək və şikəst etmək istəyənləri görürük. Onlar özlərinin nəzarət zonasını genişləndirməkdən ötrü vəhşilik törədirlər”, - deyə Volodimir Zelenski vurğulayıb.

Ukrayna Prezidenti söyləyib ki, əgər onlar Rusiyanı dayandırmasaydı, bu ölkənin ordusu Ukrayna ilə kifayətlənməyəcəkdi: “Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı. Rusiya Avropa və Asiyanın müxtəlif ölkələrini zəbt etmək iddiasında idi”.

Ukrayna Prezidenti bəyan edib ki, Rusiya qətl, işgəncə, şantaj və yalanlarla tarixi yenidən yazmaq və sərhədləri yenidən cızmaq istəyir. (Mənbə: Unian)
 
Ardını oxu...
Ukrayna Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Prezident Putinin ilhaq cəhdlərindən sonra Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi məlumat verib ki, bu addım Məhkəmənin martın 16-da qəbul edilmiş Müvəqqəti tədbirlər haqqında qanuni qüvvəyə malik Sərəncamını açıq şəkildə pozur. Biz Məhkəməni işə mahiyyəti üzrə mümkün qədər tez baxmağa çağırırıq" – deyə diplomat bildirib.
 
 
 
Ardını oxu...
İran İslam Respublikası özünün Cənubi Qafqazda yürütdüyü siyasəti, o cümlədən Azərbaycan-Ermənistan arasındakı münaqişədə tutduğu ikibaşlı mövqeyi nə qədər pərdələməyə çalışsa da, zamanla üzə çıxan faktlar həmin siyasətin anti-Azərbaycan və ermənipərəst mahiyyətini ortaya qoyur.

“Azad İran” “YouTube” kanalında mövzu ilə bağlı süjet hazırlanıb.

Süjetdən aydın olur ki, son günlər Ermənistan tərəfindən açıqlanan bəzi məqamlar İran Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib sözlərinin nə qədər əssassız olduğunu ortaya qoyub.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Rusiya Federasiyası Baş nazirinin sabiq birinci müavini, mərhum liberal siyasətçi, Putinin qatı əleyhdarı olmuş Boris Nemtsov (2015-ci il 27 fevralda Kremlin yaxınlığında qətlə yetirilib) ölümündən az əvvəlki çıxışında Krımın ilhaqını Rusiya üçün faciə adlandırmışdı.

Bu gün Kremldə Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin Rusiyaya birləşdirilməsi mərasimindən sonra Nemtsovun sözügedən çıxış sosial şəbəkələrdə trendə çevrilib.

Nemtsov demişdi: "Çoxları düşünür ki, Krımın anneksiyası Putinin reytinqini daha da artıracaq. Amma və lakin vaxt gələcək, Ukrayna böhranı Putin üçün son olacaq. Təəssüf ki, Putinin avantüralarına görə Rusiya dünyada tam təcridə məruz qalacaq. Rusiyaya tətbiq edilən sanksiyaların sayı belə unudulacaq. Rusiya dünyada hörmətsiz gücə çevriləcək, ruslar dünyada izolyasiyaya məruz qalacaq, qaçan qaçacaq, qalan ya öləcək, ya da həbs ediləcək. Mən qorxuram ki, bunun sonu nüvə müharibəsinə və böyük fəlakətə apara bilər. Buna görə Qərb indi Putini dayandırmalıdır. Sonra çox gec olacaq..."

Nemtsovun bu proqnozunun bu gün tamamilə özünü doğrultduğunu görürük.
 
Ardını oxu...
Bir qrup şəxs Rusiya Federasiyasının Nyu-Yorkdakı Baş Konsulluğunun binasını qırmızı boya ilə boyayıb.

İnsidentdən sonra Rusiya tərəfi ABŞ-ın aidiyyəti qurumlarına müraciət ünvanlayıb.

Nyu-York polisi faktla bağlı araşdırmanın aparıldığını, hələlik həbs olunanların olmadığını bildirib.

Mənbə: Nexta Live
 
 
 
Ardını oxu...
Bu gün Rusiya Prezidenti Kremldə Ukraynanın 4 bölgəsinin ihlaq edilməsi mərasimindəki çıxışında Qərbə meydan oxuyub.

“Dörd bölgə öz qərarını verdi. Gördüyünüz kimi, bu, milyonların açıq seçimidir. Bu, insanların öz müqəddəratını təyin etmək hüququdur. Bu, BMT Nizamnaməsinin maddələrində var. Qərbin məni eşitməsini istəyirəm; Donetsk, Luqansk, Xerson və Zaporojye xalqları indi bizimdir. Biz bunu müzakirə etməyəcəyik və geri çəkilməyəcəyik. Kiyev rejimi də bunu qəbul etməlidir, yalnız o zaman sülh əldə oluna bilər”, – Kreml rəhbəri vurğulayıb.

Maraqlıdır ki, o, vurğunu 4 bölgənin “xalqları” üzərinə salıb, “ərazisi bizimdir” deməyib. Bu, qəribədir. Rusiya faktiki olaraq, bu 4 bölgəni işğal edib, bu gün isə ilhaq prosesinə başlayıb. Amma Putin “Qərbin məni eşitməsini istəyirəm; Donetsk, Luqansk, Xerson və Zaporojye xalqları indi bizimdir”, deyir. Bu, Putinin gələcək üçün manevr meydanı saxlamaq cəhdidirmi?…

Putin daha sonra qeyd edib ki, Sovet İttifaqı artıq yoxdur, keçmişdir, bu reallıq dəyişdirilə bilməz: “Bu gün Rusiyanın da buna ehtiyacı yoxdur. Dəhşətli 1990-cı illəri xatırlayırsınız. İndi Rusiya yenidən doğuldu və gücləndi. Rusiyanın gücləndiyini görən Qərb “biz onu yenidən necə məhv edə bilərik” axtarışına çıxdı. Qərb bizim azad və müstəqil olmağımızı deyil, müstəmləkə edib qul olmağımızı istəyir. Bizim gücümüz Qərb üçün təhlükədir. Qərb elitası təkcə beynəlxalq hüququ pozmur. Mən onlara soyqırımı və köləliyi xatırlatmaq istərdim. Biz 20-ci əsrdə qapılarımızı yeni xalqlara açdıq. Rusofobiya səbəblərdən biri də Qərb elitasıdır. Biz onların istədiyi kimi hərəkət etmədik”.

Putin nüvə silahından istifadə ilə bağlı da danışıb. “Qərb azadlıq və demokratiyadan danışır. Birqütblü yanaşma öz ritorikasına görə ziddiyyətlidir. ABŞ iki dəfə nüvə bombasından istifadə edən yeganə ölkədir”, – deyib.

Ukrayna taxılının kasıb ölkələrə getmədiyini qeyd edən Putin, “ABŞ-ın tərəfdaşları sakit oturan qullara bənzəyirlər: “Deyirlər, biz kasıb ölkələrə Ukraynadan ərzaq verməliyik. Lakin onlar bu qidaları öz ölkələrinə aparırlar. Onlar bu faciədən rəqiblərini və digər ölkələri zəiflətmək üçün istifadə edirlər”.

Rusiya lideri “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara görə Britaniyanı ittiham edib: “Sanksiyalar anqlosakslar üçün kifayət etmədi, onlar indi də terrora keçiblər. İnanmaq çətindir, onların “Şimal axını” beynəlxalq qaz kəmərindəki partlayışları təşkil etdiyi bir faktdır”.(azpolitika.info)
 
Ardını oxu...
"Almaniya hazırda enerji müharibəsi vəziyyətindədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz buna dözə bilmərik və müqavimət göstərəcəyik", - nazir deyib.

Eyni zamanda, o, bərpa olunan enerji mənbələrinin işə salınmasının vaxtının yetişdiyini vurğulayıb.

"Bazarda qiymətləri aşağı salmaq üçün hazırda 90 % dolu olan qaz anbarlarının bir hissəsi yenidən boşaldılmalıdır", - Lindner əlavə edib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökuməti istehlakçılar üçün qazın qiymətinin saxlanılması mexanizmini razılaşdırmışdı. Bu tədbirlər üçün 200 milyard avroya qədər kredit ayrılacaq.
 
 
 
Ardını oxu...
Ukraynanın işğal olunmuş dörd bölgəsinin Rusiya Federasiyasına birləşdirilməsi növbəti mərhələyə daxil olub. Rəsmi məlumata görə, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qurulmuş işğalçı rejimlərin rəhbərləri ilə ilhaq müqavilələri imzalayacaq. Mərasim paytaxt Moskvada, Kremldə keçiriləcək.

Sentyabrın 23-dən 27-dək “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” adlı saxta rejimlərdə, Zaporojye və Xerson vilayətlərində Rusiya Federasiyasına birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.

2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib, martda Krım Muxtar Respublikası (Krım Respublikası adı ilə) və Sevastopol şəhəri Rusiyaya birləşdirilib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

İlhaq olunmuş Krımı da saydıqda Rusiya 85 subyektdən ibarətdir: 22 respublika, 4 muxtar mahal, 1 muxtar vilayət, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli 3 şəhər.
 
 
 

Dünyapress TV

Xəbər lenti