Ardını oxu...
Ermənistan və ermənilər həmişə sığındıqları, himayəsində olduqları dövlətlərə dar məqamda xəyanət ediblər.

Ermənistan hakimiyyəti Rusiyanın Ukrayna cəbhəsində ardıcıl uğursuzluğu və ölkədaxili qarşıdurmasında istifadə edərək, qərb dövlətləri ilə təmaslarını yenidən intensivləşdirməyə çalışır. Bunun nəticəsidir ki, ermənilərin həm ölkə daxilində, həm də ölkə xaricində Rusiya əleyhinə etirazları artmağa başlayıb.

Mövzu ilə bağlı Baku TV-yə danışan politoloq Əziz Əlibəyli bildirib ki, Ermənistan hazırda güclü mərkəzlərlə anlaşaraq, Rusiya ilə münasibətlərini başqa məcraya çəkməkdədir.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sərhəddənkənar əməliyyatı ilə ələ keçirdiyi bildirilən kürd terrorçu Atilla Çiçəyin ailəsi onun üzvü olduğu Xalq Müdafiə Qüvvələrinə (XMQ, PKK-nın hərbi qolu – red.) müraciət edərək övladlarının taleyindən narahat olduqlarını bildiriblər.

Hadisə ilə bağlı təşkilat açıqlama yayıb və Atilla Çiçəyin (kod adı Leheng), eləcə də Hüseyn Yıldırımın (kod adı Alişer) MİT-ə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edib.

Ermənistanın datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, adıçəkilən şəxslər 2021-ci ilin avqustunda Ermənistanla sərhəddə dövlət qüvvələri ilə qarşılaşıb və həbs olunublar. Onlara qarşı Ermənistan sərhədini qanunsuz keçmək və respublikaya qaçaqmalçılıq yolu ilə silah-sursat gətirmək kimi rəsmi ittiham irəli sürülüb.

Sünik vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi onların həbs cəzasını 3 il sınaq müddətli şərti cəza ilə əvəz edib.

XMQ-nin bəyanatına görə, Çiçək və Yıldırım azadlığa buraxılmaq əvəzinə təxminən bir ay əvvəl Ermənistandan Türkiyəyə ekstradisiya edilib.

Təşkilat vurğulayıb ki, bununla Ermənistan beynəlxalq hüquq normalarını və ölkə qanunlarını pozub.

Bəyanatda, Xalq Müdafiə Qüvvələri həmçinin bütün səlahiyyətliləri terrorçuların harada olduqları barədə ailələrinə məlumat verməyə çağırıb.

Türkiyə mətbuatının məlumatına görə, 2012-ci il sentyabrın 25-də terrorçu Hüseyn Yıldırım Tunceli vilayətinin Çiçəkli kəndində “Türk Telekom”a məxsus avtomobili ələ keçirərək içərisinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra terrorçu bu avtomobili Atatürk bölgəsində Türkiyə ordusunun hərbi maşınının yanında partladıb. Nəticədə 6 əsgər, eləcə də ətrafdakı bir nəfər həlak olub.

29 avqust 2020-ci il tarixində terrorçu Yıldırım İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın həyata keçirib. Nəticədə iki əsgər şəhid olub. Digər terrorçu Atilla Çiçək isə uzun illərdir Türkiyə ilə həmsərhəd Suriya və İranda terror fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan bu günə kimi diplomatik əlaqələr qurmayıb, ona görə də iki ölkə arasında terrorçuların və digər cinayətkarların qarşılıqlı ekstradisiyasına dair razılaşma yoxdur. Lakin diplomatik əlaqələrin olmaması Ermənistan və Türkiyə xüsusi xidmət orqanlarının iki PKK terrorçusunun Türkiyəyə təhvili üzrə birgə əməliyyat keçirməsinə mane olmayıb. Ermənistan xüsusi xidmət orqanlarının Türkiyəyə qarşı PKK ilə uzun illər əməkdaşlıq etdiyini, bu terror təşkilatına silah və sursat ötürdüyünü, öz ərazisində, eləcə də işğal olunmuş Azərbaycan ərazilərində PKK üzvləri üçün təlim düşərgəsi yaratdığını nəzərə alsaq, bu, kifayət qədər maraqlı və sensasion faktdır. Həmçinin, terror təşkilatının yüksək rütbəli üzvlərindən biri bəyan edib ki, 2020-ci ilin payızında 44 günlük müharibə zamanı PKK üzvləri ermənilərin tərəfində döyüşə göndərilib.
musavat.com

 
 

Ardını oxu...
ABŞ Rusiyaya Ukraynada nüvə silahının tətbiqinin nəticələri barədə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalına müsahibəsində bildirib.

Ceyk Sallivan deyib ki, ABŞ hakimiyyəti çox yüksək səviyyədə Moskvaya bəyan edib ki, Rusiyanın nüvə silahı tətbiq etməsinin fəlakətli nəticələri olacaq və Vaşinqton buna qətiyyətlə cavab verəcək: “Biz yüksək səviyyədə birbaşa Kremlə bildirmişik ki, bu halda ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcəklər. Eyni zamanda ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.
 
Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nyu-Yorkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında çıxışı zamanı fitə basılıb.

Pelosi iqlim dəyişikliyi və karbon tullantılarının azaldılması ilə bağlı çıxışına başlayanda tamaşaçılar hay-küy salmağa və siyasətçidən nitqi tez bitirərək konsertə başlamağı tələb ediblər.

Pelosi nəvələrinin də tədbirdə olduğunu deyərək çıxışını bitirib və səhnəni tərk edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

 
Ardını oxu...
Azərbaycana qarşı təxribatlar törədən Ermənistan bütövlükdə mövcud olduğu region üçün təhlükə mənbəyi olaraq qalmağa davam edir. Erməni millətçiləri öz məkrli niyyətlərini həyata keçirməkdən ötrü müxtəlif ölkələrdə davamlı olaraq Azərbaycana qarşı təxribat xarakterli aksiyalar həyata keçirirlər. Bu baxımdan Ermənistanın news.am adlı informasiya agentliyinin yayımladığı xəbərə əsasən, 2022-ci ilin sentyabrın 18-də Gürcüstanda yaşayan erməni icmasının Tbilisidə azərbaycanlılara qarşı təxribat xarakterli aksiya keçirmək cəhdini sübut olaraq göstərmək olar. Həmin vaxt gürcü polisləri erməni icmasının Tbilisidəki təxribat xarakterli aksiyasının qarşısını müvəffəqiyyətlə almağa nail olub. Təxribat xarakterli aksiyanı həyata keçirmək üçün erməni icması aksiya yürüyüşünü Avlabar metrosunun yaxınlığından başlayaraq Azərbaycan səfirliyində bitirməyi planlaşdırıblar. “Gürcüstanın erməni icması” adlı qeyri-hökumət təşkilatının rəhbəri Artur Mirzoyan həmin vaxt erməni millətçilərini Gürcüstanın Xarici İşlər Nazirliyinin binasına yönəltməyə çalışıb. A.Mirzoyan belə bir addımına bəraət qazandıraraq guya bu cür “erməni icmasının təxribatının qarşısını almağa çalışdığını” qeyd edib. Lakin A.Mirzoyan özündən uydurduğu yalanla gürcü polislərini aldada bilməyib. A.Mirzoyan və ona dəstək verən digər erməni təxribatçıları gürcü polisləri tərəfindən saxlanılıb [1].
Görünən odur ki, Gürcüstanın erməni icması günü bu gün də Azərbaycana, eləcə də də Gürcüstana qarşı təxribatlar törətməyə davam edirlər. Erməni millətçiləri yaşadıqları hər bir yerin onlara aid olduğunu zənn edirlər. Erməni icmaları müxtəlif ölkələrdə təşkilat şəklində fəaliyyət göstərərək Ermənistanın təcavüzkar siyasətinə xidmət edirlər. Erməni millətçilərinin çətinə düşən zaman özlərini bütün dünyaya “günahsız mələk” kimi, “yeri, mülkü və torpağı zəbt olunmuş məzlum” kimi təqdim etmələrinə baxmayaraq onların necə qəddar, hiyləgər və təcavüzkar olduqları əslində məlum bir məsələdir. Erməni separatçılarının məqsədi yaşadıqları hər qarış torpağı və ətraf əraziləri erməniləşdirməkdir. Erməni millətçiləri həm də onlara aid olmayan milli mədəni sərvətin oğrusudurlar. Erməni millətçilərinin sağlam olmayan düşüncəsinə görə, azərbaycanlıların və gürcülərin milli mədəni sərvəti və hər bir yeniliyi “onlara aiddir”. Qeyd etmək lazımdır ki, erməni millətçiləri Qarabağdakı tarixi alban abidələrinə dair əsassız iddialar irəli sürərək onları mənimsəməyə cəhd ediblər. Həmçinin, Gürcüstanın Samtsxe-Cavaxeti, Acarıstan, Kvemo-Kartli (Borçalı) və s. yerlərində məskunlaşan erməni icması da sözügedən yerlərin tarixi abidələrini öz adlarına çıxarmağa cəhd edib. Lakin erməni vandallarının real tarixi saxtalaşdırmaq cəhdlərinə baxmayaraq fakt yenə öz faktlığında qalır.
Qeyd etmək lazımdır ki, erməni icmasının sentyabrın 18-də Tbilisidə təxribat xarakterli aksiya keçirməyə cəhd edərək oradakı Azərbaycan səfirliyinə daxil olmaq cəhdi heç də təsadüfi bir hadisə hesab oluna bilməz. Belə ki, erməni vandalları Azərbaycanın digər ölkələrdə olan səfirliklərinə də məqsədyönlü şəkildə hücumlar edirlər. Sentyabrın 18-də erməni vandalları Azərbaycanın Fransadakı səfirliyinə hücuma keçərək təxribat törədiblər. Erməni quldurları Fransadakı Azərbaycan səfirliyinin qarşısında olan dəmir baryerləri aşaraq binanın giriş qapısını sındıraraq içəri daxil olmağa cəhd ediblər [2]. Bundan bir neçə gün əvvəl sentyabrın 15-də erməni icmasının üzvləri Azərbaycanın ABŞ-da olan səfirliyinin qarşısında “etiraz aksiyası”nı həyata keçirməyə çalışıblar. Hadisə zamanı erməni millətçilərinin təxribatına cavab olaraq, Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Ermənistanın işğalçı, təcavüzkar dövlət olmasını sübuta yetirən plakatlar sərgilənib. Erməni vandallarının həmin vaxt səsləndirdiyi əsassız şüarların qarşısı isə səfirlik tərəfindən quraşdırılan həyəcan siqnalı vasitəsi ilə alınıb. Nəticədə heç bir istəyinə nail ola bilmədiyini görən erməni millətçiləri hadisə yerini tərk ediblər [3]. Qeyd edək ki, erməni vandalları bundan xeyli əvvəl 2012-ci ilin fevralında da Polşadakı Azərbaycan səfirliyinin qarşısında piket keçirməyə cəhd etmişdilər. Lakin o dəfə də erməni vandallarının təxribatı uğursuzluğa düçar olmuşdu. Həmin vaxt Heydər Əliyev Fondunun təşəbbüsü sayəsində Xocalı soyqırımına dair həqiqətlər polyak dilində əyani şəkildə Polşadakı Azərbaycan səfirliyinin qarşısında sərgilənmişdi [4].
Erməni təxribatçılarının dünyanın müxtəlif yerlərdə Azərbaycana qarşı yönəlmiş “etiraz aksiyaları”na baxmayaraq sözügedən aksiyalar İkinci Qarabağ müharibəsinin nəticəsini dəyişməyə qadir deyil. Bu gün Ermənistanın necə işğalçı bir dövlət olması, erməni vandalizmi hərtərəfli şəkildə göz qabağındadır. Fəxrlə demək olar ki, Azərbaycanın zəngin tarixi mədəniyyəti bütün dünyada nümayiş olunur və bu istiqamətdə dövlət səviyyəsində müvafiq tədbirlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. Azərbaycan vətən uğrunda canından keçən qəhrəman oğullarının - şəhidlərin hesabına Ermənistan üzərində böyük qələbəyə nail oldu. Bu ədalətin uğrunda gedən mübarizə idi və ədalət nəhayət ki öz yerini tapdı. Beləliklə də şanlı Azərbaycan Ordusu erməni faşizmini darmadağın etdi.

İstifadə olunmuş mənbələr:
1. Полиция не позволила армянам провести акцию протеста у посольства Азербайджана в Тбилиси /19.09.2022/ https://news.am/rus/news/720957.html
2. Армяне напали на посольство Азербайджана во Франции /18.09.2022/ https://report.az/ru/drugie-strany/armyane-napali-na-posolstvo-azerbajdzhana-vo-francii/
3. ABŞ-dakı ermənilərin Azərbaycan səfirliyinin qarşısında aksiya keçirmək cəhdi uğursuzluqla nəticələnib /16.09.2022/ https://azertag.az/xeber/Ermeni_dasnaklari_Azerbaycanin_ABS_daki_sefirliyi_qarsisinda_produktiv_vaxt_kechiribler-2293859
4. Azərbaycanın Polşadakı səfirliyi erməni piketinin qarşısını alıb /28.02.2012/ https://az.trend.az/azerbaijan/politics/1997891.html
Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi


 
Ardını oxu...
İki gün öncə İranın Azərbaycana qarşı ata biləcəyi addımlar haqda yazmışdıq: regionda “terrorçuların mövcudluğu” iddiasını yenidən aktuallaşdıra və öz ərazisində hansısa “terror aktı” kimi ssenarilərlə “arqument” əldə etməyə çalışa bilər;
Bu gün İran Şərqi Azərbaycan Əyalətinin sərhəd qoşunlarının Xudafərin sərhəd zolağında “terrorçu dəstənin iki üzvünün xeyli sayda silah-sursatla ələ keçirildiyi” məlumatını tirajladı. Azərbaycan XİN bu iddiaya cavab verib.
Lakin Tehranın eyni ssenarini bir qədər də inkişaf etdirəcəyi istisna deyil: birinci mərhələdə “terrorçuları həbs etdilər”, ikinci mərhələdə öz ərazilərində terror aktlarının törədilməsi teatrını belə qura bilərlər;
Sərhəddə həbs edilən "terrorçular" İranın Azərbaycana qarşı "dözməyəcəyik" təhdidlərinin praktiki mərhəyə keçidi də hesab oluna bilər.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
“Paşinyan BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində çıxışı zamanı aşkar formada sülh istəmədiyini nümayiş etdirdi. Belə bir müharibə ona və ölkəsinə yaxşı heç nə vəd etmir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ABŞ Prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü ilə bağlı bu ölkənin Baş naziri Nikol Paşinyana ünvanladığı məktuba da diqqət çəkib:

“Baydenin Paşinyana məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsinə yer verməsi və Azərbaycanı Ermənistana hücum etməsinə eyham vurması göstərir ki, Vaşinqton prosesi qızışdırmaq istəyir. Paşinyanı “cəsarətləndirən” də Amerikadan verilən belə mesajlardır. Ermənistan baş naziri ABŞ-ın dəstəyini hiss etdiyi üçün Azərbaycana qarşı təxribatçı mesajlar verir. Amma İrəvanın arzusunun əksinə olaraq, ABŞ Ermənistana silah yardımı etməyəcək. Amma siyasi olaraq, Ermənistanı Rusiyadan aralamağa çalışır. Vaşinqtondan verilən dəstək İrəvanı anti-Rusiya relsinə çıxarır.

Hesab edirəm ki, Ağ Evin bu siyasəti Ermənistan daxilində siyasi böhrana yol açacaq. Bu isə toqquşmaların baş verməsi ilə nəticələnə bilər.

Artıq Rusiya özünə bağlı siyasi qüvvələri toparlayıb anti-Rusiya xəttini gücləndirən Paşinyana qarşı həmləyə hazırlaşır. Bunun işartıları görünməyə başlayıb. Eçmiədzində Ermənistanın baş keşişi II Qareginin vasitəçiliyi ilə rusiyayönlü eks-prezidentlər bir araya gələcək. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi prosesi əngəlləməkdir. Görünən budur ki, erməni kilsəsi də Paşinyana qarşı açılan yeni cəbhədə yer alır.

Paşinyanın BMT tribunasındakı çıxışı Azərbaycanla sülh danışıqlarını baltalayır. Çıxışında sülh müqaviləsinin imzalanmasının və ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının vacibliyindən danışsa da, Qarabağ erməniləri ilə bağlı “gələcək müqəddərat” kəlməsini işlətməsə də, Azərbaycanı “təcavüz”də suçladı, Minsk qrupundan danışdı, beynəlxalq müşahidəçilərin bölgəyə gətirilməsindən dən vurdu. Yəni Azərbaycanın qəbul etmədiyi bütün məsələləri dilə gətirdi. 10 noyabr anlaşmasının bəndlərini təhrif edən Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırır.

Ermənistanın siyasi rəhbərliyi “burulğan”a düşüb və Azərbaycana qarşı növbəti silahlı təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Amma bu siyasətin Ermənistan üçün mənfi təzahürləri olacaq. Paşinyan dilemma qarşısındadır: ya, sülh müqaviləsinə imza atıb Azərbaycanla münasibətləri normallaşdırıb regionda iqtisadi inteqrasiyada iştirak edəcək, ya da bir daha məğlub olub öz hakimiyyətini itirəcək”./teleqraf.com

 
 
 
Ardını oxu...
Sovet İttifaqı dağılanda Moskvanın da təşviqi ilə Gürcüstanın tərkibindən ayrılıb «özgürlüyə» qovuşan, daha sonra öz təhlükəsizliklərini möhkəmləndirmək üçün referendum keçirib Rusiyanın tərkibinə qatılan Cənubi Osetiya və rus himayəsi altında «müstəqilliyin» dadını çıxaran Abxaziya indi gözləmədikləri sürprizlərlə qarşılaşıblar. Rusiya prezidenti Vladimir Putin qismi səfərbərlik elan edib və Ukraynada ət maşınından keçirmək üçün qeyri-rus axtarır. Abxazların və osetinlərin isə geriyə yolu yoxdur. Çünki onların böyük əksəriyyəti əvəzsiz məziyyət hesab edib Rusiyanın vətəndaşlığını qəbul ediblər. Deməli məcburən də çağırışçılar ordusuna qatılacaqlar.
Abxazlar osetinlərlə müqayisədə guya müstəqil sayılsalar da 2014-cü ildə Moskva və Suxumi arasında qarşılıqlı müdafiə bəndini özündə əks etdirən “Müttəfiqlik və Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalanıb. Müqavilənin 6-cı maddəsinə görə, hər iki tərəf başqa dövlətin hücumu zamanı bir-birini müdafiə etməyə məcburdur.
Abxaziyanın de-fakto parlamentinin keçmiş üzvü Natali Smir sentyabrın 21-də Azadlıq Radiosuna deyib: “Bu müqaviləyə əsasən, qismən səfərbərlik zamanı qeydiyyata alınmaq barədə bizim öhdəliklərimiz var. Bu, müqavilənin əsas şərtlərdən biridir”.
Gürcüstanın, sakinlərinin əksəriyyəti Rusiya vətəndaşı olan digər separatçı ərazisi Cənubi Osetiya isə Moskvanın gətirdiyi bəlalara öyrəşmiş kimidir. “Burada sakitlikdir, heç kim əhaliyə heç bir şərh vermir”, - Cənubi Osetiyadan olan jurnalist İrina Kelexsayeva bildirib: “Ya yerli hakimiyyət səfərbərlik fərmanını yerinə yetirməyə özlərini borclu hesab etmirlər, ya da Rusiya tərəfi ilə razılaşdırılmış hazır mətn almayıblar”.
«Bu susqunluq həm də yerli hakimiyyət orqanlarının insanları təşvişə və panikaya salmaq istəməməsindən də qaynaqlana bilər”, - deyə Kelexsayeva bildirib.
Bildirildiyinə görə, Abxaziyadan fərqli olaraq Cənubi Osetiya bu zamana qədər Ukraynadakı döyüşlərdə fəal iştirak edib və çox sayda gənc oğullarını itirib. Osetinlərdəki bu səssizlik artıq belə sürprizlərə hazır olmalarından da qaynaqlana bilər.
Bütün bunlara baxmayaraq, həm Abxaziya, həm də Cənubi Osetiya gəncləri səfərbərliyə alınaraq, Ukraynada ABŞ HİMARS-larına yem olacaqlarından çəkinirlər. Rusiyanın digər vilayətlərindən fərqli olaraq, onlar uzun illər boyu xəyanət etdikləri Gürcüstana da pənah apara bilmirlər.
Heydər Oğuz
Teref.az
 
 
 
Ardını oxu...
Estoniya xarici işlər naziri Urmas Reynsalu Finlandiyanı Rusiya vətəndaşları üçün sərhədləri bağlamağa çağırıb.

Nazir bu barədə “Spiegel” nəşrinə müsahibəsində deyib.

“Mən finlərə səslənirəm. Biz vəziyyətin kəskin şəkildə pisləşdiyini görürük. Bizim tədbirlərimiz Putinin çıxışına cəmi 48 saat qalmış həyata keçməyə başladı. Arzu edirəm ki, Finlandiya da tez bir zamanda bizə qoşulsun”, - deyə Reynsalu bildirib.

Nazirin sözlərinə görə, hazırda Finlandiyanın Rusiya ilə yeganə açıq quru sərhədi var.

“Bu, təhlükəsizlik məsələsidir, amma həm də mənəvi məsələdir. Nəhayət, bu, sanksiyaların həyata keçirilməsini çətinləşdirir. Biz təzyiqləri, həmçinin də əhaliyə təzyiqləri artırmalıyıq. Sanksiyaların mahiyyəti də məhz bundan ibarətdir. Bu, rejimə mümkün qədər çox ağrı vermək istəyirik ki, Putin təcavüzü dayandırmaq məcburiyyətində hiss etsin!”, - deyə Reynsalu qeyd edib.

Mənbə: Yevropeyskaya pravda
 
Ardını oxu...
Fransada bir qrup erməni Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb. "Report”un Fransa bürosu xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız rəngli boya atmağa nail olublar. Polis təxribatçıları hadisə yerindən uzaqlaşdırıb və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub.

Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər.

Qonaqlar və işçilər arasında xəsarət alan olmayıb.
 

Dünyapress TV

Xəbər lenti