Ardını oxu...
Ermənistan parlamenti və hökumət binasının qarşısında etiraz aksiyaları keçirilir.

“Sputnik Armenia” saytına istinadən xəbər verir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi açıqlamalar olub.

Nikol Paşinyan Ermənistan tərəfinin hər hansı sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

O bu barədə rəsmi “Facebook” səhifəsində yazıb.

Parlament binasının yaxınlığında keçirilən aksiya zamanı vətəndaşlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.

Öz növbəsində, polis fəallardan yolu açmağı tələb edir.
Ardını oxu...
Ermənistan öz hava məkanını bağlamaq qərarı verməyib.

Bu barədə Sputnik Ermənistan-ın müxbirinə Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitə Türkiyə və Azərbaycan təyyarələrinin Ermənistanın hava məkanından yan keçməsi ilə bağlı məlumatı təkzib etməyib, lakin əmin edib ki, bu, aviaşirkətlərin qərarıdır.

Daha əvvəl Hetq.am xəbər vermişdi ki, Azərbaycanın AZAL aviaşirkətinin Bakıdan Naxçıvana uçan təyyarələri sentyabrın 12-də uçuşlarını İranın hava məkanı vasitəsilə həyata keçirib. Daha sonra Türkiyə aviaşirkətlərinin İran və Gürcüstan üzərindən uçması ilə bağlı məlumatlar ortaya çıxıb.
 

Ardını oxu...
Can Azərbaycan yalnız deyil, tək deyil! 85 milyonluq Türkiyə Can Azərbaycanın yanındadır və daim yanında olacaq. Təəssüflər olsun ki, erməni təcavüzü nəticəsində 50 şəhidimiz var. Ancaq Şanlı Azərbaycan Ordusu da şəhidlərimizin qanını yerdə qoymadı və döyüş meydanında onların qisasını aldı. Allahdan əziz şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.

DİA.AZ xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanın sərhəddə törətdiyi son təxribatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Səfir problemin həllinin yalnız Ankara və Bakıda olduğunu vurğulayıb:

“Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə zəngi, Mövlud Çavuşoğlunun, Hulusi Akarın, İbrahim Kalının açıqlamaları Ankaranın mövqeyini açıq və qəti şəkildə göstərir. Ermənistanın Brüssel görüşündən 12 gün sonra belə bir cinayətə əl atması onların sülh müqaviləsini imzalama niyyətinin olmadığını göstərir. Sözügedən görüşdə sülh müqaviləsinin mətninin hazırlanması qərarı verildi və noyabr ayında da liderlərin görüşü zamanı sənədin yekun mətni razılaşdırılmalı idi. Paşinyanın 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, Putin, Makron və Blinkenə davamlı zəng etməsi, ağlaşma quraraq KTMT-nin iclasını çağırması onun düşdüyü acınacaqlı vəziyyəti göstərir. O, vəziyyətdən çıxmaq üçün dünyanın böyük gücləri qarşısında diz çökərərək yalvarır.

Fransa həmişə Ermənistanı dəstəkləyib. İndi isə Makron İrəvanın istəyinə görə BMT TŞ-nin iclasını çağırıb. BMT TŞ 1993-cü ildə Azərbaycanla bağlı dörd qətnamə qəbul etdi. Otuz ilə yaxın müddətdə həmin qətnamələrin heç biri yerinə yetirilmədi. Makronun tələbi ilə çağırılacaq iclas da vaxt itkisindən başqa heç nəyə yaramayacaq. Əgər Paşinyan həqiqətən sülh istəyirdisə, Parisə yox, Ankara və Bakıya zəng etməli idi. Onda yaranan gərginlik daha tez bir zamanda ortadan qalxardı. Ancaq biz Paşinyanın niyə və nə üçün, kimlərə zəng etdiyini çox yaxşı bilirik. Azərbaycanı təkləmək istəyənlər Ankara ilə Bakının qardaşlığının sarsılmaz olduğunu dərk etməlidirlər. Əlbəttə ki, bu birliyi qısqananlar, gözü götürməyənlər var. Bəziləri Türkiyənin güclənməsinə sevinir, bəziləri isə bundan narahatlıq keçirir. Türkiyə Vətən müharibəsində Azərbaycanı dəstəklədi, taxıl dəhlizinin açılmasına nail oldu və indi də Ukrayna müharibəsinin sülhlə bitməsi üçün çalışan yeganə ölkədir. Doğrudur, hazırki məqamda ABŞ və Avropa Ukraynaya yardımlar edir, lakin onlar ilk başda Kiyevin zərbələrə nə qədər dözə biləcəyini gözlədilər. Fransanın da ölkəmizi qısqanmasının səbəbləri bunlardır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, baş verən təxribatlar həm də Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə Toplantısı çərçivəsində keçiriləcək Ərdoğan-Putin görüşünə zərbə vurmaq məqsədi daşıyır. Azərbaycan Silahlı Qüvvələri daha da güclənib və Ermənistanın bütün təxribatlarının cavabı ən ağır şəkildə veriləcək.

Paşinyana isə tövsiyəm odur ki, Makrona, Blinkenə, Putinə zəng edib çarəni başqa yerlərdə axtarmasın. Çarə nə Parisdə, nə Vaşinqtonda, nə də Moskvadadır. Çarə Ankara və Bakıdadır. Ona görə Paşinyan Ankara və Bakıya zəng etməlidir”
Ardını oxu...
"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir"
"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir"

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri, baş nazirn müavini Muxtar Tleuberdi Dünyanın ənənəvi dini liderlərin qurultayının kluarında bildirib.

O deyib ki, Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək.

“Qazaxıstan Ermənistana öz sülhməramlılarını göndərəcəkmi?” sualına cavabında nazir deyib: “Yox. Hələ gündəlikdə belə bir məsələ yoxdur”.

O, sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclasının keçirildiyini xatırladıb. Nazir əlavə edib ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır:

“Ümumiyyələ, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsinin bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”.
 

ABŞ narahatdır ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni “qarışdırmağa” cəhd edə bilər.

“Rusiyanın diqqəti hansısa yolla Ukraynadan yayındırmağa çalışıb- yayındırmaması bizi həmişə narahat edən məsələdir”, – jurnalistlərə dövlət katibi Entoni Blinken deyib.

O əlavə edib ki, eyni zamanda Rusiya regiondakı nüfuzundan “vəziyyəti sakitləşdirmək” üçün də istifadə edə bilər.

Əliyev və Paşinyanla söhbətində Blinken artıq “Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan dərin narahatlığını ifadə edib.(Turan)

Ardını oxu...
Hüquq müdafiəçisi-vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media mütəxəssislərinin üzləşdikləri düşmənçilik mühitini bir daha nümayiş etdirdi. Bu barədə çərşənbə axşamı Avropa Şurasının insan hüquları üzrə komissarı Dunya Miyatoviçin bəyanatında deyilir.

«Tanınmış hüquqşünas Sadıqov mənim ofisimin tərəfdaşıdır, uzun illərdir Azərbaycanda onlarla fəalı, müstəqil jurnalisti və müxalifətçini cəsarətlə müdafiə edir. Təəssüflər olsun ki, Azərbaycanda bir çox digər fəallar kimi o da öz qanuni hüquq-müdafiə fəaliyyətinə görə daim qorxutmaya və təqiblərə məruz qalır. Öz növbəsində, Zeynallı müstəqil jurnalist kimi tanınır, o, tənqidi mövqeyinə görə əvvəllər də təhdidlərə məruz qalıb”, – Miyatoviç qeyd edib.

Sadıqov və Zeynallının həbsilə bağlı məhkəmə prosesinin gecə saatlarında keçirilməsi bu prosesin insan hüquqları sahəsində Avropa standartlarına uyğun olub-olmamasına dair ciddi suallar yaradır.

“Məhkəmə iclası qapalı rejimdə, elementar prosessual təminatlar olmadan keçirilib ki, bu da onların həbsinin qanuniliyinə şübhələri artırır”, – Avropa komissarı qeyd edib.

Sadıqovun həbsi onun ofisində aparılan axtarışdan və peşə sirri haqqında qanunla qorunmalı olan məxfi məlumatların müsadirəsindən sonra baş verib. “Bu aktlar Azərbaycanda vəkillərə və hüquqşünaslara, ifadə və KİV azadlığına mənfi təsiri daha da gücləndirir ki, bu da uzun müddətdir narahatlıq doğuran məsələdir”, – Miyatoviç qeyd edib.

O, Azərbaycan hakimiyyətini Sadıqov və Zeynallını dərhal azad etməyə, onların hüquq və azadlıqlarını tam təmin etməyə çağırıb.

“Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı qorxutmalara və təqiblərə dərhal son qoyulmalıdır. Hakimiyyət hüquq müdafiəçilərinin və KİV işçilərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməyə borcludur”, – Avropa komissarı vurğulayıb. (Turan)

Ardını oxu...
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunun müxtəlif istiqamətlərində yerləşən mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə tutulmasına münasibət bildirib.

Ekspert bu barədə social şəbəkə hesabında paylaşıb edib.

“Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır”-deyə, o bildirib.
 //report//

 
Ardını oxu...
 
 

 
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

 

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Blinken mövcud vəziyyətlə bağlı ABŞ tərəfinin dərin narahatlığını ifadə edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.

 

XalqXeber.Az
Ardını oxu...
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri evlərini tərk etməyə başlayıblar.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, xüsusən də ölkənin cənubunda, Qafan şəhəri yaxınlığındakı erməni kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan gecə saatlarında İrəvandakı Hökumət Evinə gəlib.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Məlumata görə, yaxın dəqiqələrdə ölkə hökumətinin təcili iclası gözlənilir.

Həmçinin iddia olunub ki, tezliklə Ermənistan Təhlükəsizlik Şurasının da fövqəladə iclası keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti