İranın Türkiyədəki səfirliyinin müxtəlif günlərdə verdiyi iftar proqramlarında “Millət İttifaqı”nın üzvləri olan Demokratiya və Sıçrayış Partiyasının (DƏVA) sədri Əli Babacan, Səadət Partiyasının sədri Təməl Qaramollaoğlu, Demokrat Partiyasının (DP) sədri Gültəkin Uysal və Gələcək Partiyasının (GP) sədri Əhməd Davudoğlu iştirak edib.
KONKRET.az xəbər verir ki, bu haqda Türkiyənin “ortadoguhaber.com” portalı məlumat yayıb.
Məlumatda görüşlərin Səadət Partiyası içərisində İrana yaxın qanad tərəfindən təşkil edildiyi bildirilir.
Eyni zamanda səfirliyin “Cümhur İttifaqı”na qarşı “Millət İttifaqı”nı dəstəkləmək istiqamətində addımlar atmaq niyyətində olduğu da qeyd olunub. Görüşlərdə “İranla dostluq və birlik” mesajı verilib.