Ardını oxu...
“Bakı ilə sülh müqaviləsi bizim ölüm hökmümüzdür”.

Sozcu.az xəbər verir ki, bunu erməni mətbuatına müsahibəsində Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan deyib.

O bildirib ki, sülh epoxasının türkyönümlü, adekvat olmayan ideologiyası Ermənistanın parçalanma təhlükəsi ilə üz-üzə qalmasına gətirib çıxarıb.

“Sülhün yeganə formulu Türkiyə və ya Azərbaycana qarşı zəmanətli hərbi, siyasi və diplomatik zərbənin mümkünlüyüdür.

Biz bir şeyi başa düşməliyik. Türkiyə və Azərbaycanla sivil müzakirə müharibəyə gətirib çıxarır və çıxaracaq. Türkiyə və Azərbaycana sülh lazım deyil, onlara təkcə Qarabağ yox, sərhəd əraziləri lazımdır, onlara Ermənistanın dağılması lazımdır.

Ermənistanı bizdən başqa heç kim qoruya bilməz. Biz özümüzü müdafiə etdikdən sonra bizim tərəfimizdə dayanacaq tərəfdaşlar və müttəfiqlər tapılacaq. Ya biz döyüşürük, ya da bizi məhv edirlər, qalan hər şey türkpərəst mifdir”, – deyə Abovyan çərənləyib.konkret
 
Ardını oxu...
Rusiyanın Gürcüstanla sərhədindəki nəzarət-buraxılış məntəqəsində 2 mindən çox minik avtomobili növbə gözləyir.

APA-nın xəbərinə görə, bu barədə Rusiya DİN məlumat yayıb.

Bildirilir ki, 2 mindən çox minik avtomobili Yuxarı Lars buraxılış məntəqəsindən keçmək üçün gözləyir.

Gürcüstana keçmək istəyən yük avtomobillərinin sayı 1300-ə çatır. Onlar sərhədi elektron növbə əsasında keçirlər.

Gürcüstandan Rusiyaya nəqliyyat vasitələrinin keçidində isə heç bir sıxlıq müşahidə olunmur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.

“Report” xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.
Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.

Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.
Ardını oxu...
2022-ci ilin yanvar-avqust aylarında Rusiyadan Türk limanlarına 44 milyon 238 min 405 ton yük daşınıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 1 milyon 994 min 786 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 33 milyon 758 min 607 ton yük çatdırıb.

Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 8 milyon 485 min 12 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Rusiyadan 1 milyon 698 min 874 heç bir tranzit yük daşınmayıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyə limanları 33 milyon 443 min 563 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 387 min 410 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 56 min 153 ton olub. Bununla yanaşı, 2022-ci ilin avqust ayında Türkiyə limanlarından 6 milyon 205 min 751 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton tranzit yük daşınıb.
 

Ardını oxu...
ABŞ Konqresinin Ermənistan baş naziri Nikol Paşinyanla parlamentdənkənar qüvvələr arasında bu gün keçirilən görüşdə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmaq məsələsi müzakirə olunub. Bu barədə Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan jurnalistlərə bildirib. Sarkisyan və iclasda iştirak edən bir neçə həmkarı İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi ilə bağlı təklif səsləndirib.
O qeyd edib ki, Nümayəndələr Palatası sədrinin İrəvana səfərini müsbət cavab hesab etmək olar.Nensi Pelosi açıq şəkildə Ermənistana “əlini uzadır” və bizi bütün məsələlərdə dəstəkləməyə hazır olduğunu deyir.

“Respublika” partiyasının rəhbəri əlavə edib ki KTMT-yə üzv olmağımız yeni hərbi texnologiyalarla silah və sursat almağımıza mane olur. Rusiya silah və sursatları və texnologiyaları ilə isə biz həmişə Azərbaycana uduzacağıq.

DİA.AZ-ın məlumatına görə, Ermənistanın KTMT-dən çıxmasının onun təhlükəsizliyinə birbaşa zərbə vuracağını deyən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, rəsmi İrəvanın siyasi blokunda olan çatlara görə, bu təklifin parlamentdən keçəcəyini düşünmür:

“Ermənistanın KTMT-dan çıxması rıçaklar yaradır. Burada müxtəlif ssenarilər var. Birincisi, Azərbaycanla müharibədə olan ermənilər tək qalırlar. İkincisi, bəlkə, Fransa doğrudan İranla razılaşıb ki, Rusiyanı rəsmi İrəvandan qovsun. Digər tərəfdən rəsmi Moskvanın 102-ci diviziyası Ermənistanda yerləşir. Onların dövlət sərhədlərininin əksəriyyətini ruslar qoruyur. KTMT-dən çıxmaq onsuz da laxlayan Paşinyan hakimiyyətini, tabuta qoyaraq üstünü torpaqlamaq deməkdir. Burada yalnız mismarı kimin vuracağı maraqlıdır. Rusiyanın indiki məqamda izlədiyi faktiki xətt Ermənistanda baş verəcək qanlı ssenarilərin onun əli ilə olmamasıdır. Amma prosesler buna aparır və bu rəsmi İrəvan üçün vətəndaş müharibəsinin başlaması deməkdir. Əgər KTMT-dən çıxılsa, bu gün İranda baş verənlər orada da təkrarlanacaq”.
Ardını oxu...
İran Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədib.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı edib. O, çıxışında Azərbaycana dəstəyini ifadə edib.

Lakin Tehran Radio və Televiziyası Ərdoğanın çıxışını ağlasığmaz və yalan tərcümə edib.

“Azərbaycan işğal etdiyi torpaqları həmişəlik tərk etməlidir”, – deyə Türkiyə Prezidentinin çıxışını təhrif ediblər.

Ərdoğanın çıxışını bu cür təhrifi insanlarda qəzəb yaradıb.
Ardını oxu...
İranın Məşhəd şəhərində etirazçılar təcili tibbi yardım və polis avtomobilini yandırıb.

Sentyabrın 20-də Tehran, Məşhəd, Sari, Təbriz və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib.

Etirazçılar zibil qutularını aşırıb, yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar.

Məşhəd şəhərində keçirilən aksiyada etirazçılar təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar.

Həmçinin mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb.

***

21.12.2022

Saat: 21:17

İranda hökümət əleyihinə etiraz aksiyaları keçirilib.

Etiraz aksiyaları zamanı Tehranın mərkəzində Vəli Əsr meydanı, Kərimxan küçəsi, Taleqani və Vəli Əsr küçəsinə gedən bəzi küçələrdə insanlar polisin müdaxiləsi ilə dağıdılıb.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, zibil qutularını yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Cebhe.info
 
 



Ardını oxu...
Rusiya işğal etdiyi Ukrayna ərazilərində tez-tələsik "referendum"lar keçirməyə qərar verdi. Qondarma referendumlar nəticəsində bu ərazilər guya Rusiyaya birləşmiş olacaq və Rusiya ərazisi sayılacaq.

Bu, nəyi dəyişəcək?

Prinsipcə, heç nəyi.

Ukrayna yenə o əraziləri azad etmək üçün müharibəni davam etdirəcək.

Amma bu addım atılırsa, deməli, arxasında hansısa siyasi fikir, hesablama, məqsəd dayanır.

Ukrayna ordusunun uğurlu Xarkov əməliyyatından sonra hər kəs, xüsusən Rusiya ictimaiyyəti Moskvanın buna necə və hansı şəkildə cavab verəcəyini, ümumilikdə vəziyyətdən necə çıxacağını gözləyirdi (Yeri gəlmişkən, Ukrayna ordusu bu ay 8500 kv. km ərazini işğaldan azad edib.). Rusiya gözləntilərin əksinə olaraq, hərb meydanında cavab verə bilmədi, çünki tükənib və cəbhəyə yeni hərbi birləşmələr göndərmək imkanında deyil. Lakin cavab mütləq olmalıydı, içəriyə və dünyaya güclü bir mesaj verilməliydi. Nəticədə kimsəyə sürpriz olmayan asimmetrik cavab - referendum və ilhaq yolu seçildi. Guya ki, həmin ərazilər Rusiya torpağı elan edildikdən sonra Ukraynanın ora hücumları nüvə silahının tətbiqinə əsas yaradacaq.

Əvvəla, bu, Rusiyanın acizliyini göstərir və ciddi prestij itkisidir. Dünya diqqətlə izləyir və görür ki, Rusiya konvensional savaşda Ukrayna ilə bacarmır.

İkincisi, bu "çeynənmiş" üsulu optimal çıxış yolu kimi Putinə təklif edənlər, yaxud qərarı verən Putin böyük riskə getmiş olur və manevr imkanlarını daraldır. Şübhə yoxdur ki, Ukrayna ordusu Rusiya ərazisi elan olunan ərazilərdə hücumlarını davam etdirəcək və o əraziləri geri almağa çalışacaq. Bu halda Rusiyanın cavabı nə olacaq? Axı o, öz ərazisi elan etdiyi və "nüvə çətiri"nin qoruması altına aldığı yerləri mütləq müdafiə etməlidir. Edə bilməsə, o dərəcədə nüfuzdan düşəcək ki, bundan sonra onu Nauru, Tuvalu kimi ölkələr də ciddiyə almayacaq. Adi silahlı qüvvələrlə bunu etmək, göründüyü kimi, çətindir. Belə çıxır ki, Putin taktiki nüvə silahına əl atmalı olacaq.

Lakin taktiki nüvə silahının tətbiqi vəziyyəti Rusiyanın xeyrinə kökündən dəyişə bilməz, əksinə, onun iflasını sürətləndirər.

Əvvəla, ona görə ki, taktiki nüvə yalnız tətbiq olunduğu istiqamətdə Ukraynanın hücumunun qarşısını kəsə bilər, ümumilikdə Ukrayna ordusunu dayandıra bilməz.

İkincisi, hərbi əməliyyatlar məskun mahalda gedir və Rusiya nüvə atmaqla dünyanın gözü qarşısında insanlığa qarşı ağır cinayət törətmiş olacaq, nəticədə indiyədək tərəfsiz qalan Çin və Hindistan kimi önəmli güc mərkəzlərini də özünə qarşı çevirmiş olacaq. Bu ölkələrin liderləri Si və Modi Səmərqənddə Putini müharibəni tezliklə dayandıraraq masaya oturmağa çağırdılar. Nüvə tətbiqindən sonra əgər Ukrayna rəhbərliyində Rusiya ilə masaya oturmağı gözə alacaq dərəcədə cəsur adam tapılarsa, bu, bəşər tarixinin ən sensasion olayı olar. Belə bir vəziyyətin yaranması Rusiyanın azsaylı yaxın tərəfdaşlarına da lazım deyil.

Üçüncüsü, Rusiyanın bu çılğınlığı heç şübhəsiz ki, Ukraynaya hərbi dəstəyin miqyasını birə on, birə yüz artıracaq. Ukraynaya hər cür modern silah sistemləri veriləcək, bütün Qərb hərbi sənayesi Ukraynaya işləyəcək.

Nəhayət, dördüncüsü və ən önəmlisi: heç kim Rusiyanın rahatlıqla nüvə silahı tətbiq etməsinə tamaşa etməyəcək. Putinin zərrə qədər də qanuni əsas olmadan nüvə silahından istifadəsi ABŞ və NATO tərəfindən cavabsız qala bilməz. Bu, o demək olar ki, onlar yeni dünya düzəninin şərtlərini Putinin diktə etməsini qəbul etmiş olurlar: özü də nə vaxt - Putin rejiminin ən zəifləmiş və çöküş mərhələsinə girmiş anında.

Qərbin cavabı əks nüvə zərbəsi olmaya da bilər. Məsələn, NATO heç quru qoşunları göndərmədən Ukrayna ərazisindəki rus ordusunu raket-aviasiya zərbələri ilə qısa müddətdə məhv etmək gücündədir.

Yəni Rusiyanın nüvə zərbəsi NATO-nu müharibəyə cəlb edəcək. Lakin elə buradaca sual meydana çıxır: bəlkə elə Putinin məqsədi də budur? Ukraynaya məğlub olmağın dözülməz rüsvayçılığı əvəzinə NATO-ya məğlub olmaq daha məqbul variant olardı. Ukraynaya məğlub olmaq Putin rejimi üçün qaçılmaz çöküş vəd edirsə, NATO kimi qüdrətli düşmənə məğlub olmaq qismən də olsa sifətini qoruyaraq bir müddət içə qapanıb, yaraları sarımağa şərait yarada bilər.

Nüvə silahına əl atmadan digər çıxış yolu isə səfərbərlik elan etmək ola bilər. Lakin bu, vaxt aparan, böyük xərc tələb edən və bir az da riskli variantdır.

Səfərbərlik elanı cəmiyyətdə ciddi sosial kataklizmlərlə müşayiət oluna bilər. Rəy sorğularına əsasən Rusiyada müharibə tərəfdarları 50 yaşdan yuxarı əhali təbəqələridir, gənclər arasında bu savaş populyar deyil. Səfərbər olunanlardan ibarət yeni hərbi birləşmələr yaratmaq, onları bütün zəruri silah, hərbi texnika və digər ləvazimatlarla təchiz etmək üçün vaxt lazımdır, cəbhədəki vəziyyət isə təcili müdaxilə tələb edir. Bu da mümkündür ki, səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər dərhal cəbhədəki hərbi hissələr üzrə bölüşdürülsünlər və boşluqları doldursunlar. Bunun nə dərəcədə effekt verəcəyi də sual doğuran məsələdir.

Bununla yanaşı, aydındır ki, səfərbərlik müharibəni uzadacaq, bunun da öz növbəsində Rusya üçün müsbət və mənfi nəticələri ola bilər. Müsbət tərəfi odur ki, uzanan savaş hansısa məqamda masaya oturub, müəyyən nəticələrlə sülh bağlamaq şansı yaradır. Mənfi tərəfi isə budur ki, sanksiyalar şəraitində bu cür çətin müharibə aparmaq Rusiyanın resurslarının tükənməsinə səbəb ola bilər.

İstənilən halda, Rusiya bu müharibənin məğlub tərəfidir.

Şahin Cəfərli
 
 
 
Ardını oxu...
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.
Əlverişli coğrafi mövqeyə malık olan Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.
Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik haba çevrilməsi üçün real imkanlar yaradır.
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək bildirdi ki, ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə böyük töhfələr verib.
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.
İlham Əliyev diqqətə çatdırdı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. İlham Əliyev qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İlk növbədə isə tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əgər saziş imzalanarsa, dəhlizin təhlükəsizliyinin təminatı da reallaşa bilər.
Sammitdə çıxışı zamanı İlham Əliyev həm də son günlər Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlardan söz açıb. Azərbaycan Prezidenti bildirib ki, düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq. Cənab Prezident bəyan edib ki, bu cür təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması üçün barış müqaviləsinin imzalanması vacibdir. Bunun üçün isə Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Tərəflər ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Azərbaycan hər zaman buna hazır olduğunu bəyan edib. Ermənistan isə təxribatları ilə sazişin imzalanmasını əngəlləməyə çalışır.
Prezident sammit iştirakçılarının diqqətinə bir daha çatdırıb ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətsə də, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Dövlət başçısı Ermənistanın bu təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandıraraq bəyan edib ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Teref.az


 

Dünyapress TV

Xəbər lenti