Ardını oxu...
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

"Paralel.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin deyib ki, Rusiya həmişə bütün dövlətlərin dinc atomun faydalarından bərabər istifadə etməsini müdafiə edib: "Eyni zamanda, bizim mövqeyimiz ondan ibarətdir ki, hərbi nüvə texnologiyalarının yayılmasını məhdudlaşdırmaq üçün hər şey edilməlidir. Sürətli neytron reaktorunu ilk yaradan biz olduq. Bildiyiniz kimi, biz Rusiyada gəmiqayırma, nüvə hərəkəti sistemləri və ilk üzən atom elektrik stansiyalarını inkişaf etdiririk. Ümumiyyətlə, burada bir çox göstəricilərə görə Rusiya nüvə inkişafı sahəsində dünyada lider mövqe tutur".

Rusiya lideri bildirib ki, bu gün nüvə fəaliyyəti ilə bağlı hər şeyin həddindən artıq, təhlükəli siyasiləşdirilməsi elementləri var: "Lakin biz çox ümid edirik ki, Sizin səyləriniz sayəsində bu məsələ ilə bağlı bütün ritorikanı azalda, bu sahədə baş verən bütün təlatümlərə və mürəkkəb proseslərə baxmayaraq, fəaliyyətimizin və əməkdaşlığımızın bu sahəsini dünya səhnəsində normal vəziyyətə gətirə biləcəyik. izim üçün qarşılıqlı maraq doğuran, hətta kimisə narahat edən bütün məsələləri müzakirə etməkdən məmnun olarıq, məsələn, Zaporojye atom elektrik stansiyasının ətrafındakı vəziyyətlə bağlı hər şeyi. Hər halda biz bu dialoqa açığıq və sizi görməyə şadıq".
Ardını oxu...
"Dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur, eyni zamanda məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir".

"Paralel.az" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 73-cü sessiyasında çıxışında deyib.

F.Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir, artıq 70-ə yaxın ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Bildirilib ki, məcburi köçkünlərin Böyük Qayıdışı Azərbaycanın 2030-cu ilədək əldə olunacaq sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən edilib.

Sessiyada Ermənistanın işğal altında saxlanılan Azərbaycan ərazilərini mina və digər partlamamış hərbi sursatlarla çirkləndirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, beynəlxalq ekspertlərin fikrincə, bu ərazi ən çox minalanmış ərazilərdən biri hesab olunur.

Məcburi köçkünlər üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməldir və bu baxımdan, bu uzunmüddətli münaqişəyə son qoyulması məcburi köçkünlərin əsas fundamental hüquqlarının bərpası deməkdir. Beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Azərbaycanın yaxın bir neçə ildə münaqişədən sonrakı reabilitasiya və reinteqrasiya üçün yeni model təqdim etmək iqtidarında olacağı vurğulanıb.
 
Ardını oxu...
Rusiya biznesmeni və Wagner özəl hərbi şirkətinin təsisçisi, “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin Rusiya Dövlət Dumasının deputatlarına onun hərbi birləşmələrinə bənzər qruplara rəhbərlik etməyi və ya “avtomat götürməyi” təklif edib.

Priqojinin bu barədə bəyanatı oktyabrın 11-də onun Konkord şirkətinin mətbuat xidməti tərəfindən dərc olunub.

Priqojin bildirir ki, hazırda “cəmiyyətin konsolidasiya edilməsi zəruridir”.

Onun sözlərinə görə, “illərdir tribunadan çıxış edənlərin nəsə bir iş görməsi” vacibdir:

“Hanı RFKP-nin (Rusiya Federasiyası Kommunist Partiyası-red) sıx birləşmiş kommunistləri, hanı Rusiya üçün can yandırdığını deyən və Jirinovskisiz təlxəkxanaya çevrilən LDP (Liberal Demokrat Partiyası-red)? Mən hələ bir vaxtlar axmaqlığımdam və onlardan əsl vətənpərvərlər yetişdirəcəyimi ümid etdiyimdən dəstəklədiyim Rodina partiyası haqqında danışmıram”.

Priqojin deyib ki, bu mənada istisna təşkil edənlər də var:

“Ölkənin həyatında iştirak edən yeganə şəxslər “Ədalətli Rusiya – Həqiqət naminə!” ittifaqının lideri Sergey Mironov və bu partiyanın həmsədri Zaxar Prilepin, bir də Federasiya Şurasının sədrinin birinci müavini Andrey Turçakın simasında “Vahid Rusiya” partiyasıdır”.

“Çərənçi cənablar”
Bunun ardınca prezident Vladimir Putinin yaxın çevrəsinə daxil oliqarx deputalara belə müraciət edir:

“Buna görə də “çərənçi” cənabları bir yerə toplanmaq və Wagner tipli bölmələrə başçılıq etməyə çağırıram. Təşkilatçılıq qabiliyyəti olmayanlar isə avtomat və ya heç olmasa istehkamçı beli götürə bilərlər. Həqiqi fayda bunda olar. Vətənə həqiqi xidmət belə olar”.

Yevgeni Priqojin bundan əvvəl, Rusiyada qeyri-qanunu sayılan Wagner özəl hərbi şirkətinin təsusçisi olduğunu etiraf etmişdi.

Bu şirkət hərbi müəssisələrin rəsmi balansında və hüquqi şəxslərin reyestrində yoxdur, lakin onun muzdlu döyüşçüləri bir sıra jurnalist təthqiqatlarına görə Rusiyanın Suriyada apardığı quru əməliyyatlarında və Ukrayna müharibəsində iştirak edirlər.

BMT və Ukrayna Wagner özəl hərbi şirkətini hərbi cinayətlərdə ittiham edirlər.

“Ya zeklər, ya da uşaqlarınız”
Wagner özəl hərbi şirkəti Ukrayna müharibəsində iştirak etmələri üçün səfərbərləri hətta məhkumların arasından seçir. Bu işlə Priqojinin şəxsən məşğul olduğu xəbər verilir.

O Rusiya boyunca həbsxanaları gəzərək məhkumlar arasında Ukrayna müharibəsində iştirakı təbliğ edir.

Sentyabrın 14-də yayılmış videoda Priqojin Yoşkar-Oladakı koloniyanın məhbuslarına muzdlu olmağı təklif edirdi.

Konkord şirkətinin mətbuat xidməti sonradan bu videonun həqiqliyini təsdiq etmişdi.

Şirkət rusiyalılara müraciətlə bildiridi ki, məhkumların müharibəyə göndərilməsi yaxşı fikirdir: “Ya özəl hərbi şirkət və zeklər, ya da sizin uşaqlarınız – özünüz seçin”.
Ardını oxu...
"Nikol Paşinyan Praqadan qayıtdıqdan sonra dünən - oktyabrın 10-da Ermənistan Təhlükəsizlik Şurasının geniş tərkibdə ilk iclasını çağırdı. TŞ-nin əsas üzvlərindən başqa hökumət aparatından Arayik Arutyunyan, "Vətəndaş sazişi" fraksiyasının rəhbəri Ayk Konjoryan da dəvət olunub. Maraqlıdır ki, dünən Artsax prezidenti Arayik Arutyunyan rəsmi dairələrlə görüşmək üçün Ermənistana getdiyini bəyan etsə də, TŞ-nın iclasında görünməyib. Onlar bir gün sonra iclas çağıra bilərdilər ki, Artsax prezidenti də iştirak etsin. Bir il əvvəl Ermənistan Şurasının iclaslarında yalnız Artsax prezidenti deyil, həm də Artsax TŞ-nın katibi Vitali Balasanyan, bəzən başqa rəsmi şəxslər də iştirak edirdilər".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu "Hraparak" qəzeti yazır.

Ermənistan nəşrinin daha sonra yazdığına görə, əslində Paşinyan Əliyevi inandırmağa çalışır ki, Qarabağ mövzusu Ermənistan üçün qapalıdır. Mümkündür ki, bu, Əliyevin yalnız Qarabağa getməmək deyil, həm də separatçı rejim "rəsmi"lərini qəbul etməmək, birgə görüşlər keçirməmək barədə birbaşa tələbi ilə bağlıdır...

"Xəbərlər var ki, Paşinyan Artsax hökumətini devirməyə, Arutyunyanı istefaya məcbur etməyə çalışır ki, prezident seçmək mümkün olmasın, dövlət strukturları iflic vəziyyətinə düşsün, Artsax başsız bədənə çevrilsin. Təsadüfi deyil ki, ötən gün Xankəndində baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub".

Xatırladaq ki, Praqa görüşlərindən sonra Xankəndində haykların əsasən Arayik Arutyuna qarşı yönəlmiş etiraz aksiyaları təşkil olunub.
 
Ardını oxu...
“Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanması hərbi cinayətdir və xüsusi beynəlxalq tribunalda mühakimə edilməlidir”.

Bu barədə uşaq hüquqları üzrə polşalı spiker Nikolay Pavlyak “Polşa radiosu 24” radiosunun efirində bildirib.

Spikerin sözlərinə görə, beynəlxalq tribunal Rusiyanı ukraynalı uşaqların oğurlanmasına görə mühakimə etməlidir. Qaçırılan ukraynalı uşaqların çoxu Rusiya ailələri tərəfindən götürülür. O, bu yolla Rusiyanın beynəlxalq konvensiyaları pozduğunu qeyd edib.

“Bu, cinayətdir, müharibə cinayətlərindən biridir. Bu barədə yüksək səslə çatdırmaq lazımdır. Təkcə qətl və işgəncələr deyil, gənc nəslin seçilməsi də müharibə cinayətidir. Bunu unutmaq olmaz və Rusiya buna görə mühakimə olunmalıdır. Bunun üçün də həmçinin tribunallar yaradılmalıdır, çünki bu, əsas hüquqların pozulmasıdır, bir xalqın tərbiyəsini digərinə təlqin etməkdir”, - deyə Pavlyak vurğulayıb.

O bildirib ki, bu vəziyyət ona II Dünya müharibəsini xatırladıb. O zaman Lodzda Üçüncü Reyxin və Ümumi Hökumətin tərkibində olan ölkələrdəki uşaq evlərinin uşaqları üçün alman düşərgəsi yaradılmışdı.
Mənbə: Unn.com.ua
 
Ardını oxu...
Krım körpüsündə partlayış, Ukraynada işğal ordusunun uğursuzluqları və səfərbərliklə bağlı problemlər RF Prezidenti Vladimir Putinin bilavasitə radikal fəaliyyət tərəfdarları tərəfindən tənqidinə səbəb olub.

Bu barədə müharibəni öyrənən İnstitut (ISW) xəbər verir («UNİAN»).

Analitiklərin məlumatına görə, hərbi müxbirlər Putini və Kremli mühüm hadisələrə reaksiya vermək qabiliyyətinin olmaması səbəbilə tənqidə məruz qoyublar. Onlar qeyd edirlər ki, Prezidentin ətrafında o zaman birləşmək çətin olur ki, onun hökuməti məxfiliyə üstünlük verir. Digər tənqidçilər bununla əsəbləşirlər ki, Putin müharibədə bir sıra uğursuzluqlara daim diqqət yetirməyib, o cümlədən «Moskva» kreyserinin batırılmasına.

Eyni zamanda, döyüş əməliyyatlarının davam etdirilməsinin tərəfdarları Kerç boğazı üzərindəki körpüdə həyata keçirilmiş partlayışa görə qisas almağı tələb edirlər, əks təqdirdə susmağı Putinin «zəifliyi» kimi qəbul edəcəklər.

Eləcə də onlar Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin susmasını tənqid edirlər. Hansı ki, o, demişdi: «Krım körpüsünə hücum «qırmızı xətt» kimi qəbul olunacaq».

Hərbi yönlü düşərgə tərəfindən tənqid Putinin vəd etdiyi Ukraynanın «denasifikasiyası»nı yerinə yetirmək qabiliyyətinin şübhə altına alınmasına işarə olmaqla, onun nüfuzunun əsas elektorat arasında düşməsinə gətirb çıxarar, eksperlər yazırlar.

AzPolitika.info
 
Ardını oxu...
“Oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj qələbəmizə zərbə vurmaq məqsədi daşıyır”.

DİA.AZ-ın APA-ya istinadla xəbərinə görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, Azərbaycan İkinci Qarabağ Müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: “44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bunun özü də terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, indiyə qədər bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildəki qəhrəmanların əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edə idi”.

STM Mərkəzi İdarə Heyətinin sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir, Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər”.
Ardını oxu...
Rusiya Krım körpüsündə partlayış baş verən yük maşınının marşrutunu müəyyənləşdirib.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin prezident Vladimir Putinlə görüşündə bildirib.

İstintaq Komitəsinin rəhbəri artıq ilkin məlumatların olduğunu bildrib.

Bastrıkin istintaq qrupunun əsaslı nəticələr əldə etdiyini bildirərək partladılan yük maşınının artıq marşrutu haqqında informasiyanın əldə olunduğunu diqqətə çatdırıb.

“Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 205-ci – “Terrorçuluq” maddəsi ilə iş açılıb. Şahid ifadələri alınıb, xüsusi ekspertizalar başa çatıb. Əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı Federal Təhlükəsizlik Xidməti orqanlarına, Rusiya Daxili İşlər Nazirliyinə müvafiq göstərişlər verilib”.

Bastrikin partladılan yük maşınının marşrutunun Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar diyarı ilə təşkil olunduğunu da diqqətə çatdırıb.
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden xarici siyasətdə bir-birinin ardınca səhvlər edir.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus”un aparıcısı Reyçel Kampos-Daffi deyib.

Onun sözlərinə görə, Bayden Əfqanıstandakı uğursuzluq, Pekinə sonsuz güzəşt və Ukrayna konfliktindən dolayı ölkəni Çin üçün döşəmə əsgisinə, Ukrayna üçün isə pul daxılına çevirib.

Jurnalist həmçinin Baydenin nüvə müharibəsi riski ilə bağlı sözlərini xatırladaraq, situasiyanın gərgin olduğuna işarə edib.
 
Ardını oxu...
Bir qrup çinli siyasi ekspertin fikrincə, Krım körpüsünün partladılması “pandorra qutusunun” açılmasına şərait yaradıb. Həmin çinli ekspertlərin fikrincə, “şimal axını” boru xəttinin, o cümlədən Krım körpüsünün partladılması terror aktı olmaqla yanaşı bu hərbi etikaya uyğun deyil və bu münaqişənin genişlənməsinə şərait yaradacaq.
Deməli, çinli ekspertlərin məntiqinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, öldürdüyü mülki insanlar, qəsəbələrdə törətdiyi qətliamlar (aşkarlanan kütləvi məzarlıqlar bundan xəbər verir) terror deyilmiş və hərbi etikaya uyğun imiş, ancaq Ukraynanın ərazisini azad etmək məqsədilə əks-həmlələri terror aktı imiş və hərbi etikaya uyğun deyilmiş.
Bunu iddia edən çinli ekspertlər gərək onda İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı savaşan partizanları da terrorçu elan edələr, çünki onlar da dəmir yollarını partladır və faşistlərə qarşı diversiyalar həyata keçirirdilər.
Elə hazırda hakimiyyətdə olan Çin Kommunist partiyasının fəalları da vaxtilə Yaponiyanın işğalına qarşı bütün mümkün üsullarla mübarizə aparırdılar, onda gərək çinli ekspertlər öz tarixlərindən də imtina edələr.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti